Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

maq), Köl süyi içürüş (göl suyu içirtmək), İkki hotun elip beriş (iki qadın-
la evləndirmək), Monek tüğüş (düyün vurmaq) kimi əyləncəli xalq oyun-
ları, İli uyğurları arasında geniş yayılmış «Çün-çün Salavat», «Can pür -
gem (pire)» kimi istehzalı şeirlər, ramazan şeirləri, «Üç yalanda qırx ya -
lan» kimi istehzalı nağıllara və göstərişlərə gedib çıxır (4). Üstəlik Xoca
Nəsrəddin  lətifələrinin  təsiri  uyğurlar,  xüsusilə  də  İli  uyğurları  ara sın da
geniş yayılmışdır. Bu xalq sənəti növləri bu torpaqlarda çakçak adlanan
sözlü ədəbiyat növünün inkişaf etməsi üçün güclü zəmin yaratmışdır. 
Başqa sözlə desək, İli çakçaklarının inkişafını yuxarıda sadalanan bir
neçə bənddə cəmləmək olar.
3. İli çakçaklarının əsas xüsusiyyətləri.
Çakçaklar  lətifə  sənətinin  bir  qolu  kimi  digər  xalqlarda,  Xinjianqın
digər  rayon  və  şəhərlərində  uyğurlar  arasında  da  mövcuddur. Ancaq  İli
çakçaklarının uzaq keçmişdə digər millətlər və digər bölgə uyğurlarının
lətifə sənətindən fərqli olaraq özünəməxsus bəzi xüsusiyyətləri mövcud-
dur. Bunlar aşağıdakılardır:
1) İli çakçakları qüvvətli yaradıcılıq ruhuna və hazırcavablığa sahibdir
Çakçak  canlı  olaraq  icra  edilən  danışıq  sənətidir.  Çakçakçı  tamaşası
əv vəlcədən  hazırlanmır,  üstəlik  çakçak  əyləncə  yerinin  şərtlərinə  görə
icad edilir. Bir dəfə söylənilən çakçak ikinci dəfə təkrarlanmır. Təkrar edi -
lirsə, lətifəyə çevrilir. Əyləncə yerində canlı şəkildə uydurulması və tək -
rarlanmaması onu lətifə və digər lətifə formalarından fərqləndirən xüsu -
siyyətidir. 
2) Məmnun etmək və güldürmək İli çakçakçılarının əsas amalıdır.
İlidə çakçakın məqsədi insanların üzünü güldürmək, məmnun etmək,
könlünü almaq, hər kəsə mənəvi zövq verə bilməkdən ibarətdir. Çakçakçı
dostcasına, isti münasibət göstərməklə dinləyicilər arasında səmimi gülüş
mühiti yaratmağı qarşısına məqsəd qoyur. Əsla acı istehzalarla qarşı tərə-
fi  incitməyi  düşünmür.  Ara-sıra  insanların  bəzi  çatışmayan  cəhətlərinə,
qəbahətli işlərinə lağ olunsa da, bu, çox ehtiyyatla söylənildiyi üçün qəbul
edilir, dinləyicidə qəzəb və nifrət hissi oyatmır. 
3)  İli  çakçaklarında  ləqəblər  çakçakın  əsas  elementlərindən  hesab
olunur. İlidə bir çox insanın ləqəbi var. 
4. Çakçakın növləri haqqında
İli çakçakları son yüz ildəki inkişaf mərhələsində bir neçə özünəməxsus
şəkil  və  formada  ortaya  çıxmışdır.  Xüsusilə  XX  əsrin  ikinci  yarısında
2014/
I
74


Hisam Qurbanı daha da yüksəldi və gənc çakçakçılar yetişərək mətn və for -
ma baxımından daha da zənginləşdirdi. Nəticədə, uyğur İli ağ zı nın mədəni
dəyəri daha da yüksəldi. İli çakçakları arasında geniş istifa də olunan növlər
Çaçma (dağınıq) çakçak və Robiro (qarşı-qarşıya gələn) çak çakdır.
1) Çaçma çakçak
Çaçma çakçakda çakçakçı hədəfin xarakteri, həyat tərzi, geyimi-keci-
mi,  danışma  tərzi  incələnir,  bunların  içərisindən  bir  xüsusiyyətə  diqqəti
yönəldərək onu öz xəyalındakı başqa bir şeyə komik şəkildə bənzədir, ya
da şişirdərək əyləndirməyə çalışır. 
Çaçma çakçakın bir şəklində isə dinləyicilər çakçakçı tərəfindən tək-
tək çakçak hədəfi seçilərək çakçaka təxt tutur. Hər kəsə çakçak qoşulur.
Digər  formalarda  isə  çakçak  dinləyicilər  arasından  bir  və  ya  bir  neçə
adama  ithaf  olunur.  XX  əsrin  80-ci  illərində  çaçma  çakçakın  “tərcümə
çakçak” deyilən yeni bir növü meydana çıxdı. Çakçakın bu növündə iki
çakçakçı  iştirak  edir. Biri  əcnəbi  dildə danışır, digəri  də onun  söylədik-
lərini  tərcümə  edərək  dinləyicilərə  çakçak  söyləyir.  Buna  misal  olaraq
Perhad Mahmud və Sali Savutu göstərə bilərik. 
2) Robiro çakçak
Robiro çakçakda iki çakçakçı və ya iki qrup çakçakçı qarşılıqlı çakçak
söyləyərək  bir-birinə  qalib  gəlməyə  çalışır.  İki  çakçakçı  bir-birinin  zəif
nöqtələrini dilə gətirərək, sanki öz aralarında savaşır, çakçak dil sənətini
hərb meydanına çevirir. 
Yuxarıda bəhs etdiyimiz  iki  çakçak tərzindən  başqa çakçaklarda isti-
fadə olunan bədii tərzin dəyişik forması olan “şeiri çakçak” da mövcud-
dur. Bu tərz çakçaklarda çakçakçı meydanda canlı şeir söyləyərək, ya da
qafiyəli cümlələr quraraq qarşı tərəfə çakçak söyləyir. 
Çakçakın  meydanda  canlı  söylənilən  şəklindən  başqa  ləqəbləri  dilə
gətirərək  “hərəkətli ləqəbli”  çakçak tərzi  də vardır. Ancaq bu, çox təsirli
olduğu üçün bir-birini çox yaxşı anlayan yaxın dostlar tərəfindən söy lə ni -
lir.  Əks  təqdirdə  sataşma  kimi  qəbul  edilir,  anlaşılmazlıqlara  səbəb  olur.
Məsələn,  bir  gün  bir  kəndli  çoxlu  qabağı  belinə  alaraq  «qabaq  istəyən
varmı?» deyə dükanlara baş çəkir. Biri gəlib «mən almıram, bu evdəki kişi
alacaq. Buna verin» – deyərək bir evi nişan verir. Kəndli göstərilən evin
qapısını  döyüb  ev  sahibini  çağıraraq  «sizin  qabaq  alacağı nızı  söy lə dilər,
ona  görə  də  gəldim»  –  deyir.  Ev  sahibi  buna  çox  əsəbləşib  qabaq  satan
kəndlini məhlədən qovur. Sən demə, ev sahibinin ləqəbi «qabaq» imiş.
2014/
I
75


5. Çakçak ilə birlikdə söylənilən digər lətifə şəkilləri
Adətən, İlidə əyləncə yerlərində mahnı, musiqi və lətifə birlikdə söy -
lənilir. Bir az musiqi dinlədikdən və mahnı oxuduqdan sonra çakçak söy -
lənilir. Bir əyləncədə durmadan çakçak söyləmək mümkün deyil. Çünki
çakçakın  yaranması  əyləncə  yerinin  keyfiyyəti  və  çakçakçının  il hamına
bağlıdır. Buna görə də əyləncənin keyfiyyətini canlandırmaq üçün çakçak
daha çox lətifə sənətinin başqa bir növü ilə birlikdə söylənilir. Yəni əvvəl-
cə  digər  lətifə  formalarından  istifadə  olunur,  uyğun  şərait  yarandığı  za -
man  rəsmi  çakçaka keçilir,  ya  da  çakçak havası  bir  az  soyuyanda digər
çakçak tərzləri ilə əyləncə canlandırılır, yenə fürsət düşən kimi çakçaka
qayıdılır. Adətən,  çakçakla  birləşdirilən  zarafat  formalarının  ən  əsasları
aşağıdakılardır:
1) Mizah
Əvvəlki  əyləncələrdə  söylənən  lətifələr,  ya  da  xalq  arasında  dolaşan
mizahlar  dinləyicilərə  çakçakçılar  tərəfindən  əyləncəli  şəkildə  təqdim
olunur. Adətən,  çakçakçıların  çoxu  yüzlərlə  mizahı  əzbər  bilir.  Zamanı
gələndə mizah söylənərək əyləncə havası yüksəldilir. 
2) Təqlid sənəti
Çakçak başqasının danışması və hərəkətini eyni ilə təqlid edən sənət ilə
birləşdirilir. Yəni hamı tərəfindən tanınan bir şəxsiyyətin danışması, hərə -
kəti,  ya  da  başqa  bir  canlının  xarici  görünüşü  əyləncə  yerində  çakçakçı
tərəfindən olduğu kimi təqlid edilərək insanların gülüşünə səbəb olur. 
3) Laf söyləmək
Laf uyğurca həddən artıq şişirdilərək söylənilən gülməli hekayəyə ve-
rilən addır. Laf İlidə xalq ədəbiyyatının bir növü sayılır. Əyləncə yerlə rin -
də bir qrup çakçakçılar əvvəlcə laf söyləyir, ya da bu lafı çakçakın içinə
qatır. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sadıq Dursun, Tox -
daş  Bəkri  kimi  ədiblər  tərəfindən  İlidəki  lafların  bir  hissəsi  toplanaraq
«Əbdül Ağabəyin lafları» adlı kitabda yayınlanmışdır. 
4) Taka-tuka danışmaq (yersiz danışmaq)
İlidə xalq lətifəçilərinin “taka-tuka danışmaq” adlanan bir forması da
var. Bu, məntiqli bağları olmayan hissələrdən ibarət hekayə və sənət for-
masıdır. Bu növ, eyni zamanda «yekpay paranq» da adlandırılır. Əyləncə
yerlərində  bəzi  çakçakçılar  bununla  insanları  güldürür.  Korqaslı  Rəşid
Məhəmməd  buna  yeganə  nümunədir.  Məsələn,  «Baxıram  ki,  qab  dolu
üyüdülmüş  büğdanı  dəyirmana  aparıram,  deyir.  Oraya  gedərkən  tarlada
qarğıdalısı varmı, yoxmu? Ən yaxşısı özün bəsləyərək dananı kəsib sat,
2014/
I
76


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə