Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

Etnik mədəniyyətimizdən
Azərbaycan Turizm İnstitutunun müəllimi
e-mail: binyamin _qemberli@mail.ru
FİZİKİ TƏRBİYƏ MƏDƏNİYYƏTİMİZİN TARİXİNDƏN
Xülasə
Məqalədə  xalqımızın  fiziki  tərbiyə  mədəniyyətinin  təməl  əsaslarını  təşkil  edən  milli
oyunlarımızdan bəhs edilmişdir. Təəssüf ki, bu oyunların bir qismi zaman keçdikcə unu -
dulmuş və çağdaş dövrümüzə gəlib çatmamışdır. Məqalədə həmçinin unudulmaq təhlükəsi
ilə üz-üzə olan bəzi milli düz oyunlarımızın mahiyyəti barədə məlumat ve ril miş dir.
Açar sözlər: fiziki tərbiyə mədəniyyəti, düz oyunları, “üç düz” oyunu, “on iki düz”
oyunu 
THE PHYSICAL CULTURE FROM OUR CULTURE
Summary
In the article it is said about the national plays which form the basis of physical train-
ing  of  our  culture.  Unfortunately,  some  of  these  games  have  forgotten  and  haven’t
reached to the modern times. In the article the information about the essence of some
national field games which are in the danger of being forgotten is also given.    
Key words: physical training of our culture, field games, game “3 field”, game “12
field”   
ОБ ИСТОРИЧЕСКОЙ КУЛЬТУРЕ ФИЗИЧЕСКОГО ВОСПИТАНИЯ
Резюме
В статье говориться о национальных играх, которые является фундаменталной
основой  культуры  физического  воспитания  нашего  народа.  К  сожалению,  часть
этих игр по прошествии времени забыты и не дошли до современности. В данной
статье даётся информация о сути некоторых полевых игр едва забытых.
Ключевые  слова: культуры  физического  воспитания,  полевые  игры,  игра  “3
поля”, игра “12 поля”  
Məsələnin qoyuluşu. Azərbaycanın müstəqillik qazanması ilə bir çox
sahələrdə  olduğu  kimi  tariximizin  hərtərəfli,  obyektiv  və  elmı  əsaslarla
öy rənilməsində, araş dı rıl  masında və təbliğ olunmasında da yeni imkanlar
açıl dı. Elə ilk vaxt lar dan yeni araşdırmalar aparıldı, çoxlu elmi məqalələr
ya  zıldı,  kitablar  çap  olundu  və  dərsliklərdə  ciddi  dəyişikliklər  aparıldı.
Bü  tün bunlara baxmayaraq hələ də xalqımızın tarixinin, dilinin, yaratdığı
maddi-mədəniy yət nümunələrinin bir çox sahələri lazımınca  öyrənilmə -
miş, bəzi sahələr isə tamam diqqətdən kənarda qalmışdır. Belə az öyrə ni -
lən və yaxud da bəzi hissələri heç öyrənilməyən sahələrdən biri xalqı mı -
zın fiziki tərbiyə mədəniyyəti və onun qədim tarixidir.
2014/
I
136


Tarixdən məlum olduğu kimi lap qədim dövrlərdən – yəni yaranışın-
dan başlayaraq insanlar yaşamlarında varolmaları və yaşamları üçün yal-
nız ovçuluq, əkinçilik və maldarlıqla məşğul olmamış, eyni zamanda ya -
şayış uğrunda həm ovçuluq zamanı, həm tayfa (sonralar qəbilə, məmlə -
kət) içi və həm də tayfalararası (sonralar qəbilələr, xalqlar, ölkələr və döv -
lət lərarası) ən amansız mübarizələr də aparmışlar. Bu zaman insanlar bir
çox  hərəkət,  alət  və  vasitələrdən  istifadə  etmişlər.  Lakin  tarixin  sonrakı
dövr lərində təşəkkül tapan tayfa, qəbilə birlikləri və ya dövlətlər, bu bir-
liklərin qurulması, qorunması ilə yanaşı həm də genişləndirilməsi məqsə-
di ilə aparılan müharibələrdə insanlar istifadə etdikləri hərəkət, alət və va -
sitələrdən daha səmərəli, asan, eyni zamanda sürətli istifadə etməyə məc -
bur olmuşlar. Tarixin ilkin çağlarında yaşayış uğrunda mübarizə, sonralar
isə yaradılmış birlik və dövlətləri qorumaq məqsədi ilə istifadə edilən bu
hərəkət, alət və vasitələrin bir çoxu tarixi inkişaf nəticəsində ya unudul-
muş, ya da öz məqsəd və mahiyyətini dəyişərək bizlərə əyləncə və oyun
şəklində gəlib çatmışdır.
Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu
artıq ən qəti şəkildə təkzibolunmaz faktlarla sübut olunub. Deməli, bura-
da yaşayan insanlar da yaşayış və məişətlərində bu hərəkət, alət və vasi -
tə lərdən geniş istifadə etmişlər. Lakin ən acınacaqlı və təəssüfləndirici hal
odur  ki,  vətənimizin,  millətimizin,  dilimizin  və  mədəniyyətimizin  tarixi
dərindən, hərtərəfli və ciddi şəkildə öyrənilmədiyi kimi, xalqımızın fiziki
tərbiyə tarixi, meydan oyunları və onlardan istifadə qaydaları da dərindən
öyrənilməmişdir.
Əsrlərlə xalqımızın istifadə etdiyi və sonrakı nəsillər üçün yaşatdığı bir
çox  oyun  və  hərəkətlər  kompleksi  həm  tariximizə  biganəliyimiz,  milli
özü   nüdərk prosesinin zəifliyi, adət-ənənəmizdən bir çox hallarda və uzun
müd  dətə uzaqlaşmağımız, həm də tarixin axışı nəticəsində xalqımıza qar -
şı apa rı lan düşünülmüş, çoxşaxəli və ciddi siyasət nəticəsində və bununla
ya naşı qərb imperializminin assimliyasiya, kürəsəlləşmə və yö nəlt mə si -
ya  sə tinə  xidmət  edən  və  çox  böyük  sərmayələr  hesabına  təbliğ  olun du -
ğun dan qısa müddət ərzində geniş yayılan və ölçüyəgəlməz dərə cə də küt -
lə vilik qazanan çoxçeşidli idman və əyləncə növləri ilə rəqabətdə öy rə nil -
mə diyinə, təbliğ olunmadığına və bir çox hallarda isə “cəmiy yətin sivi li -
za siyasına uyğun olmadığı üçün” istifadə edilməsinə maneələr tö rə dil di -
yi nə görə sıradan çıxdı, yaddaşlardan silindi. Unudul ma yanların isə istifa -
də arealı getdikcə daraldı, böyük şəhərlərdən sıxış dırılıb çıxarıldı və yal-
2014/
I
137


nız ayrı-ayrı folklor nümunələrində və bölgələrdə, bəzən isə ucqar kənd -
lər də  yaşayan  yaşlı  nəslin  yaddaşında  qalıb.  Hə lə  ki  unudulmamış  bu
oyun və fiziki tərbiyə növlərinin aqibətinin də digər oyun və fiziki tərbiyə
növ lə rinin aqibəti kimi olmaması – unudulmaması üçün, xalqımızın ya -
ratmış ol duğu və insanlığın bugünə gəlib çatmasında xüsusi yeri və rolu
olan bö yük mədəniyyətin mühüm bir parçası olan fiziki tərbiyə mə də niy -
yətini, onun tarixini, növlərini, məqsəd və ma hiy yətini, inkişaf mər hə lə -
lərini,  is ti fadə  arealını  və  ən  nəhayət  oyun  qaydalarını  öyrənmək  üçün
Azər bay can Təhsil Nazirliyi, Azərbaycan Mə dəniyyət və Turizm Nazir li -
yi, Azər baycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademi ya sı nın Tarix və Folklor İnstitutları tə xirə sa lınmaz tədbirlər gör-
məli, bu oyun la rın və fiziki tərbiyə nü munələrinin top lanması üçün təcili
işə baş lan ma lıdır. Bu işdə, milli oyunlarımız və fiziki tərbiyə element lə ri -
nin top lan ma sı, istifadəsi və təb li ğində fiziki tərbiyə müəllimlərinin rolu
daha bö yük dür.
Azərbaycan  xalqının  zəngin  mədəni  irsində  hərbi  və  yarış  xarakterli
fiziki tərbiyə və onun tərkibindəki müxtəlif xalq oyun və əyləncələri mü -
hüm yer tutur. Təəssüf ki, xalqımızın milli mədəniyyətinin bu sahəsinə la -
yi qincə  əhəmiyyət  verilməmişdir.  Halbuki,  dilimizin,  mədəniyyətimizin
ta rixi, yazılı və şifahi folklorumuz daim alimlərimizin diqqət mərkəzində
ol  muş və olmaqdadır.
Xalqımızın yaratmış olduğu bir çox maddi və mənəvi mədəniyyət abi -
dəsi fiziki tərbiyə mədəniyyətimizi, onun tarixini, növlərini, yayılma are -
a lı nı  və  istifadə  qaydalarını  öyrənmək  baxımından  vacib  və  əhəmiy yət -
lidir. Bu mənada döyüş, əyləncə və ov səhnələrini əks etdirən qədim mini -
a türlər, qədim tarixə malik olan bütün bayram və el şənlikləri, qayaüstü
rəsm lər, lüğətlər, tarixdə baş vermiş savaşlar haqqında məlumat verən bü -
tün məxəzlər və arxeoloji qazıntılar nəticəsində əldə edilən bir çox məişət
və döyüş alətləri çox qiymətli mənbələrdir. Amma bu işdə folklorumuzun,
xü susilə qəhrəmanlıq dastanlarımızın rolu əvəzsizdir.
Folklor xalqın bədii tərcümeyi – halıdır; folklorda lirik “mən” xalqın
sənət  güzgüsünə  düşmüş  əksidir.  “Yüzilliklərin  sərt  sınağından  çıxmış,
bül lurlaşmış Azərbaycan folkloru sözün həqiqi mənasında tarixə yol yol -
daşlığı edərək dünənlə bu gün arasında söz körpüsü rolunu oynayır” (1,
12). Bu mə nada o, xalq bədii təfəkkürünün səlnaməsi, üz tutulası ən eti -
bar lı və ən çox tarixi, elmi və bədii məlumatları özündə cəmləşdirən və
qo ru  yub sax la yan ən sağlam örnəkdir.
2014/
I
138


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə