Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

sısa bir müddətdə eşq odunda alışıb yanır və onun dərdinin çarəsini aşi -
qanə duyğulardan məhrum olanlar bilib-anlamırlar, aşiqi dəli, ya da vur -
ğun vurmuş hesab eləyirlər.  Bax bu səbəbdən də xalq “Qərənfilsən bu ta -
san” misrasının davamını “Düşüb oda  yanasan” məntiqi ilə tamamlayır.
Xalqın şair oğlu Şükür Şənol isə bu oda düşüb yanmanı yazılı ədəbiyyatın
dilinə müvafiq şəkildə “karıxıbdı, zəif-xəstə düşüb sınıxıbdı dəli ürəyim”
kimi işlədir.
H.Sarabskinin xalq ədəbiyyatı nümunəsi kimi yazıya aldığı bayatının
möhür beyti – son iki misrası isə xalq təfəkkürünün aynası olaraq nikbin
ruha-butanın qovuşması, bütövləşməsi amalına köklənmişdir.
Mən o güldən degiləm,
İynəyübən atasan.
Deməli, gəncə buta verilən Azərbaycan gözəli ismətli-həyalı bir qızdır
və öz namusunu hər şeydən üstün tutub, “mən iylənilib – qoxusu alınıb
atılası gül (buta) deyiləm” deyə öz qəti qərarını bildirir və bununla həm
də yenilməzlik gücü bəxş edən eşq atəşinin sonda birlik-bütövlük qələbəsi
çalacağını göstərir. Ümumi sözlə desək, hər bir Azərbaycan qızı buta ve-
rilməklə  öz  sədaqətli  aşiqi  ilə  birləşib  xoşbəxtliyini  tapmalıdır  fikri  bu
beytin hökmündən oxunur. Əslində belə bir fikir bütün bəni-bəşər övladı-
na aid edilməlidir və hər kəs öz istəkli yarı ilə - sevgili butası ilə yarıyıb
xoşbəxt olmalıdır. Şair Balayar Sadiqin poetik detallarla “Mütaliə” adlan -
dırdığı şeirində yazdığı kimi:
Qadın ayaqları dünyanın ilk əlifbasıdır,
Hərflərin üsyanıdır Adəmlə Həvvanın alın yazısı...
Kişi və Qadın iki qədim əlyazmadır.
Biri başdan oxunur,
Biri yarıdan...
Mən atamın mütaliəsiyəm... (4,13)
Mən  yuxarıda  qeyd  etmişdim  ki,  yazılı  ədəbiyyatda-poeziyada  buta
motivinə  müxtəlif  baxış  bucaqlarından  yanaşıldığı  kimi,  həm  də  “buta”
kəlməsinin özü də birbaşa şeir mətninə gətirilməklə də, bilvasitə yolla da
–  buta  ifadəsi  işlənilməməklə  də  əksini  tapır.  Elə  Balayarın  yuxarıdakı
şeirində  də  buta  ifadəsi  işlənilmədiyinə  baxmayaraq,  əslində  dünyanın
2014/
I
36


mifoloji-dini qaynaqlarındakı ilkin butası sayılan Adəmlə Həvvanın mə -
həbbəti fonunda rəmzi, fəlsəfi formada buta amilinə yanaşılmışdır.
Maraqlıdır  ki,  qədim  şumer  mətnlərində  qadın  “Nintu”  adlandırılır,
mə nası: “nin” – qabırğa, “tu”- xanım deməkdir, yəni qabırğa xanım. Mən -
tiq burada  qadının qabırğadan  yarandığını  bildirir.  Elə  dini rəvayətlərdə
də Həvvanın Adəmin qabırğasından yarandığı göstərilir:
“Əcdad  kimi  ilk  insan  –  Adəm  haqqında  məlumat  çoxdur,  ən  geniş
məlumat  isə  dini  kitablarda,  o  cümlədən  Bibliyada  və  Quranda  vardır.
Adəm - “insan” Bibliya əfsanələrində ilk insan kimi təqdim olunur.  Xalq
hekayəti  mənşəli  bir  əhvalatda  belə  danışılır  ki, Allah  kişini  heç  nədən
yaratmışdır.  Qadını  isə  onun  qabırğasından  yaratmışdır.  Həmin  Bibliya
əfsanələrində deyilir: torpağı becərmək üçün adam yox idi. Allah Yəhva
(Yəhudi dilində Yəhva Allahın adıdır) küldən insanı yaratdı və onun üzü -
nə həyat nəfəsi verdi və insan canlı oldu. Allah Yəhva dedi: insanın tək
olması yaxşı deyil, ona müvafiq köməkçi yaradaq. O, torpaqdan çöl hey-
vanları,  səma  quşlarını  yaradıb,  insanın  yanına  gətirdi,  görsün  ki,  insan
onları  necə  adlandıracaq,  insan  canlıları  necə  adlandıracaqsa,  elə  də
olmalıdır. İnsan bütün çöl heyvanlarına və səma quşlarına ad qoydu; lakin
insanın özünə bənzər köməkçi tapılmadı. Bu zaman Allah Yəhva insanı
bərk yatırtdı. Onun qabırğasından qadın yaratdı və insanın yanına gətirdi.
İnsan  dedi:  bu  arvad  adlanmalıdır,  çünki  kişidən  yaranmışdır.  İnsan  öz
atası və anasından ayrılaraq öz arvadına qovuşdu.” (5,46).
Bu əhvalat-hekayətdə bir sıra həyati mətləblər vardır və milli dü şün -
cədə  bu  məsələyə  münasibətdə  buta  amilinin  daşıdığı  mifik-real-fəlsəfi
anlamlar üzə çıxır. Azərbaycan xalqı elə müdrik xalqdır ki, dilinin ucu nu
tərpədəndə çıxaracağı hər bir səsdə xüsusi məna incəliyi ifadə olunur, hər
səsin, hər sözün öz mənası var. Yuxarıdakı mətndə: “İnsan (kişi – Ş.A.)
dedi: “Bu, arvad adlanmalıdır, çünki kişidən yaranmışdır” cümlə si nin mə -
nasında bir məntiq gizlənib: arvad kişidən yarandığı üçün məhz “arvad”
adlanır. Bu, nə deməkdir? Mən artıq 20 ilə yaxın vaxtdır ki de yi rəm və
indi də təkrar edirəm: Azərbaycan dilindəki arvad sözü ərəb cədəki ourət-
övrət sözü ilə olsa-olsa fonetik baxımdan oxşarlıq təş  kil edə bilər. Arvad
sözü xalis türk (Azərbaycan) sözüdür və iki sözün birləşməsindən ya ra -
nıb: ar (ər) və vad (bad) sözlərindən. Ər kişi deməkdir, bad isə dayaq, arxa
(bel, sütun, rəvayətdə qabırğa) deməkdir. “Bad” ifadəsi unudulub getmək -
də olan dialekt sözümüzdür, qədim çağlarda mövcud olmuş arxa, kömək
mənası verən müstəqil söz olub. Deməli, arvad sözünün mənası  ərin (ki -
2014/
I
37


şinin) arxası-dayağı deməkdir, başqa sözlə, dini-mifoloji rəvayətə də isti-
nad  eləsək,  arvad  sözü  ərin  badından  (arxa-sından-kürək,  dayaq  sü mü -
yündən, qabırğasından) yaranmış  əks cinsi bil dirir. Ona görə də yuxarı-
dakı  rəvayətdə  əbəs  yerə  vurğulanmır  ki,  kişidən  yarandığı  üçün  arvad
məhz “arvad” adlanıb, yəni arın (ərin) badı-arxası, kürəyi, dayağı (qabır -
ğa sümüyü).
İkinci bir tərəfdən isə arvad sözü ərin butası-buta dayağı kimi düşünül -
məlidir.  Buta  verilən  gəncə  badə  (eşq  badəsi)  içirilməsi  məsələsi  də
vardır: Ərin badəsi (butası) məhz onun gələcək həyat yoldaşı – arvadıdır
(arvad-ər badəsi, ər butası). Dini-mifoloji mətndə bir cümləni də diqqət-
dən qaçırmaq olmaz: “İnsan öz atası və anasından ayrılaraq öz arvadına
qovuşdu”. Bu da real həyatın təbii qanunauyğunluğudur. İnsan ata-anadan
dünyaya gəldikdən bir müddət sonra – fiziki yetkinlik həddinə yetdikdən
sonra özünün yarımçıq olduğunu (qeyri-ixtiyari, ya şüuru yolla) anlayıb
ailə qurmaq fikrinə düşür. Bu səbəbdən də ata-anasından təbii bioloji və
sosial  qanunauğunluqla  ayrılmaqla  özünün  ruhi-mənəvi  və  fiziki  –cis-
mani  vətəninin  (bədəninin)  yarısına-arvadına  qovuşub  bütövləşir  –
mükəmməlləşir. Bəli, həyat yoldaşı insanın ikinci yarısıdır ( yarıdır, sev -
gilisidir, butasıdır,  badıdır, tənidir-yarısıdır). Deməli, arvad kişinin həm
mənəvi baxımdan, həm də dini-mifoloji gerçəklik baxımından fiziki da -
ya ğı-arxası, qabırğasıdır. 
Qabırğasız  insan  sərbəst  yaşayıb  hərəkət  edə  bilmədiyi  kimi,  Adəm
(insan, kişi) də özünün qabırğasından yaranmış arvadsız-arxasız, kömək-
siz, dayaqsız heç nə edə bilməz, gücsüz olar. Demək,  kişi evlənməklə -
butasına  qovuşmaqla  həm  də  öz  qabırğasından  qopub  ayrılmış  olan
bədəninin bir təbii parçasına qovuşmuş-bütövləşmiş olur. Adəmin qabır -
ğasından yaranan Həvva-Adəm və Həvva ilk ər-arvad cütlüyü kimi dedik-
lərimizin inkarolunmaz təsdiqidir.
Maraqlıdır ki, butaların qovuşması xoşbəxtlik, qovuşmaması bədbəxt-
lik  kimi  müasir  ağac-oyma  sənətində  də  öz  əksini  tapıb  və  tədqiqatçı  –
şairə  Şəlalə Ana( Hümmətli) ağac üzərində  oyma ustası  olan Seyfəddin
Məsimoğlu  ilə  “Butaların  hekayəti,  yaxud  “Xətlər  yaddaşımı  oyur  ki,
oyan!”  başlıqlı  müsahibəsində  (“Ulus”  qəzeti,  fevral,  2000)  bir  maraqlı
detal var. “Seyfəddin müəllimin sənət əsərlərinə tamaşa etdikcə, söhbət -
lərini dinlədikcə könlümdə sıralanan misraları müsahibəyə əlavə etməklə
ömrünün hekayətini naxışlarla, butalarla bəzəmək istədim” deyən Şəlalə
Ana yazır:
2014/
I
38


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə