Əzizim Gülüzənə,
Gün düşüb Gülüzənə,
Sənəmi görmək istəsən
Gəlginən Gülüzənə.
Yazıçı aşığın sorağındaykən aldığı bu çağırışa görə Sənəmə öz min-
nətdarlığını bildirmiş, “Azərbaycan qadını” jurnalında böyük bir oçerklə
çıxış etmişdir. Ardıcıl olaraq toplayıcılıqla məşğul olan Ə. Cəfərzadə Aşıq
Sənəmdən 200-dən artıq bayatı nümunəsi toplamışdır”(8,14). 1928-ci ildə
birinci Aşıqlar qurultayının iştirakçısı olan Aşıq Sənəm söz boğçasını,
bayatı çağırışını qədim musiqi alətlərimizdən olan tanburda ifa etmişdir.
“Qobustan” jurnalında mütəmadi olaraq Aşıq Sənəmin bayatılarını
təqdim edən Ə. Cəfərzadə topluda da aşığın yaradıcılığından müxtəlif
bayatılara yer vermişdir. Aşıq Sənəmi “el şənliklərinin sevimli aşığı”,
“Muğal adlanan Azəri tayfalarından biri arasında geniş yayılmış “hayla
gecələri”nin iştirakçısı” kimi dəyərləndirən yazıçı aşığı yaradıcı sənətkar
adlandırmaqla ondan orijinal bayatı nümunələrini topluya daxil etmişdir:
Aşıqlara, sazlara,
Tanburda qotazlara,
Bu canım qurban olsun
Gəlinlərə, qızlara
Hayla haylanın başı,
Hayla bilməyən naşı,
Hayla bilmək yaxşıdır,
Qərib yerin yoldaşı (1, 223).
Ə.Cəfərzadənin elmi-bədii yaradıcılığı, eləcə də toplayıcılıqla bağlı
fəaliyyətinin diqqət çəkən məqamlarından biri yazıçının daima axtarışda
olması və folklor örnəklərinin davamlı şəkildə yazıya almasıdır. Belə ki,
toplayıcı kimi xalq arasında əldə edilən bayatıları Ə. Cəfərzadə təkcə
müəyyən jurnal, dərgilərdə çap etdirib xa1qa tanıtmaqla qalmamış, yeri
gəldikcə bu nümunələrdən bədii əsərlərində də yaradıcı şəkildə istifadə
etmişdir. Təsadüfi deyildir ki, onun “Eldən-elə”, “Aləmdə səsim var
mənim”, “Yad et məni”, “Vətənə qayıt” və digər iri həcmli romanlarında
bu kiçik folklor örnəklərindən əsərin məzmunu, mündəricəsi, obraz,
xarakterlərin duyğu, düşüncələrinə uyğun istifadə etmişdir. Eyni zaman-
da təkcə folklor nümunələrini deyil, bu nümunələri yaradan yaradıcı aşıq,
“bayatıçıları” da öz əsərinin qəhrəmanına çevirmişdir. Yazıçının “Yad et
2014/
I
65
məni” romanında verilən Pərnaz sürəti xalqın dərdini, istəklərini bayatıya
çevirib dilləndirən obraz kimi səciyyəvidir. Əsərin “Dünya, nə qəmlisən”
adlandırılan hissəsində Şamaxı zəlzələsinin gətirdiyi ağrı, dəhşətlər
Pərnazın bayatılarının dili ilə poetik təsvirini tapır:
Pirdirəki dağımdı,
Qoynu qəm oylağımdı,
Yaş tökər leysan kimi
Deyər yaman çağımdı.
Bu gələn arabadı,
Qoy gəlsin arabadı,
Dünənki cənnət şəhər
Bax, bu gün xarabadı (6,47).
Ə.Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” kitab-toplusun-
da da Pərnaz haqqında məlumat verilir. Onun 1860-62-ci illərdə Şamaxı
rayonun Bağırlı kəndində anadan olması, Şamaxı zəlzələsinin dəhşətləri-
ni görməsi, təxminən 106 yaşında dünyasını dəyişməsi bildirilir. El
arasında gözəl səsə və təbə malik Pərnaz bir çox bayatılar söyləmişdir ki,
ondan qalan örnəkləri Ə.Cəfərzadə bu kitabda cəmləşdirmişdir:
Karvan keçər toz eylər,
Paxıl gözü boz eylər.
Qonşunu qara geysin,
Yar gələndə söz eylər.
Bağırrı təm üstədi,
Qışlağı cəm üstədi,
Pərnaz nə hava çalsa
Hamısı qəm üstədi (1, 144).
Ə.Cəfərzadə tətqiqatlarında XIX əsrin birinci yarısında Şəmkir
mahalının Dəllər-Çırdahan kəndindən olan Aşıq Həmayıl, eləcə də həmin
əsrin 30-cu illərində Kəlbəcərdə doğulub boya-başa çatan Aşıq Bəsti-
Bəsti Kərbəlayı Bayraməli qızı haqqında məlumat vermişdir. Aşıq
Həmayılın Əzizə Cəfərzadə tərəfindən xatırlanan iki qoşması da məhəb-
bət və gözəllik üzərində qurulmuşdur:
Başına döndüyüm sərvi-salatın
Yetgin yemiş şirin bar bizə göndər
O gözəl bağçada heyvadan, nardan
2014/
I
66
Gilas tez yetişir, bar bizə göndər.
Seyrana çıxanda gözüm qaralır,
Zülfün kəməndinə qəddim dolaşır,
Güldən, ireyhandan bir dəstə döşür
Zülfün arasında yar bizə göndər (1, 126).
Qeyd olunan Aşıq Bəstinin irsindən isə yeddi qoşma, altı gəraylı və bir
müxəmməs təqdim olunur. Tarixi-xronoloji ardıcıllıqda Pərnaz, Dilşad,
Aşıq Nabat, Aşıq Sənəm, Naburlu Badam və s. el aşıqlarının irsindən on -
lar haqqında qısaca məlumat verilməklə müəyyən nümunələr toplanıl -
mışdır.
Ə.Cəfərzadənin tərtib etdiyi “Azərbaycanın şair və aşıq qadınları” ki -
ta bının ikinci cildində qədim dövrdən ötən əsrin əvvəllərinə qədər Gü -
ney li-Qüzeyli bütöv Azərbaycanımızın 121-dən artıq yaradıcı xanımı
haq qında məlumat və əsərləri (nümunələr) toplanmışdı. Kitabda 122-ci
şairə Əzizə xanımın özüdür. Kitabda qadın aşıqlarımızdan Aşıq Qəndab
Seyidova, Narınc Xatın, Aşıq Nabat, Aşıq Ulduz, Aşıq Həqiqət Xəlilova
kimi qədim xalq söz sənətimizin davamçıları təbliğ olunmuşdur.
Ə.Cəfərzadənin Azərbaycan aşıq və şair qadınlarının yaradıcılığını
müx təlif zamanlardan başlayaraq xronoloji qaydada sistemləşdirməsi bu
sahədə bütöv mənəvi irsin izlənilməsi baxımdan təqdirəlayiqdir. Azər bay -
ca nın məşhur söz, saz sahiblərinin ədəbiyyat, musiqi tariximizdəki xid-
mətləri qiymətləndirməklə, eləcə də, xüsusi yaradıcı irsə malik olmayan
qadın aşıqlar da Ə.Cəfərzadənin diqqətindən yayınmamışdır. Ədibin aşıq
qadınlar barədə mülahizələri hər şeydən əvvəl bütöv bir söz, sənət
dünyasındakı Azərbaycan qadın ordusunun yaratdığı milli-mənəvi irsin
qorunması və təbliği işinə yönəldilmişdir.
İşin elmi nəticəsi. Ə.Cəfərzadə xalq ədəbiyyatı, folkloruna bağlı sə -
nət kar olmaqla qadın aşıq, şairlərimizin bədii irsinin toplanıb, tərtib olun-
ması işinə qoşulmaqla, ayrıca onların öyrənilməsi, tədqiqini də öz təd qi -
qatlarında birləşdirmişdir. Qadın folklor yaradıcılarının yazıçının bədii
irsində ayrıca obraz kimi təqdim olunmaları da araşdırmada yer almışdır.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq Əzizə Cəfərzadənin Azər -
bay can qadın yaradıcılığı əsasında apardığı araşdırma və tədqiqatları sis -
tem li şəkildə öyrənilmişdir. Xalq arasında bayatı, nəğmə söyləyiciləri ki -
mi tanınan qadınlar, milli-mədəni irsində xüsusilə tanınan aşıq-şairlər,
eləcə də iri həcmli romanların bədii obrazlarına çevrilən surətlər sistemli
2014/
I
67
Dostları ilə paylaş: |