Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

Abbasqulu NƏCƏFZADƏ
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Milli Konservatoriyasının müəllimi 
e-mail: a.najafzade@yahoo.com
BİR DAHA QOLÇA QOPUZ ÇALĞI ALƏTİ HAQQINDA
Xülasə 
Məqalədə qolça qopuz haqda məlumat verilir. Aparılan araşdırmalarda bu gü nə qədər
eyniləşdirilən ozan və qolça qopuzun fərqli çalğı alətləri olduğu mü əy yənləşdirilmişdir.
Mə qa lədə həm də qolça qopuzun yeni variantı təqdim olunur. 
Açar sözlər: “Dədə Qorqud kitabı”, Əbdülqadir Marağalı, ozan və qolça qopuz çalğı
alətləri
ONCE AGAIN ABOUT OF MUSICAL INSTRUMENT 
GOLCHA-GOPUZ
Summary
The article talked about the ancient musical instrument golcha-gopuz. Recent stud-
ies  have  shown  differences  between  musical  instruments  ozan  and  golcha-gopuz  that
previously to this day considered the same musical instruments. Also in the article the
author presents a new version of this musical instrument. 
Key words: “The Book Dede Gorgud”, Abdulgadir Maraghali, musical instru ments
ozan and golcha-gopuz. 
ЕЩЕ РАЗ О МУЗЫКАЛЬНОМ ИНСТРУМЕНТЕ  
ГОЛЧА-ГОПУЗ
Резюме
В статье говориться о древнем музыкальном инструменте голча гопуз. Пос лед -
ние исследования показали различия между инстрментами озан и голча-гопуз, что
ранее до наших дней считалось одинаковыми инструментами. Также в статье авто-
ром представлена новая версия этого инструмента. 
Ключевые слова: “Книга Деде Горгуд”, Абдулгадир Марагалы, музыкальные
инструменты озан и голча гопуз.
Məsələnin qoyuluşu. Erqologiya sahəsində ozan və qolça qopuz çalğı
alətləri təhlilə cəlb edilmiş və elmi baxımdan araşdırılmışdır.  
İşin  məqsədi. Ozan  və  qolça  qopuz  çalğı  alətlərinin  həm  etimoloji,
həm də morfoloji baxımdan əsl mahiyyətini açıqlamaqdır. 
Türk  dünyasının  ən  qədim  çalğı  alətlərindən  biri  də  qolça  qopuzdur.
Qopuz türklərin and yeri olmuş, bu baxımdan alət bayraq, sancaq, çörək,
2014/
I
113


xütbə, sikkə və s. rəmzlər kimi müqəddəs tutulmuşdur. Hətta, əlində qo -
puz olan düşmənə toxunulmamış, qopuz xatirinə onu əfv etmişlər. Bunun -
la bağlı “Dədə Qorqud kitabı”nda Əgrək yatmış Səgrəyi tutmaq istərkən
belindəki qopuzu götürüb, çalaraq oxuyur. Səsə ayılan Səgrək deyir: “Qı -
lın cının belçağına yabışdı kim,  bunı çırpa,  gördi  kim, əlində qopuz  var.
Aydır: “Mərə kafər, Dədəm Qorqud qopuzı hörmətinə çalmadım, – dedi,
– əgər əlündə qopuz olmasaydı, ağam başiçün, səni iki parə qılurdım,” –
dedi. Çəkdi qopuzı əlindən aldı” (1, 164). 
Göründüyü kimi, qopuz müqəddəs çalğı aləti olduğu üçün burada, hət -
ta düşmənin (əslində doğmaca qardaşı olan Əgrəyin) əlində qopuzu gör -
 dükdə  rəqibi  onu  öldürmür.  Sonra  söhbətləşdikdə  məlum  olur  ki,  onlar
doğmaca qardaşlardır. 
Qolça qopuzu bir sıra tədqiqatçılar da müxtəlif mövqelərdən araşdır -
mışlar.  Nümunə  üçün  Teymur  Bünyadov  (2,  182-184),  Səadət  Abdul -
layeva (3, 64-77), Fəttah Xalıqzadə (4, 34-40), Məcnun Kərim (5,  62-63),
Məhərrəm  Qasımlı  (6,  40-43),  bu  sətirlərin  müəllifi  (14,  121)  və  başqa
alim lərin əsərlərini qeyd edə bilərik. 
Yaranma  tarixi. Ozanların  ayrılmaz  aləti  olduğundan,  qolça  qopuzun
adı  “Dədə  Qorqud  kitabı”  dastanında  daha  çox  hallandırılır.  Professor
S.Ab dullayeva yazır: “Rəvayətə görə, qopuzu yaradan elə Dədə Qor qu dun
özü  olmuşdur”  (3,  64).  Bir  sıra  arxeoloji,  tarixi  mənbələr  təsdiqləyir  ki,
Dədə Qorqudun yaşadığı dövrdən (təxminən VII-X əsrlər) çox-çox əv vəllər
qopuz alətindən türk ellərində istifadə edilmişdir. Lakin oğuz el lə rində bu
qopuzlar  quruluşca  və  istifadə  qaydalarına  görə  bir-bi rin dən  fərqlənmiş,
müxtəlif  formalarda  olmuşdur.  Dastanda  qopuzun  adı çə kilən  növünü  isə
məhz Dədə Qorqudun özünün yaratmasına heç bir şübhə yoxdur. 
Bəzi mütəxəssislər arxeoloji mənbələrə istinadən telli, mizrabla səslən -
di rilən qopuzun ən azı 8 minillik tarixi olduğunu bildirirlər (7,  4). 
Azərbaycan  ərazisində  aerofonlu  (nəfəslə  səsləndirilən),  xordofonlu
(səs mənbəyi teldən alınan), membranofonlu (səs mənbəyi dəridən alınan)
və idiofonlu (özənsəsli) alətlərdən ən azı 8 min il bundan əvvəl geniş isti-
fadə edilib. İndiki İran ərazisində, Cənubi Azərbaycanın (Şuş dağının ətə -
yində,  qədim Akbatan  –  Həmədanın  cənub-şərqində  yerləşən)  Cığamış
şə hərində arxeoloji qazıntılar zamanı 8 minillik tarixə malik gildən hazır-
lanmış qab (şək. №1) tapılıb (7,  4). 
Orta  əsr  mənbələrində  –  “Surətüləra”,  “Hududul-aləm  minəl-məşriq
iləl-məğrib” tarixi və coğrafi kitablarda Cığamış, Akbatan, Həmədan və
digər qədim şəhərlər Azərbaycan xəritəsinə daxildir.  
2014/
I
114


Şək. №1 Cığamış
Qabın üzərində bir sıra çalğı alətlərinin ifaçılarının təsvirləri həkk edil -
mişdir: çəng (telli, arfayabənzər); qopuz (telli, tənbura və ya qopuza bən -
zər); qoşanağara, dəf (və ya qavalabənzər), təbil kimi zərb alətləri; buy -
nuz formalı nəfəs aləti və eləcə də müxtəlif ölçülü kasalar. Bu tapıntı haq -
qında YUNESKO-nun “Peyam” jurnalında geniş məlumat verilmiş və hə -
min mənbə filologiya elmləri namizədi (indi – filologiya üzrə fəlsəfə dok-
toru*) Əbülfəzl Hüseyninin “Orkestrin ulu babası” adlı məqaləsində də öz
əksini  tapmışdır.  Ə.Hüseyni  qeyd  edir  ki,  1961-1966-cı  illərdə  Çikaqo
Universitetinin (ABŞ) Şərq dilləri üzrə professoru, arxeoloq Hilen Kantur
(əslində  Helen  C. Kantor  – A.N.)  və Cığamışda  qazıntıya  başçılıq  edən
Kaliforniya Universitetinin Orta Şərq dilləri üzrə mütəxəssisi, professor
Pinas Delokaz bu tapıntı ilə elm aləmində, bəşər tarixində əvəzsiz bir kəşf
etmişlər. AMEA-nın  müxbir  üzvü,  tarix  elmləri  doktoru,  professor Vəli
Əliyev də ulu babalarımızın həmin dövrdə gil qablar hazırlamağa nail ol -
duqlarını bildirir (8, 39).
_______________
* Sovet  dövründə,  eləcə  də yaxın keçmişdə SSRİ  ərazisində  ilkin  müdafiə etdikdə
alimlərə  müvafiq  elmi  sahə  üzrə  “elmlər  namizədi”  alimlik  dərəcəsi  ve rilirdi.  Lakin
2010-cu ildən etibarən Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə “namizəd”
sözü müvafiq sahə üzrə “fəlsəfə doktoru” sözləri ilə əvəz olunmuşdur. Məqalədə bundan
sonra  “namizəd”  sözü  əvəzinə  müvafiq  sahə  üzrə  “fəlsəfə  doktoru”  sözündən  istifadə
olu  na caq. 
2014/
I
115


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə