boyu davam edir, fəlsəfi məzmun kəsb edir. Saz məfhumunu H.Arif ancaq
dar, məhdud mənada başa düşmür. Bunu aşığın sinəsinə basdığı saz məna -
sında qəbul etmək də həqiqətin tam ifadəsi kimi səslənmir. Saz obrazı şai -
rin şeirilərindən sirlərinə, poemalarına keçir, müxtəlif məqamlarda geniş
mahiyyət kəsb edir, xalq təşəkkürünün, milli özünüdərkin timsalı kimi
özünü göstərir.
Buna görə H.Arif yaradıcılığında saz obrazının ayrıca tədqiqinə xüsusi
ehtiyac yaranır. “Saz” sözünü şair müxtəlif şeirlərində elə məharətlə işlə -
dir ki, istər-istəməz sözdən böyük sənət nümunəsi yaratdığına heyran ol -
mamaq mümkün deyil:
Ürəkdə sazımı çaldım əzəldən,
Ürəkdə dilimdə dil açdı vətən.
Təkcə bu bənddə dərin və geniş məzmun ortaya çıxır. “Ürəkdə sazımı
çaldım əzəldən”- deyən şair əslində öz sənət fəlsəfəsini ortaya qoyur.
Həyatda nə edibsə ürəkdən etdiyini, vətənin hər çiçəyinə, gülünə, təbiət
mənzərələrinə ürəkdən vurulduğunu etiraf edir.
“Könül deyir yaşa hələ” şeirində isə H.Arif “saz” məfhumunu öz hə -
qiqi mənasında işlətmiş, şeirin və sazın vəhdətindən yaranan sənətin üs -
tünlüklərini nümayiş etdirmişdir:
İlləri yola salmışam,
Şeir yazıb saz çalmışam.
Ömür deyir – qocalmışam,
Könül deyir – yaşa hələ!
Şeir sənəti və sazın vəhdətini, birliyini, “Sözdə Vurğun, sazda Vurğun”
şeirində də görmək olur. Şairin fikrincə söz sənətində Səməd Vurğun han -
sı zirvəni fəth edibsə, saz sənətində də Aşıq Mirzə eyni müvəffəqiyyəti
təkrar edib. Şeirdə hər iki sənətkar ustad kimi xatırlanır. “Dilimizin qüd -
rəti, ağzımızın ləzzəti” olan sözə və saza önəm verən H.Arif S.Vurğunu
da, Aşıq Mirzəni özünün ustadı hesab edir:
Demə səsim batasıdır,
O aləmə çatasıdır.
Hüseynin ustasıdır
Sözdə Vurğun, sazda Mirzə.
2014/
I
98
“Sözdə Vurğun, sazda Mirzə” – deyiminin özündə belə poetik bir
ovqat, şirinlik var. Bu iki qarşılaşdırma vasitəsi ilə şeirdə sazın və sözün
vəhdətini görürük. Qılınc və qələm, tüfəng və saz türkün həmişə yol
yoldaşı olub. “Dədə Qorqudda” da, “Koroğluda” da belə görmüşük, belə
eşitmişik. Millətin ərənləri döyüşə getməzdən əvvəl sazın, sözün hikmə-
tini dinləmiş, sonra at belinə qalxmışlar. Şah İsmayıl təkcə qılıncının gü -
cünə deyil, eyni zamanda sazının, sözünün gücünə arxalanırdı. Sazın və
qılıncın qüdrətindən tarixdə Türklər bir neçə böyük dövlətlər, impe ri yalar
yaradıblar. Bunu da çox gözəl anlayan Hüseyn Arif “Babalar” şei rində
ərənlərimizin tüfənglə uyuyub, sazla oyanmasından fəxarət duyur. On la -
rın Qurbani, Abbas Tufarqanlı, Əmrah sazına, sözünə yüksək qiymət ver-
məsini xatırlayır:
Qurbanı, Abbası, Əmrahı anıb,
Kərəmlə alışıb, Dilqəmlə yanıb.
Tüfənglə uyuyub, sazla oyanıb,
Kamanla dil açıb ötdü babalar.
Saz obrazı Hüseyn Arifin poeziyasının təkcə məzmununa yox, eyni za -
manda poetik strukturuna daxil olub. Onun hər şeirində sazın ahəngi, rit -
mi duyulur. Bu cəhətdən bütün şeirləri saz havalarına, aşıq şeir janrlarına
köklənib. Sanki bütün poetik düşüncələrini sazdan alıb, sazın hikməti ilə
sözün hikmətini məharətlə birləşdirib. Bu cəhətdən “Sazım dinir” şeiri bir
çox mətləbləri üzrə çıxarır. “Kərəmi” havasına qulaq asa-asa şair keçmişə
qayıdır. Lakin şair yalnız keçmişlə bağlı nostalji hisslərlə yaşa mır, gə lə -
cəyə, sabaha ümidlə baxır:
Dil deyəni tellər deyir
İnsan ömrü tükənsə də,
İnsan eşqi tükənməyir.
Arzuların, əməllərin,
Öz ömrü, öz əməlləri var.
Sazım dinir otağımda,
Kərəm yoxdur, Kərəmi var.
Bu kiçik şeir parçasında şairin nə demək istədiyi aydındır. Böyük ustad
sənətkarlar, qurbanilər, tufarqanlılar bu dünyadan köçür, ancaq onların
yaratdığı saz havaları, söz sənəti yaşayır.
2014/
I
99
Saz obrazı Hüseyn Arif poeziyasında həm də etnoqrafik yaddaşın poe-
tik ifadəsidir. Sazda böyük bir millətin tarixi ənənələri, milli təfəkkürü,
keçmişi, gələcəyi, müdrikliyi, qəhrəmanlığı yaşayır. Buna görə də Hüseyn
Arif qopuzu, sazı Dədə Qorquddan, Aşıq Abbas Tutarqanlıdan, Aşıq
Ələsgərdən ehtiramla qəbul edərək gələcəyə, sabaha aparır, saza milli bir-
lik, tarixi yaddaş kimi baxır:
Nazına bax ördəklərin, qazların,
Aşıq çalır, səsi qalxır sazların.
Çaya enən gəlinlərin, qızların,
Səhəngləri, dolçaları varıydı.
Müasir mövzuda yazdığı poemalarında Hüseyn Arif dövrümüzün sa -
yılıb-seçilən insanlarının həyat fəaliyyətindən bəhs edir, daha çox istehsal
prosesi ilə bağlı hadisə və əhvalatları lirik bir vüsətlə qələmə alır. Ancaq
bir məsələni qeyd edək ki, istər tarixi, istərsə də müasir mövzuda yazdığı
poemalarında o, həmişə xalq müdrikliyinə, elin saz-söz yadigarına arx-
alanır, folklordan, şifahi xalq ədəbiyyatından aldığı obrazları, bədii siste-
mi cilalayır, xalq deyimlərini, obrazlı ifadələri yeni çalarlarda, novator
yollarla yenidən xalqa qaytarırdı. Bu cəhəti “Dilqəm” poemasında aşkar
görmək mümkündür. Poemada Hüseyn Arifin şeirlərindən gələn saz
obrazının başqa mənada, fərqli məkanda yenidən təzahür etdiyinin şahidi
oluruq. Bu dəfə Dədə Qorqudu, Yunis Əmrəni, Qurbanini, Abbas Tufar -
qanlını ümumiləşdirilmiş bir obraz – Dilqəm qiyafəsində görürük. Dil qəm
saz, ozan obrazının qədim folklor qatlarından poetik yaddaşa köçən bir
obrazdır. Şairin özü də əsərdəki Dilqəm obrazına elə bu cür qiymət verir:
Torpağa baxıram, daşa baxıram,
Torpağımda Dilqəm, daşımda Dilqəm.
Xəbərli, xəbərsiz ötür fəsillər
Baharımda Dilqəm, qışımda Dilqəm.
“Dilqəmi üstündə köklənib sazım” – deyən şair bu xatirələr işığında
Cavanşiri, Koroğlunu, Kərəmi, Nəbini gözləri önünə gətirir, Aşıq Alını
soraqlayır, sinədəftər babalara üz tutur, onlardan hikmətli söz, hadisə və
rəvayət öyrənməyə çalışır. Hesab edir ki, gəraylılar, divanilər, bağlamalar,
müxəmməslər əsrlərin arxasından gəldiyinə, adət-ənənələrimizi, mənəvi
2014/
I
100
Dostları ilə paylaş: |