101
Azərbaycan mədəni potensialının cəmləşdiyi və həmin potensialın aşkara çıxdığı,
gerçəkləşdirildiyi
ictimai-iqtisadi, siyasi mərkəzlər olmuşdur.
Dövrün dekorativ-tətbiqi sənət nümunələri Azərbaycan ərazisində
aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış, araşdırıcıların elmi
təhlil obyektinə çevrilmişdir. VII əsrin II yarısından X əsrədək olan tarixi dövrün
Azərbaycan yerüstü abidələrinin cüzi qismi qalmışdır. Həmin dekorativ-tətbiqi
sənət örnəkləri Qəbələ, Beyləqan, Şamaxı, Gəncə, Bakı, Naxçıvan, Şabran
şəhərlərində, Xarabagilan, Gülüstan və Qız qalaları sahələrində, bir sıra qədim
yaşayış məskənlərinin yerində aşkar olunmuşdur. Beyləqanda və Qəbələdə
aparılmış arxeoloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artıq bu dövrdə
xalq sənətinin keramika, misgərlik, şüşə məmulatı istehsalı, daşişləmə sahələrində
müəyyən uğurlar qazanılmışdı.
147
Elmi araşdırmalar isbat edir ki, XI-XII əsrlərdə
Azərbaycan dekorativ-tətbiqi sənət sahələri arasında bədii keramika aparıcı
mövqedə olmuşdur. Monqol işğallarına qədərki dövrdə Azərbaycanda bir neçə
dulusçuluq mərkəzi var idi. Həmin mərkəzlərdə məişət təyinatlı keramika
məmulatı və inşaat üçün zəruri olan məhsullar hazırlanırdı. Beyləqan, Bakı,
Qəbələ, Şamaxı, Naxçıvan, Şabran, Təbriz, Gəncə, Şəmkir, Marağa bu dövrün
başlıca keramika istehsalı mərkəzləri olmuşdur.
148
Beyləqan bu mərkəzlər arasında
xüsusilə seçilirdi. Burada və ölkənin digər keramika mərkəzlərində aşkar olunmuş
maye tutumlu və tutumsuz, şirli və şirsiz dulusçuluq məmulatında bəzək müxtəlif
texniki üsullarla (möhür, həkketmə, qabarıq yapma, kəsmə, təsvirləmə və s.) tətbiq
edilmişdir. Dekorativ incəsənətin başqa sahələrində olduğu kimi, keramikada da
məmulatın bəzədilməsi işinə təbiət, gerçək olan mühit (quş, heyvan, bitki, məişət
əşyaları, həndəsi, qrafik ünsürlər və. s) başlıca mövzu mənbələri olmuşdur. Nəbati
naxışlar və sujetli rəsmlər də keramika məmulatının mühüm naxışlama
ünsürlərindən idi. Keramika məmulatı üzərində insan təsviri bu dövrdə nisbətən az
olmuşdur. İnsan təsviri adətən boşqab və fincanların dibində, iri planda, naxışlar
içərisində verilirdi. Azərbaycanla qonşu olan ölkələrin heç birinin keramika
sənətində rəsmlərin (xüsusilə sujetli təsvirlərin) bu cür genişliyinə, rəngarəngliyinə
təsadüf olunmamışdır.
149
Cənubi Azərbaycan bədii keramika nümunələrinin
bəzəyində quş təsvirləri üstünlük təşkil edir.
Bu dövrdə daşın bədii oyma sənətinin ən parlaq örnəkləri Şirvanda,
xüsusilə Abşeron abidələrində yaradılmışdır. Həndəsi, qrafik oyma naxışlarla
bəzədilmiş “Sınıqqala”nın (Məhəmməd məscidinin - 1078-1079) minarəsi,
150
Bakı
qəbirüstü abidələrindəki qrafik, nəbati, həndəsi naxışlar bu sənətin bənzərsiz
örnəklərindəndir. “Ölkənin şimalında başlıca inşaat materialı əhəngdaşı olduğuna
görə memarlıq obyektləri daş üzərində oymalarla bəzədilirdi. Cənubda isə
monumental inşaatda bişmiş kərpicdən istifadə olunurdu və buna görə də burada
bəzəmə materialı keramika məmulatı idi. Beləliklə, Azərbaycan daş oyma
sənətinin ən yaxşı örnəklərinə bu dövrdə ölkənin şimalında təsadüf edilir”.
151
Bu
dövrdə metalın emalı sahəsində də müəyyən uğurlar qazanılmışdı. Azərbaycan