Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   51   52   53   54   55   56   57   58   59

sanınnan yiməsin. Vəsiyəti var. Pütün millət başdeer yola düzələndə gənə
bir qoja ortalığa çıxer deer, arvat, diyan. Oğlun nə vəsiyət elleef? Deer,
bax bu vəsiyəti elleef. Belə deyif. Deer, o sana təsəlli verif. Vəsiyət el lə -
miyif.  Putağı  tüşməmiş  ağac  yoxdu,  ciyarı  dağsız  insan  yoxdu.  Sən  də
məim  dağımı  çəhmə.  Məim  də  vaxtım  burdoydu.  Burda  tamamlaner.
İsgəndəri gətdilər şəhərində dəfn ellədilər, yaxşı təmtənaynan. Yaxşı yer-
inə də bir kişi qoydular. Nağılmız da burda pitdi.
Hüseynov  Seyid  Fərhad  Səməd  oğlu,  1937-ci  il  təvəllüdlü,  8-ci  sinfədək
oxuyub, Gədəbəy rayonu, Şınıx mahalı, Şınıx kəndində yaşayır.
ZALIM GƏLİN
Gəlin-qaynənə  haqkında  belə  eşidmişəm.  Bir  arvat  çox  yaxşı  arvat
olor. Nəsə oğlunu evləndirir, gəlin gətirir. Qavağna çıxan gəlin yaxşı gəlin
olmor.  Bu  qaynana  buna  həmişə  qulluğunda  durur,  yaxşı  xidmət  eleer
ümmiyətlə. Gəlin yaxşı gəlin olmur. Arvad yaşdaşır, arvadın gözü tutulur.
Gəlin gətirir buna zülümlər eliyir. Nəysə, töyuğu kəsir, pişirir, özü yiyir,
gətirir qurvağanı tutur, qazana atır pişirir, arvada – qaynanasına yidizdirir.
Nəsə, qaynana görür kü, bunun yidiyi yeməh qeyri-adi yiməhdi. Da əlacı
yoxdu,  yiyir. Yenə  heşnə  demir,  yinə  yiyir, Allahına  şükür  eliyir  durur.
Nəysə, günnərin bir günü arvat dünyasını dəyişir. 
Vaxd gəlir, gəlin qocalır, qaynənə olur. Həə. Bu qaynananın – bu əzazil
gəlinin çox yaxşı gəlin çıxır qavağınnan. Gəlin muna yaxşı xidmət eliyir.
Bu qaynənə öz-özünə fikirrəşir ki, mən qaynənəmə belə zülümlər elə miş -
dim, nə yaxşı mənim qavağımnan yaxşı gəlin çıxıf, da Allah, sənə şükür,
özüm kimisi çıxmadı qavağımnan. 
Həə. Nəysə, arvadın gəlir gözü tutulur. Gəlin gətirir muna yiməh pi şi -
rir. Nə qədər, nə pişirirsə, nə pişirməyinnən asılı olmayarax yiməh hazır
olur, boşqaba çəkiləndə qurvağa olur. Gəlin yiməyi dəyişir, onu atır, baş -
qasın  hazırrıyır. Arvat  deyinir  ki,  ay  balam,  noldu,  mən  ajınnan  öldüm,
niyə  gətirmirsən?  İki  sahatdı,  nəbilim,  yiməyin  pişmədimi?  Gəlin  uje
naçar qalır. Deer, ay xala, bəs Allahdan gizdi olmuyan bəndədən nə giz -
dədim. Nə pişirirəmsə, gətirirəm, qavağna gətirəndə qurvağa olur. Dö nü -
rəm  başqasını  hazırrıyıram,  gətirirəm,  yenə  elə  olur.  Bilmirəm, Allahın
qarşısında nə günahın varsa, mənə qarannıxdı. Neynim, qurvağadı, gə ti ri -
rəm, istiirsən yi, istiiirsən yimə. Deyəndə arvat deer ki, gətir, o mənim öz
cəzamdı, özüm çəkəjəm. Mənim qaynənən çox yaxşı qadınıydı, mən ona
qurvağa yidizdirmişəm. Töyuğu kəsif özüm yimişəm, töyuğ əti adınnan
qaynənəmi allatmışam, qurvağanı yidirmişəm. Qızım, gətir, onu mən yi -
2014/
I
168


məliyəm, mənim cəzamdı o. Gətirir arvat qurvağanın ətini yiyir. Bir mün-
val belə yaşıyır arvat. Gəlin nə pişirirsə, nə pişirməyinnən asılı olmayarax
qadının qavağna gələndə qurvağa olur. Qadın da yiyir. Sora arvat özü eti-
raf eliyir də. Deer, bu mənim cəzamdı, çəhmişəm. Allah bu cəzıya məni
məhkum eliyif. Qəbul eliyir, elə də ömrünü başa vurur.
İsayeva Sona Nəbi qızı, 1962-ci ildə Gədəbəyin Novo Saratovka kəndində
anadan olub. 1980-ci ildən Gədəbəyin Şınıx mahalının Düzrəsullu kəndində
yaşayır, orta təhsilli, evdar qadın.
MİFOLOJİ MƏTNLƏR
CİN
I mətn
O vaxdı anamın babası bir cin tutuf. Ona iynə batıranda həməşə get de-
yəndə  getmermiş,  getmə  deyəndə  gedermiş.  Tərsinə  işdeyirmiş  də.  Bu
xamır yu-ğururdu, xamır yuğuranda gedir suya. Su gətiməyə. Orda uşax -
ları  yanına  alıf  ki,  bu  iyneyi  mənim  bədənimnən  çıxart  də.  İşdeyirmiş,
qoçağıymış. İyneyi çıxardannan sora bu yoxa çıxer. Sora bular çörəyi nə
qəddə pişiriflərsə, qutara bilmeyiflər. Gəliv ordan qapıdan, aynadan deer
ki, siz o çörəyi bir ay da bişirsəniz, qutarammazsınız. Kündədən kəsin, ta -
vağa tulloyun, kündədən kəsin, tavağa tulloyun, onda qutarejax. Bular gö -
türüf kündədən kəsif tavağa tulloyur. Onda çörəh qutarer.
Paşayeva  Sənəm  Mahal  qızı,  1951-ci  ildə  Gədəbəyin  Şınıx  mahalının
Zamanlı  kəndində  anadan  olub,  1967-ci  ildən  Gədəbəyin  Novo  Saratovka
kəndində yaşayır, orta təhsilli, evdar qadın.
II mətn
Bir arvat xana toxuyur. Hər gün xana quruf, gəvə toxuyur. Bu həqiqət-
di e, bu rəvayət kimi döyül e, həqiqətən olmuşdu bu. Arvat gündə gedir
ki, gəvəni dolaşdırıflar. Bə səf toxuyuflar, naxışdarı pozuluf. Bir gün belə,
iki gün belə, lap təngə gəlir. Bir gün söylənə-söylənə gedir ki, bilmirəm
bu lənətə gəlmiş kim-di, hasınızsanız. Bu uşaxlara-zada ajıxlanır ki, hası -
nız sınız gedif bu gəvəni qarışdırırsan, naxışdarı-zadı pozursan. O naxış-
dar  gərəh  yerbəyer  olsun  naxışdar  pozulmamaxçün.  Nəysə,  hamsı  and-
aman eleellər ki, heç kəs da gəviyə yaxın getmiyif. Bəs bu niyə pozulur,
bi ilmələr. Nəysə, arvadın qaynənəsi deer ki, Vallah, eləsə, onda onu cin
dolaşdırır, bizdən sora gəlir, nəyisə düz qoymurux, cin girir, toxuyur də,
dolaşdırır. Yoxsa heç kəs orya yaxın gəlmir. Bəs bunu neynəməh lazımdı?
Arvat  çoxbilmiş  arvad  olur  də,  Quran  oxuyan,  onnan  sora  bilmiş  arvad
2014/
I
169


olur. Deer, sənin işin yoxdu. İndi mən onu taparam, görüm kimdi gəvəni
dolaşdıran. Gətirir gəvənin müxdəlif yerrərinə iynələr, xam iynələr sancır.
Bilir də özü hardadısa. Özü də deer, heş kəs yaxın getməsin, iynələr əlnizə
batar, iynələr qoymuşam xanıya. Nəsə, gejənin bir vaxdı görür bir kışqırıx
qopdu.  Kışqırıx  qopur.  Arvat  tez  yüyürür.  Yüürəndə  görür  kü,  deməli,
mun cuğu iyniyə ilişif, halınmı deyim, cininmi deyim, o məxluxdu. Mun -
cuğunnan ilişif, kışqırır ki, yandım də, yandım, muncu ğum ilişif xanıya.
İyniyə ilişif, iynədən qorxullar axı bular, çıxarda bilmir. Nəsə, bu arvat us -
dufnan yaxınnaşır. Bir neçə dənə iynəni bunun bə dənnə sancaxnan bər ki -
dir, bunu tutur. Bu əməlli-başdı olur insan kimi, o da insan kimidi, intası
gözə görünmür. 
Nəysə, bunu tutur, gətirir. Deer ki, indi gördü nüz mü, kimdi xananı do -
laşdıran. Gətirmişəm. Nəysə, bunnan insan kimi deyir söybət eliyir. Hər
şey də, iş görür, nağarır insan kimi. 
Həə. Başdı yıl lar bunu işdətməyə. Elə qoçax, elə qoçax, əl vurduğu iş
elə tez gedərmiş da. İşdiyir. Bunnan soruşullar adın nədi? Deer, adım Fa -
timə di. Bunu işdədillər bir müddət. Hər işə gedirmiş. Çörəyi ona, xə miri
ona yuğurtdururmuşdar. Elə bərəkətdiymiş əli deer. Onun məsəlçün, adi
insannarın  qatdığı  xəmirin  çörəyi  məsəlçün,  bir  həfdə  gedəndə  on  gün
gedirmiş onun qatdığı xəmirin, elə ruzulu, bərəkətdiymiş. 
Nəysə, günnərin bir günü həmin o qadın da kəntdi də, kənt yeri, ha mı -
ya tafşırıf ki, nəbadə Fatimə nin bədənindəki sancağı kimsə aça, açmıyın.
Həə. Sancağı da bağlıyanda ona töbə dedirdif. Deyif, sən denən töbə, yed -
di  dəfə  töbə  dedirdif  ki,  siz  nəslin  yeddi  arxa  dönəninizə  dəymeyəjiyih
biz. Sizdih işimiz yoxdu də. Yeddi dəfə töbə elətdirif, onnan sora həmin
sancağı  –  töbə  çox  ağır  anddı  –  sancağı  bərkidif  bunun  bədəninə.  Bir
müddət belə bunu saxlıyıflar. İndi neçə il, bilmirəm də. Sora bunu suya
göndəriflər. Bu, xəmir qatıppış. Çö rəh pişirməhçün xəmir qatıppış. Suya
gedif. Göndəriflər suya. Suya ge dən də gedir görür ki, bir dənə uşax, qız
uşağı su doldurur. 
Həə. Bu ağlıyır da, deer ki, nolar, sancax batıf burama, gə bunu çıxart.
Sana iki dənə alma verəjəm. Çıxart da bu sancağı, mənnən çıxart. Qız da
başa tüş mür də. Bu yalvarır. Uşax da gəlir, sancağı bunun bədəninnən açır
çıxardır.  Açıf  çı xar danda  bu  qızın  iki  sifətdərini,  yanaxlarını  qopardır,
oycuna qoyur. Deer, bu da sənin alman, mənim çəhdihlərimin yanında bu
heş  nədi.  Qa çır.  Uje  sancağı  çıxardannan  sora  uje  bu  getdi.  Qız  ağlıya-
ağlıya  al  qanın  içində  gəlir  evə.  Evə  gələndə  soruşullar  ki,  noldu  sana.
2014/
I
170


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə