Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   44   45   46   47   48   49   50   51   ...   95

182 
 
– Üş dənə də nar göndərifsən.  
Deyir ki, nar göndərmişəm. Nar pul demək döyül! Deyir, 
İsgəndər,  narı  sana  kim  verib,  nə  cür  qazanıfsan  bilmerəm. 
Sənin o narrarının dəyəri elə bil dünyanın yarısı qədərdi. Hələ 
mən  üç-dörd  dənə  nar  dənəsi  xərşdəmişəm!  Qız  başdıyır 
əhvalatı danışer ki, o narın içində belə dəyərri şeylər var. Sən 
onu hardan alıfsan? O da olanı danışer ki, məni ölümə göndə-
riflərmiş quyunun içinə ki, ölsün, qalsın. Mənim də o sözümə 
görə,  bu  adam  bu  narı  mana  verdi,  özü  də  məni  quyudan 
çıxartdı. Qız deyir ki, daha bu sənin halal qazancındı, ağılnan, 
düşüncəynən qazanıfsan. Mən də  tikif qurmuşam. İndi atamı 
bizim  evə  qonax  çağırajam.  Qoy  atam  gəlsin,  görsün  onun 
bəyənmədiyi  kürəkən,  bir  də  bəyənmədiyi  kürəkənə  verdiyi 
qız nə vəziyyətdədi.  
Patcah imarətnən maraxlananda vəzir qızının tikdiyini de-
mer. Deyir kimsə tiker. Patcahı da marax bürüyür ki, bu imarət 
kimindi, kimin döy? Nə qədər elellər heç kəs gedif bir məlumat 
topluya bilmir ki, bu imarət kimindi, kimə tikilir. Çünki hasarın 
içində iş gedif, heş kəs də demir ki, imarət kimindi. 
Bir  gün  xanım  adam  göndərer  ki,  gedif  patcaha  deyər-
sən  ki,  kiçik  qızın  qonax  çağırer  səni.  Patcah  deyir  ki,  mən 
nağayrem?  Evladımdı,  kiçik  qızımdı,  bu  qədər  vəzirinkinə, 
vəkilinkinə  kömək  eliyirəm,  sevəliyirəm.  Amma  mən  o  qızı-
mı  gözdən  salmışam.  Bu  qədər  də  olmaz.  Yazıxdı,  gedem 
gönlünü  alem.  Deyir,  vəzir,  hazırraş,  kiçik  qızımın  evinə 
qonax gederik! Bir az da ehtiyat, yemək-içmək, ərzaq-zad gö-
türöllər,  gəlellər.  Patcah  gəler,  gəler,  görör  kü,  böyük  bir 
imarət tikilif, gözəl küçə, gözəl körpülər. Deyir ki, vəzir, bizi 
deyəsən bu evə qonax çağırıflar. Bura kimindi? Deyir, mən də 
bilmerəm.  Gedək  içəri,  içəridə  bilərik.  Gəlellər,  içəri  girəndə 
deyir  ki,  şah  sağ  olsun,  bizim  sarayımızın  qaydası,  qanunu 
odu ki, birinci gərək girif hamamda çiməsiniz. Qız tafşırıf ki, 


183 
 
oları  qəşəh  çimizdirersiniz,  yedirdersiniz,  sonra  mənim  yanı-
ma çıxardersınız.  
Patcah  deyir  ki,  vəzir,  bu  nə  olan  işdi?  Deyir,  girək 
çimək. Girellər ki, hamamın içindəki pütün əşyalar qızıldandı, 
gümüşdəndi.  Deyir,  vəzir,  mən  dəhşətə  gəlerəm!  Bura 
baxanda,  bunun  sahibinə  baxanda  mənim  varım  yoxuymuş. 
Bir  belə  var-dövlət  buna  hardandı?  Kimdi  bu?  Deyir,  patcah 
sağ olsun, səbr eylə, öyrənəjeyih! Hamamnan çıxannan sonra 
bulara daş-qaşlarnan bəzənmiş libasdar gəler. Əyninə geyiner, 
sonra  bulara  süfrə  açıler.  Süfrədə  pütün  qavlar-qaşıxlar 
qızıldan.  Deyir,  yox,  vəzir,  daa  mənim  ürəyim  yatajax!  Mən 
öyrənməliyəm,  görəm  bunun  sahibi  kimdi,  bu  var-dövləti 
hardan tapıf? Yiif qutarannan sonra buları aparellar pərdəli bir 
yerə, orda kimsə oturuf. Patcah da bu tərəfdən vəzirnən gəler 
oturor.  Bu  pərdənin  dalınnan  deyir,  xoş  gəlifsiniz!  Patcah 
deyir,  sağ  ol!  Amma  kimsən,  üzünü  aç  bizə  gösdər?  Bir  də 
kimliyini de, kimin evinə gəlmişik? Deyir: 
–  Siz  Qorxaq  İsgəndərin  öyünə  gəlifsiniz,  –  deyəndə 
patcah belə duruxor. Deyir: 
– Ola bilməz! Necə yəni, bura Qorxaq İsgəndərindi?  
Deyir: 
–  Bəli,  Qorxaq  İsgəndərin  evidi.  Ağılsız,  fərasətsiz, 
tənbəl bildiyiniz Qorxaq İsgəndərin evidi.  
Pərdeyi  çəkəndə  göröllər  ki,  qızınnan  İsgəndər  pərdənin 
dalında  oturufdu. Patcah  deyir  ki,  mən bir  belə  əyalətdə adam 
işdəderəm, qazaneram, ancaq mənim sarayımda sənin bu stolu-
nun üstündəki  qədər  qızıl-dövlət  yoxdu. Sən bunu hardan, nə-
dən əldə etdin? Qız deyir ki, patcah sağ olsun, mən ər seçəndə, 
sən mana sərbəstdiy verdin. Mən də elə bir adamı ər seçdim ki, 
o  insanın  heç  bir  qabiliyyəti,  fəsaratı  olmasın.  Mən  onu  təlim 
eliyiv,  öyrədif  pul  qazandırajam.  Sənin  varında,  dövlətində, 
malında  gözü  olmasın.  Bu  mənim  tapdığım  hamıdan  qorxan, 


184 
 
fərasətsiz,  Qorxaq  İsgəndərim!  Bu  da  mənim  bu  həddə  gətirif 
çatdırdığım İsgəndərin varı-dövləti! Patcah belə baxer, deyir ki, 
sən  onu  bu  həddə,  bu  vara-dövlətə  çatdırıfsan,  mən  razıyam. 
Geyiminə, libasına baxeram, mən razıyam. Amma onun bir şeyi 
çatmer. Deyəndə, qız deyir ki, nəyi çatmer? Deyir, onun başının 
tacı çatmer! Mən, vəzirin də oğlunu gördüm, vəkilin də oğlunu 
gördüm.  Yəni  oların  hər  gün  ağızdarınnan  çıxan  söz  mənim 
şahlığıma  nə  vaxt  keçəjəhləri  olufdu.  Amma  sənin  Qorxaq 
İsgəndərin... Mən indi sənin imarətinə baxanda, öz imarətimnən 
utaneram. Sənin imarətin şahlıx imarətidi. Ona görə də mən öz 
sözümü  geri  götürörəm.  Qızım,  səndən  üzr  istirəm,  Qorxaq 
İsgəndəri də yerimə varis kimi patcah qoyoram.  
Təzdən patcah deyir ki, qızıma toy eləməmişəm, amma 
indi qırx gün şadyanalıx eliyək. Qorxaq İsgəndər  yox, patcah 
İsgəndər kimi də onu taxta çıxardax. Bunnan da nağıl kutarer. 
 
38
66

Bir İsgəndər varıydı, bu padşah idi. Bu İsgəndər həmişə 
oya  çıxıf, oyda  vəzirinnən hərrənerdi. Bir balaca oğlan qara-
tikən  gətirif  satıf  çörəkpulu  qazanardı  həmişə  özüçün,  anası-
çün. Yetim idi, atası yoxuydı. Bir gün padşah dedi ki, a bala, 
sənin adın nədi? Dedi: 
–  Mənim  adım  İsgəndərdi,  –  deyəndə  nəzir  verməh 
isteerdi,  əlini  saxladı.  Padşah  vəzirə  dedi  ki,  mənim  də  adım 
İsgəndər olsun, bunun da. Dedi: 
–  A  kişi,  ad  bostan  tağıdı,  dünyə  doludu  İsgəndərnən. 
Hamı qoya bilər.  
– Bu nə deməhdi?  
Bunun ajığı tutdu, saraya qayıtdı. Gəldi öydə qızına dedi 
kin, qızım, yaman ajığım tutuf, nervilənmişəm.  
                                                
66
 Söyləyici bu nağılı “Yetim İsgəndər” adı ilə təqdim etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə