Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

Bildi mütrib ki, nətir hal, götürdü qopuzun,
Bəzmdən çəkdi əyağini sürahiyyü səbu,
Bəzm qanuni pozuldu, nə üçün çəng ilə dəf,
Yığılıb etməyələr hakim eşigində ğülu (17, 265). 
Rüknəddin Məsud Məsihi: 
Ey kamili-şiveyi-əğani,
Sazəndeyi-bəzmi-kamrani. 
Aldun qopuzun, durub bərabər, 
Tərğib edübən sidalə əsgər (18, 84). 
Morfologiyası. “Dədə  Qorqud  kitabı”ndan  bəlli  olur  ki,  oğuz lar  telli
çalğı alətlərini hazırlayarkən bir sıra heyvanların – sığın, keyik, dağ ke çi -
si, təkə və iribuynuzlu mal-qaranın bağırsaqlarından və ya damarlarından
tel kimi istifadə etmişlər. Qeyd edək ki, dastanda damar sözü daha çox ta -
mar şəklində işlədilir: “Qan tamarları qaynadı” (1, 52; 98). 
Elə tənbur çalğı alətinin adının və sözaçımının əsasında da tamar (ta -
mur, tənbur) sözü durur. Bu söz əvvəlcə tamur, sonralar isə tənbur kimi
tələffüz olunmuşdur. 
M.Kərimin bərpa etdiyi qolça qopuzun 3 teli var. Çanağının yarısının
üzərinə  dəri,  digər  hissəsinə  isə  nazik  ağac  üzlük  (deka)  çəkilib. Alətin
qoluna tarda olduğu kimi, sintetik iplikdən hazırlanmış pərdələr bağ la nı -
lıb. Bu pərdələrin səslərin daha dəqiq və təmiz ifa olunmasında böyük ro -
lu vardır. 
Qeyd etməliyik ki, M.Kərimin bərpa etdiyi alət heç də Dədə Qorqudun
qolça  qopuzunun  tam  eyni  deyil.  Onun  hazırladığı  qolça  qopuz  özündə
Ə.Marağalının  bəhs  etdiyi  “ozan”  alətinin  elementlərini  əks  etdirir.  O,
əsərində bir sıra çalğı alətləri ilə yanaşı, ozan haqqında da məlumat verir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Məmmədəli Müsəddiqin tərcü mə -
sində ozan aləti barədə deyilir: “Ozan. Onun kasası bütün sazların (çanağı
olan  alətlərin  – A.N.)  kasasından  uzundur.  Bunun  altıda  dörd  hissəsinə
dəri  çəkilmişdir.  Ona  üç  sim  bağlanır. Bağlanış  qaydasına  görə  hər  sim
özündən yuxarıdakı simin dörddə üçünə bərabər olur” (19, 76). 
Türkiyəli alim Murat Bardakçı da Ə.Marağalının əsərini türkcəyə tər-
cümə edərək ozan aləti haqqında məlumat vermişdir (20, 104). 
Ə.Marağalı  XIV əsrin  sonu, XV əsrin əvvəllərində  yaşamışdır.  Dədə
Qorqud isə X əsrin sonlarında, 932-ci ildə dünyasını dəyişmişdir. Görü -
nür, Ə.Marağalının dövründə “ozan” qolça qopuzdan fərqlənən başqa bir
2014/
I
119


alət imiş. Aydınlıq gətirmək üçün S.Abdullayevanın qolça qopuzla bağlı
yazdığı fikirlərə diqqət yetirək: “Qopuz haqqında XV əsrə aid edilən Əh -
mədinin nəzmlə yazdığı “Çalğı alətlərinin münazirəsi” risaləsində özünü
öyən və ona tutulan iradlara cavab olaraq tənbur qopuzun üzünün dəri ilə
örtülmədiyini, bədəninin isə tabuta bənzəməsini söyləyir. 
Musiqişünas,  müğənni  və  çəng çalan  Dərviş  Əlinin XVI  əsrin  ikinci
yarısı və XVII əsrin əvvəllərinin musiqi sənətini səciyyələndirən “Risa le -
yi musiqi” əsərində qopuz gözəl səsə malik olan çalğı aləti kimi qeyd olu -
nur və onun musiqi sahəsində böyük biliyə malik olan Sultan Üveys Cə -
layir (XIV əsr) tərəfindən rübabın qolunu bir qədər uzatmaqla və çana ğını
böyütməklə yaradılması göstərilir. Bununla belə, qeyd edir ki, bəzi lərinin
qənaətinə görə o, bu aləti ozanlardan iqtibas etmişdir” (3, 65-66).
Deməli, özbək şairi Əhmədinin verdiyi məlumatdan aydın olur ki, qo -
pu zun çanağı üzərində dəri olmamışdır. Digər tərəfdən Dərviş Əli də qo-
puzun bir növü olan “ozan”ı XIV əsrdə Sultan Üveys Cəlair tərəfindən ha -
zırlandığını bildirir və şübhəsiz, bu aləti Dədə Qorqud görə bilməzdi. Cə -
la ir lər sülaləsindən olan Sultan Üveysin şəninə indi unudulmuş “Üveys”
ad lı makam da oxunmuşdur. 
Bağdadda Sultan Üveysin sarayında 1356-1376-cı illərdə musiqiçi ki -
mi fəaliyyət göstərən Əbdülqadir Marağalı ozan aləti haqda qeyd edildiyi
kimi, məlumat vermişdir (19, 76). O, Üveysi “ədalət və irfan sahibi, dün -
ya ya  ədalət  verən,  lütf  və  mürvəti  yayan  kişi”  –  adlandırırdı.  Üveys  də
Əbdülqadiri çox sevirdi, ona böyük ehtiram bəsləyirdi. Onu “zamanının
tək kişisi və dövrünün ən üstün ulusu” adlandırmış, “misli və bənzərinin
tapılmadığının”, bütün ustadlardan, musiqi bilicilərindən üstün olduğunu,
musiqişünaslıqla bağlı mübahisəli məsələlərdə hər kəs onun yanında aciz
qal dığını söyləmişdir (20, 23). Ümumiyyətlə, Sultan Üveys dövlət rəhbəri
olmaqla yanaşı, həm də gözəl rəssam və musiqi nəzəriyyəsini mükəmməl
bilən musiqişünas idi (21). 
M.Kərimin bərpa etdiyi “qolça qopuz” heç də Dədə Qorqud dövrünün
çalğı  aləti  olmamışdır. Bu  faktı,  yəni  M.Kərim “qolça  qopuz”u  Ə.Mara -
ğalının əsərlərinə istinadən hazırladığını S.Abdullayeva da əsərlərində təs -
diqləyir (3, 77). Fikirlərimizi bir neçə səbəbdən əsaslandırmaq istə yi rik. 
1. Dastanın heç bir boyunda qopuzun çanağı üzərinə dəri çəkilməsi ilə
bağlı qeyd və ya işarələr yoxdur. 
2. Alətin çanağının çox uzun olması da şübhəlidir. Bu barədə də das-
tanda  məlumat  verilmir.  Fikrimizcə,  qolça  qopuzun  çanağı  Əhmədinin
2014/
I
120


qeyd etdiyi kimi, tabutabənzər olmuşdur. Bu da alətin nisbətən qışqırıqlı
səslənməsini təmin edirmiş.  
3. Bildiyimiz kimi, ilkin yaranan telli alətlərin üzərinə dəri çəkilməz-
di. Bunun üçün uzun illər, əsrlər keçmiş, insan zəkası dərini xüsusi üsul-
la aşılamağı öyrənmiş və onu çanaq üzərinə çəkmişlər. 
4. Ə.Marağalının yaşadığı dövrdən həm əvvəl (“Dədə Qorqud kitabı”,
“Əhməd Hərami” dastanları), həm də sonrakı əsrlərdə bir sıra ədəbi mən-
bələrdə (Qazi Bürhanəddinin, Füzulinin, Məsihinin şeirlərində) qopuzun
adı  çəkilir.  Deməli,  qopuzu  ozanla  eyniləşdirmək  olmaz,  həmin  dövrdə
alət qopuz adı ilə ifa edilirdi.
5. Dastandan bəlli olur ki, qopuz əzəmətli səsə malik imiş. Dədə Qor qud
bu alətlə ordunu döyüşə, qələbəyə ruhlandırırdı. Qolça qopuz səslənmə ba -
xımından bir növ ən azı bugünkü sazla müqayisə oluna bilərdi. M.Kəri min
bərpa etdiyi qolça qopuzun səsi isə çox zəifdir. 
6. Mənbədə Ə.Marağalı aləti M.Kərimin yazdığı kimi “qopuzu-ozan”
deyil, sadəcə ozan adlandırır.  
Deyilənlərdən belə qənaətə gəlmək olur ki, qolça qopuz yenidən bərpa
edilməlidir. M.Kərimin bərpa etdiyi alət isə qolça qopuz deyil, ozan ad -
lan malıdır. 
Biz bununla da M.Kərimin gördüyü işin (qolça qopuzu bərpa etməsi-
ni)  əhəmiyyətini  heç  də  azaltmaq  fikrində  deyilik.  Sadəcə  əsl  həqiqətin
yerini tutmasını arzulayırıq. 
Bəs, əsl qolça qopuz hansı formada olmuşdur? 
“Dədə Qorqud  kitabı”ndakı ictimai-siyasi hadisələr əsasən, Azər   bay -
can  ərazisində  cərəyan  etsə  də,  bəzi  məqamlarda  digər  türklər  yaşayan
ərazilər də təsvir edilir. Bu baxımdan qolça qopuz yalnız Azər baycan sər -
hədləri daxilində araşdırılarsa, aparılan tədqiqat yarımçıq görü nər. Qolça
qopuzun yayılma arealı ölkəmizin hüdudlarını aşaraq çox ge niş bir ərazi-
ni əhatə edir. Yəni qolça qopuz bizə məxsus olduğu qədər di gər türkdilli
xalqlara da doğmadır. Ona görə qolça qopuzun bir ölkənin inzibati əra zi -
sində öyrənilməsi elmi baxımdan düzgün sayıla bilməz. Həm də qolça qo -
puz  etnosların  məskunlaşdığı  ərazilərdə  musiqi  mədəniy yətlərinin  müx-
təlifliyi səbəbindən fərqli formada təsvir olunur. 
Qolça  qopuzu  əldə  edilən  məlumat  əsasında  müasir  dövrün  tələbləri
səviyyəsində bərpa etmək mümkündür. 
İlk növbədə qolça qopuz hazırlanılarkən nəzərə alınmalıdır ki, ozan sə -
nəti  səyyar  (atlı  həyat  tərzində  və  yürüşlərdə  səsləndirilməsi  mümkün
2014/
I
121


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə