AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
TOVUZ
FOLKLOR ÖRNƏKLƏRİ
I KİTAB
BAKI – 2017
2
LAYİHƏ RƏHBƏRİ: AMEA-nın həqiqi üzvü
Muxtar KAZIMOĞLU (İMANOV)
TOPLAYAN:
fil.ü.f.d. Səyyarə QASIMOVA
TƏRTİB EDƏN, ÖN SÖZÜN
MÜƏLLİFİ:
fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
REDAKTORU:
fil.ü.f.d. Nigar HƏSƏNOVA
Tovuz folklor örnəkləri. I kitab. Bakı, “Elm və təhsil”,
2017, 384 səh.
folklor.az
T
4603000000
Qrifli nəşr
N-098-2017
© Folklor İnstitutu, 2017
3
TƏRTİBÇİDƏN
Cəmiyyətdə gedən sosial-iqtisadi dəyişikliklər klassik
folklorun öz auditoriyasını itirməsinə, onun işlənmə arealının
daralmasına, bir çox nümunələrin tədricən epik dövriyyədən
çıxmasına, bəzilərinin isə dövrün tələbinə uyğun olaraq müəy-
yən dəyişikliyə uğramasına gətirib çıxarmışdır. Bu proses təkcə
Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunur. Nağıl-
çılıq ənənəsinin müasir durumunu araşdıran E.V.Pomeranseva
Moskva Universitetinin 1945-1960-cı illərdə gerçəkləşdirdiyi
ekspedisiyaların nəticələrinə dayanaraq keçən əsrin ikinci yarı-
sında Rusiyada nağılçılıq ənənəsinin ancaq ucqar əyalətlərdə
yaşadığı, mərkəzi əyalətlərdə isə öləzidiyi qənaətinə gəlir
1
. Bu
hadisələrin fonunda folklorun müasir vəziyyətinin öyrənilməsi
və folklor örnəklərinin toplanması xüsusi aktuallıq kəsb etmiş,
bununla əlaqədar beynəlxalq aləmdə bir çox konfranslar təşkil
olunmuş, bu istiqamətdə ciddi araşdırmalar aparılmışdır. Təbii
ki, Azərbaycan folklorşünaslığı da bu proseslərdən kənarda qala
bilməzdi. Klassik folklorun düşdüyü vəziyyət, uzun müddət ifa
olunmadığı üçün dövriyyədən çıxma təhlükəsi bu tip folklor
nümunələrinin gecikmədən toplanılmasını bir zərurət kimi qar-
şıya qoyor. Bununla əlaqədar, Folklor İnstitutu toplama işinin
daha da sürətləndirilməsi üçün bir sıra layihələr gerçəkləşdir-
miş, bölgələrə təşkil olunan folklor ezamiyyələrinin həm sayını,
həm də müddətini artırmış, 2013-cü ildə Şamaxı şəhərində
folklorun toplanması və sistemləşdirilməsi problemlərinə həsr
olunmuş respublika səviyyəli konfrans təşkil etmişdir. İnstitu-
tun 2012-2014-cü illərdə gerçkləşdirdiyi “Qarabağ folklorunun
toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsinin ic-
rası nəticəsində bölgədən son illərdə toplanmış folklor ma-
1
Э.В.Померанцева. К вопросу о современных судьбах русской тради -
ционный сказки / Русский фольклор. т. VI. М-Л., 1961, с.110-121
4
terialları əsasında on cildlik “Qarabağ: folklor da bir tarixdir”
toplusu çap olunmuş, Azərbaycan Respublikası Prezidenti ya-
nında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Qarabağ
xalq oyunları və meydan tamaşaları” layihəsinin icrası nəticə-
sində isə bölgədən əllidən artıq xalq oyunu və meydan tama-
şasının təsviri əldə olunmuşdur. Bundan əlavə, müxtəlif rayon-
lara təşkil olunmuş folklor ezamiyyələri nəticəsində Masallı,
Yardımlı, Saatlı, Cəlilabad, Gədəbəy folklor topluları işıq üzü
görmüş, Cənubi Azərbaycandan toplanmış örnəklər əsasında isə
VI cildlik toplu hazırlanmışdır. “Tovuz folklor örnəkləri” toplu-
sunun I cildi İnstitutun 2015-ci ilin qış və yaz aylarında bölgəyə
təşkil etdiyi ezamiyyələr əsasında hazırlanmışdır.
Tovuz folklorunun müasir durumu. Tovuz Azərbaycan
Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşir.
1930-cu ildə aparılan inzibati ərazi bölgüsü nəticəsində rayon
kimi təşkil olunmuşdur. Ağstafa, Şəmkir, Gədəbəy və Samux
rayonları ilə həmsərhəd olan Tovuzun Ermənistanla 69 km.,
Gürcüstanla 23 km. sərhəd xətti vardır. Rayon ərazisinin şimal
hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də
qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışla-
ğı yerləşir. Tovuz Respublikanın ən iri kənd təsərrüfatı rayon-
larından biridir və ərazisi 1903 kvadrat km., əhalisi isə 2012-ci
ilin məlumatına görə 163.6 min nəfərdir. Tovuz rayonunda 2
şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır.
Bölgədə aparılmış toplama işinin qısa vaxt ərzində aparıl-
masına baxmayaraq, xeyli sayda material toplanmış, gələcək
müqayisələr və tədqiqatlar üçün İnstitutun arxiv fondu xeyli
zənginləşmişdir. Toplamalar onu göstərdi ki, klassik folklorun
arealı əvvəlki illərlə müqayisədə daralsa da, yaşlı nəslin hafizə-
sində hələ də öz yaşamını sürdürməkdə, şifahi ənənənin biliciləri
tərəfindən bu gün də məharətlə ifa olunmaqdadır.
Dostları ilə paylaş: |