Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

jax, dərzi də dərzi hakqını alejax. Axı o molluya tüşör axı. 
Şapalax  çalındı,  öppəh,  qurvan  kəsməh,  biri-birinə  qarışdı  deer.  İndi
deer, paççah yeridi gəldi deer, dedi ki, oğlan, hər şey qutardı, bə qaydası-
na tüşdü, pütün elə-ovıya dedi, daa qız danışer əməlli-başdı. Deer, dedi ki,
oğlan, indi də siz məni eşidin. Siz hardansınız? Bu da deer, dedi, mən Şı -
nıxdanam. Misal belə. Aşağı çayın üsdünnən. Hə, belə-belə, söybət ellə -
dilər. Deer, dedi ki, məim də bir arzum var. Mən Allahdan diləmişdim ki,
bu qızı kim qutarsa, bu qızı muna verejəm. İndi a həkim, bu qız sizindi.
İsteersiniz  burda  toyunuzu  elleem,  istersiniz  kəndinizə  aparın,  orda  toy
ellən. Həncər elleersiniz, ellən, qız sizinkidi, götürüf aparejaxsınız, da bu
məim qəti sözümdü. Əvəzəxeyir deer, dedi ki, a Məhəmmət, dur. Burda
deer, qızın atası yaxşı bu qayda toy ellədi, kecavalar düzəltdi, cehiz tutdu,
məkanna üz tutdu – Məhəmmədin atasıgilə doğru. Məhəmmət fikirrəşdi
ki, Xudaya, mən atamın üzünə nətəər gedem? Əmmə dillənməyə ixdiyarı
yoxuydu,  Əvəzəxeyirə  tabeydi.  Gəldilər,  gəldilər,  deer,  o  yerə  ki,  orda
çüttəşmişdilər, tapışmışdılar. Burya çatanda deer, Əvəzəxeyir dedi, a ba -
lam,  a  qardaşım,  sən  burdan  gəlifsən,  mən  burdan.  Bura  bizim  ayrı lığ -
mızdı.  Məni  düz  başa  tüş.  Deer,  nə  deerəm?  Deer,  indi  hər  şeyə  biz
yarıyıx, yoldaşıx, bu qızın bir qolunnan tut, bir yanı sənindi, bir yanı mə -
nim. Məhəmmət deer, yönnü belə çöyürdü, ağladı. Qız o qəddər qənirsiz
göyçəyiymiş,  Məhəmmət  muna  vuruluppuş. Amma  Əvəzəxeyir  yox.  O
elə-belə şeymiş. Deer, qolunnan tut. Deer, nağarejaxsan? Deer, bunu qı -
lıncı elə salleyjam kı, tən yarı olojax, yarsı sənin, yarsı mənim, yarsı sənin
əlində gedejəh, yarsı da mənim. Elə çapejam. Qız da deer, beləjə donuf
qalıf.  Ə,  tut.  Bu  munun  sözünnən  çıxa  bilməz. Yönnü  buana  çöürör  də
qızın  qolunnan  tutor  ku,  nağarım,  hökümdü,  mən  buna  tabıyam.  Qızın
belinnən tutor, ya Əli, elleer. Qılıncı belə uxarı qaldırer. Hıı. Qız qorxor,
ööh elliyənnən ağzınnan deer, bir əjdaha tüşör. Əjdahanın başnı kəser. Ə,
niyə belə ellədin, a Məhəmmət, ə, yekə kişisən, ə, qızın qolunnan tut, mu -
nu mən yarı bölməliyəm. Bir də üç əjdaha saler deer, qızın ağzınnan üç
əjdaha  çıxer,  qarnınnan,  mədəsinnən  gəler.  Həə.  Başını  kəser.  Deer,  a
Məhəmmət. Deer, bəli. Deer, bu qızı danışmağa qoymuyan bax bularıydı.
Mən də munu sənnən yarı bölməliydim. Qazancımız yarı olmalıydı. Bi -
zim qazancımız bircə budu. İndi bilersən nə var? Deyəndə deer, nə var?
Deer, deer ki, indi bu sanamı tüşör, manamı tüşör? Bax munu sənnən is -
deerəm. Gənə deer, dillənmer. Deer, a Məhəmmət, mən böyüh olduğuma
görə mən  şərti şumda  kəserəm. Bilersən nə var? Deyəndə  deer,  nə var?
2014/
I
161


Deer,  adın  nədi,  Məhəmmət?  Deer,  bəli,  mən  Məhəmmət  qardaşın.  Bu
səfər  bu  qızı  elə  bölöjəm  ki,  nə  sana  gedejəh,  nə  mana.  Tut  qolunnan.
Məhəmmət deer, gənə yönnü belə çöyürür. Bu qılıncı qaldıranda qız deer
ki,  a  qardaşım, sağaldım, Vallah,  da dirildim.  Qüsurum qalmadı. Çappa
məni.  Da  məndə  qüsur  yoxdu.  Məni  çappa.  Deer,  yaxşı,  a  bajım,  çap-
padım. Ayə,  a  Məhəmmət?  Ha.  İndi  sən  öyə  həncər  gedejəhsən?  Deer,
nəvlem,  a  Əvəzəxeyir,  gederəm.  Harya  edejəhsən?  Deer  ki,  nəvlem. A
Məhəmmət deer, o qəflə-qatırın yanında bir putulka var, o böyründə asılıf.
Yer onu burya əti. Bu geder deer, bu putulkoyu gətirer. Deer, ay Məhəm -
mət, munu əlində belə tut. Bu deer, öz barmağnı pıçaxnan belə çırter də,
Əvəzəxeyir deer, putulkoyu bəri tut. Munun qanınnan putulkoyu dol du -
ror. Deer, a Məhəmmət, munu möhgəm-möhgəm sarı pambıxnan, qoy də -
vəə, gedəndə munu atanın gözünə çəkərsən. Deyəndə Məhəmmədi ağla-
max tutor. Deer, sən nə danışersan, sən mənnən gedejəhsən. Deer, gede-
jəm, düz deyirsən. Dənizin deyir, qırağındeymış. Deer, gedejəm, o nə söh-
bətdi,  ayıf  döymü,  səni  buraxarammı?  Hələ  bir  gör,  gör  o  gələn  kimdi,
elliyəndə deer, bu balığ olor da suya tullaner, Əvəzəxeyir. Ordan deer, gü -
lə-gülə Məhəmmədə əl elleer, bax deer. Baxer deer, bu qanı aparar atanın
gözünə çəkərsən. Deer, bu nədi, bu nə oyundu? Öz ürəyində. Deer, məim
adım Əvəzəxeyirdi. Yəni əvəzinə verdim. Balığı tulluyarsan suya, balıx
bilməsə, Xalix bilər.
Məhəmməd təzdən ürəhləner. Küllü miqdarda cehiz gətiripmiş, yoluna
rəvan olor. Məhəmmət gəldi təmtərağeynan. Elçi göndərdi  ki, atama denən
məni qabul elləsin, gözünün dərmannı gətimişəm. Atası onu qabul ellədi.
Qavaxcadan  kacavadan  gəlin  tüşməmiş,  cehiz  tüşməmiş  oğlan  –
Məhəmmət  getdi,  apardı  qanı  atasının  gözünə  damızdırdı. Atasının  gözü
sağaldı. Toy toya qarışdı. Qızım, bəxti gələn qızdardan ol. Mənim dalımnan
gedifsən, əziyətimi çəkifsən. Qoy munnan bax bu nağıllardan sana bir töhvə
olsun, sənin ruzun bol olsun. Canın sağ olsun. Allah sana ağ günnər versin.
Hüseynov  Seyid  Fərhad  Səməd  oğlu,  1937-ci  il  təvəllüdlü,  8-ci  sinfədək
oxuyub, Gədəbəy rayonu, Şınıx mahalı, Şınıx kəndində yaşayır.
QİSMƏTDƏN ARTIQ YEMƏK OLMAZ
Bir qızılı çox olan kişi varıymış. Buların kəndinə bir münəccim gəler.
Bu arvat deer, gedim evimizə-eşiyimizə baxdırem, göröm baxıcı bizə nə
deer?  Gedir,  deer,  bizə  bax.  Deer,  nəynizə  baxem?  Deer,  evimizə-eşiy-
imizə bax də. Deer, sizin çoxlu qızılınız var, Məhəmmədə kısmat olajax.
2014/
I
162


Deer, Məhəmmət kimdi? Deer, nəvlem kimdi? Quranda Məhəmmət gö rü -
nör. Arvat bekef gəler. Kişi çöldən gəler. Deer, arvat niyə bikefsən? Deer,
qızılımız  Məhəmmədə  kısmat  olajax.  Deer,  Məhəmmət  kimdi?  Deer,
nəvlem kimdi? Deer, dur, o qızılı burya gətir. Bir dənə də söyüt ağa cını
gətirer. Bu ağacın içini oyor, bu qızılı munun içinə dolduror. Deer, bu ki
bizə kısmat döy, qoy Məhəmmədə də kısmat olmasın. Aparer munu dər -
yaya  tullour.  Bu  bizə  kısmat  döy,  qoy  Məhəmmədə  də  kısmat  olmasın.
Vaxt ötör,  vədə keçer.  Bir  gün ər-arvat,  şəhərdə gəzməyə  çıxıbmış. Ax -
şamlıyıf, gedellər bir evin qapısını döyüllər, ev yiyəsi, ev yiyəsi. Ev yiyəsi
çıxer. Deer, sizə kim lazımdı? Deer, bu axşam bizi qonax eliyər si nizmi?
Deer,  qonax Allah  qonağıdı,  niyə  eləmirih?  Deyir,  gəlin.  Kişi  baxanda
görör, söyüd ağacı bu qapıdadı. Deer, ay bajı, yoldaşının adı nədi? Deer,
Məhəmmət. Kişi baxanda görör, bu ağacın ağzına çaldığı mismarrar ye -
rindədi,  tərpənmiyif. Axşam  kişi  çöldən  gəler.  Xoş  gəlifsiniz.  Görüşör,
eliyillər. Deer, ay qardaş, bu ağacı hardan alıfsan? Deer, qaynım balıxçıdı.
Dənizə  balığa  geder.  Balıx  tapmıyıf,  bu  ağacı  gətirif,  odundu  də.  Deer,
götür,  munu  bu  yannan.  Götüröllər,  aparer  munu  sdolun  üsdünə  tökör,
deer, bu, mənim halal malımıydı, ana südü kimi sənin halalındı. Deer, ay
qardaş, bir belə  qızılı  adama verməzdər. Gə  bunu yarı böləh,  yarı  sənin
olsun, yarı mənim. Deer, yox, bu qızılı aparıf dəryaya tullamışdım ki, bizə
kısmat döy, bizim kısmatımızda döy, qoy Məhəmmədə də qismət ol ma -
sın.  Öz  əyağınnan  gəlif  çıxıf,  sənin  qismətindi.  Gətirer  muna  bir  yaxşı
heyvan  kəsellər,  yiyillər,  içellər.  Bu  Məhəmmədin  arvadı  yaman  insaflı
arvadıydı. Deer, ay kişi, gəlsən, iki dənə çörəyin içini eşəm də bu qızıldan
dolduram,  buların  yoluna  çörəh  qoymax  bəhanəsiynən  aparsın  getsin.
Deer, yaxşı. Bu iki çörəyin içinə qoyollar, bir sumkuya pükör, bir sum ku -
ya  qoyor.  Səhər-səhər yola  çıxellər. Yola  çıxanda  arvadın əyakqavısının
davanı  qırıler.  Gedellər  bir  pinəçinin  yanına.  Deer,  ay  qardaş,  mənim
əyakqavımı  mismarrıyarsanmı?  Pulum  yoxdu.  Deer,  sumkandakı  nədi?
Deer, çörəh. Deer, sənnən bir şahı alıf, iki çörəyə verejiydim. Elə çörəyi-
ni verərsən, mismarrıyaram də. Bu aparer çörəyi evə. Aparanda bu pinə -
çinin arvadı deer, bu nədi? Deer, çörəh. Deer, Məhəmmədgildən iki çörəh
almışdım, aparem bu çörəyi olara verem. Çörəyi aparanda Məhəmmədin
arvadı görör kü, pükdüyü surfa, pükdüyü  çörəh,  içində də  qızıl, qayıdıf
dala. İndi görörsənmi, kısmatdan artığı yiməy olmaz.
Paşayeva  Sənəm  Mahal  qızı,  1951-ci  ildə  Gədəbəyin  Şınıx  mahalının
Zamanlı  kəndində  anadan  olub,  1967-ci  ildən  Gədəbəyin  Novo  Saratovka
kəndində yaşayır, orta təhsilli, evdar qadın.
2014/
I
163


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə