Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   51   52   53   54   55   56   57   58   59

RƏVAYƏTLƏR
İSKƏNDƏRİN DİRİLİK SUYU AXTARMASI
Hardan sana deyim. İsgəndər Zülqərnə dirilih suyu içməyinnən. Yerin
hökmüdarı dəryadan xarac alan bir kişi olufdu. Onun bir sözü iki ol mu -
yuf. Deer ki, dirilih suyu içməh konlundadı. Pütün elə-ovuya car çəkiler,
xavar elle-ellərmiş ki, İsgəndər zülmətə dirilih suyu içməyə. Diri lih suyu
nədi?  İçersən,  ömründə  ölmörsən,  heç  vaxt  ölmörsən.  O  zülmət  elə  bir
yerdədi  ki,  yer  kürəsinin  elə  bir  yerindədi  ki,  tapılmaz,  ələ  keşməz  bir
şeydi.  Burdan  soraxlaşer,  ordan  soraxlaşer  İsgəndər,  qoşun  yığer,  qo -
jaların yanına geder, nəsə alımmer. Deyillər, filan yerdə bir qoja var. Üç
yüz yaşı var. Ged onnan bir şey örgən. İsgəndərə deyillər. İsgəndər at ça -
per  geder,  bu  qojoyu  taper,  qojanın  dizinin  divində  oturor,  mən  sənin
dizinin divində oturan kimi, bala. Həə. Bu muna yaxça-yaxça söhbətdər
elleer.  Deyir  ki,  a  qoja,  yanına  əlmişəm.  Dirilih  suyu  içməyə  ederəm.
Mana nə lazımdı, onu mana örgət. Nəyim çatışmeyjax, nə, hareynan ge -
dejəm, yolum həncər olojax, bax munun hamsını mana örgət, sənin üç yüz
yaşın  var,  mənim  də  yetmiş-həştad  yaşım.  Deer,  ay    İsgəndər,  getmə.
Deer,  niyə?  Deer,  dirilih  suyu  sana  qismət  döy.  Qoja  deer.  Deer,  niyə?
Deer, mən tarixi oxumuşam, bilerəm. Dirilih suyu sana qismat olmuyjax.
Getmə,  haveyı  bu  milləti  qırma,  özün  də  peysan  olarsan,  getmə.  Deer,
yox, bu mənim beynimə yer elleyif, gedejəm. Deer, bala, görörəm sözün
qəti elleersən. Onda gə sana məsləhətdərimi deyim. Qulunnu maydannar
minin hamılıxcan. Bir də saman götürün. Atdara saman götürün. Gede jəh -
siniz bir müddət. Birdən suyunuz qutarejax yolda. Onda sizdə bir at var,
göy at var. Əyğır at var. Deer, onu sən hardan bilersən? Deer, mən oxumu -
şam, onu bilerəm. O əyğırı buraxarsınız. Dırnağınnan haryı eşsə, ordan su
çıxejax. Oryu qazdır, qoşunnu sula. Yadında qaldımı? Deer, yaxşı. Ya dım -
da qaldı. Zülmətə deer, çatanda üç gün dincəlin. Əhalin özünü toxtaxlasın
dana, özünü yığışdırsın. O üç gündə də oları yaxşı çayla, çörəhlə. Onnan
sora enin aşağı, zülmətə. Girin içəri. Yol uzunu saman tökün. Daylaxları,
qulunnarı çöldə saxlan. Yol uzunu saman tökün, atdarı aparın. Yedəy niz -
dən buraxman. Belke o samanın işığına, işartısına atdar sizi zülümnən çı -
xarda bilər. Deer, çox gözəl. Özgə nə? Deer, tövsiyəm budu. Deer, bə mən
havax  ölöjəm.  Deer, onu  bilmerəm. İsgəndər  qojuya  sual  verer, bə  mən
havax  ölöjəm.  Deer,  onu  bilmerəm.  Onu  örgənəjəksən.  Deyjəhlər  sana.
Deer, kim deyjəh? Deer, dedihlərimi elə, yeri. Bu burda munnan xudafis-
dəşer, gəler qoşunnu yığer, kişi nə deyif hamsını toploor, hazırreer. 
2014/
I
164


Qoşun əhli tüşör yola. Nə qədər gedellər, nələr, nə çətinnihnərnən ras-
daşellar.  Birdən  su  qutarer.  Bu  munnan  xavar  aler,  qavında  su  varmı,  o
onnan xavar aler. Yiməh var, su yoxdu. Susuz da nə qədər yaşamağ olar?
Bir sutka yaşamağ olar. Artığ. Çörəhsiz yaşamağ olor qırx gün, otuz beş
gün,  bax  belə.  Susuz  yaşamağ  olmor.  Bədənnən  su  çəkildi,  da  getdi.
Bıyyy. Yadına tüşör kü, mana qoja demişdi ki, əyğırı burax, əyğır yeri qa -
zejax, sana su çıxejax. Əyğırı buraxellar. Əyğır kişneer, dövrə vuror, bu
da susuzdu. Əyğır da susuzdu dana. Pütün qoşun əhli hamı dirilih suyu-
nun  eşqinə  tüşüf.  Heç  kim özünə ölüm isdəmer.  Deer, gedif içejəm,  öl -
möyjəm. Bu eşqinən gediflər. Əyğır bir dövrə vuror da, qumlux səh ra la -
rıymış. Yeri belə-belə eşer, əyağınnan, dırnağınnan eşer. Qoşuna əmr el -
leer ki, qazın oryu. Buryu qazellar. Baxanda öröllər ki, burda bir sandıx
var, bu çalanın içində. Demə, Xudaya, hər cür bəzəh var munun üsdündə.
Bu nədi? Xudaya, bu nə sirridi? Bunu kim bilə bilər? İsgəndər əmr elleer
ki, ağzını açın. Ağzını açanda öröllər ki, Xudaya, Xudavəndə-aləm, dər-
gahına şükür, burda bir cavan oğlan yater, aya doğma, mən doğom, günə
doğma, mən doğom, elə bil dünyanın nuru bunun içindədi. Bunu qur da -
leellar, qurdaleellar, ayıldellar birtəhər, sudan-zaddan vurollar. Bir damcı
su qalıpmış. Bu gözünü açır da deer, bıy, Allah höynü yıxsın, deyir, İs gən -
dərsənmi?  Deməli,  məzarda  yatan  gözünü  açan  kimi  deer, Allah  höynü
yıxsın, gəldin çıxdınmı, İsgəndərsənmi? Ayə, deer, sən torpaxdan çıxer-
san, bala, mənim İsgəndər olduğumu – ajıxlı hökümdarıymış – sən mənim
İsgəndər olduğumu nə bilersən?  Ə, deer, öyün yıxılsın, ikinci İsgən dər -
sən, birinci İsgəndər mənəm, ikinci İsgəndər sənsən dana. Nəəzersən, ə,
bədbaxt? O suyu getdim mən işdim, mən tafdım, mən işdim. Mən öl mə -
dim. Dünya yaranannan, xəlq olannan da mən ölməmişəm. Axır dün ya -
dan bezdim, cəməhətimə, elimə, ovama xayiş də ellədim ki, məni basırın
yerə, bəlkə torpax məni qucağına ala. Gəldin sən məni tafdın burda. Məni
qaytar qoy yerimə. Bu muna hökm elleyəndə deer ki, a bala, a bala, səf
elləmişəm bəlkə də. Mana iki şey örgət, xayiş də elleerəm, dərdin alem
sənin. Əvvəl deer, siftə deer ki, de göröm mən havax ölöjəm, nə vaxt ölö -
jəm. Deer, bir munu mana de. Bir də mən hardan su tapejam? Qoşunum
qırıler. Mana su yeri də de. Bir də məim ölümmü de. Deer, ay İsgəndər,
sənin altın polad, üsdün polad olanda sən irəhmətə edejəhsən. Su ikinci
aşırımdadı. Bu  aşırımnan,  o birinci aşırımdadı. Orda atı  burax,  at harda
duruf  kişnəsə,  o su ordadı.  Oryu qazı. Amma  məni nətəər  çıxardıfsınız,
elə də dəfn ellən. Bunu dəfn elleellər. Bu çıxer geder. Bu da geder deyilən
yerdə atı buraxellar. At orda kişniyəndə qoşun əhli yeriyir. Sudan təntiyif,
2014/
I
165


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə