Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

Camalın oxşatdım ayinən günə,
Gözlərin kafəri gətirər dinə,
Sinən bəyaz, dilbər, o yaylaq sinə -
Gözümə Savalan qarı göründü. (1, 69)
Qurbaninin əzizləmə, naz, oxşama məqamında seçdiyi müraciət biçim-
lərindən biri də “tuti dilli nigarım”dır:
Qurbani der: Səndə çoxdur nəzərim,
Burqədə yazıla sən mənim yarım,
Ta sən sağ ol, tuti dilli nigarım,
Mən ölsəm, bu aləm heç xarab olmaz (1, 49). 
Qurbaninin şəfqət,  mərhəmət,  nazlama, əzizləmə  məqamında seçdiyi
müraciət biçimlərindən biri də “başına döndüyüm”dur:
Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa. (1, 47).
Başına döndüyüm ay pərizada,
Can içində cana vermərəm səni. (1, 52)
Başına döndüyüm şahların şahı,
Səni gördü gözüm, çəkmərəm ahı. (1, 55)
Başına döndüyüm, ay xanlar xanı,
Könlümün mətləbin bil, ondan öldür! (1, 56)
Başına döndüyüm alagöz Pəri,
Əlim ətəyindən üzmə sən barı! (1, 68)
Şair  “nazlım”  müraciət  etiketindən  həm  də  sevgilinin  gözəlliyinin
təqdimində istifadə etmişdir (1, 116).
Qurbani  “gəlin”  müraciət  etiketinə  gözəlliyin  təsviri  məqamında  yer
vermişdir. Onun gördüyü gəlin  gözəl, ağ üzlüdür və aşiq ona göz dəymə -
sindən qorxur:
Yolunu salıbsan çeşmə başından,
Qorxuram gələsən nəzərə, gəlin!
Əgər qəbul etsən bu şirin canı,
Verrəm qurban sən tək gözələ, gəlin! (1, 66)
2014/
I
29


Qurbani  “Gözəllər  gözəli,  gözəllər  xası”,  “Fəsli-bahar  gülüstanım”,
“Gözəllər şahvarı canım” kimi müraciət etiketindən də istifadə etmişdir.
Bu müraciət etiketi gözəlliyin təqdiminə xidmət edir: “gözlərin nərgizdi,
hüsnün  mahtaban”  (1,  61),  “şad  eylədin  Qurbaninin  didarın”  (1,  61),
“sinəni  bənzətdim  şonqar  yuvası”  (1,  60),  “həsrətin  çəkirdim  sən  kimi
yarın” (1, 61), “könül doymaz sənin kimi canandan” (1, 61).
Qurbani “ey nazənin” müraciət etiketindən küskünlük, narazılıq, acıq
anında istifadə etmişdir. O, sevgilisindən incimişdir, ona müraciətlə belə
deyir:
Ey nazənin, bu gen, geniş dünyada
Namusu əğyara satmaq nədəndi?
Gər adına deyilmişsə şahibaz,
Söylə görüm onu atmaq nədəndi? (1, 64)
Aşıq öz şeirlərində sevdiyi gözəli “yar”, “gözəl adam”, “a zalım”, “ay
qız”, “gözəllər gözəli”, “ey gül”, “xanım”, “sevgilim”, “canan” ad lan dı rır:
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı. (1, 78)
Gah gedirəm, gah gəlirəm bu dama,
Yar, mənim gəldiyim qiyamədəndir. (1, 70)
Gözəllər gözəli, gözəllər xası,
Silindi, qalmadı könlümün pası... (1, 60)
Hifz eyləsin tanrı səni bəladan.
Tapsın canın səhhət, ey gül, şəfadan... (1, 64)
Qurbaninin gözəllik anlayışını, gözəllik ölçülərini anlamaq üçün onun
sevgiliyə müraciət zamanı seçdiyi  xitab biçimlərinin  də önəmi  var.  Şair
müraciət etiketlərindən fərqli məqamlarda və fərqli məqsədlərlə istifadə
edir. Belə ki, onun şeirlərində sevgilinin gözəlliyinin təqdimi üçün seçilən
xitablarla  ayrılıq,  kədər,  naz,  qısqanclıq  anında  seçdiyi  müraciətlər  bir-
birindən  fərqlənir.  Qurbaninin  sevgiliyə  müraciət  zamanı  seçdiyi  xitab -
ların sayı çoxdur, fərqlidir, təsirlidir, aşiqin ovqatına uyğundur və bədiidir.
Bu müraciət biçimləri Qurbaninin dünyagörüşünü, bağlı olduğu dəyərləri
anlamaq üçün bir açardır.
2014/
I
30


