76
təşəkkül dövrü 1136-1160-cı illərə, yüksəliş və çiçəklənmə 1161-1191-ci illərə,
tənəzzül mərhələsi isə 1191-1225-cı illərə təsadüf edir. Şəmsəddin Eldəniz (1136-
1175), Məhəmməd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan (1186-1191),
Əbubəkir (1191-1210) və Özbək (1210-1225) qurulmuş dövlətin varlığını təmin
etmiş hökmdarlar idilər. Bu dövrdə Azərbaycan Yaxın və Orta Şərqin mühüm
mədəni mərkəzlərindən birinə çevrilmişdi. Bağdad və onun ətrafı
istisna olunmaqla
Qafqaz dağlarından Fars körfəzinədək olan böyük ərazi dövlətin banisi Eldənizin
hakimiyyəti altında idi.
32
İraq Səlcuq sultanlığı daxilində baş vermiş hərbi-siyasi
çəkişmələr, vaxtaşırı baş vermiş gürcü həmlə və hücumları Azərbaycan Atabəyləri
dövlətinin başlıca qayğı obyektləri olmuşdur.
§ 2. Azərbaycan mədəniyyətinin başlıca inkişaf
istiqamətləri
Nəzərdən keçirilən böyük tarixi dövrün ictimai-siyasi hadisələri mədəni
prosesin axarına əsaslı surətdə təsir göstərmişdir. Ərəb istilası və Azərbaycanın
uzun müddət Xilafət tərkibində olması Azərbaycanın mədəni həyatında da əsaslı
dəyişikliklərin başlıca səbəbi oldu. Bu dəyişiklik özünü ilk növbədə dini baxışlarda
büruzə verdi. Yeni din - İslam tədricən mənimsənildi, Azərbaycan mədəniyyəti
İslam mədəniyyəti sisteminə inteqrasiya olundu, türk dilinin inkişafı prosesində
fasilə yarandı. Təqribən XI əsrədək ərəb dili elmi, dini və ədəbi yaradıcılığın
başlıca vasitəsinə çevrildi. Buna obyektiv amillər (ümumi dilin, əlifbanın olmaması
və.s) əlverişli şərait yaratmışdı. Xəlifə Əbdülməlikin (685-705) islahatı nəticəsində
kargüzarlıq ərəb dilində aparılmağa başlandı, 1-2 əsrdən sonra ərəb dili tədricən
işğalçının dilindən mədəniyyət göstəricisinə çevrildi. “Rəsmi dil kimi Xilafətdə
Əməvilərin hakimiyyətdə olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma fars
və yeni işğalçıların ərəb dilləri, Abbasilərin hakimiyyətdə olduqları dövrdə isə
(Səlcuqlaradək) ərəb dili işlədilirdi”.
33
Ərəb hökmranlığı dövründə “milli-etnik
sərhədlər tədricən zəifləyərək yox dərəcəsinə çatmışdı”
34
. İmperiya əhalisinin dini
və etnik müxtəlifliyinin artıq Abbasi xəlifələri tərəfindən nəzərə alınması Xilafətdə
IX əsrin ortalarından etibarən dünyəvi elmlərin inkişafı üçün şərait yaratdı.
Ortodoksal (rəsmi, mühafizəkar) İslamın təriqətçilərlə çəkişmələri, sünni və
şiələrin geniş mübahisələri isə dini nəzəriyyələrin, müsəlman hüququnun (fiqhin),
fəlsəfənin, məntiqin inkişafına səbəb oldu. İslamda ziddiyyətli fikirlərin artması
çoxsaylı mədrəsələrin təsis olunmasını labüd və zəruri etdi. Mənbələrdən aydın
olur ki, Xilafət ərazisində ilk mədrəsə X əsrin sonlarında Nişapurda (İranın şimal-
şərqində) açılmış, sonralar isə İslam aləminin bütün böyük şəhərlərində
yayılmışdır. Xəlifə Harun ər-Rəşidin dövründə Bağdadda təsis olunmuş, “Darül-
hikmə” və ya “Xizanət əl-hikmə” (“Hikmət evi” və ya “Hikmət xəzinəsi”)
adlandırılmış elmi mərkəz müxtəlif (xüsusilə yunan və ya siryani) dillərdə yazılmış
əsərlərin ərəb dilinə tərcümə olunması, geniş yayılması sahəsində xeyli iş gördü.
77
Beləliklə, yeni tarixi dövrdə antik (qədim) mədəni dəyərlərin dirçəldilməsi, bu
dəyərlərin ərəb dilində geniş yayılması, yenidən nəzərdən keçirilməsi prosesi
gerçəkləşdi və ərəb dili bu prosesdə başlıca ötürücü rolunu oynadı.
114 surədən (fəsildən) ibarət olan, ayələrə bölünən Quran yalnız İslam
dininin deyil, hüququn, Şəriətin və ümumiyyətlə müsəlman xalqlarının
ideologiyasının əsasını təşkil edir. Orta çağlarda fəlsəfi, ictimai, siyasi, etik, estetik
görüşləri Qurandan təcrid olunmuş halda təsəvvür etmək qeyri-mümkündür. Hər
bir ideoloji cərəyan, təlim bu ya digər dərəcədə onunla bağlıdır. İslam dininin və
Ərəb dövlətinin banisi Məhəmməd Peyğəmbər Əleyhissəlamın sağlığında Quran
şifahi formada olmuşdur. Məhəmmədin vəfatından sonra müqəddəs mətnin
tədricən unudulması təhlükəsi olduğuna görə bütün “vəhy”ləri toplamaq, onları
yazıda maddiləşdirmək zərurəti yaranmışdı. Xəlifə Əbubəkrin dövründə (632-634)
bu işi Zeyd ibn Sabit gördü.
35
Üçüncü xəlifə Osmanın dövründə (644-656) Quranın
mətni ilk dəfə əl ilə tərtib olunmuş, yazılmış kitab formasına salınmışdı və məhz
həmin kitab Quranın ilk nəşri hesab olunur.
36
Orta çağlarda İslam Şərqində Quranı
bilmək, onu təfsir, təbliğ etmək alimlik, ariflik əlaməti hesab olunurdu. Buna görə
də İslam ilahiyyatı nəzərdən keçirilən dövrün mədəni həyatının ayrılmaz, tərkib
elementi olmuşdur. Quran, sünnə (hədislər toplusu), icma (din xadimlərinin yekdil
qərarı) və qiyas müsəlman hüququnun (fiqhin) əsasları idi. İlk iki
əsasda ortodoksal
(mühafizəkar) mövqe üstün olmuşdur. Beləliklə, VII əsrin 30-cu ilində siyasi
vəhdət (dövlət) əldə etmiş ərəblər beynəlxalq aləmdə (Yaxın və Orta Şərqdə) hərbi
uğurlar qazandıqdan sonra ideoloji (İslamın bərqərar olunması və yayılması),
mədəni (ərəb dilinin hegemon mövqe qazanması) sahələrdə də nəzərəçarpacaq
nailiyyətlər əldə etdilər. Lakin mühüm bir cəhəti qeyd etmək lazımdır ki, siyasi və
hərbi cəhətdən fəth olunmuş ölkələrin çoxusunun mədəni səviyyəsi fatehlərin
(ərəblərin) mədəni səviyyəsindən yüksək idi. Buna görə də mədəni sahədə qalib
tərəf fəth olunmuş ölkələr və xalqlar oldu. Bəzi hallarda səhvən “ərəb
mədəniyyəti” kimi təqdim olunan “İslam mədəniyyəti”nin inkişafında aparıcı,
həlledici rol və mövqe qeyri-ərəblərə məxsus olmuşdur. “İslam mədəniyyəti”nin
təkamülü prosesində Azərbaycan mədəni potensialının fəal iştirakı danılmaz tarixi
gerçəklikdir.
İslam ilahiyyatı Ərəb Xilafətində daha çox inkişaf edən sahələrdən idi.
İlahiyyatın inkişafı zamanın tələbindən törəmişdi. Ərəb xəlifələri hərbi-siyasi yolla
fəth etdikləri ölkələrdə özəl dinlərini (İslamı) daha geniş yaydıqdan sonra İslamın
daha dərindən araşdırılmasına və təbliğinə can atırdılar. Quran, hədislər toplusu,
müsəlman hüququ (fiqh) bu tarixi dövrün ilahiyyatı üçün başlıca araşdırma
obyektlərinə çevrilmişdi. İlahiyyatçılar, fəqihlər (İslam hüquqşünasları)
Azərbaycanda da fəaliyyət göstərirdilər. Əl-Müqəddəsi bu alimlərin əsasən
sünniliyin hənbəli məzhəbinə mənsub olduqlarını qeyd edirdi. Əbu Səid Əhməd
İbn Hüseyn əl-Bərdəyi Bağdadda fəaliyyət göstərmiş görkəmli Azərbaycan
ilahiyyatçısı, hənəfiliyin və mötəzililiyin tanınmış nümayəndəsi,
37
hüquqşünas idi.