19
açılmışdı). O, ictimai və siyasi görüşlərini fars dilində yazdığı “Siyasətnamə”
əsərində əks etdirmişdir. Əsərdə Azərbaycan, Xürrəmilər, Babək hərəkatı haqqında
da məlumat vardır. Nizaməlmülk bu əsəri 1076-cı ildə “30 fəsildə yazıb Məlikşaha
təqdim etmiş”, sonralar isə əsərə əlavələr olunmuş, “kitab 50 və ya 51 fəslə
çatmışdır”.
25
Nizaməlmülk Babək hərəkatının Ərəb xilafətinin varlığı üçün böyük
təhlükə olduğunu və Xilafətin bu təhlükədən qurtulduğunu bu cür ifadə etmişdir:
“Mötəsim üç qələbə çalmışdır, hər üçü də İslamın qüvvətlənməsinə səbəb
olmuşdur. Biri - Rum (Bizans – red.), ikincisi Babək, üçüncüsü təbəristanlı
Maziyar Qəbr üzərindəki qələbə idi. Bu üç qələbədən biri belə baş tutmasaydı,
İslam məhv olub gedərdi”.
26
Ərəb tarixçisi İzzəddin Əbülhəsən Əli ibn Məhəmməd ibn əl-Əsir (1160-
1233/34) 12 cildlik “Əl-Kamil fi-t-tarix” (“Mükəmməl tarix”) əsərinin müəllifidir.
Əsərdə ən qədim dövrlərdən 1231-ci ilədək baş vermiş hadisələr şərh olunur.
Müəllif Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına dair (ərəblərin
Azərbaycanı işğal etməsi və bundan sonrakı faktlar) zəngin məlumatlar
vermişdir.
27
“İbn Əl-Əsirin ət-Təbəri, əl-Bəlazuri və digər müəlliflərə etdiyi
əlavələr onun əsərlərini Azərbaycan tarixinə aid mühüm müstəqil mənbə kimi
qiymətləndirməyə haqq verir”.
28
Tarixçi, coğrafiyaşünas, səyyah, dilçi Yaqut ibn Abdullah ər-Rumi əl-
Həməvinin (1179-1229) “Mücəm əl-buldan” (“Ölkələrin əlifba sırası ilə siyahısı”)
adlı coğrafi lüğəti Azərbaycanın və Arranın tarixinin tədqiqi üçün mühüm
qaynaqlardandır. Müəllif mənşəcə Kiçik Asiyalı yunan idi. O, başlıca əsərini 1224-
cü ildə yazmış, əsərində 16 min toponim, habelə Azərbaycanın təqribən 90 yaşayış
məntəqəsi və s. haqqında məlumatlar vermişdir. O, VII – VIII əsrlərdə yaşamış
təqribən 1100 nəfər elm, mədəniyyət və din xadimlərinin həyat və yaradıcılığından
bəhs edən “İrşad əl-Ərib ilə mərifət əl-ədib” (“Ağıllı adamlara yazıçıları tanıtmaq
üçün öyüd”) və ya “Mucəm əl-udəba” adlı əsərini 1218-ci ildə tamamlamışdır
(Əbdələziz əl-Bərdəi, Xətib Təbrizi, Məkki əl-Bərdəi, Səid əl-Əzdi və digər
Azərbaycan alimləri haqqında da məlumat vermişdir). Dövrün Azərbaycan mədəni
həyatı, mədəniyyət xadimləri haqqında məlumat verən mənbələr arasında
“Yaqutun bilavasitə bu janra (bioqrafik janra – red) həsr edilmiş “İrşad əl-ərib”
əsəri xüsusi yerlərdən birini tutur. Alimin digər “Mücəm əl-buldan” və “Kitab əl-
müştərik” əsərləri isə bu janra aid olmasalar da, azərbaycanlılar və onların dili,
dini, dünyagörüşü, incəsənət, beynəlxalq əlaqələr və s. haqqında məlumat
verirlər”.
29
Müəllifin “həm coğrafi, həm də ədəbi lüğətləri Azərbaycanın məşhur
şəxsiyyətlərinin adlarını üzə çəxarmaqla yanaşı monqollara qədərki dövrün elmi
həyatı, o cümlədən Azərbaycanla müsəlman dünyasının digər ölkələri arasında baş
verən elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbələrdir”.
30
Coğrafi lüğət olan “Mücəm əl-buldan” böyük kompilyativ əsərdir. “Burada çoxu
bizə gəlib çatmayan yüzdən artıq ilk mənbədən istifadə edilmişdir”.
31
20
Ərəb müəllifi İbn əl-Füvatinin (1244-1326) “Təlxis məcmə əl-ədəb fi
mücəm əl-əlqəb) (“Ləqəblər lüğətindəki məlumatların qısaldılmış toplusu”) adlı
əsərinin Azərbaycan mədəniyyətinin XIII əsrin II yarısında – XIV əsrin
əvvəlindəki inkişafı prosesini öyrənmək üçün böyük əhəmiyyəti vardır.
Araşdırıcıların ixtiyarında olan bu əsər vaxtilə 50 cilddən ibarət olmuş böyük
əsərin yalnız müxtəsər formasıdır.
32
Bağdadda anadan olmuş, 14 yaşında
monqollara əsir düşmüş ibn əl-Füvati dövrünün məşhur astronomu və elm
təşkilatçısı, dövlət xadimi Nəsirəddin Tusinin təklifi ilə Marağa rəsədxanası
nəzdində olmuş kitabxananın xazini ( mühafizəçisi) vəzifəsində çalışmışdır. O,
ömrünün 56 ildən artıq qismini öncə Marağa rəsədxanasının kitabxanasında
(burada 400 min cild kitab vardı) və əl-Müstənsiriyyə mədrəsəsinin kitabxanasında
(80 min cild) çalışmış, oradakı kitablardan lazımınca bəhrələnmişdir. İbn əl-Füvati
mahir xəttat kimi tanınmış, dövrün bir çox elmi biliklərinə yiyələnmiş, bir sıra
dövlət vəzifələrində olmuş, tərcüməçi kimi də fəaliyyət göstərmişdir.
33
Onun
əsərində dövrün tanınmış Azərbaycan alimləri, mədəniyyət xadimləri,
ilahiyyatçıları, onların Azərbaycanda, habelə İslam Şərqinin başlıca mədəniyyət
mərkəzlərində fəaliyyətinə dair mühüm məlumatlar vardır. Bu əsərdə 19 mədrəsə,
xüsusilə Bağdadda fəaliyyət göstərmiş mədrəsələr haqqında məlumatlar verilir.
34
Həmin mədrəsələrin çoxunda dövrün Azərbaycan mədəni xadimləri təhsil almış,
müəllimlik etmişdir. “Təlxis” Azərbaycan mədəniyyəti tarixi üzrə qiymətli
mənbədir və özündə başqa mənbələrdə olmayan, az tanınan və nadir məlumatları
ehtiva edir”.
35
Dövrün Azərbaycan mədəniyyətinin araşdırılması gedişində əhəmiyyət
kəsb edən ərəbdilli mənbələrdən biri də Bədrəddin Mahmud əl-Ayninin (1363-
1451) “İqd əl-cuman fi tarix əhl əz-zaman” (“Dövrün şəxsiyyətlərinin tarixi
haqqında mirvari boyunbağı”) əsəridir.
36
“Öncə 24 cilddən ibarət olmuş bu əsər 8
cild halına salınmış, daha sonra isə 4 cilddə təqdim olunmuşdur”
37
Mənşəcə türk
olmuş Bədrəddin Mahmud əl-Ayni Misirin türk mənşəli məmlük sultanlarına
xidmət etmiş, bir neçə məntəqədə baş qazı vəzifəsini yerinə yetirmiş, uzun müddət
diplomatiya sahəsində çalışmış, mədrəsədə tarix, hüquq, hədis, qrammatika
fənlərindən mühazirələr oxumuşdur. O, Qahirə şəhərində Ayniyyə mədrəsəsini
təsis etdirmişdi.
38
Əsərin Azərbaycan tarixilə bağlı olan IV cildi 1224-cü il
hadisələrinin təsviri ilə başlanır.
39
Dövrün (XIII – XV əsrin I yarısı) başlıca hərbi-
siyasi, diplomatik hadisələri bu cilddə öz əksini tapmışdır. Bu dövrdə
Azərbaycanda elmin müxtəlif sahələrinin əlverişli şəraitdə inkişaf etməsi faktı əl-
Ayninin əsərlərindət tədqiq olunur, dövrün tanınmış Azərbaycan alimlərinin adları
sadalanır, Nəsirəddin Tusinin fəaliyyətinin əsas nəticəsi olmuş Marağa rəsədxanası
barədə xeyli məlumat verilir.
40
Müəllif Azərbaycanda memarlığın inkişafı faktına
xüsusi fikir vermiş, Əlişah məscidinin xarici görkəmi, daxili quruluşu, fəaliyyəti
haqqında ətraflı məlumat vermiş, Sultaniyyə şəhərinin salınması, memarlıq
komplekslərinin (“Arquniyyə”, “Qazaniyyə”, “Sultaniyyə” və s.) yaradılması
Dostları ilə paylaş: |