Başqa sənətkarların şeirlərində olduğu kimi, Qurbaninin poeziyasında
da  fonetik,  leksik,  qrammatik-üslubi  vasitələr  və  fikrin  digər  ifadəlilik
əlamətləri kompleks halda şairin bədii dilinin tərkib elementlərini təşkil
edir.  Sözlərin  çoxmənalılığı,  antonim  qarşılaşdırmalar,  fikrin  sinonim
cərgələrlə  ifadəsi,  omonimlər  və  ustalıqla  yaradılmış  cinas  qafiyələr,
frazeoloji vahidlər, atalar sözləri və məsəllər, yeri gəldikcə fikrin dialoq
şəklində ifadəsi Qurbani poeziyasının bədiilik keyfiyyətlərini şərtləndirən
amillərdir.  Qurbaninin  şeirləri  tər  bənövşə  kimidir,  səhərin  ilıq  nəfəsi
qədər mülayim və ətirlidir, insanda xoş duyğular yaradır, onu ülviyyətə,
həyatın gözəlliklərinə səsləyir, ona ruh və qanad verir:
Səhərin dan yeli kimi,
Əsmə, qadasın aldığım!
Mənim səbrü qərarımı
Kəsmə, qadasın aldığım! (1, 32)
İşin  elmi  yeniliyi. Aşıq  Qurbaninin  şeirlərində  müraciət  etiketləri  az
öy rənilmişdir. Ona görə də, bu məqalədə şərh olunan məsələlər Azər bay -
can folklorşünaslığı üçün bir yenilikdir.
Tətbiqi  əhəmiyyəti. Məqalədən  Qurbaninin  yaradıcılığı  ilə  məşğul
olan mütəxəssislər, ali məktəb tələbələri istifadə edə bilərlər.
ƏDƏBİYYAT
1.  Qurbani.  Əsərləri  (Tərtib  edəni,  ön  söz,  qeyd  və  izahların  müəllifi
Q.Kazımov). Bakı, Şərq-Qərb, 2006.
2. Qurbani. Nəşrə hazırlayan: Q.Kazımov, Bakı: BDU nəşri, 1990.
3. Qurbani (Tərtib edəni A.Dadaşzadə). Bakı, Gənclik, 1972.
4.  A.  Nəbiyev.  Azərbaycan  xalq  ədəbiyyat.  II  hissə  (orta  əsr  və  yeni  dövr
folklor yaradıcılığı), Bakı, Elm, 2006.
5. V. Vəliyev. Qəhrəmanlıq dastanları. Bakı, 1985.
6.  Azərbaycan  aşıqları  və  el  şairləri.  İki  cilddə,  I  cild  (Tərtib  edəni
Ə.Axundov), Bakı, Elm, 1983.
7.  Aşıq  şeirindən  seçmələr.  Tərtib  edənlər:  H.  Arif  və  M.  Həkimov.  Bakı,
“Gənclik”, 1984.
8. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, “Maarif”, 1992.
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
2014/
I
31


Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun
“Mifologiya” şöbəsinin aparıcı elmi işçisi
e-mail: shakir _albaliyev@mail.ru
BUTA FOLKLORDA VƏ YAZILI ƏDƏBİYYATIMIZDA
Xülasə
Məqalədə  buta  mifologeminin  yazılı  ədəbiyyata  təsir  imkanlarına  diqqət  yetirilir.
Ədiblərimizin buta faktorundan yararlanma məqamlarına, işlətmə dərəcələrinə münasi-
bət bildirilir.  Butanın hərfi mənada  və metaforik  keyfiyyətdə  daşıdığı rəngarəng məna
qatlarına aydınlıq gətirilir.
Açar sözlər: Buta, xalça, qərənfil, gül-çiçək, ürək, tale
BUTA (PAISLEY) IN FOLKLORE AND WRITTEN LITERATURE
Summary
The article touches upon the influence opportunities of buta (paisley) mithologem  to
written literature. The attitude is shown to the access moments, usage rates of men of let-
ters from buta (paisley) folklore. The clarity is brought to the colorful layers of meaning
that buta (paisley) means in the literary sense and metaphorical style.
Key words: Paisley, carpet, clove, flower, heart, fate
БУТА В ФОЛЬКЛОРЕ И В ПИСЬМЕННОЙ ЛИТЕРАТУРЕ
Резюме
В статье обращено внимание на влияние мифологической науки  буты на пись-
менную литературу. Выражается отношение на процент  использование буты лите-
раторами.  Приносится  ясность  разнообразным  смысловым складкам буты в  бук-
вальном смысле и в метаморфическом качестве.
Ключевые слова: Бута, ковер, гвоздика, цветок, сердце, судьба
Məsələnin  qoyuluşu.  Buta  mifologeminin  yazılı  ədəbiyyatımızda  iş -
lənmə məqamlarına və məna əlvanlığına açıqlama gətirmək.
İşin məqsədi. Mövcud elmi-nəzəri baza əsasında folklorumuzdakı bu -
ta  faktorunun  yazılı  ədəbiyyatımıza  transfer  olunması  məsələlərinə  mü -
nasibət bildirmək.
Zamanbazaman folklor öz təsirini yazılı ədəbiyyata diqtə eləyib, ədib -
lərimiz folklordan  gəlmə motivləri  öz bədii  təfəkkürlərinin süzgəcindən
keçirərək yaradıcılıqlarında müxtəlif istiqamətlərdə əks etdirmişlər. Buta
mövzusu da şair və yazıçılarımızın əsərlərində özünə geniş yer alıb. Ma -
raqlı cəhətlərdən biri də budur ki, şifahi söz sənətində, xalçaçılıqda, etno-
2014/
I
32


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə