Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.

səhifə1/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   95


 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
______________________________________________  
 
  
 
 
 
 
 
TOVUZ  
FOLKLOR ÖRNƏKLƏRİ 
 
 
I KİTAB 
 
 
 
 
 
 
 
 
BAKI – 2017 



 
 
LAYİHƏ RƏHBƏRİ:        AMEA-nın həqiqi üzvü 
        
 
      Muxtar KAZIMOĞLU (İMANOV) 
 
 
 
TOPLAYAN:      
fil.ü.f.d. Səyyarə QASIMOVA 
 
 
 
 
TƏRTİB EDƏN, ÖN SÖZÜN  
MÜƏLLİFİ: 
 
fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ 
 
 
 
 
 
 
 
 
 
REDAKTORU:      
fil.ü.f.d. Nigar HƏSƏNOVA     
 
 
 
 
 
Tovuz  folklor  örnəkləri.  I  kitab.  Bakı,  “Elm  və  təhsil”, 
2017, 384 səh. 
 
folklor.az 
 
 
 
 
 
 
T
 
4603000000 
Qrifli nəşr
  
        N-098-2017 
 
   
 
 
  
 © Folklor İnstitutu, 2017 
 



 
TƏRTİBÇİDƏN 
 
Cəmiyyətdə  gedən  sosial-iqtisadi  dəyişikliklər  klassik 
folklorun  öz  auditoriyasını  itirməsinə,  onun  işlənmə  arealının 
daralmasına,  bir  çox  nümunələrin  tədricən  epik  dövriyyədən 
çıxmasına, bəzilərinin isə dövrün tələbinə uyğun olaraq müəy-
yən dəyişikliyə uğramasına gətirib çıxarmışdır. Bu proses təkcə 
Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunur. Nağıl-
çılıq  ənənəsinin  müasir  durumunu  araşdıran  E.V.Pomeranseva 
Moskva  Universitetinin  1945-1960-cı  illərdə  gerçəkləşdirdiyi 
ekspedisiyaların nəticələrinə dayanaraq keçən əsrin ikinci  yarı-
sında  Rusiyada  nağılçılıq  ənənəsinin  ancaq  ucqar  əyalətlərdə 
yaşadığı,  mərkəzi  əyalətlərdə  isə öləzidiyi  qənaətinə gəlir
1
.  Bu 
hadisələrin  fonunda  folklorun  müasir  vəziyyətinin  öyrənilməsi 
və folklor örnəklərinin  toplanması  xüsusi  aktuallıq kəsb etmiş, 
bununla  əlaqədar  beynəlxalq  aləmdə  bir  çox  konfranslar  təşkil 
olunmuş,  bu  istiqamətdə  ciddi  araşdırmalar  aparılmışdır.  Təbii 
ki, Azərbaycan folklorşünaslığı da bu proseslərdən kənarda qala 
bilməzdi. Klassik folklorun düşdüyü vəziyyət, uzun müddət ifa 
olunmadığı  üçün  dövriyyədən  çıxma  təhlükəsi  bu  tip  folklor 
nümunələrinin gecikmədən toplanılmasını bir zərurət kimi qar-
şıya  qoyor.  Bununla  əlaqədar,  Folklor  İnstitutu  toplama  işinin 
daha  da  sürətləndirilməsi  üçün  bir  sıra  layihələr  gerçəkləşdir-
miş, bölgələrə təşkil olunan folklor ezamiyyələrinin həm sayını, 
həm  də  müddətini  artırmış,  2013-cü  ildə  Şamaxı  şəhərində 
folklorun  toplanması  və  sistemləşdirilməsi  problemlərinə  həsr 
olunmuş  respublika  səviyyəli  konfrans  təşkil  etmişdir.  İnstitu-
tun 2012-2014-cü  illərdə gerçkləşdirdiyi “Qarabağ folklorunun 
toplanması,  sistemləşdirilməsi  və  araşdırılması”  layihəsinin  ic-
rası  nəticəsində  bölgədən  son  illərdə  toplanmış  folklor  ma-
                                                
1
 Э.В.Померанцева.  К  вопросу  о  современных  судьбах  русской  тради -
ционный сказки / Русский фольклор. т. VI. М-Л., 1961, с.110-121 



 
terialları  əsasında  on  cildlik  “Qarabağ:  folklor  da  bir  tarixdir” 
toplusu  çap  olunmuş,  Azərbaycan  Respublikası  Prezidenti  ya-
nında  Elmin  İnkişafı  Fondunun  maliyyə  dəstəyi  ilə  “Qarabağ 
xalq  oyunları  və  meydan  tamaşaları”  layihəsinin  icrası  nəticə-
sində  isə  bölgədən  əllidən  artıq  xalq  oyunu  və  meydan  tama-
şasının təsviri əldə olunmuşdur. Bundan əlavə, müxtəlif rayon-
lara  təşkil  olunmuş  folklor  ezamiyyələri  nəticəsində  Masallı, 
Yardımlı,  Saatlı,  Cəlilabad,  Gədəbəy  folklor  topluları  işıq  üzü 
görmüş, Cənubi Azərbaycandan toplanmış örnəklər əsasında isə 
VI cildlik toplu hazırlanmışdır. “Tovuz folklor örnəkləri” toplu-
sunun I cildi İnstitutun 2015-ci ilin qış və yaz aylarında bölgəyə 
təşkil etdiyi ezamiyyələr əsasında hazırlanmışdır.  
Tovuz folklorunun müasir durumu. Tovuz Azərbaycan 
Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşir. 
1930-cu  ildə  aparılan  inzibati  ərazi  bölgüsü  nəticəsində  rayon 
kimi  təşkil  olunmuşdur.  Ağstafa,  Şəmkir,  Gədəbəy  və  Samux 
rayonları  ilə  həmsərhəd  olan  Tovuzun  Ermənistanla  69  km., 
Gürcüstanla 23  km. sərhəd xətti  vardır. Rayon  ərazisinin  şimal 
hissəsində,  Kür  çayının  sol  sahilində  heyvandarlıq  (xüsusən  də 
qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışla-
ğı yerləşir. Tovuz Respublikanın ən iri kənd təsərrüfatı rayon-
larından biridir və ərazisi 1903 kvadrat km., əhalisi isə 2012-ci 
ilin  məlumatına  görə  163.6  min  nəfərdir.  Tovuz  rayonunda  2 
şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. 
Bölgədə aparılmış toplama işinin qısa vaxt ərzində aparıl-
masına  baxmayaraq,  xeyli  sayda  material  toplanmış,  gələcək 
müqayisələr  və  tədqiqatlar  üçün  İnstitutun  arxiv  fondu  xeyli 
zənginləşmişdir. Toplamalar onu göstərdi ki, klassik folklorun 
arealı əvvəlki illərlə müqayisədə daralsa da, yaşlı nəslin hafizə-
sində hələ də öz yaşamını sürdürməkdə, şifahi ənənənin biliciləri 
tərəfindən bu gün də məharətlə ifa olunmaqdadır.  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə