Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

məcazi  mənalarda  ola  bilər.  Mübaliğə,  təşbeh,  litota,  kinayə,  metafora
sözün  həqiqi  mənasını  üstələyir.  Yazıya  alınmış  mətndəki  fikri  məhz
söyləndiyi mənada qavramaq üçün oxucunun yozum qabiliyyəti də əsas
şərtdir. Bir çox hallarda bu işdə tərtibçi şərhi oxucuya yardımçı ola bilir.
Çünki oxucu söyləyici ilə deyil, mətnlə üz-üzədir.
Tərtib  edərkən  toplanmış  mətnlərin  seçilib  qruplaşdırılması  və  yer-
ləşdirilməsi  –  düzülməsi  bu  işin  başlanğıcıdır.  Atalar  sözlərini  tərtib
edərkən  qruplaşdırmada  müəyyən  çətinliklər  qarşıya  çıxır.  Belə  ki,  bir
mətn bir neçə mövzu qrupuna aid ola bilir. Təkrarlara yol verməmək üçün
mətnlərin  əlifba  sırası  ilə  verilməsi  daha  məqsədəuyğundur.  Rus  atalar
sözlərinin  nəşrində  də bu   təcrübədən istifadə  edildiyini  görürük: mətn -
lərin  düzülüşü  mövzu  üzrə  yox,  əlifba  sırası  ilə  aparılmışdır  (9).
M.Qəmərli  də  kitabı  tərtib  edərkən  toplanmış  materialları  müəyyən
sıralanma ilə – hər mətnin baş hərfinə görə ardıcıllıqla düzmüşdür.
İrəvan  mahalı  regional  dil  xüsusiyətləri  nəzərə  çarpan  bir  bölgədir.
Haqqında danışdığımız nümunələr həmin bölgədən toplandığından yerli
dil  xüsusiyyətlərinin  qabarıq  şəkildə  görünəcəyini  düşünmək  olardı.
Lakin nəşrdə yerli dialektin göstəricisi olan fonetik və morfoloji özəllik-
lər,  demək  olar  ki,  yox  dərəcəsindədir.  Ümumiyyətlə,  mətnlərdə  nə
regional, nə də ədəbi tələffüz əlamətləri əks olunmuşdur. M.Qəmərli ana
dili  müəllimi  olduğundan  bu  dilin  orfoqrafiyasını  mükəmməl  bilmişdir.
Yəqin, buna görədir ki, mətnləri orfoqrafik norma ilə təqdim etmişdir. O,
topladığı materialları yazıya köçürərkən yazı və tələffüz arasındakı q-ğ/x,
k-y/g,  b-v/f, ç-c/ş və  s. əvəzlənmələrini  nəzərə almamış,  -lar/-lər (cəm),
-dır/-dir/-dur/-dür  (şəxs),  -dan/-dən (çıxışlıq  hal)  və  s.,  ilə  qoşma  və
bağlayıcısını,  xeyli  sayda  digər  fonetik  və  morfoloji  əlamətləri  yazılı
ədəbi dil norması ilə vermişdir. Məsələn: 
Atın ölümü itin bayramıdır.
Cahil ilə bal yemə, ahıl ilə daş daşı.
Ölü ilə ölməolmaz.
Eşşəyi minərlər ata yetişincə.
İt itin dişindən qorxar.
Dərgahın qapısı açıolanda köpəyin yuxusu gələr və s.
Əli Nazimin toplayıcılıq işinin məsuliyyəti və toplama materiallarına
münasibət  haqqında  belə  yazırdı:  “Xalq  ədəbiyyatının  yalnız  oxuma  və
anlaşılma əhəmiyyəti yoxdur; onun elmi əhəmiyyəti bundan daha artıqdır.
Onun üçün xalq ədəbiyyatını toplarkən bir çox xüsusiyyətləri unutmamalı
2014/
I
53


və onlara riayət etməlidir. Bu xüsusiyyətlərdən biri və ən mühümü də top -
lanan xalq ədəbiyyatı məhsullarının fonetikası (sövtiyatı)dır. Bu foneti ka -
nı  mühafizə  etmək,  qarışdırmamaq  görülən  işin  elmi  qiymətini  bir  qat
daha artırır” (5, 98).
Kitabda  yerli  dil  xüsusiyyətləri  qabarıq  görünməsə  də,  cüzi  də  olsa,
dialekt əlamətləri (əsasən dialektizmlərdə) və öz zamanının leksikası nə -
zərə çarpmaqdadır. Yerli dil xüsusiyyətlərinin təzahürü olan atalar sözlə -
rinin bir neçəsinə diqqət edək:
Bildirçinin bəyliyi darı savuluncadır.
Çölməgə verə-verə çıxar qazan bahası.
Çərçinin xırda andı bir gün özünə də qənim olar.
İtin axmağı qaysafadan pay umar.
Süddən ağzı yanan qatığı üflüyə-üflüyə içər.
Əvvəl məscidin içi, sonra eşiyi.
Uzaq yerin halvasın hovla ilə döyərlər.
Bəzi atalar sözləri söylənmə zamanının bir sıra fonetik, leksik, mor-
foloji əlamətlərini özündə əks etdirir. Məsələn:
Tazə kuzə suyu sərin saxlar.
Yeməkdənsə ümidli olmaq yeydir.
Culfa kəfənsiz ölər.
Haram mal bərəkət dutmaz.
Dərdini gizləyən davasını bulamaz.
M.Qəmərli topladığı mətnlərin dili üzərində necə işləməsi haqqında ya -
zır: “Çün bəzi ərəbi və farsi kəlimələr, türki lisanımızda qarışdığından hər
vaxt dilimizdə müstəməl olmaqdadır. Məahaza biz təsadüf olunan ərə bi kə -
limələri ərəb ibarəsi ilə yazmayıb, tələffüzə götürdüyümüz kimi yaz mış ol -
duğumuzdan bu kimi kəlimələrə irad tutulmamasını rica edirəm: məsələn,
“övrət”, “qövm” kəlimələrini təkəllüm elədigimiz kimi: “ar vad”, “qohum”
və  sairə. Bu  qəbil  şeylərin təhrif  olunmasının üzrünü is tə yirəm...”(2, 24).
Ərəb kəlmələrini türk sözləri ilə əvəz etməsi M.Qəmərlinin ana dilinin saf -
lığı uğrunda fəal mübarizə apardığını göstə rir. Lakin dilədiyi üzrlə  müəllif
özü  də  söyləyici  mətninə  müdaxilə  edil mə sini  məqbul  saymadığını  etiraf
edir.
P.Əfəndiyev kitaba və müəllifin ön sözdəki etirafına belə rəy bildirir:
“Bizə  elə  gəlir  ki,  müəllif  bəzi  atalar  sözlərini  ya  yazılı  mənbələrdən,
yaxud da xüsusi, təhsilli şəxslərdən götürmüş, ona görə də orada bir sıra
ərəb  və  fars  sözləri  olmuşdur. Ancaq  çox  doğru  olaraq  həmin  kəlmələr
sadələşdirilib, xalqın dediyi şəklə salınmışdır” (4, 104).
2014/
I
54


M.Qəmərli kitaba  yazdığı ön  sözdə topladığı materiallara  qiymətlən -
dirici  rəy  verərək  onların  nəşrə  yararlı  olduğunu  söyləyir:  “Türk  hükə-
malarının təcrübəli və nəşrə yarar zərb-məsəllərindən “Atalar sözü” nam-
inə bir risalə tərtib edildi ki, həm sələflərin sözləri aradan götürülməyib
baqi qala və həm xələflər üçün umur və xüsuslarında bir rəhbər olub bu
əbdi-acizi də bir xeyir ilə yad buyuralar” (2, 24). Buradan aydın olur ki,
müəllif rast gəldiyi hər mətni topladığı materialların içəri-sinə sal ma mış -
dır. O, özünəməxsus seçmə aparmış, mükəmməl məzmun və məntiqə ma -
lik, nəşr üçün yararlı olanlarının (müəllif burada, çox güman ki, mətnində
kəskin vulqar sözlər işlənmiş və məzmununda ədəbə zidd fikirlər olan ata-
lar sözlərini vermədiyini nəzərdə tutur) kitabda ve-rilməsinə çalış mış dır.
Bir  neçə  atalar  sözündə  nəşr  üçün  münasıb  olmayan  vulqar  sözlərin
işləndiyini görürük. Bunları yazıda müəyyən məhdudiyyətlərlə – üstü ör -
tülü şəkildə anlatmaq da olardı. Məsələn, “Oğuznamə”nin nəşrində vulqar
kəlmələrin  yerinə  nöqtələr  qoyulmuşdur  (6,  17).  Rus  atalar  sözlərinin
nəşri zamanı da vulqar sözlər nöqtələrlə əvəz edilmişdir (9, 20). M.Gök -
çeoğlu Kıbrısdan topladığı atalar sözlərini tərtib edərkən vulqar sözlərin
ilk hərflərini  yazmış, sonra nöqtələr qoyub  sözün son hərfini  vermışdır.
İlk və son səs arasındakı nöqtələri oxucu məzmuna, qafiyəyə – allitera si -
ya, assonansa əsasən yoza bilir (6, 123; 167; 244). M. Qəmərlinin döv rün -
də bu sözlərin nəşrdə verilməsi təcrübəsi olmamışdır. Lakin translitera si -
ya zamanı Azərbaycan, rus, türk folklorşünaslığının bu situasiya ilə bağlı
təcrübəsindən yararlanmaq mümkün idi.
Bəzi mətnlərin sintaksisində danışıq üslubunun təzahürünün zəif ol du -
ğunu görürük. Düşünmək olar ki, müəllif bu cümlələri ədəbi dil norma la -
rına uyğunlaşdırmışdır. Məsələn:
Vaxtilə görülməmiş iş çox dəfə görülməmiş qalar və s.
Xalq arasında çox işlənən nərdivana pillə-pillə çıxallar mətninin müxtə -
lif  variantlarına  “Oğuznamə”,  “Əmsali-türkanə”,  Ə.Hüseynzadənin,
A.O.Çernyayevski  və  başqalarının  topladığı  materiallar  içərisində  də  rast
gəlirik:
Nərdiban ayaq-ayaq çıqılur (1, 325).
Ayağı nərdivana bir-bir qoyarlar (1, 59).
Nərdivana ilk pillədən çıxarlar (1, 325).
Kitabdakı  ayaq-ayaq  nərdivana  çıxarlar  variantında  bir  “əl  gəzdiyi”
duyulur. Həmin  mətnlərin hamısında vurğulanan ifadənin yeri eynidir –
xəbərin yanı. Azərbaycan dilində üzərinə məntiqi vurğu düşən söz cüm-
2014/
I
55


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə