Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

Bəxtəvər cehizisən,
Ay allı, güllü “Çiçi”.
Xalçaçı meyli dərdi,
Toxuyar meyli dərdi.
Hər ilmə bir söz olar,
Danışar leyli dərdi. (10,154)
Şair-publisist Əli Rza Xələflidən müəllifli bayatılar kimi misal gətir -
diyim yuxarıdakı nümunələrdə də “buta” ifadəsi hərfən misralarda işlənil -
məsə də, xalçadakı buta naxışlarına rəğmən söylənilmiş arzular dil açıb
danışır. Başqa sözlə, xalı və xalçalarımızda özünəməxsusluqla işlənən na -
xış  ların  sirli-sehrli  dilinə  burada  Ə.R.Xələflinin  bədii-poetik  təfəkkür
priz masından fərdi yanaşma tərzi qabarıqlığı ilə görünməkdədir. 
Xalça növlərinə dair araşdırma apararkən Şirin Bünyadova şərq xalça -
larının incəsənətinə həsr olunmuş beynəlxalq simpoziumun materialların-
dan  (İskusstvo  vostoçnıx  kovrov).  (Материалы  международного  сим-
позиума по искусствy восточных ковров. 5-11 сентября 1983 г. Баку,
Элм, 1988) ) çıxış etməklə yazır:
“Z.Əliyev  göstərir  ki,  Azərbaycanın  xalçaçılıq  məktəbinə  Quba-Şir-
van,  Gəncə-Qazax,  Qarabağ,  Təbriz  qrupları  daxildir  ki,  əsrlər  boyu
dünyanın  heç  bir  bölgəsində  rast  gəlinməyən  130-a  yaxın  adda  növü
yaradılmışdır.  Sadıq  bəy Əfşarın “Qanun  əs-suvar” əsərində kompozi si -
yalardan  “Xətai”  və  “islimi”nin  adları  çəkilir.  Müəllif  bunlardan  əlavə,
klassik  kompozisiyalardan  “əfşan”,  “ağacalı”,  “ləçək-turunc”,  “qelli”,
“butalı”nın da adını xatırladır”.( 8, 318).
Buradan da bir daha aydın görünür ki, xalçalarda buta ornamentlərinin
özünə intəhasız yer almasının səbəbi kimi “butalı” adlı xalça növü də var -
dır.
Gəlib-gedənə yoldu,
Yüz yol boşaldı-doldu.
Biz də bir ilmə olduq
Dünyanın naxışında (2, 26).
Şair Oruc İsaqoğlu İsgəndərov isə ümumiyyətlə insan ömrünü bədii-
fəl səfi tərzdə dünyanın naxışında ilmə adlandırır. 
2014/
I
46


Yeri xəta, göyü xəta,
Arı öz balında batar.
Haçan verilmişdi buta,
Haçan düşdük bu axına? (2, 24)
Kim oyana, kim yata
Yat, verildi bəlkə buta...
Yol olmuşam qəminə ta,
Dözüm qaldı ürəyində. (2, 78)
O sac nəydi gündöyəndə?-
Üstündə küt gedən kündə...
Yaşıddı yuxumnan eynən...
O kiməsə buta yollar... (2, 84)
Birbaşa “buta”  ifadəsinin işlənildiyi bu bəndlərdə şair buta faktorun-
dan bir bədii priyom kimi yararlanmaqla buta ilə bağlı düşüncələrini pay-
laşır.  Digər  bir  nümunədə  isə  müəllif  “buta”  sözünü  işlətmədən  birbaşa
butasına-sevgilisinə müraciət edib, qaçılmaz alın yazısından söhbət açır:
Ömrün dan üzündə əsən yelmidi?
Yoxsa öyrənməli ayrı elm idi?..
Adın taleyimə düşən ilmədi,
Çıx görüm çevrədən, çıx çıxa bilsən. (2, 83)
Seyfəddin Rzasoy və Ağaverdi Xəlilin həmmüəlliflikləri  ilə  yazılmış
“Mə həbbət dastanlarının struktur modeli” adlı rəy yazılarından oxuyuruq:
“Butavermə qəhrəmanın ölərək  o biri dünyaya getməyini, ilahi qüvvə lər -
dən yeni status almağını və təzədən yeni statusda bu dünyaya gəlməyini
simvollaşdırır” (11, 116-124). 
O.İsaqoğlunun  ayrı-ayrı  şeirlərindən  misallar  gətirdiyim  yuxarıdakı
bənd lə rin də məğzində məhz folklordan gəlmə butavermə amilinin bədii
əksi dayanır. Seyfəddin müəllimlə Ağaverdi müəllimin yazdıqları kimi, li -
rik qəhrəman da burada özünə letargiya yuxusu arzulamaqla ölüb-diril mə
inisiasiyasından keçməyi nəzərdə tutur.
“Azərbaycan  məhəbbət  dastanlarının  poetikası”  (Bakı,  “Elm”,  2000)
əsə rində professor Məhərrəm Cəfərli butavermənin üç mərhələdən ibarət
2014/
I
47


ol du ğunu göstərir: “Butavermə 3 mərhələdən keçir: 1) qəhrəmanın əvvəl-
ki  vəziyyəti;  2)  simvolik  ölüm-yuxuda  buta  alması  vəziyyəti;  3)qəhrə-
manın yeni vəziyyəti”.
Göründüyü  kimi,  xalq  yaradıcılığı  örnəklərində  müxtəlif  variantlara
təcəlla  edən  buta  mifologemi  eyni  təsirdə  də  yazılı  ədəbiyyata  nüfuz
etmiş, poeziya nümunələrində də gah məhəbbət dastanlarımızdakı butalı
aşiqlərin  obrazları  müxtəlif  bədii  biçimdə  öz  əksini  fərdi  üslublarda
nümayiş  etdirmişdir,  bunu  yuxarıdakı  nümunələrdən  gördük,  gah  da  ki,
toxuculuq sənətində bədii naxış-ornamentar şəkildə təsvirini tapmış xalq
sənətkarlığı sözün yazılı formasında proyeksiyasını tapmışdır. Şair-publi-
sist Əli  Rza Xələflinin aşağıdakı  bayatılarında bunun  əyani  nümunəsini
gö rərik:
Odumu köz göndərəm,
Danışa, göz göndərəm.
Şah Abbas deyiləm ki
Tikmədə söz göndərəm (10, 153).
Dərdimi gözəl ağlar,
Ağlasa, gözəl ağlar.
Qarabağ xalısını 
Toxuyan gözəl ağlar. 
Bulud gələ yağış var,
Dil-dil ötən baxış var.
Sinəsi sır yatağı-
Xalı, xalça, naxış var (10, 151).
Qələm al, yaz dastanı,
Hər kəsin öz dastanı.
“Leyli-Məcnun” xalısı
İlmədə söz dastanı (10, 152).
Gətirilən nümunələrdən də görünür ki, Əli Rza Xələfli xalı və xalça la -
rımızdakı buta ornamentlərinin daşıdığı məcazi donlu fikirlərə işarələr et -
miş, “buta” ifadəsinin qarşılığı kimi tikmə, Qarabağ xalısı, xalı, xalça, na -
xış, ilmə kəlmələrindən bəhrələnmişdir. Tikmədə söz göndərən Şah Ab -
2014/
I
48


basdan söz açmış, xalı və xalçalarımızı “ilmələrin söz dastanı” kimi də -
yərləndirmişdir.
Folklorumuzdakı buta mifologeminin yazılı ədəbiyyata təsiri vasitəsilə
bədii əsərlərin yaranması təbii davamlı bir prosesdir. Lakin folklor təkcə
yazılı  ədəbiyyata  təsirilə  kifayətlənirmi?  Xeyr!  Professor  Füzuli  Bayat
yazır: “Qəribin (“Aşıq Qərib” dastanı), Əmrahın (“Əmrah” dastanı), Hey -
dərin  (“Heydər bəy”  dastanı),  Seyfinin  (“Seyfi  və  Pəri”  dastanı) eşq  və
aşiqlik  qədəhindən  içib  buta  aldıqları  kimi,  Koroğlu  da  Qoşabulağın
(Azərbaycan variantında) suyundan içib vergi almışdır”.
Filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy F.Bayatın bu fikirlə -
rinə belə  şərh verir ki, müəllif Qoşabulağın suyu ünsürünün ilkin obraz
kimi sonralar xalq sufizmi kontekstində butaya transformasiya olundu ğu -
nu göstərir.
Buradan da bir daha aydın olur ki, şifahi ədəbiyyat hadisəsi olan buta
mifologemi məhəbbət dastanlarından qəhrəmanlıq dastanlarına da sirayət
etmiş,  beləliklə  şifahi  xalq  yaradıcılığının  digər  nümunələrinə  də  əsaslı
təsir etmişdir. Deməli, buta mifologemi bir şifahi yaradıcılıq aktı olmaqla
digər şifahi yaradıcılıq məhsullarına-sənətkarlıq nümunələrinə də proyek-
siya  olunmuşdur.  Folklorda,  etnoqrafiyada  müxtəlif  formalarda  təzahür
edən buta faktoru yazılı ədəbi nümunələrdə də eyni qaydada müxtəlif ba -
xış bucaqlarından proyeksiyalanmışdır. Nəticədə hər bir sənətkar öz ya ra -
dıcılıq laboratoriyasından keçirdiyi buta mövzusunu fərdi təfəkkür  priz-
masından işlədiyi kimi, folklorun müxtəlif sahələrindən görünən əsrarən-
giz  buta  təsvirlərini  də  çoxçalarlı  planda  yazılı  ədəbiyyatdan  oxuculara
təqdim etmişdir. Biz sözlə, butanın şifahi ənənədəki çoxmənalılıq funk si -
yası ədiblərimizin də yaradıcılıq dünyasına beləcə zənginliklə daxil ol du -
ğundan, yazılı ədəbi nümunələrimizdə də buta müxtəlif rəng çalarları ilə
təqdim olunmuşdur. Sonda Ə.R.Xələflinin bir bayatısını versəm də,
Sinəmdə bu dağ ağlar,
Bu dərə, bu dağ ağlar.
Simsarı yox könlümdə
Gül, buta, budağ ağlar (10, 170).
Heç kəsə gülünün, butasının, budağının ağlar qalmasını arzulamıram.
Başqa  sözlə,  hər kəsə  öz  könül evindən sevinməsini  - könül  simsarı  ilə
birgə yaşamağı arzulayıram. Butanız könül simsarınız olsun!
2014/
I
49


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə