Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

dəyərlərimizi bizə çatdırdığına görə yaşamalı, insanları ədalətə, düzlüyə
aparmalıdır. 
Şair bildirir ki, keçmişdə mədrəsəmiz, məktəbimiz olmasa da, sazımız-
sözümüz olub. Müdrik ozanlarımız xalqın arasında gəzərək sözün və ozan
sənətinin yaşamasını təmin ediblər: 
Zaman-zaman, nəsil-nəsil,
Olmasa da məktəbimiz, mədrəsəmiz. 
Olub yenə öz sazımız, 
Öz sözümüz, öz dərsimiz.   
Poemada şair Abbas Tufarqanlını, Xəstə Qasımı, Aşıq Əmrahı axtarır.
Dilqəm  həsrəti  isə  bir  an  da  olsa  şairi  tək  buraxmır.  Gecə-gündüz  bu
axtarış yolunun yolçusudur. Vaxtı olanda tez-tez “Dilqəm” havasına qulaq
asır. Bu da ona asan başa gəlmir. Saz havasına qulaq asa-asa xəyalından
el həsrəti, el qəmi keçir. Sanki “Dilqəm” yox, tarix danışır, sirli mət ləb -
lərdən xəbər verir. 
Dil çəksə dağ alışar,
Çiçəklərə toxunsa 
Gül yanar, bağ alışar. 
Tellər nə yaman dinir, 
Qoşulur bir-birinə
Tellər yox, zaman dinir.
Saz həmişə Hüseyn Arif yaradıcılığı ilə bir yerdədir, milli dəyərləri, el
hikmətini təmsil edir. “Yolda” poemasında da bu cəhət istisna deyil. Poe -
manın  “Dağ  yolu”  hissəsində  Səməd  Vurğunu  adəti  üzrə  yenə  təbiətin
qoynunda,  buz  bulaqların  başında  görürük.  Şair  təbiətlə  təmasdan  çox
məmnundur. Vurğunu olduğu göyü, yeri tanrının yaratdıqlarını seyr edir.
Bu zaman yaxından keçən aşıq misafirin uzaqdan gələn qonaq olduğunu
görüb ayaq saxlayır, şair onu süfrəyə dəvət  edir. Aşıq Səməd Vurğunun
çox məşhur olan “Dağlar” şeirini oxuyur. Mahnıya qulaq asa-asa şair xə -
yala  dalır. Aşığı  sona  qədər  diqqətlə  dinlədikdən  sonra,  sazı  ondan  alıb
“Yanıq Kərəmi” dilə gətirir. 
Bu səhnəni məharətlə poemaya gətirən Hüseyn Arif yenidən saz üs tün -
də köklənir, saz-söz xiridarlarını xatırlayır: 
2014/
I
101


Tellər incə, tellər ona tanışdır, 
Bir gün elsiz, günsüz yaşamamışdır. 
Gəlir xəyalına min sinədəftər, 
Vaqif, Xəstə Qasım, Qurban, Ələsgər. 
Poemada diqqəti cəlb edən cəhətlərdən biri budur ki, Hüseyn Arif təs -
vir və tərənnüm şəraitinə, məqamına uyğun olaraq S.Vurğun yaradıcılığı-
na müraciət edir, poetik sənətin yaddaqalan, canlı və maraqlı olmasını tə -
min edir.  Sazın-sözün,  Səməd Vurğunun, qəflətən peyda olan aşığın fo -
nunda  “Dağlar”  şeirindən  bir  bəndin  poemada  yerləşdirilməsi  Hüseyn
Arifin uğurlu bir gedişi kimi yadda qalır. 
“Saz” obrazı Hüseyn Arif yaradıcılığında həm də minillik tarixi olan
lirik şeirimizi, onun görkəmli simalarını təmsil edir. Saz həm ustadnamə,
həm gəraylı, eyni zamanda, həm də məsnəvi, poetik duyğudur. Onun bü -
tün fəaliyyəti folklorla, aşıq sənətinə həsr olunmuşdu: “Şairin yaradıcılığı
xalq  ədəbiyyatı  ilə,  folklorla  qırılmaz  tellərlə  bağlıdır.  Onun  yazdığı
qoşma və gəraylılar dillər əzbəridir. Aşıq poeziyası ilə bağlı bir sıra elmi-
nəzəri  məqalələrin  də  müəllifidir. Aşıq  Alının,  Ağ  Aşığın  ədəbi  irsinin
toplanmasında Hüseyn Arif xeyli iş görmüşdür.” (2,155)
Şairin saz obrazı ilə bağlı olan “Sazın tellərindədir”, “Saza toxunma”,
“Saz” müxəmməsi”  poemalarında, “Sazım dillənir”, “Saz bayramı” şeir -
lə rin də də eyni həqiqəti hiss edirik. “Saz” müxəmməsində o yazır: 
Saz dedim,
Söz dedim!
Aqil babaların aqil şeirləri,
Calayıb ömrünü sözün ömrünə.
Bu  əsərdə  də  saz  və  söz  həmişə  bir  yerdədir.  Bunların  vəhdəti  türk
adət-ən ənəsinin, qəhrəmanlıq tarixinin yaşaması, gələcək nəsillərə ötürül -
məsidir. Türkün gücü, qüvvəti sazda və sözdədir. “Saz müxəmməsi”ndən
çıxan əsas ideya bundan ibarətdir. 
Şifahi xalq ədəbiyyatından, yazılı ədəbi materiallardan yaradıcı şəkildə
istifadə edən Hüseyn Arif klassik nümunələri olduğu kimi şeirində yerləş -
dir mək sahəsində xüsusi məharət göstərirdi. Özünə ustad hesab etdiyi, ya -
ra dıcılığına rəğbət bəslədiyi şairlərdən bəzən bir misranı, bir beyti bütün-
lükdə  götürüb  öz  şeirinə  salırdı.  Bu  zaman  həmin  hissəni  dırnaq  için də
2014/
I
102


ver məklə müəllifini xatırladır, ona öz ehtiramını bildirirdi. Maraq lısı odur
ki, həmin nümunə şeirin poetik strukturuna elə hopurdu ki, müəllif ide ya -
sı dərhal üzə çıxır:                             
İnsan yaddaşının xəzinəsində,
İnsan kamalının itməz izləri.
Səfərə çıxanda yadında saxla: 
“Gecənin xeyrindən gündüzün şəri”,
“Qüdrətli olsan da yoxsulu döymə” – 
Qasım, Xəstə Qasım dillər əzbəri.
Mətndən göründüyü kimi, şair xalq hikmətinin nümunəsi olan “Ge cə -
nin xeyrindən gündüzün şəri yaxşıdır”, “Qüvvətli olsan da yoxsulu döy -
mə” deyimlərini azca korrektə yolu ilə poemada yerləşdirmiş, həmin mis-
ralar müəllif ideyasının oxucuya çatdırılmasına xidmət etmişdir. Hüseyn
Arifin müxtəlif poemalarında Aşıq Ələsgərdən, Aşıq Alıdan, Aşıq Əsəd -
dən, Aşıq Hüseyndən və başqa sənətkarlardan xeyli sayda bu cür nümu -
nə lər tapmaq çətin deyil. 
“Saz müxəmməsi”ndə Aşıq Alı ilə bağlı xatırlamalara da təsadüf olu -
nur. Vaxtın sürətlə ötməsindən, bütün bunların insan ömründən getmə sin -
dən bəhs edərkən  şair fikrini daha aydın, daha dəqiq ifadə etmək  üçün
Aşıq Alıya  müraciət  edir,  onun  bir  beytini  əsərə  gətirməklə,  fikri  daha
məq sədəuyğun formada ifadə edir:
Sazının ahəngi dəyişdi birdən,
Könlündən qəribə bir səs ucaldı. 
“Aydır, gündür gəlir, keçir ömürdən”,
Tələsirik görək yara nə qaldı.
Şairlərimiz əsərlərində bəzən elə hikmətli, mənalı sözlər işlədirlər ki,
son ralar həmin poetik fikirlər xalq arasında geniş yayılır, atalar sözləri və
hikmətli  kəlamlar  sırasına  daxil  olur.  Məsələn,  Ü.Hacıbəyovun  “Arşın
mal  alan”,  S.Vurğunun  “Vaqif”,  C.Cabbarlının  “Almaz”,  “1905-ci  il”
əsər lə rində  eyni  vəziyyətin  təkrarını  müşahidə  edirik.  Ustadlarının  yolu
ilə gedən Hüseyn Arif də bu üsuldan yeri gələndə istifadə etməyə çalışmış
və bu sahədə müvəffəqiyyətli nəticələr əldə etmişdir. 
Aşıq-ozan sənəti türkün ən qədim sənət ocağıdır. Yüz illər boyu aşıq
2014/
I
103


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə