84
isə Şirazda keçirmişdir. 3 cilddən ibarət “Simq əl-fəraid” (“İncilər boyunbağısı”)
və 2 ciddən ibarət “Səbt əl-məsail” (“Məsələlərin səlisi”) kimi əsərlər onun elmi
fəaliyyətinin nəticəsidir. Beləliklə, orta çağların bu mərhələsində (VII-XII əsrlərdə)
Azərbaycanda (eləcə də bütün İslam Şərqində) mədəni həyatda öncül mövqe
ilahiyyata, müsəlman hüququna (fiqhə), fəlsəfəyə məxsus olmuş, varlıq və idrak,
insan təfəkkürünün mahiyyəti, potensial imkanları müxtəlif mövqelərdə duran
mütəfəkkirlərin araşdırma obyektləri olmuşdur. Azərbaycan fəqihlərinin,
alimlərinin rolu “müsəlman mədəniyyəti”nin bu istiqamətində xüsusilə nəzərə
çarpırdı.
Elmin hələ də xüsusi sahələrə ayrılmadığı bu dövrdə yalnız elmi biliklərin
bütün məcmusuna yiyələnmiş şəxslərə “alim” adı verilirdi. İslam Şərqində
alimlərin formalaşdığı başlıca obyektlər mədrəsələr olmuşdur. Ona görə nəzərdən
keçirilən tarixi dövrün mədəni həyatından bəhs olunarkən Əbu Əli Həsən ibn
İshaqı (Nizaməlmülkü) xatırlatmamaq qeyri-mümkündür. Çünki bu şəxs orta
çağlar İslam Şərqinin görkəmli elm təşkilatçısı, incəsənətin müxtəlif sahələrinin
inkişafına himayəçilik etmiş dövlət xadimi idi. O, Xorasanın Tus şəhərində anadan
olmuş, Səlcuq hökmdarları Alp Arslanın (1063-1072) və Məlikşahın (1072-1092)
vəziri vəzifəsini icra etmiş, Səlcuq dövlət aparatının yaranması və inkişafında
mühüm rol oynamışdır. Nizaməlmülk 1067-ci ildən etibarən imperiyanın bir çox
şəhərlərində “Nizamiyyə” mədrəsələri açdırmışdı (ilk belə mədrəsə 1067-ci ilin
sentyabrında Bağdadda açılmışdı). O, görkəmli Azərbaycan ədibi Xətib Təbrizini
Bağdaddakı “Nizamiyyə”nin kitabxana müdiri və ədəbiyyat bölümünün rəhbəri
təyin etmişdi. Nizaməlmülk ictimai-siyasi görüşlərini fars dilində yazdığı
“Siyasətnamə” əsərində izhar etmişdir. Dövlət xadiminin əsərində Azərbaycan,
xürrəmilər təlimi, Babək haqqında da müəyyən məlumatlar vardır. Mübaliğəyə yol
vermədən demək olar ki, vəzirliyi dövründə imperiyanı əslində Səlcuq sultanları
deyil, Nizaməlmülk idarə edirdi.
67
“Nizamiyyə” mədrəsələri
içərisində ən məşhuru
bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar, hüquqşünaslar və şairlər
hazırlamış Bağdad “Nizamiyyə”si olmuşdur. “Nizamiyyə”lərin yaranması həyati
zərurətin törəməsi idi: Səlcuqların hərtərəfli inkişaf etmiş böyük kadrlar ordusuna
ehtiyacı vardı və Nizaməlmülk də Səlcuq sultanları üçün tapıntı idi. Bu dövrdə
hərbi təcrübəni əla bilən Səlcuq sultanları maliyyə, idarəçilik və s. məsələlərdə
yerli kadrların yardımına böyük ehtiyac hiss edirdilər. Təqribən Səlcuq dövlət
aparatının bütün divan işləri ərəb və fars dillərinə bələd olan fars zadəganlarının
əllərində cəmləşmişdi.
68
Ərəb (Abbasi) xəlifələrinin dini dəstəyinə də böyük
ehtiyac var idi. Məhz bu şəraitdə Nizaməlmülk adını əbədiləşdirmiş və ona dünya
şöhrəti qazandırmış təhsil sistemini yaratmışdı. “Nizamiyyə”lərdə Şəriət qayda-
qanunları, iqtisadi biliklər, fəlsəfə, riyaziyyat, nücum, bəlağət, fəsahət, katiblik,
nədimlik və s. kimi zamana uyğun, zəruri olan fənlər tədris edilirdi. “Məlikşah
Nizaməlmülkə çox üstün səlahiyyət və ixtiyarat vermişdi”.
69
İmperiyada mədəni
həyat məhz bu zaman ərzində çiçəklənmə dövrünü keçirirdi. “Məlikşah özünün