Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

ƏDƏBİYYAT
1. At üstündə milli idman oyunları, Bakı, 1983
2. Azərbaycan folkloru antologiyası. I kitab, Bakı, 1968
3. Bağırov İ. “Kitabi-Dədə Qorqud”da fiziki və hərbi vətənpərvərlik tərbi yə -
si məsələləri”, “Azərbaycan məktəbi” jurnalı, 1973, № 7  
4. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud”. Bakı, 1977
5. “Kitabi-Dədə Qorqud”. Bakı, 1978
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
2014/
I
146


Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri
e-mail: namiq_haciheyderli@mail.ru
SALYANDA NOVRUZ 
(Varlı kəndindən toplanmış materiallar əsasında)
Xülasə
Məqalədə Salyan rayonunun Varlı kəndində mövcud olan Novruz adətlərindən bəhs
olunur. Bu adətlərin bir qismi hal-hazırda da öz varlığını qoruyub saxlasa da, bir qismi
mövcudluğunu qoruya bilməmişdir. Varlı kəndində olan Novruz adətlərinin bəziləri özü -
nə məxsusluğu ilə seçilir. Yumurtadığırlatdı, şərçıxartma belə adətlərdəndir.
Açar sözlər: Salyan, Novruz bayramı, Varlı kəndi
NOVRUZ IN SALYAN
(On the base of materials collected fran the village Varli)
Summary
In the article it is said about Novruz traditions exsisting in the village Varli of Salyan
region. Though some of these traditions save their exist now, but some of these traditions
save their exist now, but some of them couldnt save. Some of Novruz traditions in the
village Varli differ with their peculiarities. The games with eggs and to send the ghost
from the soul are such traditions.
Key words: Salyan, Novruz holiday, Varli village
НОВРУЗ В САЛЬЯНЕ
(По материалом собранных из село Варлы)
Резюме
В статье речь идёт о сушествующих традициях праздника Новруз в селе Варлы
Сальянского  района.  Некоторые  из  этих  традиций  сохранились  до  сих  пор,  но
некоторые  не  смогли  сохраниться.  Некоторые  традиции  Новруза  в  селе  Варлы
выделяются своей специфичностью. Игры с яцами, изгнания зла из таких обрядов.
Одно из этих обрядов является игры с яйцами и изгнания зла.
Ключевые слова: Сальян, Праздник Новруз, село Варлы
Məsələnin qoyuluşu: Novruz adətlərinin bölgələr üzrə öyrənilməsi. 
İşin  məqsədi: Salyan  rayonunun  Varlı  kəndinin  Novruz  adətlərini
öyrənmək.
XX  əsrin  80-ci  illərində  kəndimizdə  –  Muğan  torpağında,  Salyanın
Varlı  kəndində  “Novruz”  necə  qarşılanırdı  və  necə  keçirilirdi?  Bunları
yazmaqda  fayda  görürəm.  Səbəbi  budur  ki,  artıq  bu  adətlərin  bəziləri
unudulub  və  unudulmaqda  davam  edir  və  əminəm  bunları  yazmasam
2014/
I
147


kimsə yazmayacaq. Həm də uşaqlıq illərim ötən əsrin 80-ci illərinə düşüb
deyə  bu  dövrdə  “Novruz”un  qarşılanma  sürəcinin  davamlı  olaraq  “fəal
iştirakçısı” olmuşam.
Kəndimizə “Novruz” martın 21-də yox, bundan bir ay əvvəl gələrdi;
lakin insanların çöhrəsinə, davranışına, duyğularına gələrdi. Özəlliklə, bu
bayramın gəlişi bir ay öncədən çocuqların həyatında daha çox duyulurdu.
Beləliklə;
Yumurtadığırlatdı – bir ay öncədən yumurtadığırlatdı yarışı başlardı.
Uşaqların  ən  sevimli  oyunu  idi.  Kəndin  bəlli  yerlərində  yumurtanın
rahatlıqla 2-3 metr məsafədə dığırlana biləcəyi yerlər seçilirdi. Növbə ilə
2-2  olmaqla  yumurta  dığırlatmağa  başlardıq.  Seçim  uşaqların  özlərinə
buraxılardı.  Növbə  ilə  əvvəl  uşağın  biri  yumurtanı  dığırladır,  digəri  isə
onun yumurtasını hədəf seçərək dığırladardı. İstəkdən aslı olaraq bu 3-5
dəfə  təkrar  olunardı.  Yəni  rəqibin  dığırlatdığı  yumurtanı  nişan  alaraq
dığırlatmalı  və  dığırlatdığın  yumurta  onun  yumurtasına  toxunmalı  idi.
Kim  rəqibinin  yumurtasını  daha  çox  nişan  almış  olsaydı  o  qazanmış
sayılardı. Uşaqlardan kimisi bu oyundan əliboş, kimisi də bir neçə yumur-
ta “qazanaraq” sevinclə geri – evlərinə dönərdi. 
Yumurtadöyüşdü – həm dığırlatmaq, həm də  döyüşmək üçün yumur-
talar xüsusi olaraq seçilirdi. Dığırlatmaq üçün seçilən yumurtaların daha
çox  dairəvi  olmasına,  daha  çox  dığırlana  biləcəyinə,  dığırlanarkən
“yoldan çıxmayacağına”  üstünlük verilirdisə, döyüşmək üçün möhkəm,
daha gec sına biləcək yumurtalar seçilirdi. Bunun üçün əvvəlcə evdə olan
bütün  yumurtaları  döyüşdürür  və  ən  sona  sınmadan  qalan  yumurtaları
seçərdik.  Bu  üzdən  həmin  dönəmdə  soyuducularda  sınmamış  yumurta
tapmaq müşkül məsələ idi. Bu oyun üçün 1-2 ay öncədən yumurta seçib
saxlayanlar  da  olurdu.  Belə  ki,  yumurtadöyüşdü  oyunu  üçün  seçilən
yumurtalar nə qədər köhnə olardısa “döyüş qabiliyyəti” bir o qədər yük-
sək  olardı.  Bəzən  öncədən  uduzub-uduzmayacağımızı  bəlli  etmək  üçün
rəqibin yumurtasını dişimizə vurar, özəlliklə, qaynanmış olub-olmadığını
yoxlayar və bundan sonra yumurtalarımızı döyüşdürüb-döyüşdürməyə cə -
yi  mizə  qərar  verərdik.  Yumurtanın  qaynanmış  olmadığına  əmin  olmaq
üçün onu hamar yerin üstündə fırladardıq. Bu zaman yumurtanın qaynan-
mış  olub-olmadığını  asanlıqla  bəlli  edərdik.  Çiy  yumurta  1-2  dəfədən
artıq fırlanmaz. Əyər yumurta 3-4 dəfə və bundan daha artıq fırlanardısa
qaynanmış olduğuna qərar verərdik.
Maşalatdı –  ən  sevimli  adətlərimizdən  idi.  Köhnə  parçaları  bir  yerə
2014/
I
148


toplayıb məftillə möhkəm-möhkəm sıxardıq. Sonra onu neft dolu qablara
qoyardıq. Burada bir neçə gün qalan maşal (bəziləri ona lopa da deyirdi)
nefti  canına  çəkərdi  və  bu  da  həmin  maşalın  xeyli  müddətə  yanmasını
təmin edərdi. Bayram günü maşallarımızı götürüb dəstə-dəstə kəndin çöl-
lərinə dağılışardıq. Maşalı bir neçə dəfə fırladar və mümkün qədər daha
yuxarı  tullamağa  çalışardıq.  Hər  məhlənin  uşaqları  maşal  atmaq  üçün
ayrı-ayrı yerlər seçərdi.  Hərəmizin 1-2 ehtiyat maşalımız da olardı.  Biz -
dən  xeyli  uzaqda  bir  neçə  yerdə  uşaqların  bizim  kimi  səs-küylə  maşal
atmasını da seyr edərdik.  Gecə yarısına qədər maşalatdı oynardıq. 
Qurşaqatdı – bu sevimli adəti də icra edərkən dəstələr şəklində olar -
dıq.  Kənd  yerində  geniş  həyət-baca  var  deyə  özümüzü  ələ  verməmək
üçün gətirdiyimiz torbaları qapının ağzına qoyar və bir az aralıdan qapını
balaca daşla vurardıq. Bu gecə qurşaq atılacağına hazır olan ev adamları
dərhal  səsi  duyar  və  qapıya  çıxardı.  Torbaya  “Novruz”  bişmələri,  qoz-
fındıq,  meyvə  qoyduqdan  sonra  yenidən  qapının  ağzına  qoyar  və  evə-
gizlinə  çəkilərdi.  Uzaqdan  bütün  bunları  gizlicə  seyr  edərdik.  Ev  əhli
içəriyə çəkilən kimi torbanı götürüb digər evlərə “hücum çəkərdik”.
Tonqalqaladı – Çərşənbələrdə həyata keçirilən adət idi. Tonqal qala-
maq və üstündən tullanmaq işində kimsə geri qlmazdı. Evdə lap bələkdə
körpə  varsa  belə  o  da  həyətə  gətirilər,  “balamın  ağırlığı-uğurluğu  odda
qalsın”–  deyə  üç  dəfə  tonqalın  üstündən  keçirilərdi.  Əyər  evdə  həyətə
düşə bilməyən xəstə varsa onun əvəzindən tonqalın üstündən üç dəfə tul-
lanmaq digərləri üçün vacib əməl idi. Bu işdə əsgərlikdə və səfərdə olan-
lar da unudulmazdı. Mütləq onların da əvəzinə tonqalın üstündən tullanar
və  “filankəsin  ağırlığı-uğurluğu  odda  qalsın”  –  deyilərdi.  Çərşənbə
ocağının külü müqəddəs sayılardı. Səhər yuxudan duran kimi axşam qa -
lanan tonqalın külünü bir qaba yığar və bağlara səpərdilər ki,  bağ ruzili
bərəkətli  olsun.
Qapıpusdu –  bu  adət  uşaqların  o  qədər  də  marağında  deyildi.  Qapı
pusmağa  əsasən  ağlıkəsən  adamlar  və  nisbətən  böyük  uşaqlar  gedərdi.
İnanırdılar ki, qapını pusarkən evdən xoş söhbət eşitsələr növbəti il onlar
üçün  çox  yaxşı  keçəcək.  Ev  adamları  bu  adətə  də  hazır  olardılar.  Evdə
uşaqlar  ərköyünlük  edəndə,  bir-birinə  qışqıranda  evin  böyüklərindən
kimsə: “A bala, bir-birinizlə xoş danışın, xoş söz deyin, birdən qapı pusan
olar” – deyərdi. Bu söz evdə danışılanların açığa çıxmasından qorxulduğu
üçün deyil, qapıpusanın kefsiz halda geri qayıtmaması üçün deyilərdi.
Bayramlaşma – bu, “Novruz” bayramı günü həyata keçirilərdi. İn san -
2014/
I
149


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə