Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

Mən  burda  qalası  oldum.  Mən  belədi,  belədi,  hamsını  mən  sana  söhbət
ellədiyim kimi bu kiçih qardaşa söhbət elleer. Kiçih qardaş deer, vejinə də
qoyma, düzəlejəh hər şey. Mən səni qürbətdə qoymaram. Suyu apar ver.
Gəzməh bəhanəsinən bir əyninə paltarını-zadı da götü, bir təmizdih şək-
lində gəl burya. Deer, nədi? Deer, mən gederəm, səni də aparejam. Deer,
mən getmeyjəm. Deer, niyə? Deer, da qalejam burda. Bizim piçetdi ka ğı -
zımız  var,  pasportdanmışam,  da  mən  bu  familyeyi  götümüşəm.  Deer,
yaxşı, oldu. Deer, yaxşı, get, gəl, görüşəh. Bu geder, gəler, əynini-başını
təmizdeer. Bu sürfuyu açer, deer, bir çörəh yiyəh bir yerdə, axır ayrılıxdı.
Sən qalersan, mən gederəm. Burdan da, sürfədən də, bu Sülöymən pey -
ğəmbərin nazı-nemətinnən yiyillər. Deer, a qardaşım. Deer, ha, nədi? De -
er,  nə  gözəl  xalçadı.  Gəlsana,  bir  munun  üsdündə  oturasan.  Bu  da  əler
munun üsdündə oturanda bu deer, ya Sülöymən peyğəmbərin xalçası, biz
gözümüzü  açıf  yumanda  örəh  ortancıl  qardaşımızın  yanındeyıx.  Bir  də
gözdərini açanda öröllər ki, qardaşı burda qavağında deer, şey dınqıldad-
er, baxer, nağarer. Ə, qardaş, bu nə sufatdı? Deer, deməzsənmi mən fala
baxanam. Dünyənin nazı-nemətinnən, harda nə var, burdan mən görörəm.
Deer, çox gözəl. Bə fikrin nədi? Deəndə deyir ki, da mən qalejam burda.
Deer, çox gözəl, yaxşı, bir-iki kəlmə söhbət elleyəh. Otur burda, bir söh-
bət  elleyəh. Ajsanmı?  Deer,  yox,  yimişəm.  Onda  deer,  gəl  bu  xalçanın
üsdündə oturax. Üçümüz də axır ayrılıxdı da, bu qardaşım da qaler, sən
də qalersan, kəndə təhcə mən getməliyəm. Atanıza, ananıza sözünüz nədi,
onu deyin. Kiçih qardaş deer. A qızım, eşidersənmi, a bajım, eşidersənmi?
Lal qız başınnan belə-belə elleer ki, eşiderəm. Deer, yaxşı. Burda oturol-
lar.  Deer,  kiçih  qardaş  gənə  deer,  ya  Sülöymən  peyğəmbərin  xalçası,
gözümüzü açıf yumanda örəh həmən qoyduğumuz daşın divindeyik, o yol
ayrılan  daşın  divində.  Gözdərini  açıf  yumanda  öröllər  ki,  həmən  daşın
divindədi. Hər kəş özünün nişanəsini götürör. Deer, a qardaşım, sən yaxşı
oğlansan, tasa, fala baxansan. Bir falını vur görəh, kəndimizdə nə var, nə
yox, atam, anam nətəərdi? Bu gətirer falı ortalığa qoyur da başdeer zır-
hazır ağlamağa. Ədə, niyelleersən, öyün yıxsın, noldu sana? Deer, əmim
qızını yüətə çıxardıflar. Ölüf, rəhmətə gedif. Bax ona ağleeram. Bunun o
biri  qardaşı  deer ki, aaxxx, Xudavəndi-aləmin  altda bu  sahat  məni orya
çatdıralar. Bu sikunt mən orda olum. O qız yüətdən çıxanatan. O biri də
deer ki, ə, deer, yaxşı. Bu da deer ki, Vallah, mən ona elə bir dərman ve -
rərəm  ki,  çatan  kimi  o  qızı  ayılda  billəm.  Deer,  gəlin  sizi  mən  aparem.
Oturun burda.  Xalçanın üsdündə oturollar.  Deer,  ya Sülöyman peyğəm-
2014/
I
159


bərin xalçası,  biz gözümüzü açıf  yumanda örəh əmimizin həyətindeyıx,
həmən mərasimdə biz iştirak elleyirih. Bular burya çatan kimi, a mənim
bajım,  hamı  görör  kü,  kişilər  gəlif,  oğlannar  gəlif.  Hamı  ağlaşer,  bunu
qucaxleer ki, qız öldü. Həkim belə yarer, bu həkimliyi bilən, deyir, geri
durun. Dərmannı gətirer çıxarder. Qızın burnuna iləder. Qız axsırer, qalx-
er,  g…üsdə  oturor.  Özünü  yığışdırer,  deer  ki,  noluf,  nəyə  yığışıfsınız?
Millət görör kü, qız ayıldı. Qızı bu oğlan dirilder, a mənim bajım, lal qıza
söylöör ha. Deer, a  qızım, a bajım, indi  sənnən  bir söx xavar  alem, sən
Allah, xətrinə zada dəyiv elləməsin. Bu qız bu oğlanın hasına tüşör indi?
Bax biri üç aylıx yolu gətirif, biri dərmannan sağaldıf, biri də tasa baxıf,
bilif. Bu munun hasına tüşör, bu qız? Elə qız elə-belə qalxer, məim qar-
daşım,  həkim  həkim  hakqını  alejax,  tasa  baxan  hakqını  alejax.  O  qız  o
oğlana tüşör, o üç aylıx yolu gətiriv ona çatdırana tüşör. Pəhhh. Şapalax,
əl çalmax, qız dillənif. Pütün dünyə bir-birinə dəyer. Deer ki, qız dilləndi.
Padşahın  özü  qulağınnan  eşider  ki,  qızı  danışdı.  Dedi  ki,  üç  aylıx  yolu
gətirən oğlana tüşör. Bu Əvəzəxeyir bir acca qımışdı, Məhəmmədin qırı -
şığı açıldı. Şənnəndilər. Paççaha işarə ellədi, dedi, yox, hələ tam sağal me -
yıf. Əvəzəxeyir dedi, qızın hələ tam sağalmeyıf. Dedi, indi nə var? Dedi,
indi də bir problem var. A qızım, bu nağılım, bu sualım lap yunulcadı. Bir
bəziryanın deer, yanında deyir, üç nəfər varıydı, biri dərziydi, biri dül yə -
riydi, biri molloydu. Gejə əldilər deyir, çöldə, biyavanda qaldılar, gejə lə -
dilər. Nöbə çəhməh deer, dülyərə tüşdü. Dülyər gördü yuxusu gəler, deer,
rəndəsini-zadı töhdü, deyir, pışqısını-zadı. Beş dəyqəyə deer, ağaşdan bir
zənən yaratdı, qoydu deer, orya. Dərziyi deer, dürtmələdi ki, nöbə sənin-
di, qalx. Nöbə deer, dərziyə tüşdü. Dərzi deer, oana-buana böühdü, görür
ə, bir nəfər artırıflar. Baxdı bu kimdi, oana-buana qurdaladı, gördü kü, bu,
dülyərin işidi. Yuxusu gəlməməyçün bu munu elleef. Yaxşı. Bunu da bu
elləder.  Bu  gətdi  də  deer,  bu  da  yuxusu  gəlməməyçün  muna  bir  yaxşı
alxaradan  paltar  tihdi,  mənim  bajım. Bu da muna  geyindirdi deer,  mol-
luyu  dürtmələdilər  ki,  dur,  nöbə  sənindi.  İndi  də  sən  nöbə  çəhməlisən.
Molla  deer,  baxanda  ördü  bir  qadın  oturor.  Bu  da  deer,  sübh  namazına
durdu deer, baxanda ördü deer, bu dülyərnən dərzinin işidi. Yönnü deer,
Hakqa  çöyürdü.  Deer,  dedi,  Xudaya,  sənnən  muna  can  dileerəm.  Bular
belə elleef, sən də məim diləyimi eşid, namazın üsdəyəm. Qız deer, ax sır -
dı da, bir göyçəh qız deer, bu ortalığa çıxdı deer. Muna Allah-taladan can
gəldi. A məim bajım, bu hasına tüşör? Bu qız munun hasına tüşör? A qar-
daşım deer, indi qız dilləner, a qardaşım, deyir, dülyər dülyər hakqını ale-
2014/
I
160


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə