75. Əbül Qasım. S.520-531.- mündəricatda – Əbilqasım.
76. Şah Abbasın oğulu (İbrahim Məhəmməd). S.532-538.
77. Məkri zənan. S.539-543.
78. Dərzi qızı.
79. Xoşqədəm. S.544-548.
80. Nəriman haqqında nağıl. S.549-557.
81. Axund və keçəl. S.558-560 - Bakı, Binəqədi.
82. Keçəl və tacir. S.561-566 - Söyləyəni: Binəqədi kəndindən Mah -
mud Əzim oğlu. Toplayanı: Ə.H.Tahirov. 10.5.1936.
5. Azərbaycan nağılları (elmi əsər).- fond 160, siyahı 1, s.v.5.- kiril
(rus) əlifbasında, rus dilində, əlyazma -1937 - 82 v.
“Azərbaycan nağılları” (“Azərbaycan türk nağılları”yazılmış (“Азер -
байджанские тюркские сказки”), lakin sonradan “türk” sözünün üs tün -
dən xətt çəkilmişdir) başlıqlı 82 vərəq həcmində əlyazmasıdır. Müəllif ilk
səhifəyə №17 yazmışdır. Mətn “Azərbaycan türk nağılları” (1935) ki -
tabına daxil edilmiş “Azərbaycan nağılları haqqında”adlı müqəddiməyə
uyğun gəlir (2).
6. Azərbaycan nağıllarının əhəmiyyəti.- fond 160, siyahı 1, s.v.6.-
Latın əlifbasında, Azərb. dilində, makina yazısı.-26 v.
İlk vərəqin üzərində №10 yazılmışdır. Qovluqda “Nağıllarımızın icti-
mai əhəmiyyəti” adlı iki nüsxədən ibarət mətn yerləşdirilmişdir. Birinci
nüsxə 1-dən 13-cü vərəqə qədər orjinal variantdır. İkinci nüsxə isə 14-24-
cü səhifələri əhatə edir. Üzərində düzəlişlər edilmişdir.
7. Azərbaycan nağılları (elmi əsərləri).- fond 160, siyahı 1, s.v.7.- la -
tın əlifbasında, Azərb. dilində, əlyazması.- S.1-15.- 98 v.
“Azərbaycan nağılları”na yazdığı müqəddimənin əlyazması.- S.1-15.
“Azərbaycan nağılları haqqında” məqaləsi.-S.16-98.
8. Azərbaycan nağılları haqqında (elmi əsər ).- fond 160, siyahı 1,
s.v.8.- latın əlifbasında, Azərb. dilində, əlyazması.-S.1-28.- 28 v.
“Azərbaycan türk nağılları (qısa xarakteristikası)”adlı əlyazma şək lin -
də olan məqaləsi.-S.1-28.
9. Türk xalq nağılları.- fond 160, siyahı 1, s.v.9.- Ərəb və latın əlif-
basında, üç nüsxə.-12 v.
H.Zeynalının nağıllardan bəhs edən üç nüsxədən ibarət məqaləsi.
1-ci nüsxə.- əski əlifbadakı əlyazması.-S.1-5
2-ci nüsxə.- latın əlifbasında (orjinal), makina yazısı.- S.6-9.- 4 v.
3-cü nüsxə.- latın əlifbasında.-üzərində düzəlişlər edilmiş makina ya -
zısıdir.-S.10-12.
2014/
I
92
“Türk nağıllarının birinci cildində 86 nağıl toplanmışdır ki, bunlar üç
bölümə ayrılmışdır. I-bölümdə fantastik nağıllar, II-də çocuq, heyvan na -
ğıl ları, III-bölümdə məişətə aid nağıllar təşkil edir (50 nağıl), ikinci bö -
lümdə (13), üçüncü bölümdə (14 nağıl) vardır. Bu surətdə “Nərimanof
nağılı” çıxarılacaq olursa, bu məcmuədə tarixi-dastanı nağıla təsadüf edil -
mir ki, buda Azərbaycan türk dili yazılı ədəbiyyatının olduğu kimi fol klo -
runun da maraqlı cizgilərindən birini təşkil edirlər...” mətnə verilmiş bu
gi riş cümlələri yazının müəllifin hazırladığı kitaba daxil etməyi nəzərdə
tutduğunu deməyə əsas verir. “Kitabın içindəkilər” adlı (üzərində “№3”
yazılmışdır) vərəqdəki - “II Giriş – (nağılların qısa xarakteristikası)” adlı
bölmənin olmasını planlaşdırmışdır. Mümkündür ki, bu mətn həmin böl -
mə üçün nəzərdə tutulubmuş.
10. Azərbaycan nağılları haqqında (elmi əsər ).- fond 160, siyahı 1,
s.v.10.- latın əlifbasında, Azərb. dilində, makina yazısı.- 45 v.
Bu saxlama vahidi altında kitaba daxil edilmiş 82 nağıl haqqında
aşağıdakı bölmələr mövcuddur:
VII Qeydlər.- S.1-4.- bölmədə 86 nağılın adı və onların qarşısında
pasport qeydi göstərilmişdir. Bir neçə nağıl adının qarşısında heç bir
informasiya göstərilməmişdir. Pasport qeydi göstərilməmiş nağıllar bun-
lardır: – 10.Qaqıdan çıxan arvat, 11. Kiçik şahzadə, 12.Məlik Məmməd,
13.Taxta qılıc, 15.Suman gülə neylədi, 19.Bulud, 28.Şəmsü – Qəmər, 29.
Dəmir diş qız, 41.Meymunun nağılı, 42.Nardan xanım, 43. Nazik bədən,
44. Pinəçi Məhəmməd, 45. Dad Xanpərinin əlindən, 46. “Naxçıvan əl
yazısı”- yazılmışdır. 48. Üç şahzadə, 53.Canavar və tülkü baba, 54.Hacı
leylək və tülkü, 55.“əl yazısı”- yazılmışdır, 57. Keçi baba və xayın qurt,
58.Cik-cik xanım, 60.“əl yazısı”- yazılmışdır, 61. Haxnazar, 67.Altı dul
arvadın qəzyəsi, 70.Əzizin nağılı, 82.Şah Abbasın oğlu.
“VII- Qeydlər” bölməsində 17. “Məlik Əkbər”, 18 Xərkan, 27 “Yuxu”,
32 “İki qardaş”, 33.“Ağ gül” verilmiş nağıl adları nə nağıl mətnlərinin, nə
də mündəricatdakı nağıl adları arasında rast gəlinmədi. Həmçinin, nağıl
mətnlərində və mündəricatda yer almış 81.”Axund və keçəl”, 82.“Keçəl və
tacir” nağıl adları “VII-Qeydlər” bölməsində göstəril mə mişdir.
VI Şərh və qeydlər. S.5-9.- bu bölmədə dialektik sözlərə izahlar ya -
zılmışdır. Məsələn: 33.№2-“Nə əyamdı” - uzun bir zamandı.
Bu bölmə mündəricatda (Kitabın içindəkilər) “VI Lüğətcə”kimi təq -
dim edilmişdir.
Kitabın içindəkilər. S.10-13.- 3 nüsxə.- kitabın mündəricatı funk si -
yasını yerinə yetirir.
2014/
I
93
IV Şərh və izahlar. S.21-29 - bölmə bəzi sözlərin mənasını oxuculara
izah etmək üçün yaradılmışdır. Məsələn: 2. “Orda hamı tük salır”...-yəni
qorxur.
11. Nəşri nəzərdə tutulan “nağıllar” kitabına şərhlər - fond 160,
siyahı 1, s.v.11.- latın əlifbasında, Azərb. dilində, əlyazma şəklində.- 45 v.
Qovluqda “Azərbaycan nağılları” kitabına daxil edilmiş ön sözün
mətni mühafizə edilir (1.S.7-20). Yalnız əlyazmanın sonuncu vərəqlərdə-
ki (Səh.42,43,44, 45) mətni 2005-ci il nəşrindəki 19-20-ci səhifələrdəki
məzmuna uyğun gəlmir ki, bunun da səbəbi kitabdakı “Redaktordan”
başlıqlı yazıda şərh edilmişdir.
12. Nağıllar kitabına müqəddimə - fond 160, siyahı 1, s.v.12.- latın
əlifbasında, Azərb. dilində, əlyazması və makina yazısı.- 2 nüsxə.- 4 v.
“Həmin “türk xalq nağılları”məcmuəsində toplanmış müxtəlif Azər -
bay can rayonlarının bədii xalq yaradıcılığının ən zəngin qismi olan epik
material dil və düşünüş tarixcəsi üçün və dolayısilə mədəniyyətsiz sayılan
xalq mədəniyyəti üçün əsas məxəzlər[dən] biri olmalıdır, çünkü burada
xalqın bütün dil mədəniyyəti, düşünüşünün inkişaf xətləri aydın görülə
biləcəkdir...” cümləsi ilə başlayan “Müqəddimə” sərlövhəli yazı yer al -
maq dadır.
13. Azərbaycan nağılları haqqında qeydlər - fond 160, siyahı 1,
s.v.13.- latın əlifbasında, Azərb. dilində, əlyazması.-7 v.
Qovluqdakı materiallar Azərbaycan nağılları haqqında qeydlərin əl -
yaz ması formasıdır.
14. Azərbaycan türk mahnıları haqqında - fond 160, siyahı 1,
s.v.13.- latın əlifbasında, Azərb. dilində, əlyazması və makina yazısı.- 63 v.
İşin elmi nəticəsi. Məqalədə H.Zeynallının Azərbaycan Respub lika sı -
nın Dövlət Ədəbiyyat və İncəsənət Arxivində H.Zeynallıya aid fond
№160, siyah №1-də mühafizə edilən on üç saxlama vahidi haqqında mə -
lu mat verildi.
İşin elmi yeniliyi. İlk dəfə olaraq burada H.Zeynallının şəxsi arxivin -
də ki nağıllara dair materiallardan tam olaraq bəhs edilmiş və bu mənbələr
biblioqrafik tədqiqat mövzusuna çevrilmişdir.
İşin tətbiqi əhəmiyyəti. Məqalə folklorşünaslar, Azərbaycan xalq na -
ğıl larının tədqiqatçıları və biblioqraflar tərəfindən istifadə oluna bilər.
2014/
I
94
Dostları ilə paylaş: |