Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   2   3   4   5   6   7   8   9   ...   95


 
Toplama materialları üzərində müşahidə onu göstərir ki, 
Tovuz folklor arealında yer adları, tarixi şəxsiyyətlər, qaçaqlar 
və  tanınmış  insanlar  haqqında  rəvayətlər  və  əfsanələr  ən  aktiv 
janrlardır. Onlar orta və yaşlı nəslin yaxşı bildiyi və haqqında 
geniş məlumat verdiyi mövzulardır. Aktivliyinə görə əfsanə və 
rəvayətlərdən sonra ikinci  yerdə nağıllar, lətifələr durur. Bölgə-
dən 80-dən artıq nağıl mətni yazıya alınmış, onların içərisindən 
seçilərək ən yaxşıları topluya daxil edilmişdir.  
Folklor  o  mühitdə  qorunub  saxlanır  və  inkişaf  edir  ki, 
orada  milli  mədəniyyət  daha  çox  inkişaf  etmiş  olur.  Tovuz 
rayonunda da aşıq sənətinin geniş  yayılması,  insanlarda saza-
sözə,  şeirə  vurğunluq  bölgədə  nağılların  geniş  yayılmasının 
və klassik folklorun bu günə qədər öz yaşamını sürdürməsinin 
əsas  səbəbidir.  Şifahi  ənənə  son  dövrlərə  qədər  canlılığını 
qoruyub  saxladığı  üçün  janr  haqqında  təsəvvürlər  də  bölgə 
sakinlərinin  hafizəsində  qalmaqdadır.  Toplayıcının  söyləyici-
lərin  yanında  nağıl  və  ya  qaravəlli  janrının  adını  çəkməsi 
onun  gəlişinin  məqsədinin  anlaşılması  üçün  kifayət  edir.  Bu-
nunla  belə,  bir  çox  nağıl  mətnlərinin  natamamlığı,  bəzi  epi-
zodların  söyləyicinin  yadından  çıxması,  nağılların  bədii  cə-
hətdən  zəifliyi  bu  janrın  arealının  daralmağa  doğru  getdiyini 
göstərir. Bu tendensiyaları diqqətlə gözdən keçirək.  
Məlumdur  ki,  klassik  nağıllar  sabit  bir  struktura  malik-
dir  və  tədqiqatçıların  da  ifadə  etdiyi  kimi,  qəhrəmanın  şəxsi 
xoşbəxtliyi üzərində qurulmuşdur. “Fəaliyyət çox vaxt bədbəxt 
hadisə  ilə  (çatışmazlıqla)  başlayır  və  bədbəxt  hadisənin 
aradan qaldırılması, <....> şahzadə qızla evlənmə və taxt-taca 
sahib  olma  ilə  tamamlanır”
2
.  Bölgədən  qeydə  alınmış  nağıl-
larda  bu  qanunauyğunluğun  pozulması  müşahidə  olunur. 
                                                
2
 Мелетинский Е.М., Неклюдов С.Ю., Новиков Е.С., Сегал Д.М. Пр обле-
мы структурного описания волшебной сказки / Труды по знаковым сис-
темам. вып.4, Тарту: ТГУ, 1969, с.98 



 
Mehparə İsmayılovadan yazıya alınmış “Ovçu Əhməd” nağılı 
sehrli nağıllar üçün xarakterik olmayan bir sonluqla  – qəhrə-
manın  padşah  tərəfindən  öldürülməsi,  çətin  tapşırığın  icrası 
nəticəsində gətirilən qızın da bu haqsızlığa dözməyərək özünü 
öldürməsi epizodu ilə tamamlanır.  
Mətnlər uzun müddət ifa olunmadığı üçün söyləyici süjeti 
təşkil  edən  bir  çox  epizodları  unutmuş  olur,  bu  da  öz  növbə-
sində gedişlər arasındakı əlaqənin pozulmasına, bir çox gediş-
lərin əsaslandırılmamasına, süjetin natamam şəkildə təqdima-
tına  gətirib  çıxarır.  Bölgədən  yazıya  alınmış  “Cejimqulaq”, 
“Molla Nəsrəddin” kimi bir çox nağıllar maraqlı süjet xəttinin 
olmasına  baxmayaraq,  yuxarıda  sadalanan  qüsurlar  üzündən 
kitaba daxil edilməmişdir. Topludakı nağıllarda da buna bənzər 
qüsurlar  müşahidə  etmək  mümkündür.  Bəzən  söyləyici  nağılı 
tam şəkildə çatdıra bilmir, unutduğu epizodları sonradan xatır-
layıb  onu  ayrıca  nağıl  etməyə  başlayır.  Yaxud,  nağılı  tamam-
layır,  amma  başqasının  xatırlamasından  sonra  onun  davamı 
olduğunu  yadına  salıb  ardını  danışmağa  başlayır.  Bu  amillər 
nağılların  tamlığına,  bütövlüyünə  xələl  gətirsə  də,  əslində, 
klassik folklorun müasir durumunu göz önünə gətirir.  
Şifahi ənənənin öləzidiyini göstərən digər amil isə rus di-
linə məxsus sözlərin epik əsərlərin dilinə daxil olmasıdır. Keçən 
əsrin  əvvəllərində  və  ya  ortalarında  yazıya  alınmış  mətnlərin 
dilində rus sözləri müşahidə olunmadığı halda, son illər toplan-
mş mətnlərdə bunlara tez-tez rast gəlinir. Bu da sovet dövründə 
rus  dilinin  həddən  artıq  geniş  yayılmasından  qaynaqlanır.  Bu-
nun  nəticəsində  rus  dilinə  məxsus  bir  çox  sözlər  şifahi  nitqdə 
özünə  yer  tapmış,  şifahi  nitq  vasitəsilə də  epik əsərlərin  dilinə 
daxil olmuşdur. Rus dilindən alınmış sözlər ya Azərbaycan dili-
nin ahəng qanuna uyğunlaşmış halda (qomandirovka, bayavoy, 
daqavor, zemləmer, zdanyo), ya da qismən rus dilindəki şəkildə 
(lijbi, risk, zayej, stroy, oçiret) işlədilir. Maraqlıdır ki, bu sözlə-



 
rin Azərbaycan dilində qarşılığı olduğu halda, söyləyici onların 
rus  variantını  işlətməyə  üstünlük  verir.  Rusizmlərin,  müasir 
məişət  elementlərinin  nağılların  dilinə  bu  qədər  nüfuz  etməsi 
əslində  nağılın  epik  dünyası  ilə  mətnin  dili  arasında  bir  təzad 
yaradır. Mətndə keçmiş zamandan, hansısa hökmdarın dövrün-
dən bəhs olunur, amma pul vahidi kimi dolların adı çəkilir. Ra-
yon anlayışı keçən əsrin əvvəlində leksikonumuza daxil olduğu 
halda, Şah Abbasın dövründən bəhs edən mətndə onun dərviş-
libas olub rayonları gəzməsindən bəhs olunur. Bu kimi əlamət-
lər,  yəni  nağılın  epik  dünyasının  dağılması,  əslində,  nağılçılıq 
ənənəsinin öləziməsindən xəbər verir. 
Folklor mətnlərinin söyləyicilərinə diqqət yetirdikdə, onla-
rın böyük əksəriyyətinin söyləyicilik ənənəsinin mövcud olduğu 
ailələrdə  yetişdikləri  məlum  olur.  Əsas  nağıl  söyləyicilərindən 
biri  olan  Mehparə  İsmayılova  bildiyi  nağılları  atasından  eşidib. 
Özünün dediyinə görə, bəzi nağıllar ona o qədər maraqlı gəlmiş-
dir  ki,  onu  dəfələrlə  atasına  söylətmiş,  onu  dinləməkdən  xüsusi 
zövq  almışdır.  Aşıq  İdris,  Aşıq  Əlixan  və  digər  aşıqlar  bildiyi 
mətnləri ustadlarından, Yunis Musayev isə bildiyi nağılları dayısı 
Aşıq  Qədirdən  eşidib.  Demək,  hansı  ailədə  söyləyicilik  ənənəsi 
varsa, folklor həmin mühitdə daha yaxşı qorunur və inkişaf edir.  
Tovuz  folklorunun  regional  xüsusiyyətləri.  Hər  hansı 
bir xalqın folkloru B.A.Lapinin sözləri ilə desək, “yerli ənənə-
lərin məcmusu”ndan  ibarətdir
3
. Eynilə nağıllar  da oxşar  poetik 
xüsusiyyətlər  əsasında  formalaşsa  da,  müxtəlif  variantlar  şək-
lində təzahür edirlər. Yerli variantlardakı dəyişikliklərin, variant 
xüsusiyyətlərinin  üzə  çıxarılması  həm  də  regional  özünəməx-
susluğu müəyyən etməyə imkan verir. Tovuz folklor örnəklərini 
Saatlıdan toplanmış örnəklərlə müqayisə etdikdə regional fərq-
                                                
3
 Музыкально-песенный фольклор Ленинградской области в записях 
1970-1980 гг. / Ред. – сост. Б.А.Лапина, Л., 1987, вып. 1, с.6 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə