Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   72   73   74   75   76   77   78   79   ...   138

163 
 
Azərbaycanla Mərkəzi Asiya arasında memarlıq sahəsində ən sıx əlaqələr 
məhz  XIV-XV  əsrlərə  təsadüf  edir.  Həm  də  bu  dövrdə  Azərbaycanın  Orta 
(Mərkəzi) Asiya memarlığına təsiri daha çox nəzərə çarpırdı. “İsfahan yarımcahan, 
əgər  ki,  Təbriz  olmasa”  xalq  deyimi  Azərbaycan  memarlıq  sənətinin  İran 
memarlığına həlledici təsirinin ifadəsidir və bunu İsfahandakı memarlıq obyektləri 
də  isbat  edir.
58
  Müstəqil  və  bənzərsiz  üslubu  olan  orta  əsr  Azərbaycan 
memarlığının  təsir  dairəsi  zaman  və  məkanca  geniş  idi.  Azərbaycanın  memarlıq 
ənənələrinin Yaxın və Orta Şərq bölgəsində yayılmasının ən məhsuldar dövrü XII-
XVII əsrlərə təsadüf edir. Mühəndis, memar, xəttat, nəqqaş (həkkak) bu dövrdə də 
memarlıq sənətinin başlıca simaları idilər. 
Ölkənin cənubunda və şimalında siyasi hakimiyyətin mərkəzləşməsi XIV 
əsrin  sonlarında  -  XV  əsrdə  Azərbaycan  memarlıq  ənənələrinin  sabit  inkişafını 
təmin  etdi.  Milli  memarlığın  tərəqqisində  Təbriz  və  Şirvan-Abşeron  məktəbləri 
aparıcı mövqedə idilər. Təbriz, Şamaxı və Bakı bu məktəblərin başlıca mərkəzləri 
idilər. 
Bu  dövrdə  şəhərsalma  işi  memarlıq  fəaliyyətinin  mühüm  sahəsi  olaraq 
qalırdı. Təbriz, Şamaxı, Bakı, Sultaniyyə, Ərdəbil, Naxçıvan və Gəncə bu dövrün 
başlıca  şəhərsalma  obyektlərindən  olmuşdur.  Dərbənd  şəhəri  də  bu  prosesə  cəlb 
olunmuşdu.  Şirvanşahlar  dövləti  paytaxtının  Şamaxıdan  Bakıya  köçürülməsi 
Bakını bu zamanın ən intensiv şəhərsalma obyektinə çevirmişdi (saray kompleksi 
və  s.).  Şirvanşahlar  sarayı  kompleksi  XV  əsrin  “təxminən  10-cu  illərində 
tikilmişdir”.
59
  Saray  kompleksi  aydın  surətdə  düşünülmüş  plana,  sxemə  malikdir. 
Bu sxemə əsasən kompleks iki hissəyə (rəsmi və şəxsi istifadə məqsədli) ayrılır. 
Mənbə  məlumatlarına  (de  Klavixonun)  görə,  Təbrizdə  Ağqoyunlu 
hökmdarı  Uzun  Həsən  tərəfindən  1478-1484-cü  illərdə  iri  saray  kompleksi 
tikdirilmişdi. Burada mübaliğəyə yol verilir və qeyd edilir ki, sarayda 20 min otaq 
mövcud  idi.  Saray  kompleksinin  fərqli  xüsusiyyəti  onun  ərazi  baxımından  böyük 
olan bağ daxilində yerləşməsidir. Saray kompleksi “Həşt behişt” (“Səkkiz cənnət”) 
adlanırdı.
60
  Uzun  zaman  ərzində  Təbrizin  paytaxt  statusuna  malik  olması  onun 
hərtərəfli inkişafına  təkan  vermişdir.  “Təbriz  Elxanilərin (1265-1313-cü və  1340-
1357-ci  illərdə),  Cəlairilərin  (1360  və  1387-ci  illər  arasında),  Qaraqoyunluların 
(1410-1468), Ağqoyunluların (1468-1501) və Azərbaycan Səfəvi dövlətinin (1501-
1555) paytaxtı olmuşdur”.
61 
Buna görə də, Azərbaycan memarlıq obyektlərinin bir 
çoxunun  bu  şəhərdə  cəmləşməsi  təsadüfi  deyildir.  Şəhəri  müxtəlif  təyinatlı 
memarlıq abidələri bəzəyirdi. “Şərq ölkələrində ən gözəl və geniş bazar kimi şöhrət 
tapmış  və  əsası  Uzun  Həsən  tərəfindən  qoyulmuş  “Qeysəriyyə”  üstüörtülü  və 
səkkizkünclü  idi.  Onun  üstü  günbəz  və  tağla  örtülmüşdü.  Bu  bazarda  qiymətli 
mallar və cəvahirat satılırdı”.
62
 
Memarlıq  obyektlərinin  və  bitki  örtüyünün  uzlaşdırılması  Təbrizin 
memarlıq inkişafında önəmli yer tutmuşdur. Təbrizdə böyük bağlar var idi. Uzun 
Həsən  tərəfindən  əsası  qoyulmuş  “Bağı-nəsriyyə”  və  Sultan  Yaqubun  tikdirdiyi 


164 
 
“Baği-şimal”  (“Şimal  bağı”)  bu  dövrün  şəhərsalma  fəaliyyətinin  nadir 
incilərindəndir.  Təbrizin  Cənub-şərqində  yerləşən  “Şimal  bağ”ında  çoxlu  sərv, 
çinar  ağacı,  müxtəlif  güllər  əkilmişdi.  “Qazi  Əhməd  Qumi  (XV  əsr)  bu  bağı 
cənnətə  oxşadaraq  “Eşrətabad”  adlandırılmışdır.  Fəzli  İsfahani  oranın  qızıl 
güllərini cənnət çırağına bənzətmişdi”.
63
 
Beləliklə, XV əsrdə Azərbaycan memarlığının və şəhərsalma sənətinin ən 
gözəl  nümunələri  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  paytaxtı  olmuş 
Təbrizdə  və  Şirvanşahlar  dövlətinin  paytaxtı  Bakıda  yaradılmışdı.  Yaradılmış 
müxtəlif təyinatlı memarlıq obyektləri özünün kamilliyi və gözəlliyi ilə seçilir və 
Azərbaycan memarlığının çoxəsrlik ənənələrini yaşadırdı. 
Yaxın  və  Orta  Şərqin  musiqi  mərkəzlərindən,  ocaqlarından  biri  olan 
Azərbaycan bu yüzillikdə də böyük musiqi nəzəriyyəçisini, ifaçısını,  yenilikçisini 
yetişdirdi.  Bu,  Əbdülqadir  Marağayı  idi.  Əbdülqadir  Marağayı  (1353-1435)  yeni 
əsrdə  Səfiəddin  Urməvinin  “Kitab  əl-ədvar”ına  (“Musiqi  dövrləri  haqqında 
kitab”ına)  fars  dilində  şərh  yazmışdır.  Səfiəddin  Urməvinin  bu  əsəri  Azərbaycan 
türk musiqisi haqqında ilk elmi-nəzəri əsər idi. Səfiəddin Urməvinin bu əsəri artıq 
XV  əsrdə  Azərbaycan  (türk)  dilinə  tərcümə  olunmuşdu.  Həmin  əsərin  müəllifi 
sonralar  geniş  yayılmağa  başlamış  və  Əbdülqadir  Marağayi  tərəfindən 
təkmilləşdirilmiş  not  sisteminin  banisidir.  Əbdülqadir  Marağayinin  əsas 
yaradıcılığı  Cəlairi  hökmdarları  Sultan  Hüseyn,  Sultan  Məhəmməd  və  Əmir 
Teymurun oğlu Miranşahın hakimiyyəti dövründə Təbriz şəhərində  keçmişdir. O, 
məşhur xanəndə, şair, bəstəkar olmuşdur. Onun “Bizi unutma” rədifli şeiri əsasında 
bəstələdiyi mahnı həmin dövrdə geniş yayılmışdı. “Əbdülqadir Marağayi ramazan 
ayının  30  günü  ərzində  30  muğam  əsəri  bəstələmiş,  əsərlərini  Cəlairi  hökmdarı 
Sultan Hüseynə təqdim etmişdi… Şah Sultan Hüseyn mükafat olaraq Əbdülqadirə 
100  min  dinar  məbləğində  pul  vermişdi…  Əbdülqadir  Əmir  Teymurun  əmri  ilə 
digər  sənətkarlarla  birlikdə  Təbrizdən  Səmərqəndə  aparılmışdır…  Miranşahın 
hakimiyyəti  dövründə  Səmərqənddən  Təbrizə  qayıtdı  …  və  musiqi  fəaliyyətini 
davam  etdirdi”.
64
  Lakin  Miranşahın  eyş-işrətlə  məşğul  olmasının  başlıca 
günahkarları  hesab  olunmuş  bir  sıra  musiqiçilər  Təbrizə  gəlmiş  Əmir  Teymurun 
əmrinə  əsasən  edam  edildilər.  Əbdülqadir  Bağdada  qaçmalı,  Sultan  Əhməd 
Cəlairinin sarayına  sığınmalı oldu. Tezliklə  burada  ələ  keçmiş Əbdülqadir edama 
hazırlandı. Lakin Əmir Teymur Qurani-Kərim ayəsindən bir neçə cümləni muğam 
axarında  oxumuş  Əbdülqadiri  edam  etmək  fikrindən  daşındı.  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövründə  də  Azərbaycanda  musiqinin  geniş  yayılması,  Təbriz 
şəhərinin musiqi həyatı Avropa səyyahları və elçilərinin də diqqətini cəlb etmişdi. 
Musiqi  yalnız  sarayda  deyil,  Təbrizin 30 min tamaşaçı tutan  “Qurd  meydanı”nda 
təşkil olunan müxtəlif məclislərdə də səslənirdi. 
XV əsrdən etibarən (əsasən Qərbi Avropa hökmdarlarının müxtəlif sərvət 
mənbələri  axtarmaq  arzusu  ilə  “Böyük  coğrafi  kəşflərə”  meyl  etməsi  ilə  bağlı 
olaraq)  bir  çox  əcnəbi  səyyahlar  Azərbaycanda  daha  ardıcıl  surətdə  görünməyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə