95
başlamış, VII-IX əsrlərdə isə tam təşəkkül tapmışdır. “Dədə Qorqud”da oğuzların
islamaqədərki maddi-mənəvi həyatını əks etdirən ünsürlər, adət-ənənələr, əxlaq
normaları öz əksini tapmışdır.
117
“Tərcüməçilərə görə, hadisələrin çoxu tarixidir,
burada ziddiyyətlər də var… Müəlliflər Qorqudu tarixi şəxsiyyət hesab edirlər…
Tərcüməçilər belə hesab edirlər ki, Dədə Qorqud tarixi şəxsiyyətdir. O, oğuzların
X-XI əsrlərdə Yenikənddə (paytaxt) hökmranlığı vaxtı dövlət xadimi, diplomat
olmuşdur. Kiçik Asiyada isə o, məqəddəsləşdirilmiş, Övliya səviyyəsinə
qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir də müdafiə olunur
ki, dastanlar çox ehtimal ki, ilk dövrlərdə şeirlə yazılmış, sonralar isə ozan
olmayan bir sıra şəxslər tərəfindən yazıya köçürülmüşdür”.
118
“Kitabi-Dədə
Qorqud”da ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-ənənələr oğuzların
ibtidai dövrünə - eramızın III-IV əsrlərinə aiddir.
119
Dastanda cərəyan edən
hadisələr VI-VIII əsrlərin gerçəkliklərini əks etdirir. Bu folklor abidəsinin
boylarının (hissələrinin, fəsillərinin) ilk dəfə qələmə alınması və sonra üzünün
köçürülməsi
tarixini təxmin etmək çətindir, lakin ilk qələmə alınma X əsrdən (hətta
VIII əsrdən də) əvvəl olmuşdur.
120
Dastanın VI əsrdə Sasani hökmdarı
Ənuşirəvanın vəzirinə məxsus olan, türkcədən fars dilinə tərcümə olunmuş bir
kitab formasında mövcud olduğunu hələ XIV əsrdə müəyyənləşdirmişlər. “Uluxan
Ata Bitikçi” dastanı (“Oğuznamə”) adlanan bu əsər VIII əsrdə Harun ər-Rəşidin
zamanında (786-809) ərəb dilinə tərcümə olunmuşdur.
121
Təbiidir ki, əsərin ərəb
dilinə tərcümə olunması yalnız yazılı olan əsər əsasında mümkün idi. “Dədə
Qorqud” dastanının əlyazma variantı “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-
oğuzan” adlanır. Bu sərlövhə dastanın əsas, Drezden nüsxəsinin 1-ci səhifəsində
ərəbcə yazılmışdır. Bütün boylarda oğuzlardan bəhs olunur. “Ancaq belə işarələr
də vardır ki, oğuz dövrü keçmişdir, indi onlar ancaq xatırlanırlar, başqa
zəmanədir… “Dədə Qorqud” kitabındakı hadisələrin coğrafi koordinatları da
ümumiyyətlə Azərbaycana uyğundur…, bu boyların ən qədim köklərində Orta
Asiya motivləri olmuş olsa da belə, bunlar Qafqazda, daha dəqiq desək,
Azərbaycanda ümumiləşib”.
122
Türkiyə Cümhuriyyətində “Dədə Qorqud” dastanı
XX əsrin əvvəllərindən etibarən elmi araşdırma obyektinə çevrilmişdir. Araşdırıcı
M.Ergin obyektiv mövqeyə yaxın olan mülahizələr irəli sürmüş,
123
lakin Orxan
Şaiq Çökyay bu böyük folklor abidəsini ilk dəfə əhatəli, geniş və dərin tədqiq
edərək belə nəticələrə gəlmişdir ki, dastan XV əsrin sonunda yazıya
köçürülmüşdür, əsərin dili isə Azərbaycan dili deyildir. O.Ş.Çökyayın iddiasına
görə, XIV əsrdə Azərbaycan dili hələ müstəqil dil deyildi. O, M.Erginin dastanın
Azərbaycan dilində yazıldığını iddia edən fikrini tənqid edərək abidənin “müştərək
Səlcuq dilində” yazıldığını bildirirdi.
124
“Dədə Qorqud” dastanının məhz
Azərbaycan ictimai-siyasi, mədəni zəminində təşəkkül taparaq inkişafı
inkarolunmaz tarixi gerçəklikdir. Əsər qəhrəmanlarının Azərbaycan oğuzları
olduqları bütün boyların məzmunundan bəllidir.