Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   51   52   53   54   55   56   57   58   59

lapatkalarını-zadı götüröllər, qazellar, baxellar ki, ə, su gürtdədi. Üstünü
torpax basıpmış, altdan axermış. Millət sudan doyur, burda dincəler, əlni
yüyür, əyağnı yüyür, istirahət elleer. Uzun müddət qoşunun yarsı stroydan
çıxıf,  xəsdəliyə  tutuluf,  nağayrıf,  neyleef, dincəlellər.  Burdan  qopor  ge -
der, çıxellar zülmətə. İsgəndərin də dediyi kimi, bu qojanın da dediyi kimi
zülmətə, da burdan nineellər, tüşöllər zülmətə. Dediyi kimi yollara samanı
səpellər, qulunnarı çöldə saxleellar. Qoşun əhli yeriyir, tökülör nərdivan-
nan aşağı enən kimi zülmətin qapısınnan keçellər içəri.
Sana  hardan  xəvər  verem.  Xıdırnan  Nəvi  də  buların  içində  olor.  Bu
qoşunnarın  içində  olor.  Bular  gedellər  tüşöllər.  Hərənin  əlində  bir  ölü
balıx. Bu ölü balıx nədən ötrümüş? Bu ölü balıx onnan ötrüymüş kü, suya
tutan  kimi  ölü  balıx  dirilermiş.  Onda  bilermişsən  ki,  bu  dirilih  suyudu,
bunnan içməh lazımdı. Amma suyu heç kim içə bilmədi. Burda böyüh bir
tala  varıymış.  Talanın  içində  bir  çinar  varıymış.  Orda  da  bir  manqal
qaleellar, bir ojax qaleellar. Hamı bu işığa, kim suyu tapsa burya, əllərində
bir tulux. Qapli-qapli hamıya verejəm, hamıyı naumut qoymoyjam. Hamı
içejəh. Bu şərtnən qavaxcan İsgəndər içməlidi. Nolar? Xıdırnan Nəvi, iki
qardaş ikisi də getdiyi yerdə birdən göröllər su şırıldeer. Biri balığı belə
tutanda diriler. Balığ əlində. O ona him elleer ki, öyün yıxsın, tut, tafdıx,
qavı doldur,  içəh.  Ə,  deer, nə danışersan? Paççah bizi doğramazmı?  Bu
əmirdi. Əəə,  doldur, içəh, dəli döysən, ay kişi. Gəlif  bizim  qısmatımıza
çıxıf. Hazır deellər, bu muna qısmat döy. Deer, yox, olmaz. Biri belə deer,
biri belə deer. Tuluğu doldurollar keyfin isdiyən, qəşəh. Zəngi vurollar ki,
su  tapıldı.  Hıkqana-hıkqana,  hıkqana-hıkqana  suyu  gətirellər.  Çinardan
asılmalıdı su. Pütün qoşunun dalı gəlif çatmalıdı. Hamıya qapli-qapli pay-
lanmalıdı. O cümlədən də padşahın özü də gəzermiş. 
Hamı gəler, burya yığışmax hayında ki, hələ qoşunun dalı gəler, səs-
nən, qiyamətnən, işıxnan. Göydən bir quş şığıyıf əyağınnan tuluğu vur-
duğu bir olor. Bir qapli su ələ əlmer. Hamı məyus olor. Kimi ağleer, kimi
özünnən geder, kimi deer, mən nəyi səf ellədim. Qardaşı muna deer, Xıdır
Nəviyə deer ki, niyə içmədin? Gördünmü? Hazır deellər bu muna qısmat
döy. Paççah əmr  elleer ki, ikinci bir səfər. Tapılmasa, hələ üçüncüsü də
var. İkinci  səfər lap asadça olor. Bular elə bil ki, maşrutu bilellərmiş. İki
qardaş ikisi də himləner, geder. Gənə balığı belə tutanda balıx diriler. Bu
nimçeyi altda tutor da, başına çəker. Di, tez ol iç, o biri qardaşa. Bir qav
da  bu  içer.  Bular  olor  malakə.  Gözə  görünməz  bir  insan.  Bular həftə lə -
rnən, aylarnan su gəzellər, su yoxdu, tapılmer. Yoxdu ki, yoxdu. Ələşdəri
kəsiler. Qulunnarın səvəvinə atdar buları, diri qalannarı çıxarder kənara,
2014/
I
166


çinarın yanına. Amma burda göröllər ki, bir daş var, üsdə yazılıf, götürən
də peşmandı, götümüyən də. Biri deer ki, ə, mən ki, munu götürüf peşman
olmoyjam,  mən  munu  niyə  götümörəm.  Nəvlem,  qırer,  bi  qırıx  civinə
qoyor, ya güjü çatannan götürör, qavına qoor, qacağına qoor. Salamat qal-
lam,  işıxlı  dünyaya  çıxaram,  görərəm  bu  nədi.  Da  qayıdıv  orya  enməh
çətindi,  o  yoxdu.  Bir  də  orya  qayıtmax  yoxdu.  Biri  də  deer  ki,  ə,  mən
munu götürüf peşman olaram, mən munu ninerəm, qoy radd olsun. Çölə
çıxanda baxanda göröllər ki, bu nəymiş, bu lalı-cavahar, brilyant. Dün yə -
nin ən qıymatdı şeyi. Bu niyə belə olor, a bala? Götürən də peşman olor,
götümüyən də. Onun cavavı deer ki, götürən peşman olor ku, niyə çox gö -
tümədim. Götümüyən də deyir, Allah höymü yıxdı, gözüm bağlandı, mən
niyə ötümədim. Bax bunun da cavavı odu. Ordan İsgəndər qayıder. Qoşun
əhli nə ki diri varıymış, götürör gəler. Yorulor, həhdən tüşör, da biler ki,
su muna qısmat döy. Xıdırnan Nəvi heç nəzərdə də gəlmer ki, fılankəsdər
nıjoldu, haana etdi? Amma bular da buların dəsdəsində əler. İntası buların
gözünə  görükmör,  məleykə  sıfatındadı.  O  vaxdı  gəlellər  İsgəndər  deer,
mən yorulmuşam. Lap həhdən tüşmüşəm. Da məim axır nəfəsimdi. Maa
bir kölgəlih qayırın. Qılıncı döşööllər yerə, qumun üsdünə, o vaxdı qılış-
dar  varıymış,  qılıncı  döşööllər  burya.  Tüəhlərdən  kölgəlik  qayırellar.
İsgəndər içində bir yarım sahat, bir sahatdı, iki sahatdı, nə yatejaxsa, yate-
jax. İsgəndər birdən burya uzananda görör kü, oohoooo, vaxdı indi. Altı
da polatdı, üsdü də polatdı. Muna İsgəndər –   o biri, birinci İsgəndər deef,
altın polad, üsdün polad olanda ölöjəhsən. Sərkərdə başçısını çağırer deer,
a  bala,  gəl  burya.  Deer,  nədi?  Deer  ki,  sən  məim    vəsiyətimi  orya  yaz,
kitava  yaz.  Deer,  nə  vəsiyət,  a  kişi,  səndə  nə  var?  Deer,  yox,  sən  mən
deyəni yaz. Deer, nə? Deer ki, gedəndə məim anama deyərsən. Putağı tüş -
müş ağaşdan məim ehsanımın altda qalatmasın. Nə də ciyarı dağlı adam
məim  çörəyimnən,  ehsanımnan  yiməsin.  Bax  bu  ikijə  kəlmə  səən  və-
siyətin. Qismət olsa, məni aparın, burda, düzdə tullaman. Mənzil ya xın -
naşıppış. Kişiyi burda qoymollar, kişiyi aparellar. Qara kecava gəler. Ana -
sı biler ki, oğlu ölüf. Anası da az-maz bu səfərdən halıymış, bilermiş ki,
oğlu səlamat gəlmeyjəh, nəsə ürəynə damıpmış. Gəlellər, pütün yer kü rə -
si, kim İsgəndər tanıyır, yas mərasiminə gəler. Çörəh hazır olor, irax sifə-
tinizdən, irax öynüzdən. Arvad ortalığa yeriyir, vəzirə, vəkilə deer, oğlum
vəsiyət elleef. Putağı tüşməmiş ağaşdan qalanejax məim oğlumun eysanı-
na. Nə qəddər gəzellər, bu imkan olmor. Biri deer ki, ə, burda nəsə bir sir
var. Davay, doğra aparax, qaleyax, eysan verilsin. Kim nə biler, kim bizim
nə qəlbimizə girer. Bunu elleellər, ehsanı pişirellər, ehsan ortalıxda hazır
olanda anası əyağa qalxer deer, kimin ciyarı dağlısa, məim oğlumun ey -
2014/
I
167


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə