Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

Bu nəfis nəstəliq, bu da ki kufi,
Xətlər yaddaşımı oyur ki, oyan!
Söylə sufimisən, yoxsa hürufi,
Ey insan adını ağacda oyan!
Susdurub Arazı Qurbani sazı,
Saza söykənibdir, bax, Xudafərin!
Göylərə ucalıb sazın avazı,
Pıçıldar qeybdən Xuda: “Afərin!”
Seyfəddin müəllimin cavabından bir parçaya diqqət etsək, buta mo ti -
vinin oyma sənətində necə əks olunduğunu bilərik:
– Bütün bu gördüyüm işlərin heç biri mənə sifariş verilməyib. Amma
“Aşıq  Qurbani”  adını  yazmaq  üçün  Cəbrayıl  rayonunun  Tarix  Diyar şü -
nas lıq Muzeyi mənə sifariş vermişdi. Mənə dedilər ki, elə et ki, bu işdə
Xu dafərin körpüsünün elementləri də öz həllini tapsın. Ona görə də mən
kompozisiyanı elə qurdum ki, burada axıra düşən “nun” və “i” hərflərinin
bir-biri ilə kəsişməsindən saz alındı. Sazın yuxarı qalxan qolu körpünün
bir tağına söykənir. Bu işdə arzu, duyum, təsəvvür daha çoxdur. Kör pü -
nün saza toxunan hissəsinin sağ-solunda arxa-arxaya iki buta, sazın kör-
püyə  toxunan  üst  hissəsində  isə bir-birinə  söykənən  iki  buta  işləmişəm.
Ar xa-arxaya olan butalarla cənublu qardaşlarımızla hələ ki birləşə bilmə -
diyimizi, bir-birinə söykənən butalarla isə iki xalqı birləşdirən musi qi mi -
zin və körpümüzün varlığını ifadə etmək istəmişəm” (6,98-99).
Göründüyü  kimi,  xalı-xalçalarımızda,  kəlağayılarda  və  s.  özünə  yer
alan buta naxışı digər sənətkarlıq məmulatlarında və habelə də ağac üzə -
rin  də oyma sənətində də özünə yer alıb və özlüyündə müəyyən rəmzi-fəl-
səfi mənaları daşıyırlar.
Butanın xalq sənətində əksini tapması ilə bağlı Şükür Şənolun “Tutu
nə nənin hana nəğmələri” şeirində də maraqlı səhnələr əks olunub:
İlmələr
Süsən, sünbül.
Açıbdı
Qırmızı gül.
Naxışı
Xana-xana,
Xalçada
Min rəng sana.
2014/
I
39


Buta var
Gülə oxşar,
Saçağı
Tülə oxşar
Ortası oymaq kilim,
Qırağı
Qaymaq kilim.
Asma gül
Büzmə-büzmə.
Gülü bir sıra düzmə,
Ağ çiçək-
alma çiçək,
Xalçada
Gözəl-göyçək.
Xınalı gül bir buta.
İlməsin gəlin tuta.
Sarı gül
Ulduz sanıdı,
Sanki bir bal şanıdı... (3,170-172).
Buta  naxışlarının  hanada  toxunan  xalçalarımızda  təsvirini  tapması
burada tərənnüm olunmuşdur.
Hidayət Səfərli isə bir qədər obrazlı dillə butanı bəxtlə-tale ilə  - fələk-
lə bağlı alın yazısı kimi səciyyələndirir:
Hidayətəm, bəxtə taxtı quran o,
Əzizləyib sonda bizi vuran o.
Nə yaxşı ki köçən bizik,duran o,
Zər butalı taxtası var, nərdi var,
Bu dünyanın dünya boyda dərdi var.
Zər butalı nərdtaxtanın timsalında şair bəxtin-taleyin də beləcə fələk -
dən asılı oyun olduğunu, kiminin butasından yarıdığını, kiminin isə yarı-
madığını təsirli bir tərzdə ifadə etmişdir. Başqa sözlə, dəli sevda yolların-
da fələyin hər qasırğa-tufanına sinə gərməyin aşiqlərə məxsus fədakarlıq
olduğu həqiqətdir və nağıl və dastanlarımızda da ilahi tərəfindən buta ve-
rilmiş gənclərin də hansı ənvai-müsibətlərlə üzləşdikləri hamımıza yaxşı
məlumdur.
2014/
I
40


Köç üstündə yol gedən
Xalıların, xalçaların
Naxışına qar yağır.
Acından barmağını sovuran
Körpələrin
Baxışına qar yağır.
Qar yağır
Qədirin səsinə...
Dodaqlarda çiliklənən
“Qarabağ sikəstəsi”nə...
Babasının qəbrini
Qucaqlayan şəhidin
Qapanmamış gözlərinə
Qar yağır...
Dədə Şəmşirin qəbrinə,
Dünyanın səbrinə
Qar yağır... (4,146)
Balayar Sadiqin “Qan yaddaşının kişnərtisi” poemasından gətirilən yu -
 xa rıdakı misralarda da “Xalıların, xalçaların naxışına qar yağır” ifadə si -
nin alt qatından buta naxışına qar yağır-sevgiyə, sevgiliyə qar yağır, qa rı -
yır sevgilər, insan qocalır, sevgi ümidləri də ölür beləcə fikirləri kə də rən -
 giz duyğularla boy göstərir. Professor İsmayıl Kazımovun bibisi Vəfa dar
Tumasqulu qızı Kazımovadan hələ Soltanlı kəndində olarkən eşit miş ol -
duğu  məsəlləri  burada  xatırlatsaq,  fikrimizə  söykək  olar:  1)  Dün yanı
ümüdnən (ümidlə) yemişlər, 2)Ümüdünü (ümidini) üzdün, öldün.
Maraqlıdır  ki,  Soltanlı  kəndində  ikən  dünyasını  dəyişmiş,  qaçqınlıq-
məcburi  köçkünlük  həyatı  görmədən  dünyadan  köçmüş  Vəfadar  arvad
san ki özündən-ömründən sonrakı bu qaçqınlıq faciəsini hiss edibmiş deyə
bir bayatı nümunəsini də həmişə işlədərmiş:
Vətən deyib ağladım,
Ürəyimi dağladım.
Dedilər yol açılır,
Ümidə bel bağladım.
2014/
I
41


Vəfadar Tumasqulu qızının söyləmiş olduğu yuxarıdakı hər iki məsəl
və bir bayatının – hər üç folklor örnəyinin hər birində ümid ifadəsinin nə
qədər həyatverici güc olduğu vurğulanmışdır. Demək, burdan çıxış edib
şair  Balayarın  da  yuxarıdakı  misralarında  ifadəsini  tapan  “körpələrin
baxışına”, “dünyanın səbrinə”, “xalı və xalçaların naxışına” – butalara qar
yağması fikirlərindən ümidin ölməsi kimi həyati əhəmiyyət kəsb edən bir
faciədən  söhbət  açıldığını  yəqinləşdirərik.  Bu  misralarda  da  “buta”
kəlməsi birbaşa dilə-nitqə gətirilmir, lakin mətn arxasından butadan-yarı-
mayan  butadan,  nakam  sevgilərdən  bəhs  açıldığı  açıq-aşkar  görünür.
Çünki  həyat  özü  sevmək-yaşamaq  deməkdir,  buta  özü  sevgili-istəkli
deməkdir,  butaya-sevgili yara qovuşmaq özü bəxtəvərlik deməkdir, aşiq-
məşuq  isə  butasına  yetişmək  yolunda  canfəşanlıqlar  göstərib,  sabaha
ümidlə  baxır.  Əgər  aşiq  sevgisi  yolunda  apardığı  fədakar  mübarizədə
ümidsizlik  əzabı  ilə  üzləşsə,  onda  faciə  baş  verir,  onda  dünyanın  axır-
mənşəri  (məhşər  günü,  qiyamət  zamanı)  yetişmiş  olur.  Axır-məhşər
qopanda isə dünyada haqsızlığın haqq-ədalət üzərində hökmranlığı olur,
xaotik-həlməşik  bir  zəmanəyə  yetişirik  ki,  o  cəmiyyətdə  insanlıq
dünyasının  da  sonu  gəlib  çatmış  olur.  Allahın  adlarından  biri-Əsmai-
səbadan  biri  də  Haqqdır.  İnsanlar  Haqqa  tapınsalar, Allah  da  insanlara
xoşbəxtlik, firavan yaşayış bəxş edər. Nəticədə butalı gənclər də butasına
yetişib bəxtəvər olarlar.
Şair Fikrət Sadıq buta naxışlarını “Əlifbanı bilməyən nənəmin əlyaz-
ması” adlandırır və həmin şeirə münasibət bildirərək Bilal Hüseynağa oğ -
lu  Hüseynov  yazır:  «F.Sadıqın  “Əlifbanı  bilməyən  nənəmin  əlyazması»
poeması toxucu nəğmələri üzərində qurulmuşdur: 
Xalçanı buta bəzər,
Buta buluda bənzər.
Bu yandan qırqovula,
O yandan oda bənzər. (7, 122).
Bəli, xalçalarımızda rast gəlinən buta naxış-ornamentləri ağbirçək nə -
nə lərimizin  “əlyazmaları”dır;  o  əlyazmaların  sirrini  açmaq  istəyən  şair
Fikrət Sadıq gah buluda, gah oda, gah qırqovula (əslində quşa, könül qu -
şuna – Ş.A.) bənzədir buta təsvirlərini. Bu bənzətmələrdəki qarmaqarışıq -
lıqlar  da  təsadüfi  deyil,  doğrudan  da,  buta  alan-eşq  badəsi  içirilən  gənc
gah Əsli sorağı ilə dağlara-daşlara düşən Kərəm kimi çovğuna-qara, bu -
2014/
I
42


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə