Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

şeirinin yeni qafiyə sistemi yaranmış, forma və məzmunu zənginləşmiş -
dir.  Belə deyə bilərik  ki, Hüseyn Arif yaradıcılığını  aşıq-ozan sənətində
yeni  bir mərhələ  kimi  də  qəbul  etmək  olar.  Düşünürük  ki,  şairin  poetik
ənənələri yeni əsrdə də davam etdiriləcək.  
İşin elmi nəticəsi. Saz obrazı H.Arif poeziyasında etnoqrafik yaddaşın
poetik ifadəsidir. Saz sənətində böyük bir millətin tarixi ənənələri, milli
tə fək kürü, keçmişi, gələcəyi, müdrikliyi, qəhrəmanlığı yaşayır. 
İşin elmi yeniliyi. Şair öz ustadlarını heç vaxt təkrarlamamış aşıq şeiri
üslubunda novator bir sənət nümunəsinə imza atmışdır. H.Arif «söz» məf -
humunu öz həqiqi mənasında işlətmiş, şeirin və sazın vəhdətindən yara -
nan sənətin üstünlüklərini nümayiş etdirmişdir. 
İşin tətbiqi əhəmiyyəti. Aşıq-ozan sənəti ilə maraqlanan tədqiqatçılar
mə qalədən istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1. Qarayev Y. Poeziya və nəşr. Bakı, 1989.
2. Hüseyn Arifin 60 yaşı. “Azərbaycan” jurnalı, 1984, № 6, s.56-59.
3. Hüseyn Arif. Seçilmiş əsərləri, Bakı, 2011.
4. Belinski V. Seçilmiş məqalələri, Bakı, 1979.
5. Bayram T. Bəli, həyatın nəfəsi şeirdir, “Azərbaycan” jurnalı, 1970, № 7,
s.202-207.
6. Beqdeli Q. Torpaq eşqi. “Azərbaycan gəncləri” qəzeti, 1974 iyun.
7. Cəfərov N. Hüseyn Arif dünyası. “Azərbaycan” jurnalı, 1999, № 4, s.150-
153.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Hüseyn İsmayılov
2014/
I
104


Mətanət  XƏLİLOVA
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: metanet_xelilova @mail.ru
QIRMIZI RƏNGİN MƏRASİMİ MƏNASINA DAİR
Xülasə
Məqalədə qırmızı rəngin həyatımızdakı təsiri və yeri öyrənilir. Qırmızının şadlıq rən -
gi olduğu üçün, toy-şadlıq zamanı bu rəngdən hökmən istifadə olunması şərtdir. Qırmızı
– toyu, şadlığı, həyatı, qara – yası, kədəri, ölümü bildirir. Azərbaycan kənd lə rin də toy za -
ma nı bəyin və gəlinin yaşadığı evin qapısına qırmızı lent bağlayırlar. Hətta bə zən ölüm
və  kədər  də  qırmızı  rənglə  bağlı  olur,  belə  ki,  gənc  adam  dünyasını  dəyişəndə  onun
yaşadığı evin qapısına qırmızı-qara lent bağlanır. Toy da, yas da iki dünya arasında keçid
deməkdir. Yas  zamanı  ölən  insan  bu  dünyadan  (həyat  dünyasından)  o  dünyaya  (ölüm
dün ya sına) keçid edir. Toy da keçiddir. Burada insan subaylıq dünyasından evlilik dün -
ya sına keçid edir. Demək, qırmızı rəng keçidi işarələyir. Çünki şadlıq və ölüm hansısa
planda keçid anını xarakterizə edir. İnsan öldükdə onun ruhu başqa dünyaya keçid edir.
Dünya mədəniyyətləri arasında qırmızı rəng ağ və qara rənglərdən sonra ilk sıralarda yer
tutur. 
Açar sözlər: folklor, mərasim, ritual, ənənə, rəng, qırmızı, simvolika  
ABOUT THE CEREMONIAL MEANING OF THE RED COLOR
Summary
In the article the influence and the role of red color in our life is considered. Much
attention is paid to value of red color at ceremonies as red color reflects a holiday and a
wedding, and black on the contrary death and a grief. When in the Azerbaijani villages
the wedding, houses on gate of the groom and the bride hang up a red ribbon. Even death
and a grief it is sometimes connected with red color as when the young man, at his place
on  doors  always  a  red-black  ribbon  dies.  Because  the  wedding  and  death  in  any plan
characterizes  the  transitional  moment.  When  the  person  dies  his  soul  goes  to  a  better
world. In case of a wedding of people from bachelorhood passes to marriage life. As a
result red color represents transformation. Colors leave nobody indifferent. As soon as
we see color, in us at once there are certain feelings: sympathy or antipathy, acceptance
of color or tension, calm or irritation. In all world cultures in process of language devel-
opment red color received the name among the first, right after white and black.
Key words: folklore, ceremony, tradition, color, red, symbol
ОБ ОБРЯДОВОЙ СЕМАНТИКИ КРАСНОГО ЦВЕТА
Резюме
В статье рассмотрено влияние и роль красного цвета в нашей жизни. Большое
внимание уделено значению красного цвета на церемониях, так как красный цвет
отражает  праздник и свадьбу, а черный наоборот смерть и горе. Когда в Азербай -
джан ских селах свадьба, дома на воротах жениха и невесты вешают красную лен-
точку. Даже смерть и горе иногда связано с красным цветом, так как когда умира-
2014/
I
105


ет молодой человек, у него дома на дверях всегда красно-черная ленточка. Потому,
что свадьба  и  смерть  в  каком-то  плане  характеризует  переходный  момент.  Когда
че ло век умирает его душа уходит в иной мир. В случае свадьбы человек с холостой
жизни переходит в брачную жизнь. В итоге красный цвет представляет трансфор-
мацию.  Цвета никого не оставляют равнодушным. Как только мы видим цвет, в
нас сразу же возникают определённые чувства: симпатия или антипатия, принятие
цвета или напряжение, успокоение или раздражение.  Во всех мировых культурах
по  мере  развития  языка  красный  цвет  получил  название  в  числе  первых,  сразу
после белого и черного. 
Ключевые слова: фольклор, церемония, ритуал, традиция, цвет, красный, сим-
волика.
Məsələnin qoyuluşu. Məqalədə qırmızı rəngin mənası və mərasimlər -
də ki rolu geniş formada izah olunur.
İşin  məqsədi. Rənglərin  simvolikası  təkcə  xalqlar  içərisində  deyil,
həm  də  yerinə görə  dəyişə  bilir.  Məqalədə  qırmızı  rəngin  mərasimlərdə
ya  şa yan mənalarına diqqət yetirilir.
Həyatımızda rənglərin rolu çox böyükdür. Onlarsız həyatımızı təsəv -
vür etmək mümkün deyildir. Varlıq aləmində elə bir canlı, yaxud cansız
predmet yoxdur ki, onun rəngi olmasın. Rəng biopsixoloji baxımdan işıq-
görmə hadisəsidir. Biz dünyanı rənglərlə tanıyır və təsnif edirik. Bu cəhət-
dən rənglərin həyatımızda, mədəniyyətimizdə rolu əlahiddədir. Mədəniy -
yət tariximizə nəzər yetirdikdə rənglərin milli tərəfləri üzə çıxır. Məlum
olur ki, hər bir xalqın, yaxud etnosun mədəniyyəti üçün xarakterik olan
rənglər vardır. Keçmişlərə qayıtdıqca rənglərin milli mədəniy yət lər də ya -
rat dığı ənənələrin daha güclü olduğunu müşahidə edirik. Bəhlul Abdulla
yazır ki, rənglər nəsnə və olayların mahiyyətini, insanların xarakterlərini,
emo siya larını  müəyyənləşdirən,  hətta  təyin edən simvola çevrilir. Misal
üçün  demək  olar  ki,  bütün  dünya  insanları  ağ  rəngi,  əsasən,  işıq,  uğur,
xoş bəxt lik, bəzən də Tanrı rəngi hesab etdikləri halda, başqa rənglərə ba -
xış da seçilirlər. Belə ki, bir çox xalqlarda sarı rəng – fəallıq, mərhəmət,
şəfqət, qırmızı rəng – toplaşma, cəmləşmə, göy (mavi) rəng – qəzəb, hirs,
hə yə canlı etiraz simvolu bilinirsə (bax: 1, 166; 2, 84-86), əksər türk xalq -
larında, o sıradan Azərbaycan türklərində sarı rəng – quraqlığın, qıtlı ğın,
xəbisliyin, paxıllığın, qırmızı rəng – dava-dalaşın, müharibənin, dəli liyin
(dilimizdə “Dəli  qırmızını  sevər”  deyimi vardır), yaşıl rəng –  bolluğun,
bar-bərəkətin, mavi rəng – sevincin, şadlığın, xoş xəbərin simvolu sayılır
(3, 4).
2014/
I
106


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə