Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

daş  adlanan  oyun  vasitələrinin  istənilən  bir  material  və  əşya  (daş,  çöp,
düy mə və s.) ilə mümkünlüyü bizi bu fikrə gəlməyə vadar edir.
“Üç düz” oyununun meydan sxemi dioqanalları çəkilmiş, mərkəzdən
keçmək şərti ilə bütün qarşı tərəflərin düzxətt vasitəsi ilə birləşdirildiyi bir
kvadratdır (şəkil 1).
şəkil 1
şəkil 2
Meydançanın  ölçüləri  oyun  daşlarının  ölçülərinə  uyğun  olaraq  çəkilir.
Çünki üç düz oyununda daşlar meydançanın birləşmə nöqtələrinə qoyulur.
“Üç düz” oyunu qarşı-qarşıya oturmuş iki oyunçu tərəfindən oynanı lır. Hər
oyunçunun  digər  oyunçunun  oyun  daşlarından  rənginə  və  ya  formasına
görə  fərqlənən  üç  daşı  olur. Oyunçular  daşlarını  yuxarıda  de-yildiyi  kimi
meydan sxeminin birləşmə nöqtələrinə və növbə ilə qoyulur (şə kil 2).
Oyunçulardan hər biri öz oyun daşlarını oyun sxemi üzərinə elə yerləş-
dir məlidir ki, həm öz daşlarını bir düz xətt boyunca yerləşdirib “düz” ad -
la nan oyun uduşunu əmələ gətirə bilsin (şəkil 3), həm də rəqibinin “düz”
qu rmasının qarşısını alsın. Qeyd etmək istəyirik ki, bizim fikrimizcə, oyu-
nun adı da məhz buradan, yəni uduş kimi daşların bir düz xətt boyunca
yer ləşdirilərək düz xətt alınmasından götürülmüşdür.    
“Üç düz” oyununda oyunçulardan hər hansı biri düz qurduğu halda oyun
bit miş hesab edilir və yeni  oyunun başlaması üçün daşlar oyun sxe mi nin
üzərindən  götürülür.  Buradaca  xatırlatmaq  yerinə  düşər  ki,  oyunu  birinci
başlamaq  üçün  oyunçular  ya  razılaşır,  ya  da  püşk  atırlar.  Üç  düz  oyu nu
zamanı uzun müddət “düz” qura bilmədikdə və bu ehtimal real gö rül   mə -
dikdə oyunçular heç-heçəyə razılaşırlar (şəkil 4) və oyuna yeni dən baş la yır -
lar.
2014/
I
142


şəkil 3
şəkil 4          
“On iki düz” oyunu. “On iki düz” oyununun üç düz oyununa oxşar və
fərq  li cəhətləri var. Bu şərtsizdir ki, “on iki düz” oyunu üç düz oyununun
in ki şaf et miş formasıdır.     
On iki düz oyununun üç düz oyunundan fərqli cəhəti çoxdur. Bu fərqin
birincisi oyun sxeminin mürəkkəb olması, ikincisi oyun daşlarının çox ol -
ması, üçüncü və ən əsası isə “on iki düz” oyununun çox mürəkkəb olması -
dır. “On iki düz” oyunu bir çox xüsusiyyətlərinə görə dama oyununa ox -
şa     yır. “On iki düz” oyunu zamanı vurulan daşlar oyun sxeminin ortasına
yığılır (şəkil 7-8). “On iki düz” oyununun oyun sxemi ölçülərinə görə bir-
bi  rindən fərqlənən və iç-içə yerləşdirilmiş, təpə nöqtələri və orta nöq tə ləri
düz xətlərlə birləşdirilmiş üç kvadratdan ibarətdir (şəkil 5). “Üç düz” oyu -
nunda olduğu kimi burdada oyun sxemi oyun daşlarının ölçülərinə uy ğun
olaraq seçilir.  
“On iki düz” oyunu da qarşı-qarşıya oturmuş iki nəfər oyunçu tərəfin -
dən oynanılır. Bu oyunda da oyunçuların daşlarının rəngi digərininkindən
fərqlənir, amma bu oyunda oyunçulardan hər birinin on iki oyun daşı olur.
Oyunçular burada da “üç düz” oyununda olduğu kimi daşlarını oyun sxe -
mi nin birləşmə nöqtələri üzərinə növbə ilə qoyurlar (bax şəkil 2). Üç düz
oyununda olduğu kimi “on iki düz” oyununda da oyunçulardan hər hansı
biri  oyun  daşlarını  bir  düz  xətt  boyunca  düzərək  “düz”  qura  bilirsə,  bu
uduş sayılır (bax şəkil 3), ancaq üç düz oyunundan fərqli olaraq burada
hər dəfə “düz” qurulan kimi oyun bitmiş sayılmır, sadəcə rəqibin bir daşı
2014/
I
143


vu rularaq oyun  sxeminin  ortasına qoyulur və oyun  davam edir. “On iki
düz” oyununda oyunçulardan hər birinin on iki oyun daşı olduğunu nə zə -
rə  alsaq  o  zaman  oyunun  bitməsi  üçün  oyunçulardan  hər  hansı  birinin
oyun ərzində ən az on dəfə “düz” qura bilməsi lazımdır. Çünki hər dəfə
“düz” qurulduqda rəqibin bir daşı vurulur. ”Düz” qurmaq üçün mütləq üç
da şın olması gərəkdiyini nəzərə alsaq deməli, rəqibin ən azı on daşını vur-
maq lazımdır ki, rəqib düz qurmaq imkanından məhrum olsun və məğlub
olduğunu  qəbul  etsin.  Buradaca  qeyd  etmək  lazımdır  ki,  ”düz”  quran
oyun çu rəqibinin daşlarının vurulmasına rəqibin oynanmamış daşlarından
başlamalıdır.  Çünki  oynanmamış  daşları  oyun  sxemi  üzərində  istənilən
boş nöqtələrə yerləşdirmək və düz qurmaq olar. Ona görə də bunun qar -
şı  sını  almaq  üçün  rəqibin  oynanmamış  daşlarının  vurulmasından  baş la -
maq lazımdır. Oynanmamış daşlar bitdikdən sonra isə rəqibin oyun sxemi
üzərindəki daşları bir-bir vurulur. Bu zaman rəqibin elə daşı seçilib götü -
rül  məlidir  ki,  rəqibin  “düz”  qurmaq  imkanı  və  digər  planları  pozulsun.
Qeyd etdiyimiz kimi, oyun zamanı rəqibin bütün daşlarını vurmağa ehtiy-
ac yoxdur. Rəqibin iki daşı qaldıqda iki daşı qalan oyunçu məğlub olmuş
sayılır və yeni oyunun başlaması üçün bütün daşlar oyun sxemi üzərindən
götürülür. Bu oyunda da oyuna birinci başlamaq üçün oyunçular öz ara la -
rında razılaşır və yaxud püşk atırlar.
“Üç düz” oyununda olduğu kimi “on iki düz” oyununda da heç-heçə
müm  kün dür. Amma burada “üç düz “oyunundan fərqli olaraq oyunçular-
dan heç bi ri   nin gediş etmək imkanı olmur (şəkil 6).
şəkil 5
şəkil 6 
2014/
I
144


“Üç düz” oyunundan fərqli olaraq bu oyunun mürəkkəb olması oyun-
da “düz” qurmaq variantının çoxluğu hər bir oyunçudan çox ciddi diqqət,
he  sablama və taktika qurma bacarığı tələb edir. Belə ki, bu oyunda oyun -
çulardan hər biri həm özü “düz” qurmağa çalışmalı, həm də rəqibin “düz”
qurmaq planlarını pozmağa nail olmalıdır. “On iki düz” oyununda adi bir
səhv qələbəyə yaxın oyunçunun məğlub olmasına səbəb ola bilər. Bunun
üç əsas səbəbi var:
şəkil 7                             
şəkil 8
1. “On iki düz” oyununda ”düz” quraraq rəqibin daşını vurmuş oyunçu
yenidən oynamaq (gediş etmək) hüququna malik olduğundan oyunu da -
vam etdirir.
2. Bu oyunda oyun zamanı birdən çox “düz” qurmaq imkanı var (şəkil
7).  Buradaca  qeyd  etmək  lazimdır  ki,  eyni  vaxtda  iki  “düz”  qurulmuş
olar   sa (şəkil 8) bu bir “düz” sayılır.
3. İkidüzlu deyilən variant yaranır ki, bu zaman qarşı tərəf oyun daşı -
nın çox olmasına baxmayaraq oyunu dayandırmağa məcbur olur (şəkil 7).
İşin elmi nəticəsi. Yuxarıda qeyd etdiyimiz, tarixi çox qədim olan və
əv vəllər  hərbi  planlaşdırma  məqsədi  ilə  istifadə  edilən,  sonralar  isə  sırf
əy ləncə  məqsədi  ilə  oynanılan  düz  oyunları  təəssüf  ki,  indi  unudulmaq
üzrədir. Düşünürük ki, fiziki tərbiyə mədəniyyətimizin bir növü olan bu
oyunlar unudulmamaq üçün təbliğ olunmalı və beləcə gəncliyimizin ma -
rağına səbəb olmalı və yenidən dövriyyəyə gətirilməlidir.
2014/
I
145


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə