Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

“Dədə Qorqud kitabı”nda kosmos-həyat dünyası – ağ, xaos-ölüm dün -
yası – qara rənglə ifadə olunur. Abidədə belə bir mərasimi adət təsvir olu -
nur ki, oğuzlar həmin mərasimdə oğlu olanı – ağ, qızı olanı – qırmızı ota -
ğa, oğlu-qızı olmayanları – qara otağa yerləşdirirmişlər (11, 34). 
Tədqiqatlar göstərir ki, bu üç rəng dünyanın ən qədim rəngləri hesab
olunur.  V.V.İvanov  yazır  ki,  qırmızı,  ağ  və  qara  rənglər  rəng  adlarının,
müx təlif  xalqların  ritual  və  mifologiyalarındakı  rəng  simvollarının  təd -
qiq lərində aşkar olunan üçbucağa uyğun olan əsas ümumbəşəri üçbucağa
daxildir. Və qırmızı-qara-ağ rənglərin üçüzvlü sistemi üst paleolit dövrü -
nün qayaüstü rəsmləri üçün müəyyənedicidir və belə hesab etmək olar ki,
“Homo Sapiens” üçün də səciyyəvidir (12, 8). 
Göründüyü kimi, bu üç rəng dünyanın ən qədim rəngləri hesab olunur
və tədqiqatçılar bu rəngləri bütün dünya xalqlarının ən qədim mədəniy -
yətlərində  aşkarladıqları  üçün  onları  rənglərin  ümumbəşəri  üçbucağı
adlandırmışlar. “Dədə Qorqud kitabı”nda da bu üç rəng var. Lakin bura-
da diqqəti cəlb edən rənglərin sayının məhz üç olmasıdır. 
Şübhəsiz ki bu üç rəng həyat-ölüm haqqında qədim mifoloji görüşlər-
lə bağlıdır. “Dədə Qorqud kitabı” göstərdi ki, ölüm – qara rənglə, həyat
isə həm  ağ  (oğlan), həm  də  qırmızı  (qız)  rənglə ifadə  olunur və  burada
cinsi (kişi-qadın) simvolizm var. 
Cinsi  simvolizm  dualizmlə,  yəni  ikili  qarşıdurma  ilə  bağlıdır.  Varlıq
alə min də  hər  şey  ikili  sistemə  daxildir.  Lakin  Viktor  Terner  belə  hesab
edir ki, hər bir ikilik öz daxili quruluşuna görə üçlükdür. O yazır ki, nəin-
ki cinsi dualizmi, hətta praktik olaraq dualizmin istənilən formasını daha
ge niş olan üçüzvlü təsnifatın bir hissəsi kimi nəzərdən keçirmək lazımdır
(13, 71). 
V.Terner  göstərir  ki,  ikiliyin  daxili  quruluşunu  təşkil  edən  üçlük  üç
rəng lə bağlıdır. Ağ rəng müsbət məna sırası ilə bağlı olub, təkmənalıdır.
Qara  rəng də  mənfi  məna sırası ilə  bağlı olub  təkmənalıdır.  Qırmızı  isə
tək mənalı olmayıb, eyni zamanda həm şər, həm də xeyir kateqoriyası ilə
bağlıdır (13, 81-83).
Beləliklə, ağ rəng – birmənalı şəkildə müsbət mənaları (kosmosu, hə-
yatı, xeyiri), qara rəng – birmənalı şəkildə mənfi mənaları (xaosu, ölümü,
şəri), qırmızı isə – çoxmənalı olub, həm kosmosu, həm xaosu bildirir. Bu -
radan  nəticə  çıxarmaq  olar  ki,  qırmızı    iki mənanın  (müsbət-mənfi), iki
dünyanın (kosmos-xaos) arasında durur. S.Rzasoy yazır ki, oğuz mi fo lo -
giyasında:
2014/
I
110


ağ – kişi başlanğıcını, kosmosu;
qara – övladsızlığı, xaosu; 
qırmızı – ambivalent, ikiişarəli semantem kimi, qadın başlanğıcını, həm
kosmosu, həm də xaosu – kosmosla xaosun hüdudunu işarələyir (10, n254).
Beləliklə, qırmızı rəng ağ rənglə qara rəng arasında aralıq rəng, yəni
ke çid rəngidir. Ağın həyat dünyasını, qaranın ölüm dünyasını bildirdiyini
göz önünə gətirsək, onda qırmızı rəng kosmosla xaos, həyatla ölüm, bir
sözlə, iki zidd dünya arasındakı keçidi işarə edir. Bu halda qırmızının mə -
ra simi mənasının üzərinə işıq düşür. Toy da, yas da iki dünya arasında ke -
çid deməkdir. Yas zamanı ölən insan bu dünyadan (həyat dünyasından) o
dünyaya (ölüm dünyasına) keçid edir. Toy da keçiddir. Burada insan sub-
aylıq dünyasından evlilik dünyasına keçid edir. Novruz bayramı da keçid-
dir. Burada insanlar köhnə zamandan təzə zamana keçirlər. Demək, qır-
mızı  rəng  keçidi  işarələyir.  Toyda  yalnız  qırmızı  rəngdən  istifadə  olun-
ması bu keçidin həyat dünyasının (kosmosun) öz daxilində baş verməsini
bildirir. Yasda  qara  şalla  bərabər  qırmızı  şaldan  istifadə  olunması  həyat
dünyasından (kosmosdan) ölüm dünyasına (xaosa) keçidi ifadə edir. 
İşin elmi nəticəsi. Məqalə mərasimlərdə qırmızı rəngin istifadəsi haq -
qında aydın təsəvvür yaradır. 
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə qırmızı rəngin kosmosla xaosu,
həyatla ölümü, bir sözlə, iki zidd dünya arasındakı keçidi ifadə etdiyi bil -
dirilir.
İşin tətbiqi əhəmiyyəti. Məqalədən folklorşünaslar, xüsusilə mərasim
folkloru ilə məşğul olan tədqiqatçılar istifadə edə bilərlər. 
ƏDƏBİYYAT
1. Жуковская Н.Л. Категории и символика традиционной культуры мон-
голов. Москва, «Наука», 1988
2. Nur R. Oğuznamə. İskəndəriyyə, 1928
3. Abdulla  B.  “Kitabi-Dədə  Qorqud”da  rəng  simvolikası.  Bakı,  “Çaşıoğu”,
2004
4. Xəlil A. Türk xalqlarının yaz bayramı və Novruz. Bakı: Elm və təhsil, 2012
5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992.
6. Nəbiyev A. Novruz. B., 1989.
7.  Топоров  В.Н.  Космос  /  Мифы  народов  мира.  В  2-х  томах.  Том  2.
Москва: Советская энциклопедия, 1982, с. 9-10
8. Лосев А.Ф. Хаос / Мифы народов мира. В 2-х томах. Том 2. Москва:
Советская энциклопедия, 1982, с. 579-581
2014/
I
111


9. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.
10. Rzasoy S. Oğuz mifologiyası Bakı, «Nurlan», 2009
11. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və
S.Əlizadənindir. Bakı: Yazıçı, 1988
12. Иванов Вяч.Вс. Художественное творчество, функциональная асим-
метрия мозга и образные способности человека / Труды по знаковым систе-
мам, вып. 16. Тарту, 1983
13. Тернер В. Символ и ритуал (сб. трудов). Москва: Наука, 1983    
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
2014/
I
112


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə