Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

Qeyd edək ki, rənglərin simvolikası təkcə xalqlar içərisində deyil, həm
də yerinə görə dəyişə bilir. Gördüyümüz kimi, mərhum B.Abdulla qırmızı
rəngin tarixən “dava-dalaş, müharibə, dəlilik” rəngi olduğunu qeyd edir.
Digər  tərəfdən  qırmızının  şadlıq  rəngi  olduğu,  toy-şadlıq  zamanı  bu
rəngdən  hökmən  istifadə  olunması  şərtdir.  Azərbaycanda,  əsasən,  kənd
yerlərində toy olan həyətin qapısına qırmızı şal, yas olan həyətin qapısına
isə qara şal bağlayırlar. Bu cəhətdən qırmızı – toyu, şadlığı, həyatı, qara –
yası, kədəri, ölümü bildirir. Yasa gedən qadınlar heç vaxt qırmızı geyin-
mirlər. Lakin bu, qırmızı və qara rəngin mərasimi (ritual) mənalarıdır. Ri -
tualdan kənarda həmin mənalar öz rolunu itirir. İnsanların adi vaxtda əyn-
inə geydikləri qırmızı, yaxud qara paltarlar nə toyu, nə də yası bildirmir.
Buradan göründüyü kimi, rənglərin öz yerinə, yəni kontekstinə görə mə -
naları vardır. Bu mərasim konteksti daxilində bizi düşündürən məsələ qır-
mızının toy rəngi ilə bağlılığıdır.
Azərbaycan toyları qırmızı rəng olmadan təsəvvür etmək mümkün de -
yildir. Bu, bir ənənədir. Toylarda tarixən qırmızı rəngdən istifadə olunub
və bu da milli adət halını alıb. Lakin məsələnin düşündürücü tərəfi simvo-
likası qara rəng olan yaslarda bəzən qırmızı rəngdən istifadə olunmasıdır.
Xüsusilə cavan və subay adamları dəfn etməyə apararkən cənazənin üs tü -
nə qırmızı örtük örtürlər. Bunu ölənin cavanlığı, subaylığı ilə izah edirlər.
Lakin Azərbaycanın kəndlərində ölənin cavan, yaxud qoca, subay, yaxud
evli  olmasından asılı  olmayaraq,  qapıya bir  yerdə  həm  qırmızı,  həm  də
qara yaylıq (şal) bağlayırlar. Bu, çox düşündürücü məsələdir və əski qay-
naqlara  diqqət  verdiyimizdə  bunun  ölənin  cavanlığı  ilə  yox,  tamamilə
başqa bir məsələ ilə bağlı olduğu üzə çıxır. Bu, dünya haqqında çox qə -
dim mifoloji görüşlərlə bağlıdır. Ona görə də qırmızının mərasimlərdə ya -
şayan mənalarına diqqət vermək lazım gəlir.
Ağaverdi Xəlil yazır ki, Azərbaycanda bayramları fərqləndirmək üçün
rəng simvolikasından da istifadə olunmuşdur. Bu simvolikaya görə “Nov -
ruz” – “Qırmızı bayram”, “Ramazan” – “Qara bayram”dır. Xalq deyilişin -
də belə ifadə olunan bu simvolikada qırmızı – şənlik, şadlıq, karnavallıq
bildirməklə yanaşı, günəşi, istini və işığı ifadə edir. Qara isə daha çox bö -
yük mənasını ifadə etməkdədir ki, bu da xalqın dini dəyərlərə verdiyi bö -
yük önəmdən irəli gəlir (4, 30).
Doğrudan da, Novruz sevinc, şadlıq bayramıdır, insanlar bu bayramla
yazın  gəlişini  qarşılayırlar. Yaz  isə  işıq,  istilik,  sevinc,  şadlıq  deməkdir.
Günəşi qarşılama mərasimi olan “Qodu-Qodu” ritualında oxunan nəğ mə -
lərdə  Günəşin simvolu olan Qodu birbaşa qırmızı rənglə əlaqələndirilir:
2014/
I
107


Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan keçəndə
Qırmızı gün gördünmü? (5, 94).
Digər  türk  xalqlarında  da  Novruzun  qırmızı  rənglə  bağlılığı  aydın
görünür. A.Xəlil yazır ki, oğuz türkləri olan qaqauzların müstəqil bir xalq
kimi  formalaşmaları  Balkanlarda  başlamış,  Şimal  Şərqi  Bolqarıstanda
tamamlanmışdır. Əsrlər boyu qaqauzlar bolqarlarla, yunanlarla, türklərlə,
rumınlarla, moldovanlarla qonşuluqda yaşamışdır. Xristianlıq etnik  pro-
seslərə  və  qaqauzların  əcdadlarının  mənəvi  mədəniyyətinə  ciddi  təsir
göstərmişdir. Qaqauz türkləri bayrama “yortu günü” və ya “yortu” deyir-
lər. Qaqauzlarda iki xalq  təqvimi özünü göstərir: heyvandarlıq və əkin çi -
lk.  İl iki hissəli dövrə  bölünür: yaz və qış. Yaz Hederlez, qış isə  Kasım
bayramı ilə başlanır. Dörd mövsümlü xalq təqvimində isə bura ilkyaz və
güz də əlavə olunur. Qaqauzların yaz bayramları “1 mart”, “Qırxlar gü -
nü”, “Blaqoveşanie”dır. “Mardın Birində” (1 mart) xalq yazın başlanma -
sını qeyd edir. Evlərə qırmızı parça bağlayırlar. Buna “kırmızı marta par -
çası”  deyilir.  Qırmızı  rəngli  parça  bağlanması  günəşə  təsir  göstərməklə
günəşin daha parlaq olması inancını özündə ifadə edir. Bayram günü evlər
təmizlənir və tullantılar küçəyə atılır. Bu zaman “Mart içeri, pirelər dı şa -
rı” deyilir. Uşaqların əllərinə, heyvanların boyunlarına “marta” dedikləri
qırmızı sap bağlayırlar. İnanırlar ki, bu onları şər qüvvələrdən qoruyacaq -
dır (4, s. 48).
Lakin Novruz bayramında müasir düşüncə ilə ziddiyyət təşkil edəcək
düşündürücü  məqamlar  da  vardır.  Belə  ki,  qırmızı  rənglə  rəmzlənən  bu
bayramda yas, ölüm rəmzi olaraq qara rəngdən də istifadə olunur ki, bu
da  yas  mərasimlərində  qapıya  qırmızı  şalla  bərabər  qara  şalın  bağlan-
masında olduğu  kimi  mərasimdə  qırmızı  ilə qaranın  birgə ola  bilməsini
göstərir. Mərhum Azad Nəbiyev Novruz bayramındakı qara xonça adəti
ilə bağlı yazır ki, o, nakam ölən cavanlar üçün tutulur və bayram şirniy-
yatları ilə bəzənir. Üstünə qara örtük örtülür. Qara xonçanın şirniyyatını
qəbir üstə paylayırlar. Bundan başqa axır çərşənbə və “Novruz” axşamı
evində hüzrü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb on -
lara bayram xonçası aparırlar (6, 58).
Qədim  mədəniyyət  abidələri  və  onlar  haqqında  aparılmış  tədqiqatlar
məsələnin kökünün başqa cür olduğunu göstərir. Məlumdur ki, mifoloji
düşüncədə  dünya  həyat  və  ölüm  dünyalarını  əks  etdirməklə  iki  hissəyə
2014/
I
108


ayrılır:  kosmos  və  xaos  dünyaları.  Kosmos  –  həyat  dünyasını,  xaos  isə
ölüm dünyasını bildirir. Elə  “kosmos” və “xaos” sözlərinin  mənaları da
uyğun olaraq “həyat” və “ölüm” deməkdir. V.N.Toporov yazır ki, «kos-
mos» yunan sözüdür və «nizam», «sahman», «quruluş», «dövlət qurulu -
şu»,  «hüquqi  quruluş»,  «lazım  olan  ölçü»,  «dünya  sahmanı»,  «kainat»,
«dünya», «zinət», «bəzək» anlamlarındadır. Bu söz mifoloji ənənədə və
mifolojiləşdirilmiş  erkən  fəlsəfi  ənənədə  bütöv  olan,  sahmana  salınmış,
kainatın  müəyyən  qanunlarına  (prinsiplərinə)  uyğunlaşdırılmış  dünyanı
bildirir... Bütün dünya mifologiyalarında kosmosu müəyyənləşdirən ümu -
mi cizgilər toplusunun olması səciyyəvi haldır. O, xaosa qarşı durur. Kos -
mos istər zaman baxımından, istərsə də onu təşkil edən elementlərin tərk-
ibinə görə  xaosa  nisbətən  ikincidir. Kosmos həm  zaman  baxımından və
həm də bir çox hallarda xaosdan, yaxud xaosla kosmos arasındakı aralıq
elementlərindən  törəyir...  Kosmos  və  xaosun münasibətləri həm  zaman,
həm də məkan daxilində həyata keçir. Bu halda kosmos əksərən onu çöl -
dən əhatə edən xaosun içinə aid olan bir şey kimi təsəvvür olunur. Ge niş -
lənən və özünü təşkil edən kosmos xaosu periferiyaya sıxışdırır, onu bu
dünyadan qovur, lakin aradan qaldıra bilmir. Xaosla, ilkin okeanla, dünya
hüdudsuzluğu ilə əhatələnmiş kosmosun sferik sxemi şaquli və üfüqi vari-
antlarla  əvəzlənə  bilir.  Bu  variantlarda  xaos  kosmosdan  aşağıda,  yaxud
onun  ən  ucqar  yerlərində  (şimalda,  yaxud  qərbdə,  kosmosdan  kənarda)
yerləşir (7, 9-10). 
«Xaos» haqqında A.F.Losev göstərir ki, «xaos», əsasən, «boş yer» an-
lamındadır... Xaos kosmik vəhdətin əzəmətli və tragik obrazı kimi tə səv -
vür olunur. Bütün varlıq aləmi bu obrazda ərimişdir; varlıq aləmi xaosdan
törəyir və xaosdaca məhv olur. Ona görə də xaos bütöv və fasiləsiz, son-
suz və hüdudsuz təşəkkülün universal prinsipidir (8, 579, 581). 
Cəlal Bəydili yazır ki, xaos kosmosun bir parçasıdır, kosmosdan qıraq-
da nə varsa xaosdur və o, ümumən, qarışıqlıqlar aləmi və təsadüflərdən
ibarət bir dünyadır (9, 201). 
Həyat və ölüm bir-birinin əksi olduğu kimi, kosmos və xaos dünyaları
da bir-birinin əksidir. Seyfəddin Rzasoy yazır ki, kosmos və xaos hər bir
mifoloji  dünya  modelinin  mütləq  məkan-zaman  strukturunu  təşkil  edir.
Dün ya mifologiyalarının hamısında dünya öz quruluşu etibarilə iki his sə -
yə  bölünür:  kosmos  və  xaos.  Kosmos  nizamlı  dünyanı,  xaos  onun  ək si
olan nizamsız dünyanı bildirir. Onlar arasında olan əkslik xaosu - “an ti -
kosmos”, kosmosu – “antixaos” adlandırmağa imkan verir (10, 178).
2014/
I
109


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə