Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

Əzizim Gülüzənə,
Gün düşüb Gülüzənə,
Sənəmi görmək  istəsən
Gəlginən Gülüzənə.
Yazıçı  aşığın  sorağındaykən  aldığı  bu  çağırışa  görə  Sənəmə  öz  min-
nətdarlığını bildirmiş, “Azərbaycan qadını” jurnalında böyük bir oçerklə
çıxış etmişdir. Ardıcıl olaraq toplayıcılıqla məşğul olan Ə. Cəfərzadə Aşıq
Sənəmdən 200-dən artıq bayatı nümunəsi toplamışdır”(8,14). 1928-ci ildə
birinci  Aşıqlar  qurultayının  iştirakçısı  olan  Aşıq  Sənəm  söz  boğçasını,
bayatı çağırışını qədim musiqi alətlərimizdən olan tanburda ifa etmişdir.
“Qobustan”  jurnalında  mütəmadi  olaraq  Aşıq  Sənəmin  bayatılarını
təqdim  edən  Ə.  Cəfərzadə  topluda  da  aşığın  yaradıcılığından  müxtəlif
bayatılara  yer  vermişdir.  Aşıq  Sənəmi  “el  şənliklərinin  sevimli  aşığı”,
“Muğal  adlanan Azəri  tayfalarından  biri arasında  geniş yayılmış  “hayla
gecələri”nin iştirakçısı” kimi dəyərləndirən yazıçı aşığı yaradıcı sənətkar
adlandırmaqla ondan orijinal bayatı nümunələrini topluya daxil etmişdir:
Aşıqlara, sazlara,
Tanburda qotazlara,
Bu canım qurban olsun
Gəlinlərə, qızlara
Hayla haylanın başı,
Hayla bilməyən naşı,
Hayla bilmək yaxşıdır,
Qərib yerin yoldaşı (1,  223).
Ə.Cəfərzadənin  elmi-bədii  yaradıcılığı,  eləcə  də  toplayıcılıqla  bağlı
fəaliyyətinin diqqət çəkən məqamlarından biri yazıçının daima axtarışda
olması və folklor örnəklərinin davamlı şəkildə yazıya almasıdır. Belə ki,
toplayıcı  kimi  xalq  arasında  əldə  edilən  bayatıları  Ə.  Cəfərzadə  təkcə
müəyyən  jurnal, dərgilərdə çap etdirib xa1qa  tanıtmaqla qalmamış, yeri
gəldikcə  bu  nümunələrdən  bədii  əsərlərində  də  yaradıcı  şəkildə  istifadə
etmişdir.  Təsadüfi  deyildir  ki,  onun  “Eldən-elə”,  “Aləmdə  səsim  var
mənim”, “Yad et məni”, “Vətənə qayıt” və digər iri həcmli romanlarında
bu  kiçik  folklor  örnəklərindən  əsərin  məzmunu,  mündəricəsi,  obraz,
xarakterlərin duyğu, düşüncələrinə uyğun istifadə etmişdir. Eyni zaman-
da təkcə folklor nümunələrini deyil, bu nümunələri yaradan yaradıcı aşıq,
“bayatıçıları” da öz əsərinin qəhrəmanına çevirmişdir. Yazıçının “Yad et
2014/
I
65


məni” romanında verilən Pərnaz sürəti xalqın dərdini, istəklərini bayatıya
çevirib dilləndirən obraz kimi səciyyəvidir. Əsərin “Dünya, nə qəmlisən”
adlandırılan  hissəsində  Şamaxı  zəlzələsinin  gətirdiyi  ağrı,  dəhşətlər
Pərnazın bayatılarının dili ilə poetik təsvirini tapır:
Pirdirəki dağımdı,
Qoynu qəm oylağımdı,
Yaş tökər leysan kimi
Deyər yaman çağımdı.
Bu gələn arabadı,
Qoy gəlsin arabadı,
Dünənki cənnət şəhər
Bax, bu gün xarabadı (6,47).
Ə.Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” kitab-toplusun-
da da Pərnaz haqqında məlumat verilir.  Onun 1860-62-ci illərdə Şamaxı
rayonun Bağırlı kəndində anadan olması, Şamaxı zəlzələsinin dəhşətləri-
ni  görməsi,  təxminən  106  yaşında  dünyasını  dəyişməsi  bildirilir.  El
arasında gözəl səsə və təbə malik Pərnaz bir çox bayatılar söyləmişdir ki,
ondan qalan örnəkləri Ə.Cəfərzadə bu kitabda cəmləşdirmişdir:
Karvan keçər toz eylər,
Paxıl gözü boz eylər.
Qonşunu qara geysin,
Yar gələndə söz eylər. 
Bağırrı təm üstədi,
Qışlağı cəm üstədi,
Pərnaz nə hava çalsa
Hamısı qəm üstədi (1, 144).
Ə.Cəfərzadə  tətqiqatlarında  XIX  əsrin  birinci  yarısında  Şəmkir
mahalının Dəllər-Çırdahan kəndindən olan Aşıq Həmayıl, eləcə də həmin
əsrin  30-cu  illərində  Kəlbəcərdə  doğulub  boya-başa  çatan  Aşıq  Bəsti-
Bəsti  Kərbəlayı  Bayraməli  qızı  haqqında  məlumat  vermişdir.    Aşıq
Həmayılın Əzizə Cəfərzadə tərəfindən xatırlanan iki qoşması da məhəb-
bət və gözəllik üzərində qurulmuşdur:
Başına döndüyüm sərvi-salatın
Yetgin yemiş şirin bar bizə göndər
O gözəl bağçada heyvadan, nardan
2014/
I
66


Gilas tez yetişir, bar bizə göndər.
Seyrana çıxanda gözüm qaralır,
Zülfün kəməndinə qəddim dolaşır,
Güldən, ireyhandan bir dəstə döşür
Zülfün arasında yar bizə göndər (1, 126).
Qeyd olunan Aşıq Bəstinin irsindən isə yeddi qoşma, altı gəraylı və bir
müxəmməs  təqdim  olunur.  Tarixi-xronoloji  ardıcıllıqda  Pərnaz,  Dilşad,
Aşıq Nabat, Aşıq Sənəm, Naburlu Badam və s. el aşıqlarının irsindən on -
lar  haqqında  qısaca  məlumat  verilməklə  müəyyən  nümunələr  toplanıl -
mışdır.
Ə.Cəfərzadənin  tərtib etdiyi “Azərbaycanın şair və aşıq qadınları”  ki -
ta bının ikinci cildində qədim  dövrdən ötən əsrin əvvəllərinə qədər Gü -
ney li-Qüzeyli  bütöv  Azərbaycanımızın  121-dən  artıq  yaradıcı  xanımı
haq qında məlumat və əsərləri (nümunələr) toplanmışdı. Kitabda   122-ci
şairə Əzizə xanımın özüdür. Kitabda qadın aşıqlarımızdan Aşıq Qəndab
Seyidova, Narınc Xatın, Aşıq Nabat, Aşıq Ulduz, Aşıq Həqiqət Xəlilova
kimi qədim xalq söz sənətimizin davamçıları təbliğ olunmuşdur.
Ə.Cəfərzadənin  Azərbaycan  aşıq  və  şair  qadınlarının  yaradıcılığını
müx təlif zamanlardan başlayaraq xronoloji qaydada sistemləşdirməsi bu
sahədə bütöv mənəvi irsin izlənilməsi baxımdan təqdirəlayiqdir. Azər bay -
ca nın  məşhur  söz, saz  sahiblərinin  ədəbiyyat,  musiqi  tariximizdəki  xid-
mətləri qiymətləndirməklə, eləcə də, xüsusi yaradıcı irsə malik olmayan
qadın aşıqlar da Ə.Cəfərzadənin diqqətindən yayınmamışdır. Ədibin aşıq
qadınlar  barədə  mülahizələri  hər  şeydən  əvvəl    bütöv  bir  söz,  sənət
dünyasındakı Azərbaycan  qadın  ordusunun  yaratdığı  milli-mənəvi  irsin
qorunması və təbliği işinə yönəldilmişdir.
İşin  elmi  nəticəsi. Ə.Cəfərzadə  xalq  ədəbiyyatı,  folkloruna  bağlı  sə -
nət  kar olmaqla qadın aşıq,  şairlərimizin bədii irsinin toplanıb, tərtib olun-
ması işinə qoşulmaqla, ayrıca onların öyrənilməsi, tədqiqini  də öz təd qi -
qatlarında birləşdirmişdir. Qadın folklor yaradıcılarının   yazıçının  bədii
irsində ayrıca obraz kimi təqdim olunmaları da araşdırmada yer almışdır.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq Əzizə Cəfərzadənin Azər -
bay can qadın  yaradıcılığı əsasında apardığı araşdırma və tədqiqatları sis -
tem li şəkildə öyrənilmişdir. Xalq arasında bayatı, nəğmə söyləyiciləri ki -
mi  tanınan  qadınlar,  milli-mədəni  irsində  xüsusilə  tanınan  aşıq-şairlər,
eləcə də iri həcmli romanların bədii obrazlarına çevrilən surətlər sistemli
2014/
I
67


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə