Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

lar dəstə-dəstə bütün evlərə gedər və hər kəsə xoş arzularını bildirərdilər.
Hətta,  il  uzunu  bir-birinin  evinə  getməyən,  yolda  rastlaşanda  dilucu
salamlaşan adamlar həmin gün bir-birlərini əziz adamları kimi dindirərdi.
Bu prosesdə ilk olaraq kənddə olan xəstələr və keçən “Novruz”dan sonra
evində  dünyasını  dəyişmiş  kimsəsi  olanlar  ziyarət  olunardı.  Bu  zaman
insanlar  evlərdə  çox  oturmaz,  uzaqbaşı bir-iki  qoz-fındıq yeməklə  ki fa -
yətlənərdi. Çünki, bu gün hər kəs ən azı 25-30 evdə olmalı, bayramlaşma -
lıdır. Hər kəs gələnləri xoşüzlə qarşılar, gələn də xoşüzlə evə daxil olardı.
Nişanlı qızlara oğlan evindən bayramlıq - yaş lı lar buna “bayramcalıq” da
deyərlərdi - gələrdi. Bayramcalıq axır çərşənbədə, yaxud  “Novruz”dan bir
gün əvvəl və ya bir gün sonra da ola bilirdi.
Şərçıxarma – bu, “Novruzun” bizim üçün ən sirli və maraqlı adəti idi.
Evlərdə maşal düzəldilər və həmin maşal bir-bir bütün otaqlarda gəz di ri -
lərdi. Bu ayini əsasən analar gerçəkləşdirərdi. Od vasitəsilə ev lər dən şər
ruhları  qovardılar.  Kürsülü  evlərdə  od  evin  altında  da  gəzdirilərdi.  Bu
zaman  heyvan-qaranın  yatıb-durduğu  yerlər  və  hətta  toyuq  hinləri  də
unudulmazdı. Heyvan- qaranın və toyuq-cücənin çıxdığı qapının hər iki
tərəfində ocaq qalanar və bütün heyvanlar iki odun arasından keçirilərdi.
Bununla heyvanları şər ruhlardan qoruyardılar.  
Evtökmə –  bayram  öncəsi  xalça-palazı,  yorğan-döşəyi  təmizləmək
üçün evdən həyətə çıxarardılar. Buna el arasında “evtökmə” deyilirdi. Bu
günlərdə  “əlimdə  işim  çoxdu,  evləri  tökmüşəm”,  yaxud  böyüklərin  “ay
bala, işinizi qurtarın, evləri tökün, qabaqdan əziz gün gəlir” – kimi ifa də -
lərini eşitmək olardı. Yaşlılar bu təmizliyi ilahi borc kimi həyata keçi rər -
dilər. Bəzən də “Novruz”un dini bayram olduğuna inandıqları üçün “Əli -
nin qırmızı bayramı gəlir, ev-eşiyi təmiz saxlayın” – kimi sözləri ağbir -
çəklərin dilindən  eşidərdik. Əlbəttə, o zaman bu bayramın milli, yoxsa
dini bayram olması biz uşaqlar üçün önəmli deyildi. Önəmli olan bu bay -
ramın varlığı və bizim yerə-göyə sığmayan sevincimiz idi.  Evləri tö kər -
kən qapı- pəncərənin boyanması, evlərin silinib-süpürülməsi, həyət-ba ca -
nın səliqəyə salınması yaddan çıxarılmazdı.
Səmənigöyərtmə – bu işdə əsasən evin qızları fəal olardılar. Kənddə
hər kəsin evində buğda olardı. O zamanlar kəndimizdə çox adamın evin-
də  ayrı-ayrı  buğda və arpa anbarı olardı. Səməni göyərtmək üçün ötən il
zəmilərdən yığılmış buğdadan təmizlənər və əkmək üçün isladılardı. Bə -
zən səməni göyərtmək üçün arpa və ya qarğıdalı da seçilərdi. Ağsaqqallar
və ağbirçəklər arasında qarğıdalıya peyğəmbər buğdası deyənlər də vardı.
2014/
I
150


Bayram günü belinə qırmızı kəmər bağlanmış səməni xonçaya və süfrəyə
xüsusi gözəllik verərdi.  Bayramdan bir neçə gün sonra səməniləri axar
suya –Kür çayının kəndimizdən keçən qollarından birinə atardılar.  
Erkənqalxma – “Novruz” bayramı günü kəndin ən tənbəl adamı belə
səhər yerindən erkən qalxar, bu gün yuxudan gec duranın il uzunu ya ta -
ğan olacağına inanılardı. Kimsə erkən oyanmazdısa mütləq evdən başqa
biri onu oyadar, əsla günçıxana qalmasına izn verilməzdi. Hər kəs hava
tam işıqlaşmamış yerindən qalxar, öncə əl-üzünü yuyar və bütün ailə evə
toplanardı. Bundan sonra  evdə olan hər kəs bir-birinin bayramını təbrik
edər,  çoxdandı  bir-birlərini  görmürmüş  ki,  mehribancasına  görüşüb
öpüşərdilər. Hər kəs bir-birinə xoş arzularını və niyyətlərini bildirərdi.
Qəbirüstü – elin hamılıqla icra etdiyi adətlərdən biridi. Adətən “Nov -
ruz”a yaxın şənbə və ya bazar günü icra olunur. El arasında buna qəbir -
üstü günü də  deyilir. Həmin gün el bir araya gəlir. Hamılıqla qəbiristan-
lığa gedilir. Bizim kənddə Qəbirüstü günü xüsusi təmtəraqla qeyd olunur.
Belə ki, kəndimizin böyük hissəsi 55-60 il öncə Şamaxının Dağ Kolanı
kəndindən  gəldiyi  üçün  hələ  də  dünyasını  dəyişənləri  Dağ  Kolanının
Girdə  və  Qışlaq  qəbiristanlığında  dəfn  edirlər.  Kənddən  Qışlaq  qəbiris-
tanlığına qədər  70 km. məsafə var. Öncədən bir-birilə yola düşəcəyi vaxtı
dəqiqləşdirən kənd adamları səhər tezdən eyni vaxtda qəbiristanlığa üz tu -
tardılar. Maşın karvanında ən azı 10-12, bəzən 15-20 maşın ard-arda dü -
zülərdi. Yolun uzaq olduğunu bilən hər kəs evdən hazırlıqlı çıxardı. Özləri
ilə su, çay, yağ, kartof-soğan, ət və sair götürərdilər. Qabaqcadan hazır-
lanmış bişmiş yemək götürənlər də olurdu.  O gün bəlkə də elin ən çox
birləşdiyi,  bir  arada  olduğu  gün  olardı.  Qəbiristanlıqda  öncə  hər  kəs  öz
dünyasını dəyişənlərinin məzarını və bundan sonra digər qəbirləri  ziyarət
edir. Qəbir daşlarının üstünə bayram bişmələri qoyulur, qəbirlərə su sə pi -
lir. Qurandan surələr oxunur, sonra isə uzaq yoldan gələn bu adamlar süf -
rə  açır.  Dünyasını  dəyişənləri  söhbətlərində  yad  edə-edə  samovar  çayı
içir, gətirdiyi və burada bişirdiyi yeməkləri yeyirlər. Səhər hava işıqlanan-
da kənddən çıxan adamlar bir də axşam geri qayıdardı. Ayrılanda ölüm -
dən sonra həyatın varlığına inanan  Kolanı elatının bəzi ağbirçəkləri qəbi -
ristanlığa üz tutaraq “Biz getdik, siz də salamat qalın” – deməyi də unut-
mur. Kənddə ayrılanda isə hər kəs bir-birinə “Allah ziyarətini qəbul elə -
sin” – deyərdi. İnsanlar dünyasını dəyişənlərin qəbirlərinin ziyarət olun-
masının Tanrı qatında savab olduğuna şübhə etməzlərdi.
“Novruz” bayramı günü kəndimizdə qeyri-rəsmi olaraq qeyri-iş günü
2014/
I
151


olardı.  Hər kəs işini bayrama qədər yekunlaşdırmağa çalışardı. Həyətində
inək, dana, qoyun-quzu saxlayan adamlar belə bu günə qədər bütün ehtiy-
atlarını görərdilər. Çünki bilirdilər bayram günü uşaqlara iş buyurmaq ol -
maz. Növbə ilə dövlət işində işləyən adamlardan başqa kimsəni bayram
günü işləyən görməzdin. Bu gün işləmək hətta günah sayılardı. Kiminsə
övladını  bağda-bağçada  işləyən  görsəydilər,  onun  valideyni  ciddi  qınaq
obyekti olardı. Bu da əsasən cavanların işinə yarayardı. Həmin gün evdə
olan heyvan-qaraya ikiqat ot atılar, toyuq-cücəyə verilən arpa-buğdaya isə
sınır  qoyulmazdı.  Bundan  əlavə  mütləq  toyuq-cücəyə  bayram  aşından
verilərdi. Hətta, həyətdə saxlanan it-pişik belə bu bayramın gəlişini hiss
etməli idi. O gün onlara da bol-bol ət və digər yeyəcək ve-rilərdi. Savabı
daha  çox  olsun  deyə  itə  və  pişiyə  verilən  ətin  üzərinə  duz  səpməyi  də
unutmazdılar. Bayram günü inəklər sağılmaz və bütün günü balası ilə bir
yerdə olardı. Həmin günü buzovlar anasından bol-bol süd əmərdi. Bu gün
inəkləri sağmaq günah iş tutmağa bərabər sayılardı.
İşin  nəticəsi. Bu  məqalə  Azərbaycan  Novruzunun  tam  və  sistemli
öyrənilməsinə yardım edə bilər.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev
2014/
I
152


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə