12
araşdırmalar təhlil olunur, orta çağların mədəni-tarixi prosesləri tədqiq edilir.
Mahiyyətcə, bütün bunlar Azərbaycan mədəniyyəti tarixinə aid olan qeyri-tarixçi
araşdırmalarına əhəmiyyətli tarixçi əlavəsidir.
-
Monoqrafiyada çox böyük tarixi dövrün (III – XVIII əsrlər) Azərbaycan
mədəniyyətinin təkamülü prosesi başlıca araşdırma obyektinə çevrilmişdir. Məhz
bu, Azərbaycan tarixinin öyrənilməsi prosesində təqdim olunan tədqiqat işinin
əhəmiyyətini müəyyənləşdirir.
-
Araşdırma nəticəsində əldə olunmuş nəticələrdən tədqiqat işində göstərilmiş
istiqamətlərdə (mədəniyyət nəzəriyyəsi və mədəniyyət tarixi, Azərbaycan
mədəniyyətinin inkişafının ictimai-iqtisadi və siyasi ilkin şərtləri, orta çağların
müxtəlif yüzilliklərində Azərbaycan mədəniyyəti) xüsusi kursların keçirilməsi,
xalqın tarixinin tədrisi, təbliği zamanı istifadə oluna bilər.
Monoqrafiya işi AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun
“Azərbaycanın orta əsrlər tarixi” şöbəsində yazılmış və müzakirə olunmuşdur.
Əsərin yazılması və çapa hazırlanmasında AMEA-nın müxbir üzvü, tarix
elmləri doktoru, professor O.Ə. Əfəndiyev başda olmaqla, “Azərbaycanın orta
əsrlər tarixi” şöbəsinin əməkdaşlarının bir sıra qeyd və təklifləri nəzərə alınmışdır.
Müəllif onlara, habelə AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun
rəhbərliyinə öz dərin minnətdarlığını bildirir.
1
Дружинин Н. М. Воспоминания и мысли историка, с. 5 – bu və bundan
sonrakı tərcümələr müəllifindir, əsərlərin nəşr ili və həcmi haqqında məlumat
“İstifadə olunmuş mənbə və ədəbiyyatın siyahısı”nda verilmişdir.
2
Rəsulzadə M. Ə. Çağdaş Azərbaycan tarixi, s. 105.
3
Yenə onun. Azərbaycan Cümhuriyyəti, s. 95.
4
Bax: Гасымов Х. С. Культура Азербайджана в XVI - XVII вв. Автореферат
диссертации на соискание ученой степени кандидата исторических наук.
Баку, 1992, 23 с.
5
Bax: Yenə onun. Azərbaycan mədəniyyəti (XVI – XVII əsrlər). Bakı, Nurlan,
2002, 170 s.
13
I FƏSİL
BAŞLICA MƏNBƏLƏRİN VƏ ELMİ ƏDƏBİYYATIN İCMALI,
AZƏRBAYCANIN İSLAMAQƏDƏRKİ
MƏDƏNİ TƏKAMÜL PROSESİNƏ ÜMUMİ
BİR BAXIŞ
§ 1. BAŞLICA MƏNBƏLƏR
Azərbaycan mədəniyyətinin orta çağlar ərzindəki təkamül tarixinin
araşdırılması prosesində dövrün yazılı ilkin qaynaqlarından istifadə olunması labüd
və zəruridir. Tarixi prosesi əks etdirən və xalqın keçmişinin öyrənilməsi işini xeyli
asanlaşdıran tarixi mənbələrə dövrümüzə qədər gəlib çatmış maddi mədəniyyət
abidələri və yazılı qaynaqlar daxildir. Müxtəlifliyi və zənginliyi ilə fərqlənən
maddi mədəniyyət abidələri arxeologiya elminin araşdırma obyekti olduğu üçün
onların ətraflı şəkildə nəzərdən keçirilməsini zəruri hesab etmədik. Təbiidir ki,
araşdırma gedişində maddi mədəniyyət abidələrinin elmi təhlilinin nəticələri olan
tədqiqat əsərlərindən kifayət qədər istifadə olunmuşdur. Buna görə də başlıca
diqqəti yazılı mənbələrə yönəltmək fikrindəyik. Nəzərdən keçirilən çoxəsrlik tarixi
dövrün yazılı qaynaqlarının əsas kütləsi ərəb və fars dillərindədir. Ərəb və fars
dillərində tərtib olunmuş həmin əsərlərin (əsasən təsviri səciyyə daşıyan
salnamələr, “ümumdünya” və regional miqyaslı tarixi hadisələri əks etdirən, tarixi
dastanlar və s.) xeyli qismi hələ Azərbaycan dilinə tərcümə olunmamışdır. Bu
mənbələrin Azərbaycan dilinə tərcümə olunması işi yalnız son 10-15 il ərzində
sürətlənmişdir və bu hal daha çox Azərbaycanın XX yüzilliyin sonlarına doğru
yenidən siyasi müstəqillik qazanması ilə bağlıdır. Orta çağlar ərzində ərəb və fars
dillərində yazılmış əsərlərin bir qismi rus dilinə tərcümə olunmuşdur. Ərəb və fars
dillərində tərtib olunmuş orta çağ salnamə və əsərlərinin müəllifləri müasiri
olduqları dövrün faktlarını, hadisələrini maddi və siyasi cəhətdən hakim olmuş
qüvvələrin mənafeləri baxımından işıqlandırmışlar. Orta çağların müxtəlif
yüzilliklərində Azərbaycanda olmuş Şərq (əsasən ərəb) və Avropa səyyahları da
dövrün fakt və hadisələrinə mənsub olduqları ictimai-siyasi, etnik mühit
baxımından yanaşmışlar. Beləliklə, orta çağ qaynaqlarının obyektiv və subyektiv
qüsurlara və üstünlüklərə malik olması onlara elmi, tənqidi surətdə yanaşılmasını
zəruri edir.
Moisey Kalankatuklunun “Albaniya tarixi” adlanan salnaməsi
Azərbaycanın islamaqədərki ictimai-iqtisadi, siyasi, mədəni tarixinə aid olan
qaynaqlardan ümdəsidir
1
. Salnamədə Qafqaz Albaniyasının siyasi, ictimai-iqtisadi,
dini-ideoloji, mədəni tarixinin başlıca məsələləri V əsrdən VIII əsrə qədər
(Albaniya çarlığının süqutunadək) izlənilmişdir. Əsərdə hadisələrin təsviri X
14
əsrədək davam etdirilmişdir. Məlumdur ki, VII əsrin sonlarına doğru Azərbaycan
ərazisinin əksər qismi ərəblər tərəfindən işğal olunaraq böyük dövlətin – Ərəb
xilafətinin tərkibinə daxil olunmuşdu. Azərbaycanın şimal vilayətlərində yaşayan
xristian albanların çoxu İslamı qəbul etmiş, Qarabağın dağlıq ərazilərində yaşayan
xristian albanlar isə əski dinə etiqadlarını saxlamış, lakin sonralar xristian
ermənilərin əhatəsində olduqları üçün tədricən doğma dillərini itirmiş,
erməniləşmişdilər. Alban apostol kilsəsini özünə tabe etmiş erməni qriqoryan
kilsəsi albanlara məxsus olan abidələri (xüsusilə yazılı abidələri) erməni dilinə
tərcümə etdirərək, onları “erməni abidələri” kimi təqdim etməyə başladı. Qeyri-
erməni yazılı abidələri tərcümə olunaraq, “özəlləşdirildikdən” sonra həmin
abidələrin əsli (orijinalı) məhv olunmuşdu. Moisey Kalankatuklunun “Albaniya
tarixi” əsəri də bu cür “əməliyyata” məruz qalmış Albaniya (ərəb işğalından sonra
“Arran” adlandırılmışdır) yazılı abidələrindən biridir. Əsər dəfələrlə erməni
dilində, rus və Avropa dillərində nəşr olunduqdan sonra Z. Bünyadov tərəfindən
Azərbaycan türkcəsinə tərcümə olunmuş, kitab şəklində işıq üzü görmüşdür.
Qafqaz Albaniyasının Uti vilayətindəki Kalankat adlı yaşayış məntəqəsində (Bərdə
şəhərindən cənub-qərbdə, Tərtər çayının sahilində)
2
anadan olmuş Moisey
Kalankatuklu labüdən dövrünün və mühitinin dini, siyasi baxışlarının daşıyıcısı idi.
Onun anadan olduğu Kalankat kəndi erkən orta əsrlərdə Qafqaz Albaniyasının dini
və siyasi həyatında müəyyən rol oynamışdır. Bu yaşayış məntəqəsində olan
zadəganlar və din xadimləri Alban apostol, xristian kilsəsinin yığıncaqlarında fəal
iştirak etmişlər. Moisey Kalankatuklu 3 hissədən ibarət olan “Albaniya tarixi”
əsərini alban dövlətinin ən qüdrətli dövründə, müasiri olduğu Cavanşirin və Varaz
Trdatın hakimiyyəti zamanı yerli əfsanələr və rəvayətlər, alban agioqrafik
ədəbiyyatı, kilsə qanunları, Roma müəlliflərinin əsərləri və şəxsi müşahidələri
əsasında yazmışdır. Ehtimal olunur ki, 710-cu ildən sonrakı tarixi hadisələrin
təsviri əsərə başqa şəxslər tərəfindən əlavə edilmişdir (əsər bizə məhz həmin
redaktədə gəlib çatmışdır). Əsərin birinci hissəsinin ilk 2 fəslində Bibliya tarixi
şərh olunur, albanların mənşəyi Yafəs nəsli ilə əlaqələndirilir, albanlar yazısı olan
15 xalq sırasında göstərilir
3
. Salnamənin III hissəsində ərəblərin siyasi tarix
səhnəsinə çıxmasından sonrakı hadisələr öz əksini tapmışdır
4
. Təbiidir ki, erməni
qriqoryan kilsəsi “Albaniya tarixi”ni (habelə digər alban yazılı abidələrini)
“özəlləşdirmək”
sahəsində
çalışarkən,
onu
maksimum
dərəcədə
“erməniləşdirməyə” can atmış, lakin istəyinə tam nail ola bilməmişdir.
Ümumiyyətlə, Azərbaycanın X əsrə qədərki tarixi haqqında müəyyən məlumatlar
verən yeganə yerli yazılı mənbə Moisey Kalankatuklunun bu salnaməsidir. Məhz
buna görə də “Albaniya tarixi” Azərbaycanın mədəniyyət tarixinin araşdırılması
üçün əvəzolunmaz qaynaqdır. Albaniya (Arran) nəinki Qafqazda, habelə Şərqdə ilk
xristianlıq mərkəzlərindən, ocaqlarından biridir. Qeyd etmək lazımdır ki,
Azərbaycan (Atropatena) atəşpərəstliyin (zərdüştiliyin) də ocaqlarındandır. Bu
tarixi gerçəkliklər Azərbaycanın Şərq aləminə, bəşər mədəni sisteminə üzvi
Dostları ilə paylaş: |