72
qarşısında qalmışdılar. “Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlət
hüdudlarında birləşdirən Yusif ibn Əbu-s-Sacın müstəqil hakimiyyəti 927-ci ildə
sona çatır”.
17
941-ci ildə Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 50 ildən
artıq bir müddət ərzində Qafqazda Xilafətin dayağı olmuş bu dövlət bir çox
hallarda Xilafətin təsir dairəsindən çıxa bilirdi. Azərbaycanın etnik-mədəni,
ictimai-iqtisadi birliyinin təkamülü prosesində bu dövlətin mühüm rolu olmuşdur.
“Şirvanşah” titullu hakimlərin idarə etdiyi yeni siyasi qurumun təşəkkülü
üçün əlverişli zəmin VI əsrin əvvəllərində yaranmışdı. “VI əsrdə Şirvanda Sasani
hökmdarları ilə qohumluq əlaqələrində olmuş sülalə hakimiyyətdə olmuşdur”.
18
Ərəblərin Qafqaza gəlişindən sonra Şirvanda təşəkkül tapmış siyasi qurumun
təkamülündə yeni dönüş baş verdi. Xilafətin bütün Qafqaz mülklərini idarə etmiş,
“Şirvan məliki” titulunu daşımış ilk rəsmi Şirvan hökmdarı ərəb rəbia qəbiləsinin
şeyban nəslindən olan Yəzid ibn Məzyəd əş-Şeybani olmuşdur.
19
Yeni sülalə
banisi 801-ci ildə Bərdədə vəfat etmişdir.
20
“Heysəm ibn Xalid ərəb mənşəli
Məzyədilər sülaləsinin “şirvanşah” titulu daşımış ilk müsəlman Şirvan hökmdarı
olmuşdur”
21
. Məzyədilərin (Şeybanilərin) hökmdarlığı qədim bütpərəstlik
inamlarını, islamaqədərki baxışları mühafizə edən “Kafir qonşulara” qarşı hərbi
yürüşlərlə əlamətdar olmuşdur. “İslam dinini yaymaq”, “dinsizləri İslam yoluna
dəvət etmək” şüarları altında gerçəkləşdirilmiş bu yürüşlər əslində dövlətin
ərazisini genişləndirmək məqsədinə xidmət edirdi. Yəzid ibn Əhmədin hakimiyyəti
dövründə (991-1027) Yəzidilər sülaləsinin iranlılaşması prosesi başlandı. Şirvanda
gedən bu prosesin başlanmasında Ərəb Xilafətinin müxtəlif yerlərində İran
mənşəli, yerli sülalələrin yenidən siyasi hakimiyyətə qayıtması, islamaqədərki İran
mədəniyyətinin (xüsusilə ədəbiyyatın) vaxtilə Sasanilərin tabeliyində olmuş
vilayətlərdə dirçəlişi, eləcə də vətənpərvər ruhlu, ziyalı iranlıların apardıqları geniş
təbliğat az rol oynamamışdır. “Sasani dövrü nisgili şeybani nəslindən olan ərəb
soykökü haqqındakı xatirələrdən daha cəlbedici oldu”
22
. Bu əməllə əslən ərəb olan
sülalənin nümayəndələri Azərbaycan, Şirvan zəmininə bağlandıqlarını, Sasani
ənənələrinə hörmət bəslədiklərini sübut etməyə çalışır, siyasi hakimiyyətlərinin
sosial zəminini möhkəmləndirməyə, genişləndirməyə can atırdılar. “Yəzid ibn
Əhmədin hakimiyyəti zamanı hökmranlıq edən xanədanın daxilində ilkin
qaynaqlarda öz əksini tapmamış, məchul hadisələr baş verirdi. Lakin bir cəhət
şübhəsizdir: Şirvanşahların adları dəyişdi - Yəzid ibnƏhməddən sonra ərəb
adlarının əvəzinə qədim Sasani adlarına qayıdış baş verdi (Yəzidin oğlulları
Ənuşirəvan və Mənuçöhr adlanırdılar). Ola bilər ki, artıq X əsrin I yarısında
Məzyədi sülaləsindən olan Şirvanşahlar Sasani mənşəli, nəcabətli xanədanlarla
nikah əlaqələri yaratmış və həmin xanədanların qadın nümayəndələri əski ənənəni
dirçəltmişlər”.
23
Şirvanşahlar X-XI əsrlər ərzində rusların qəfil həmlələrinə,
bölgədə hegemonluğa can atan digər dövlətlərə (Sacilərə, Şəddadilərə, gürcü
hökmdarlarına, Dərbənd əmirlərinə, Salarilərə) qarşı müqavimət göstərməli olmuş,
bir çox hallarda həmin siyasi qurumlardan asılı hala düşmüş, əlverişli siyasi
73
məqamlarda isə dövlət ərazisini genişləndirməyə can atmışlar. 1066-cı ildən Şirvan
Səlcuqilərin hücum və təsirinə məruz qaldı. Şirvanı vassal tabeliyinə salmış
“Səlcuqilər Şirvanşahların hakimiyyətini zəiflədə bilmədilər. Artıq XI əsrin
sonunda Şirvanda siyasi yüksəlişin başlanğıcı nəzərə çarpırdı. Bü yüksəliş XII
əsrədək davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə dövrünə
qədəm qoydu”.
24
Bu baxımdan I Əxsitanın (Axsitanın) hakimiyyəti dövrü (1160-
1197) daha əlamətdardır. Həmin şirvanşahın uğurlu daxili və xarici siyasəti,
mərkəzi hakimiyyətin gücləndirilməsi Şirvanşahlar dövlətinin iqtisadi, siyasi və
mədəni həyatının inkişafı üçün əlverişli şərait yaratmışdı.
25
1192-ci ildə baş vermiş
güclü zəlzələ nəticəsində Şirvanşahlar dövlətinin paytaxı Şamaxı dağıldı, xeyli
əhali, habelə şirvanşahın ailə üzvləri həlak oldu. Bu hadisədən sonra şirvanşah öz
iqamətgahını Bakıya köçürmək məcburiyyəti qarşısında qaldı. Bu dövrdə Şirvan
dövlətinin İraq Səlcuq sultanlığından əslində sultanlıqda hakim olmuş Azərbaycan
Atabəylərindən vassal asılılığı formal səciyyə daşıyırdı. Şirvanşahlar dövləti XII
əsrin sonunadək Azərbaycan ərazisində mövcud olmuş ən güclü siyasi qurum
olmuşdur (bir sıra hallarda qonşu dövlətlərdən formal asılılıqda olmasına
baxmayaraq). Bu dövlət ölkənin müəyyən qisminin mədəni, ictimai-iqtisadi, siyasi
təkamülü prosesinin fasiləsizliyini təmin etmişdir.
Dərbənd Haşimi əmirliyi bu dövrün Azərbaycan siyasi həyatında nəzərə-
çarpacaq rol oynamışdır. Dərbəndi uzun müddət ərzində xəlifənin təyin etdiyi ərəb
sərkərdələri idarə etmişlər. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə
yetirilirdi. 851-ci ildə isə xəlifə əl-Mütəvəkkil şəhəri və onun ətraf ərazilərini o
zaman Azərbaycan, Arran və Ərminiyyə hakimi olan Məhəmməd ibn Xalid ibn
Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 869-cu ildə mənşəcə ərəb olan,
Sulaym nəslinə mənsub Haşim ibn Suraka əs-Suləmi Dərbənddə əmirliyin əsasını
qoydu. Əmir Xilafətin və Şirvanşahların tabeçiliyindən çıxdı. Dərbəndi özünün
qanuni mülkü hesab edən Şirvanşahlar bu əmirliyi tabe etməyə, onun varlığına son
qoymağa çalışırdılar. Lakin şimaldan baş verən hücumlara sipər olan ən yaxın
qonşuları ilə münasibətləri gərginləşdirmək Şirvan hökmdarları üçün sərfəli
deyildi. Ona görə də onlar Dərbənd əmirliyinin nisbi müstəqilliyi faktı ilə barışmalı
oldular. XI əsrin 60-70-ci illərində Dərbəndin ictimai-siyasi həyatına Səlcuqilər də
fəal müdaxilə etdilər. “Mənbələrdən aydın olur ki, Dərbənddə Haşimilər
sülaləsinin hakimiyyətinin sonu təxminən 1077-ci ilə - XI əsrin axırlarına təsadüf
edir”.
26
XII əsrin sonlarına doğru Dərbənd şəhəri və onun ətrafı Şirvanşahlar
dövlətinin tərkibinə daxil edildi (qaytarıldı). 851-ci ildən XI əsrin sonlarınadək
(200 ildən artıq bir müddət ərzində) müstəqil mövcud olmuş, daha 100 il isə
Haşimilər sülaləsi ilə şəhər rəisləri arasındakı hərc-mərclik şəraitində olduqdan
sonra Dərbənd Haşimi əmirliyi də siyasi tarix səhnəsini tərk etdi.
Salarilər dövləti nəzərdən keçirilən dövrdə Azərbaycanın siyasi həyatında
mühüm rol oynamış gerçəklik olmuşdur. 941-981-ci (başqa məlumata görə 983-cü)
illərdə mövcud olmuş bu dövlətin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin əsasını
Dostları ilə paylaş: |