İşin məqsədi. Azərbaycan qadın yaradıcı sənətkarlarının milli mədə -
niy yətdə tanınması, onların ayrıca folklor örnəklərimiz, müxtəlif layla,
nəğ mə bayatılarının yaradıcısı kimi çıxış etmələrinin Əzizə Cəfər za dənin
yaradıcılığı əsasında öyrənilməsi araşdırmanın başlıca məqsədi olaraq
götürülmüşdür.
Görkəmli yazıçı Ə.Cəfərzadənin yaradıcılığı və tədqiqatçılıq fəaliyyəti
Azərbaycan xalq ədəbiyyatı, milli-etnik xüsusiyyətləri öyrənilməsi, təb li -
ği işi ilə seçilir. İstər müxtəlif mövzularda qələmə aldığı romanları, is tərsə
də ciddi elmi araşdırmalarında ədib həmişə xalq ənənələri, inam, dü şün -
cə lərin, ən əsası, şifahi yaradıcılığın qorunmasına çalışmışdır. Yazı çının
bu təb liğ və təqdimə böyük səy göstərməsi həm də Azərbaycan fol klo ru -
nun mədəni irsimizdə zənginləşməsinə bağlıdır. Folklorşünaslıq fəa liy -
yətində Ə.Cəfərzadə xalq ədəbiyyatının bir çox nümunələrinin toplan-
ması, araş dırılması istiqamətində aşıq sənəti, yaradıcılığına da ayrıca yer
ayırmışdır. Onun “Azərbaycan aşıq və şair qadınları” adlı iki cildlik topla-
ma kitabı, “Azərbaycan poeziyasında xalq şeiri üslubu”, “Aşıq Sənəm”,
“Şirvan aşıqları və onların yaradıcılığında bəzi məqamlar” və sair kitab və
məqa lələri bu qəbildəndir. Aşıq sənətinin müqəddəsliyi, qədimliyi, milli-
əxlaqi keyfiyyətlərinə toxunan Ə.Cəfərzadə yazırdı: “Aşıq sənəti muğam-
dan da ha qədim olub ilk azəri-türk varlığını tərənnüm edən başlıca sənət
növü ki mi tanınmış, hər bir azəri türkünün həyatında ayrıca rol oy na -
mışdır... Aşıq sənəti hər bir azəri türkünün qəlbində tamdır, birdir, onun
hə yat eşqini, dərdini, sevinclərini, toy-düyün, mağar ləzzətlərini, qürbət
həsrətini əks etdirir, xalqın tarixindən, onun qəhrəmanlıq keçmişindən
danışır və ən adi insan duyğuları, böyük həyat eşqini-məhəbbəti tərənnüm
və vəsf edir” (9,177).
Xalq ədəbiyyatı örnəklərinin bir çoxunun yaradıcısının qadın-anaların
olmasını diqqətdə saxlayan tədqiqatçı şifahi sənətin layla, oxşama, bayatı
şəkilli nadir incilərinin məhz bu başlanğıcdan yol aldığını bildirmişdir.
Qeyd olunan xalq şeiri şəkilləri ilə yanaşı, aşıq yaradıcılığı, sənətində də
qa dınların böyük tarixi xidmətlərindən bəhs edən Ə.Cəfərzadə Azər bay -
can qadın aşıq şairlərinin böyük bir hissəsinin milli mədəniyyətimizdəki
ye rini və rolunu araşdırmışdır. Xalq ədəbiyyatının yaradılması və təbliği
işin dəki Azərbaycan qadının əməyini yazılı ədəbiyyatımızdakı söz usta -
lığı ilə birləşdirməklə yazıçı böyük bir dövrün mənəvi xəzinəsinin məhz
qa dın qəlbi, dünyasında yaranmasını təqdim etmişdir. Ə.Cəfərzadə nin bu
2014/
I
62
is tiqamətdə “Azərbaycanın aşıq və şair qadınları” adlı kitabda tərtib et -
miş dir.
Əzizə Cəfərzadənin müfəssəl olaraq məlumatlandırdığı aşıqlardan biri
Aşıq Pəridir ki, tədqiqatçı onun haqqında danışarkən aşığı əhatə edən ədə -
bi mühitə xüsusilə toxunmuşdur. Qarabağ şairlərinin çox az bir zamanda
tanıdığı Aşıq Pəri öz hazırcavablığı, tədbirliliyi ilə söz sahiblərinin rəğbə-
tini qazanmışdır. Aşıq Pərini Azərbaycan saz, söz qadınlarının sırasında
ve rən Ə.Cəfərzadə aşığın ümumi yaradıcılığını əhatə edən qoşma, gəraylı
şeir şəkillərindən nümunələr vermiş, onun deyişmələrinə xüsusi olaraq
diqqət yetirmişdir. Məmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, Mirzəcan
Mə dədov kimi ədəbi mühitin təmsilçiləri ilə dostluq edən Aşıq Pəri ən
uğurlu deyişmələrini də elə onlarla saz, sözə köçürmüşdür:
C.Nəva
Sən ey Pəri, mələk pərvərdəsisən,
Həmişə deyirdin biz çakər ona.
Nədən ötrü bizdən kənar gəzərsən.
Nə mane olubsan sərasər ona.
Aşıq Pəri
Nə şayisdə bu sözləri danışmaq
Büsyardır mərdi-xidmətkar ona.
Saymırdın sultanı, xanı, paşanı
Nə şah bir söz deyər, nə sərdar ona (1, 59).
Qeyd edək ki, Aşiq Pəri bütün yaradıcılığı boyu daha çox özünün və
qadınların dərdlərindən, dünyanın vəfasızlığından, hakimlərin zülmünə
bağlı şikayət motivli qoşmalar yazmışdır:
Bir Pəri dil aramında qan ağlar,
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər ağlaram (1,56.).
Ə.Cəfərzadədən əvvəl F.Köçərli də Aşıq Pərinin şeirlərini toplamış,
həyat və yaradıcılığını tədqiq etmişdir. Araşdırmalar göstərir ki, Aşıq
Pərinin bədii irsi qoşma, gəraylı və deyişmələrdən başqa, bağlamalarla da
zəngindir. Vaxtilə F.Köçərli yazırdı: “Əlimizdəki qoşma, gəraylı və de-
2014/
I
63
yişmələrindən başqa Aşıq Pərinin bağlamaları da olmuşdur. Bağlama-
qıfılbəndlərin məzmunu düz yazıldıqda belə açmaq çətin ikən, savadsız
yazıldıqda açılması daha böyük zəhmət tələb edərdi” (3,5). Buradan aydın
görünür ki, F.Köçərli bu bağlamaları görmüş, bisavad mollanın xəttini
oxuya bilmədiyindən onları nəşr edə bilməmişdir.
Bununla yanaşı, “Aşıq Pəri və müasirləri” kitabında şairənin müasir-
lərindən Mirzəcan Mədədov, Cəfərqulu xan Nəva, Məhəmmədbəy Aşiq,
Mirzə Həsən Mirzə və Əsəd bəyin də tərcümeyi-halları verilmiş, onların
Aşıq Pəriyə həsr etdikləri və onunla şeirləşdikləri parçalar kitaba daxil
edilmişdir. “Aşıq Pərinin poeziyamıza xidmətlərindən bəhs edən Ə.Müz -
nib yazır: ”Molla Pənah Azərbaycan məhəlli klassiklərinin bünövrəsini
yaratdısa, Aşıq Pəri ətrafında topladığı adamlar ilə, mü-sabiqəyə girişdiyi
şairlər ilə elin sevə-sevə dinləməkdə olduğu de-yişmələri genişlətdi və ya -
zışmaları sürətlə heca vəzninin qol-budaq atmasına yardım etmiş ol -
du”(3,13). Ə.Müznib daha sonra yazırdı ki, Aşıq Pəri bu dili klassik ədə -
biyyatımıza keçirməyə qədəm qoyan şairlərimizdəndir. Aşıq Pəri öz döv -
ründə şeir demək bacarığı, məclislərdə tar çalıb oxuması, şairlərlə deyiş -
məsi ilə müasirlərinin nəzərini cəlb etmişdir. “XIX əsrdə xalq şeiri tər -
zində yazan Məhəmməd bəy Aşiq, Mirzə, Nəva, Əsəd və b. Aşıq Pəri ilə
maraqlanmış, onunla şeirləşmişdilər. Məsələn, Nəva deyir:
Aşıqlardan səni çox etdim tərif.
Əl çəkərsən din-imandan, ey Pəri.
Məhəmməd bəy Aşıq Pərini “məhbubi-kamilə” adlandıraraq deyir:
Bilməzəm ki, ey məhbubi-kamilə,
Nəsihət etməzsən neyçün cahilə?
M.H. Mirzə xəstə ikən yazır:
Bu qəm bəstərində, möhnət içində,
Daim fikrimdədir xəyalın sənin.
Şirin hərəkətli, şəkər sözlüsən.
Yoxdur yer üzündə misalın sənin” (3,14).
Yuxarıdakı nümunələrdən göründüyü kimi, onların hamısı xalq şeiri
ənənələrini davam etdirmiş, bu üslubda gözəl nümunələr yaratmışlar, on -
lar həm də bir-birləri ilə yazışmışlar.
Əzizə Cəfərzadənin bəhs etdiyi aşıq qadınlarımızdan “Qobustan” jur-
nalının sorağında olduğu, yalnız 1975-ci ildə qocaman sənətkarla görüşü
gerçəkləşən Aşıq Sənəmdir. “Balakənin Gülüzən kəndindən olan Aşıq
Sənəm vaxtilə Əzizə Cəfərzadəyə bu məzmunda bir bayatı göndərmişdir:
2014/
I
64
Dostları ilə paylaş: |