Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   42   43   44   45   46   47   48   49   ...   59

Əsrlər boyu xalq həyatda gördüyünü, təcrübədə sınadığını obrazlı şə-
kildə ümumiləşdirmiş və folklorun müxtəlif janrlarında gələcək nəsillərin
istifadəsi üçün qoruyub saxlamışdır.
Bu  sahədə  əhəmiyyətli  işlər  görülsə  də,  onlarla  monoqrafiya,  yüzlərlə
mə  qalə yazılsa da, bu monoqrafiya və məqalə lə rdə fiziki tərbiyə, xalq oyun
və əyləncələrinə həsr olunan bilgilər çox qısa və səthi xarakterdə ol muşdur.
Azərbaycan alimləri qəhrəmanlıq dastanlarımızı araşdırarkən etnoge -
nez və xalqımızın etnik tarixinə, dilinin inkişaf xüsusiyyətlərinə və mər -
hə lələrinə, dövlət quruluşuna, idarəetmə sisteminə və formalarına xüsusi
diq qət  yetirmiş,  bu  sahədə  çox  əhəmiyyətli  işlər  görmüşlər.  Ədəbiy yat -
şünas Ş.Cəmşidov “Dədə Qorqud kitabı”nın xalqımız üçün nə dərəcədə
əhəmiyyətli olduğunu göstərmək üçün ya zır: “... “Ki tabi-Dədə Qorqud”
azəri xalq ədəbiyyatının qədim yazılı abidəsidir. O, tarixçi üçün xalqı mı -
zın  tarixi,  ədəbiyyatşünas  üçün  onun  epo peyası,  etnoqraf üçün isə  milli
əlamətlər səlnaməsidir...”(4, 53). Alimin ob raz lı dediyi bu tezisdə böyük
bir həqiqət var və bu sözləri tarixi qədim olan digər qəhrəmanlıq dastan-
larımıza da aid edə bilərik. Elə buradaca onu da əlavə etmək istəyi rik ki,
qəhrəmanlıq dastanlarımız da daxil ol maq la xalqımızın yaratdığı bü tün şi -
fa hi  xalq ədəbiyyatı,  folklor  nümu nə ləri  fiziki  tərbiyə  sahə sin də çalışan
mütəxəssislərimiz üçün isə xalqımızın fi ziki mədəniyyətini öyrənə bilə cə -
yi ən  əhəmiyyətli xammaldır.  Çünki bu  dastanlar və folklor nümu nə  ləri
xalqımızın  inkişaf  tarixində  əhəmiyyətli  rol  oy na yan  fiziki  tərbi yə nin
qədim liyini, planlı şəkildə təşkil olunmasını, rəngarəngliyini və xalqı mız
arasında geniş yayılmasını göstərən ən tutarlı dəlillərin toplandığı əvəz -
olun maz, vazkeçilməz mənbədir.
Şifahi xalq ədəbiyyatımızın bir çox nümunələrində, miniatürlərdə, qa -
ya üstü  rəsmlərdə  və  bir  çox  tarixi  məxəzlərdə  at  çapmaq,  qılınc  oynat-
maq, nizə atmaq,  güləşmək, ox  atmaq, çovkan oynamaq,  ağırlıq  qaldır-
maq, qayıq sürmək, üzmək və s. kimi idman növləri ilə yanaşı aşıq oyna-
maq  kimi  “əyləncəli”  oyunlara  çox  rast  gəlirik.  Təəssüf  ki,  bu  mühüm
mə  sələ fiziki tərbiyə sahəsində çalışan mütəxəssislərimizin və tədqi qat çı -
ların  diqqətindən  bugünədək  kənarda  qalmış,  xüsusi  tədqiqat  obyektinə
çev ril mə mişdir.
Fiziki tərbiyə məsələlərinin öyrənilməsi və araşdırılması olduqca bö -
yük  əhəmiyyətə  malikdir.  Belə  ki,  bu  araşdırmalar  xalqımızın  yaratdığı
bö  yük  mədəniyyətin ayrılmaz  bir  hissəsi  olan  fiziki  tərbiyə mədəniyyə-
tinin, onun tarixinin, xalqımızın həyat şəraitinin, adət-ənənəsinin və mü -
2014/
I
139


da  fiə qüdrətinin öyrənilməsi ilə yanaşı bugünkü və gələcək nəsillərə çat-
dırılması üçün gözəl bir vasitədir. Bu həm də xalqımızın yaratdığı böyük
mədəniyyətin bir çox sahələrinə olduğu kimi fiziki mədəniyyətinə də baş -
qa xalqların iddia etməsinin qarşısını almaqda xüsusi əhəmiyyətə ma lik dir.
Bu  mövzunu  öyrənməkdə  əsas  məqsədlərimizdən  biri  də  xalqımızın
müdafiə qüdrətinin əsasını  təşkil edən fiziki tərbiyənin xarakterini,  tari-
xiliyini, rəngarəngliyini,  xalqımız arasında  necə  yayıldığını  və bugünkü
tərbiyənin formalaşmasında və inkişafında oynadığı mühüm rolu müəy -
yən qədər işıqlandırmaqdır.
Ümumiyyətlə, Azərbaycanda istifadə olunan bütün oyun və fiziki tər-
biyə  növlərindən  bizə  gəlib  çatanlar  mahiyyətinə,  istifadə  edilmə  yeri,
zamanı və qaydalarına, təşkilatlanmasına və s. xüsusiyyətlərinə görə çox
rəngarəngdir. Qəti olaraq onu demək olar ki, bütün oyunlar və fiziki hə rə -
kət  növləri  ilkin  çağlarda  hərbi  xarakterdə  olub.Amma  sonralar  za man
keç  dikcə bəzi oyun və idman növləri öz ilkin mahiyyətini itirərək sırf əy -
ləncə xarakteri almış və yalnız əyləncə məqsədi ilə istifadə edil mişdir, bə -
zi oyunlar isə ilkin mahiyyətini saxlasa da həm əyləncə növü kimi, həm
də  hərbi  sahədə istifadə edilmişdir. Azərbaycanda  keçirilən  el  şənlikləri
və  bayramlarda  əyləncələr  zamanı  hətta  hərbi  xarakterli  hə rə kət lər  və
oyunlar  belə  dünyanın  bir  çox  xalqlarından  fərqli  olaraq  (dün yanın  bir
çox xalqları əyləncə məqsədi ilə qladiator döyüşləri təşkil edirdi) baş qa -
sına zərər verməyəcək şəkildə əyləncəli təşkil edilirdi.Həm də hərbi xa -
rak terli hərəkət və oyunlardan belə əyləncə məqsədi ilə istifadə edilən za -
man xüsusi variantlardan istifadə edilirdi. Bunu biz “Dədə Qorqud kitabı”
dastanının  III  boyunda  Banuçiçəklə  Beyrəyin,  VI  boyunda  isə  Selcan
xatunla Qantu ra lının yarışması zamanı aydın görürük (5, 28,74; 3, 43).
Həm əyləncə, həm də hərbi məqsədlə istifadə olunan oyunlara aşağıda -
kıları misal göstərə bilərik:
1. Atma oyunları; 
– ox atma (Altunqabaq, Piyalə və ox və s.oyunlar), 
– nizə atma, 
– sapand atma, 
– şeşpər atma.
2. Alət oynatma oyunları;
– kəbbadə oyunu, 
– qılınc oynatma.
3. Güləş və s.
2014/
I
140


Öz ilkin mahiyyətini itirərək yalnız əyləncə məqsədi ilə istifadə olunan
oyun lara misal olaraq isə aşağıdakıları göstərə bilərik.
1. Atla oynanan oyunlar; 
– “çovqan” oyunu 
– “papaq” oyunu 
– “sürpapaq” oyunu (1).
2. Aşıq oyunları;
– qalaqurma (bəzi bölgələrdə qalaşey də deyilir) oyunu, 
– “soltanı” oyunu 
– “yazan” oyunu.
3. Düz oyunları;
– “üç düz” oyunu 
– “on iki düz” oyunu və s.
Biz  çalışacağıq  ki,  gələcək  araşdırmalarımızda  hərbi  və  ya  əyləncə
xarakterli olmasından asılı olmayaraq bütün oyunlarımız və fiziki tərbiyə
növlərimiz haqda geniş məlumat verək. İndi isə yaddaşlardan silinməkdə
olan “Düz oyunu” haqqında ətraflı məlumat vermək istəyirik.
Düz  oyunları.  Ötən  yüzilliyin  50-60-cı  illərində  Naxçıvanın  (indiki
Ba bək rayonu) Nehrəm kəndində təhsilindən, vəzifəsindən, yaşından və
möv qeyindən  asılı  olmayaraq  hər  bir  adamın  böyük  maraq  və  həvəslə
oynadığı düz oyunları bu gün demək olar ki, heç yerdə oynanmadığından
yaddaşlardan silinib gedir. Bugün çox böyük sərmayələr hesabına və sis-
temli olaraq təbliğ olunan şahmat, dama, nərd, kart, domino kimi oyunlar -
la rəqabətdə sıradan çıxan düz oyunları yaşlı nəslin son nümayəndə lərinin
yaddaşlarında ömrünün bəlkə də sonunu yaşayır.Məhz bunu nəzə rə alaraq
biz düz oyunun tarixdən tamamı ilə silinməsinin qarşısını almaq məqsədi
ilə bu oyunun üzərində durduq.
Düz oyununun iki növü bizə gəlib çatıb:
1. “Üç düz” oyunu.
2. “On iki düz” oyunu.
Düz oyununun bizə gəlib çatan hər iki növü fərdi şəkildə oynanır. Xü -
su si oyun meydançası (sxemi) tələb edən bu oyunlar indiki təbiri ilə desək
stol üs tü oyundur. Əvvəllər isə bu oyun istənilən bir yerdə torpaq üzərində
çəkilərək oynanılırdı.
“Üç düz” oyunu. Bizim fikrimizcə “Üç düz” oyunu qədim yurd daş la -
rı  mı zın istifadə etdiyi ilk oyunlardan biridir. Belə ki, oyun sxeminin sadə -
liyi, oyun qaydalarının asanlığı, hər zaman və hər yerdə oynanıla bilməsi,
2014/
I
141


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə