96
Memarlıq və şəhərsalma VII-XII əsrlərdə Azərbaycan mədəni mühitinin
mühüm sahəsi olmuşdur. VII-X əsrlərin memarlıq obyektlərinin əksəriyyəti ictimai
və təbii səbəblər nəticəsində tarix səhnəsini tərk etmiş, həmin memarlıq incilərinin
yalnız fraqmentləri qalmışdır. Erkən İslam dövründə Azərbaycanda zərdüşti və
xristian dini obyektləri məscidlərə çevrilirdi, İslamın ehkamları və tələbləri
əsasında yenidən qurulurdu. Bu zaman ərzində Azərbaycanda yerli xüsusiyyətlərə
malik olan məscid tipi formalaşmışdı. Şamaxıdakı Cümə məscidi, Ağsudakı və
Sündü kəndindəki məscidlər ərəb hökmranlığı zamanındakı planlarını saxlamış
məscidlərin yerində inşa olunmuşdur. Araşdırıcılar ilk iki məscidin VIII əsrdə
tikildiyini bildirirlər. Sündü məscidi isə 920-ci ildə tikilmiş və dəfələrlə bərpa
olunmuşdur.
125
IX əsrdən XIII əsrin əvvəllərinədək “Qəbələ bir feodal şəhəri kimi
özünün ən yüksək inkişaf dövrünü keçirmişdir. Bayır şəhər və sənətkarlar
məhəlləsi məhz bu zamanlar meydana gəlmiş və yüksəlmişdir”.
126
VII-XII əsrlərin
Azərbaycan şəhərlərinin görkəmi, memarlıq obyektləri barədə müəyyən
məlumatlar bu dövrün ərəbdilli qaynaqlarında verilmişdir. Həmin qaynaq
məlumatları arxeoloji qazıntıların nəticələri ilə də təsdiqlənmişdir. Bu dövrün
Azərbaycan şəhərlərinin əksəriyyətində örtülü su kəmərləri və saxsı borulardan
quraşdırılmış kəhrizlərin mükəmməl şəbəkəsi fəaliyyət göstərirdi. İri və xırda
arxlar (kanallar) sisteminin varlığı ölkə şəhərlərinin əksəriyyəti üçün səciyyəvi idi.
Erkən orta çağların iri Azərbaycan şəhərlərindən biri olmuş Gəncə şəhərgahı (şəhər
yeri) müasir Gəncənin şimal-şərqində yerləşirdi.
127
Orta əsr müəllifləri (məsələn,
Əl-Müqəddəsi) Bərdənin əhəmiyyətini nəzərə alaraq onu “bu diyarın Bağdadı”
adlandırırdılar.
128
Bərdənin ətrafı bağlarla əhatə olunmuşdu. Karvansaralar,
hamamlar, çoxsaylı örtülü bazarlar, məscidlər, kübar evləri Bərdənin qaynar
həyatının başlıca ünsürləri kimi səyyahların diqqətini cəlb edirdi. Örtülü bazarlar
və hamamlar bu dövrdə Bərdəni daha çox məşhurlaşdırmış memarlıq obyektləri
olmuşlar. Körpülər müxtəlif yaşayış məntəqələrini bir-birinə bağlayan qurğular
olmaqla yanaşı incə memarlıq abidələri idi. Xudafərin aşırımı üzərindəki
körpülərdən biri məhz bu zaman (635-ci ildə) inşa olunmuşdur. Bu körpü Bəkr ibn
Abdullahın layihəsi əsasında və onun başçılığı altında yaradılmışdır. Naxçıvandakı
Əlincə qalası, Amaras monastırı (təqribən IX əsrdə inşa olunduğu ehtimal edilir) da
bu dövrün diqqətəlayiq memarlıq incilərindəndir. Qazax bölgəsinin Əskipara kəndi
yaxınlığında, meşədə - əlçatmaz dağlıq yerdə V-XI əsrlər ərzində formalaşmış
monastır kompleksi bu zaman Azərbaycanda alban-xristian mədəni dəyərlərinin
yaşadığından xəbər verir.
Səlcuq yürüşləri Azərbaycanda şəhər həyatının ümumi inkişaf meylinin
qarşısını ala bilmədi. Bu dövr Azərbaycanda şəhərlərin və şəhər mədəniyyətinin
çiçəklənməsi, memarlığın tərəqqisi ilə səciyyəvi olmuşdur. Yeni “səlcuq üslubu”
incəsənətin memarlıq sahəsində xüsusilə nəzərə çarpırdı. Azərbaycan memarlığının
3 üslub istiqaməti (Şirvan-Abşeron, Naxçıvan-Marağa, Arran memarlıq
məktəbləri) mövcud idi. “Bu dövrdə Azərbaycan memarlığında iki istiqamət
97
təşəkkül tapdı. Lokal (yerli) memarlıq məktəblərinin Azərbaycan memarlığının
sonrakı inkişafında mühüm rol oynamış Naxçıvan və Şirvan-Abşeron
məktəblərinin yaranması prosesi başa çatdı”.
129
Abşeronda inşası tarixi dəqiq
müəyyən olunmuş ən erkən memarlıq abidəsi olan, xalq arasında “Sınıqqala” adı
ilə tanınmış, 1078/79-cu ildə inşa olunmuş məscid Şirvan-Abşeron memarlıq
məktəbinin nadir incilərindəndir. Bu məscid ustad-rəis Məhəmməd ibn Əbubəkrin
göstərişi ilə tikilmişdir. Abidənin daş kitabəsində “əl-ustad əl-rəis” ifadəsinin
olması XI əsrin II yarısında Şirvan və Arran şəhərlərində şəhər rəislərinin ictima-
isiyasi həyatdakı rolunun yüksək olduğunu sübut edən örnəkdir. Bu dövrdə rəislər
şəhər tacirlərinin və sənətkarlarının mənafeləri naminə fəaliyyət göstərmiş, siyasi
mübarizədə onlara arxalanmış şəxslər olmuşlar. Daş kitabədə Şirvanşahın adının
olmaması I Fəriburzün Səlcuqilərə tabe olduğunu və rəislərin siyasi mövqeyinin bu
zaman gücləndiyini göstərir. XII əsrin 30-cu illərində Azərbaycan Atabəyləri
dövlətinin tərkibində olmuş İraqi-Əcəm vilayətinin Həmədan və Qəzvin şəhərləri
ətrafında təşəkkül tapmış Qəzvin-Həmədan memarlıq məktəbi də Azərbaycan
memarlığının ümumi inkişaf prosesinə öz təsirini göstərmişdir. Azərbaycan
memarlıq məktəblərinin başlıca materialları əhəngdaşı (Şirvan-Abşeron), daş və
kərpic (Arran) və bişmiş kərpic (Naxçıvan-Marağa) olmuşdur. Daha dayanıqlı,
sadə və çox zaman asimmetrik (qeyri-mütənasib) kompozisiyalar Şirvan-Abşeron
məktəbi abidələrinə, yaraşıqlı kompozisiya, daha zərif ayrıntılar və incə görkəm
Arran məktəbi memarlıq obyektlərinə, hər yandan fasadlı olması, bəzəkdə həndəsi
ornamentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun artması,
gövdənin karkas sxemi, üzləmə bloklarının işlədilməsi, memarlıq obyektinin əsas
tikinti kütləsinə və üzlük örtüyünə ayrılması Naxçıvan abidələrinə xas olan
cəhətlərdəndir. Memarlıq obyektlərinin bəzəyində həndəsi, nəbati naxışlardan
(habelə ərəb qrafikasından) həmin dövrədək görünməmiş miqyasda istifadə
olunması zamanın sənətlərində dekorativliyə və rəmziliyə olan güclü tələbatla
bağlı idi. Bu isə İslam ehkamlarının tələblərindən törənmiş gerçəklik kimi
meydana çıxmışdı. Bu dövr “məscidləri mehrablarının önündə günbəzli salonun-
məqsurənin olması Səlcuq dövrünün monumental dini tikililəri üçün
səciyyəvidir”.
130
Məhz buna görə də Səlcuq dövrünün məscidləri “səlcuq köşkü”,
“səlcuq məqsurəsi” adları ilə tanınmışdı. Əsrin əvvəllərində Azərbaycanda olmuş
Yaqut əl-Həməvi olkədə mövcud olan “çoxlu qalalar”dan bəhs etmişdir. Qalaların
çoxluğu isə ölkədəki siyasi qeyri-sabitliyin göstəricisi idi və ərəb səyyahı bunu
xüsusilə qeyd edirdi. Bu dövrün müdafiə qurğularını iki qrupa bölmək olar: Qala
divarları və qalalar (qəsrlər). “Yaqutun bir çox Azərbaycan qalaları haqqında
məlumatı orijinal və əvəzsizdir. Belə ki, vəfatından sonra baş vermiş ikinci monqol
yürüşü, eləcə də sonrakı əsrlərdə olmuş başqa hadisələr Yaqutun olduğu və
gördüyü qalalardan çoxunu yerlə-yeksan etmiş, onlar haqqında bizə yalnız Yaqut
kimi alimlərin məlumatı qalmışdır”.
131
Bir cəhəti qeyd etmək lazımdır ki, Yaqut
yalnız ölkənin cənub qismində olmuşdur. Bu ərəb səyyahı qeyd edir: “Bu ölkədə
Dostları ilə paylaş: |