Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   33   34   35   36   37   38   39   40   ...   138

80 
 
mütəfəkkirləri  şiələrdən  fərqli  olaraq  Allahın  konkret  bir  şəxsdə  (peyğəmbər, 
imam,  və  b.)  deyil,  mistik  özünükamilləşdirmə  yolunu  keçmiş  hər  hansı  insanda 
təcəssüm  etdiyini  bildirirdilər.  Hüseyn  əl-Mərəndi,  Əbubəkr  əz-Zəncani,  İbrahim 
ət-Təbrizi, Əbülfərəc əl-Varsani, Səid əl-Bərdəyi, Əli əl-Urməvi, Əbdülhüseyn əl-
Zəncani,  Məhəmməd  əl-Bakuvi  əl-Şirazi  IX-X  əsrlərin  tanınmış  Azərbaycan  sufi 
mütəfəkkirlərindən  olmuşlar.  Ömrünün  son  çağlarında  Şiraz  yaxınlığındakı  bir 
mağarada tənha  yaşamış,
44
  96-97  il  ömür  sürdüyü  ehtimal  olunan  Məhəmməd  əl-
Bakuvi  (“Baba  Kuhi”,  “Bakuhi”)  həmin  alimlər  arasında  xüsusilə  fərqlənmişdir. 
Onun  ərəb  dilində  yazılmış  üç  risaləsi  və  şeirlər  “Divan”ı  vardır.  “Bakuvi 
Azərbaycan sufi ədəbiyyatının və ümumiyyətlə sufi ədəbiyyatının bizə qədər gəlib 
çatmış ilk abidəsidir”
45
 Abdullah Ənsari (1006-1086) məlumat verir ki, Baba Kuhi 
(Bakuvi) xeyli səyahət etmişdir və o, (yəni, Ənsari) bu alimin sözləri əsasında 30 
min hekayət və 30 min hədis yazmışdır.
46
 Mənsur Həllacın ideyaları onun başlıca 
təbliğat  obyektləri  idi.  “Həllacın  həyatının  başlanğıcı  və  sonu”,  “Sufilərin 
hekayətləri”,  “Ariflərin  xəbərləri”  (hamısı  ərəb  dilində  yazılmışdır)  adlı  risalələr 
(traktatlar)
47
  bu  Azərbaycan  mütəfəkkirinin  dini,  elmi  və  fəlsəfi  baxışlarını  əks 
etdirir.  Orta  çağlarda  İslam  Şərqində  geniş  yayılmış  və  “Azərbaycanda  minillik 
tarixi olan”
48  
sufizmin mahiyyətinin anlaşılması üçün Baba Kuhi Bakuvinin şeirlər 
“Divan”ının  böyük  əhəmiyyəti  vardır.  Şirazda  vəfat  etmiş  bu  Azərbaycan 
mütəfəkkirinin İslam Şərqində fəlsəfi fikrin inkişaf axarına mühüm təsiri olmuşdur. 
Azərbaycanda fəlsəfi fikrin inkişafı o zaman daha çox “Saflıq qardaşları” 
(“İxvan əs-Səfa”) cəmiyyətinin  fəaliyyəti ilə  bağlı olmuşdur. X  əsrin II  yarısında 
Bəsrə  şəhərində  yaranmış
49 
bu  dini-fəlsəfi  cəmiyyət  gizli  şəraitdə  fəaliyyət 
göstərirdi.  Orta  Asiya,  Azərbaycan,  Suriya  mütəfəkkirləri  həmin  cəmiyyətin  fəal 
üzvlərindən  olmuşlar.  Cəmiyyət  üzvləri  təbii-elmi  bilikləri  yayır,  dini 
fəlsəfələşdirməyə  can  atırdılar.  Şəriətin  fəlsəfə  ilə  nizamlanması  əsasında  insan 
kamilliyinin  hasil  olunması  cəmiyyətin  başlıca  məqsədi  olmuşdur.  Bu  məqsədlə 
cəmiyyətin üzvləri “Rəsail-İxvan əs-Səfa və Xüllan əl-Vəfa” (“Saflıq qardaşlarının 
və  vəfa  münsiflərinin  risalələri”)  adlı  böyük  ensiklopediya  hazırlamışdılar.  Dörd 
hissədən  ibarət  olan  bu  əsər  51  (mövcud  nüsxələrdə  52)  traktatdan  (risalədən) 
ibarətdir.
50  
Əsərin məlum 5 müəllifindən biri Azərbaycan alimi Əbülhəsən Əli İbn 
Harun əz-Zəncanidir.
51
 Risalələrdən 13-ü (14-ü) riyaziyyata, 17-si təbiət elmlərinə, 
10-u  metafizikaya,  11-i  isə  ilahiyyat  məsələlərinə  həsr  olunmuşdur.  Kitab 
müəllifləri  mütəzililər  kimi  özlərini  “əhl  əl-adil”  (“ədalət  əhli”)  adlandırırdılar. 
“Saflıq  qardaşları”  cəmiyyətinin  üzvləri  bütün  dinlərin  və  fəlsəfi  təlimlərin 
birləşdirilməsi tərəfdarı idilər”
52. 
Rəsmi İslam ideoloqları bu əsərin yandırılmasına 
fitva vermişdilər. Lakin əsər artıq geniş yayılmışdı. Bu əsər artıq təbiət, cəmiyyət 
və idrak haqqında düşünən insanların daxili aləminə, beyinlərinə sirayət etmişdi və 
məhz  buna  görə  də  tarix  səhnəsindən  çıxarıla  bilmədi.  Cəmiyyət  üzvləri  iddia 
edirdilər ki, “kamilliyin əldə olunması üçün yunan fəlsəfəsi ilə müsəlman şəriətini 
(Qurana  əsaslanan  dini,  məişət  və  mülki  qanunlar  külliyyatını)  birləşdirmək 


81 
 
zəruridir”.
53
  Cəmiyyət  üzvlərinin  fəlsəfi  baxışları  Şərq  peripatetizminə  yaxın 
olmuşdur.
54
  Bu  dövrdə  Azərbaycanda  islamaqədərki  adət-ənənələr,  əski  baxışlar, 
xüsusiyyətlər  bir  çox  mədəniyyət  faktlarında  (xüsusilə  elmi-fəlsəfi  baxışlarda, 
ədəbiyyatda) öz əksini tapmışdı. Xürrəmilik (işığa vurğunluq), şüubilik (el-obanın 
üstünlüyü  ilə  fəxr  etmə)  və  azadfikirlilik  Azərbaycan  mədəni  həyatının 
gerçəkliklərindən idi.  “Bu dövrdə  Azərbaycanda  İslam  Şərqi üçün  səciyyəvi olan 
başlıca  fəlsəfi  cərəyanlar  yayıldı,  inkişaf  etdi  və  Azərbaycan  mütəfəkkirlərinin 
simasında  bu  cərəyanların  öz  böyük  nümayəndələri  vardı.  Peripatetizm 
Bəhmənyarla, panteizm Baba Kuhi ilə və Eynəlqüzzatla, İşraqiyyə Sührəvərdi ilə 
təmsil olunurdu. Bu dövrdə Şərqin digər ölkələrində olduğu kimi Azərbaycanda da 
daha geniş yayılmış mistik-bidətçi cərəyan sufizm idi”.
55
 Sufilik Azərbaycanda IX 
əsrdən  etibarən  geniş  yayılmağa  başlamışdı.  Lakin  nəzərə  almaq  zəruridir  ki, 
sufizm  vahid  cərəyan  deyildi:  R.Nikolson  XI  əsrədək  olan  yazılı  mənbələri 
araşdıraraq  “təsəvvüf”  anlayışının  və  onun  məzmununun  78  tərifini  aşkara 
çıxarmışdı.
56
  “Bütün  İslam  Şərqində  olduğu  kimi  Azərbaycanda  da  məhz  sufizm 
zəminində  fəlsəfədə panteist istiqaməti yarandı və inkişaf etməyə başladı. Tədqiq 
olunan dövrdə (X-XII əsrlərdə) Azərbaycanda panteizmin ən böyük nümayəndələri 
Məhəmməd  Əli  Bakuvi  (Baba  Kuhi)  və  Əbülfəzail  Abdulla  ibn  Məhəmməd 
Miyanəci  (Eynəlqüzzat  Həmədani)  olmuşlar”.
57
  XI-XII  əsrlərdə  Azərbaycanda 
fəlsəfi fikir fiqhə (hüquqşünaslığa), kəlama (sxolastikaya) və təsəvvüfə (mistikaya) 
aid  olan  risalələrdə,  xüsusilə  peşəkar  filosofların  əsərlərində  öz  əksini  tapırdı. 
Mütəkəllimlər  adətən  dövlət  işlərində  çalışır,  hüquq  məsələləri  ilə  də  məşğul 
olurdular. Təbriz qazisi Büdeyl əl-Bərzəndi (1082-ci ildə vəfat etmişdir), “Bağdad 
fəqihi”  fəxri  adını  almış,  ədalətli  hüquqşünas  Əbu  Ömər  Osman  əl-Dərbəndi 
(1106-cı  ildən  sonra  dünyasını  dəyişmişdir),  Əbdüləziz  əl-Uşnuhi  (1111-ci  ildə 
vəfat  etmişdir),  Əbülfəzl  Məhəmməd  əl-Urməvi  (1067-1152),  Əbuhəfs  Ömər  əz-
Zəncani əl-Xətibi (1098-ci ildə anadan olmuşdur) bu dövrün tanınmış Azərbaycan 
fəqihləri-mütəkəllimləri  olmuşdur.  XI-XII  əsrlərdə  Azərbaycanda  rəsmi  əqidə 
İslamın sünnilik qolu, xüsusilə onun şəfiilik məzhəbi idi. Bu dövrün başlıca mistik 
cərəyanı təsəvvüf idi və o, iki istiqamətdə (mötədil və ifrat) inkişaf edirdi. 
1066-cı  ildə  vəfat  etmiş  Əbülhəsən  Bəhmənyar  ibn  Mərzban  əl-
Azərbaycani  Şərq  peripatetizminin  ən  böyük  nümayəndələrindən  biri  idi.  Bu 
Azərbaycan  mütəfəkkirinin  anadan  olduğu  yer  və  il  məlum  deyildir.  İlkin 
qaynaqlarda Bəhmənyar məcusi (yəni zərdüşt, atəşpərəst) kimi təqdim olunur. Bir 
sıra  müəlliflər  isə  onun  İslam  dinini  sonradan  qəbul  etdiyini  bildirirlər.
58
 
Əbülhəsən Bəhmənyar İbn Sinanın (980-1037) bilavasitə şagirdi və davamçısıdır.
59
 
O,  “Təhsil  kitabı”  (“Kitab  ət-təhsil”),  “Məntiqə  dair  zinət  kitabı”  (“Kitab  əz-zinə 
fi-l-məntiq”),  “Gözəllik  və  səadət  kitabı”  (“Kitab  əl-bəhcə  və-səadə”),  “Musiqi 
kitabı” (“Kitab fi-l-musiqa”), “Metafizika elminin mövzusuna dair risalə” (“Risalə 
fi maidi ilm ma bəd ət-təbiə”), “Mövcudatın mərtəbələrinə dair risalə” (“Risalə fi 
məratib əl-maucidat”) əsərlərinin müəllifidir. Alimin “Təhsil kitabı” orta çağlarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə