Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

nə millətiniz? Bu cavaf verer ki. Deer, nəsən? Deer, həkiməm. Deer, çox
gözəl, ay oğul. Gə sənnən belə bir müqavilə  bağlıyax. Bir qızım var, xəs-
dədi, belə-belə,  laldı.  Onun  dilini  aça  bildin,  dünya  malınnan  səni  qane
elleerəm,  açammadın,  qırxıncı  adamsan,  kəllədən  minara  yafdırmışam.
Sən  də  fərmandasan.  Razısanmı?  Deer,  mən  razı.  Məhəmmət  quruyur
qaler ki, da ölümmüz elə burdadı. Yaxşı, oldu. Deer, qızın hardadı? Deer,
qızım məim o otaxda, bax orda. Deer, mənnən onu görüşdürərsənmi? De -
er, görüşdürrəm. Geder deer, otağı boşaldın, heç kim bu həndəvərrərdə ol -
masın. Əvəzəxeyir deer. A Məhəmmət, otu orda. Məhəmmət oturor bur -
da. Qıza salam verer. Qız başınnanca belə elleer. Dili yoxdu. Mənim deer,
qəşəh bajım, ağıllı bajım, sən dünya maralısan, səndə nə var ki? Heççənə
yoxdu. Vallah, səndə xəsdəlih-zad yoxdu. Sənnən a qızım, a bajım, bir söz
xavar alejam. Sən Allah fikirrəş, onu düz de. Bu başınnan belə-belə elleer.
Deer, bəli, deyərəm. Deer, iki qardaşıymışdar. İndi bu muna nağıl elleer.
Deer, iki qardaşıymışdar. İki qardaşın birinin təh bircə qızı olor deer, bircə
qızı. O biri qardaşın üç oğlu olor. O qızı olan deer, kişi o qəddər kası vıy -
mış ki, o qəddər kasıvıymış, imkansızıymış. Qardaşı oğlannarı orya etdi-
hcən ürəyinnən şahadətdih verermiş ki, bulara mən nə bağışdeem, buların
konlu  xoş  olsun.  Oğul,  bala,  heş  nəyimiz  yoxdu,  Vallah  bu  qızımı  saa
verejəm. Bu yazer blaqnotuna, civinə qoyor ku, əmim filan ayın, filan tar-
ixinəə qızını maa verdi. Bu geder. O biri gəler. Nağıl çox uzundu. 
Bu ünvannan bir qızı üç qardaşı oğluna verer. Üçünə də behleer. Kişi
səf tüşör. Da demer ki, bunun savağı da var də. Üçünə də söz verer ki, qı -
zımı saa verejəm. Bir gün bu varrı qardaş oğlannarına öz tay-tuşunu yol-
loor ki, a bala, vax keçer, öylənin. Deer, atam məsləhət biler, yaxşı. Kimin
qızını  seversən?  Böyüh  oğlunnan  xavar  aler.  O  deer,  Vallah,  utaneram
deməyə, əmim o vaxdı belə bir, bax bu da kağızı, maa belə bir söz verif,
qızını  maa  verif.  Deer,  bu  birincisi.  Üçünüzə  də  birdən  toy  eleyjəm.
Əvəzəxeyir  qıza  nağıl  danışer  haa.  Söhbət  elleer.  Deer,  yaxşı.  İkinci
oğlunu çağırtdırer. Bu da deer ki, ay ata, mən utaneram deməyə Vallah,
Quran hakqı, bu nə işdi? Əmim mana da o sözü deyif. Filan ayın, filan ta -
ri xində bax buları yazmışam, bu da qızın şikli. Onu da bu tərəfə keçirer.
Üçüncüsünü çağıranda üçüncüsü – bu da həmən sözü deer. 
Deməli, əmisi bir qızını üç qardaşı oğluna aylə qurmağa təhlif elleyef
ki,  sana  verejəm.  Bu  da  yoxsulluxdan  əmələ  gəlif,  nəvlem,  boşduxdan
əmələ gəlif, dilxoşduxdan əmələ gəlif, nəsə bu belə alınıf. Bajım, deer, bu
uşaxlar qaler naçar, kişi də qaler naçar, anası da qaler naçar. Deer, bunu
2014/
I
156


nağayrax? Bə başqa bir ələç yoxdumu? Deer, yox. O da deer, mən əmim -
qızını alejam, o da deer, o da deer. Muna başqa şey yoxdu. Mən ona vurul-
muşam  o  vaxdan.  Bu  eşqi  heş  kim  söndürəmməz.  Deer,  yaxşı.  Madam
beləsə,  onda bir məsləhəççi  çağırax.  Məsləhəççi  çağırellar  ki,  buları  bir
yona  gətirməh  lazımdı  də.  Bu  işi  birtəhər  eləməh  lazımdı  ki,  sakitdih
olsun. Deer, ağsakqal, buları neyleyim? Deer, gəl buları yolloyax qazan-
ca.  Hası  çoxlu  qazançnan  gəlsə,  qız  onun  olsun,  da  o  birrər  əl  çəhsin.
Bular getsin. Bulara məsləhət elleyəndə buların üçü də bayavoy hazırra -
şer,  deer,  gedəh.  Kim  çoxlu  qazançnan  gələr,  qız  da  onun  olar.  Elimiz,
ovamız düz deer, ağsakqalımız düz deer. Da dalaşıf bir-birmizi qırmağın
yeri nə, deellər. 
Bular yola rəvan olor. Gedellər, gedellər, bajım, deer, gedellər. Gedən -
də öröllər deer, üç yol ayrıcı var. Bir yol üç yerə ayrıler. Biri belə eder, biri
belə eder, biri də belə. Deer ki, gəlin burda oturax. Burda da bir daş var.
Hərəmiz burya bir nişan qoax. Kim qayıdanda öz nişannı götürsün. Bilək
ki, daldan qayıdıv o, kəndə gedif.  Qayıtmıyanda ki, qayıtmeyjax. Üç ayın
müddətinə, artıx uzatmıyax, burdan qayıtmalıyıx. Bular məsləhətdəşellər.
Bir  də  daşı  belə  hərrənəndə  göröllər  ki,  burya  yazılıf  ki,  gedər,  çoxlu
qazançnan gələr. Birinə deer ki, gedər-gəlməz, gedər-qayıtmaz. Birinə də
yazılıf ki, gedər-gələr. Fikirrəşer, bu kiçih qardaş deer, ə, bu gedər-gəlməz
yolnan  mən  gedejəm.  Mən  sizdən  jivoyam,  qoçağam.  O  da  siz  bölün.
Böyüh qardaş deer ki, mən bu gedər, çoxlu qazançnan gələnə, bax muna
– burya edejəm. O birni də bu yola təhliv elleer. Bu kiçih də buna – gedər-
gəlməz yola tüşör. Qayıder gedellər. 
Bular yoluna davam elleellər. Gedellər, gedellər, hər kəş öz yerinnən.
Bu geder, böyüh qardaş, a qızım, deer, bir doxdura rasd olor, böyüh qar-
daş. Başqa bir qəribə bir ölkədə. Deer, da burda alimlər, doxdurrar eley -
miş ki, deer, da qoyduğu diyaqnoz düz olormuş. Geder, deer, bu doxdura
ürcah olor. Bunnan oturar, söhbət elleər. Buların ayləsində qalar. Bu dox-
dur bu oğlana deer, ay oğlan, sən məim əlimə göydən tüşüfsən. Deer, nə -
di? Deer, vəhər-qəhər bircə qızım var, onu sana verejəm. Doxdurruğu, el -
mi da sana örgədejəm. Özünün də toynu mən eleyjəm. Ninersən sən bir
də qürbətə qayıdıf. Orya qayıdıf, ata vətənnə qayıdıf. Bunnan yaxşı şəray-
iti sən hardan tapejexsan? Qardaşdarın da özü bilər, nolar, olar. Bu muna
məseleyi danışer. Nə var deer, həkimliyi bu oğlana örgəder. Qız qaler mu -
nun yanında. Munnan söhbət elləməh, hər işə deyir, alışer, həkimliyi tam
örgəner. Bu burda deer, qalmalı olor. Bu kişi də deer, qızınnan muna toy
2014/
I
157


elləməli olor, a bala. A bajım, yaxşı qulax asersanmı? Lal qız deer, belə-
belə  muna  başını  əyer,  deer,  hə,  bəli.  Deer,  vax  gəler  çater.  Bu  tez-tez
darıxer. Bunun o biri qardaşı – bu da geder fala baxannıx örgəner. Tasa
baxmax örgəner ki, iki dünyədə nə hadisə var, bunu belə qoanda deermiş.
Bu da munu örgəner. Bu da belə bir kişiyə irasd olor. Deer ki, bu da işini
tam quror.  Bu  da   həmən şəkildə deer, sən kənara  çıxmeyjaxsan.  Məim
hamayam altda olojaxsan. Tasını qurojaxsan, harda nolajax, onu biz bile-
jiyih. Saa kəndə qayıtdı yol yoxdu. O biri qardaşının başına nələr gəler? 
Bu bulardan aralanannan sora görör kü, nə müddət əziyət çəkənnən, bu
iki-üç ay əziyətdən, iki aydan, iki ay yarımnan sora əziyət çəker. Görör
kü, üş divdi, biri-birini vuror, dağıder, çınqıleer, parçaleer, çınqı payleer.
Biri deer ki, orda bəni-insan var, deyəsən, gedəh ona məslahat eliyəh. De -
er, gedəh elleyəh. Bu olsun üş dənə div. Gəlellər ki, bu oğlana, bu kiçih
oğlana  tərcümeyi-halını  örgənənnən  sora  deer  ki,  səni  yimerih,  öldür-
mörüh. Biz dalaşerıx. Sən bizi sülh ellə. Deer, neylem sizi? Deer, Sülöy -
man peyğəmbərin sürfəsi, əmmaması, xalçası bizdədi. Mən deerəm, ye -
kəqarın şeyəm, dünyanın parasını yeerəm, sürfa məim olsun, o deer, sürfə
məim olsun. Üçümüz də sürfənin üsdə dalaşerıx. İndi sən munu bizə böl.
Qoy biz sülh olax, bir-birimizi qırmıyax, saa da dəymerih. Deer, məndə
bir yay  oxu var,  o dağa birni atejam. Həə,  bunu deer, de  göröm, bunun
əmması  nədi?  Deer,  xalçanın  üsdünə  minersən,  gözünü  açıf  yumanda
filan  yerdə  olom,  orda  olorsan.  Sürfuyu  açersan,  dünyanın  nazı-neməti
ordadı, nə yiyirsən, yi. Əmmameyı başına qoyorsan, görükmörsən heç ki -
min  gözünə.  Bunun əmması  budu.  Bax  munun  üsdə  bir-birmizi qırerıx.
Deer, çox gözəl. O dağa bir güllə ateram, o dağa bir güllə, bu dağa bir gül -
lə. Bir, iki, üç. Güllələri atdım. Yerini manşır. Kim tez gətirsə, sürfə onun-
du. Bunnan gej gələnə əmmama, onnan gej gələnə xalça. Bular par pışa-
parpışa  gedəndə  bu  ajınnan  ölörmüş.  Deer,  ya  Sülöyman  peyğəmbərin
sürfəsi,  ə,  bir  açıl  göröm,  içində  nə  var,  ajınnan  ölmörəmmi?  Ba xanda,
açanda görör dünyanın nazı-neməti bu sürfənin içində. Xudaya, nə yoxdu.
Tələsihli-tələsihli bunnan bir-iki aler. Gözü işıxlananda deer ki, üsdündə
oturor bunun, ya Sülöyman peyğəmbərin xalçası, gözümü açıf yumanda
öröm mən böyüh qardaşımın yanındeyam. Gözünü açıf yumanda örör kü,
qardaşı əlində iki dənə vedrə su aparer bulaxdan. Ə, əyləş. Əyləşer. Xoş
gördüh, ə. Bu baxanda görör, bu munun qardaşıdı. Çox gözəl. Yaxşı. Hə -
kim  munun  qardaşıdı.  Öpüşör,  görüşöllər.  Deer,  nağardın,  neylədin?  Ə,
deer, mən qalası oldum, a qardaş, sən get, əmim qızı sənin halalın olsun.
2014/
I
158


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə