Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

qrafiyamızda  ayrı-ayrı  parametrlərdən  yanaşılanda  müxtəlif  cür  dürlü
mənalar  verən  buta  rəmzləri  elə  yazılı  qaynaqlarda  da  bu  cür  cürbəcür
mə nalarda işarəsini tapıb. Yəni  hər bir sənətkar buta amilinə, bu sözün
məna  çalarına  öz  baxış  prizmasından  yanaşmışdır.  Bundan  əlavə,  buta
motivinin yazılı ədəbiyyata gətirilməsi faktı isə iki aspektdən özünü bü -
ruzə verir. Birinci halda buta ifadəsinin özü birbaşa yazılı ədəbi mətnlərdə
işlənilməklə  ona  müəyyən  yozum  verilmişdirsə,  ikinci  halda  isə  “buta”
kəlməsi dilə gətirilmədən sadəcə onun təsviri  yolu ilə  buta obrazı (buta
məsələsi) yazılı ədəbiyyatın mövzu dairəsinə çevrilmişdir...
Qərənfilsən, butasan...
Düşüb oda yanasan.
Mən o güldən degiləm,
İynəyübən atasan. (1, 23)
Vaxtilə  XX  əsrin  əvvəllərində  xalq  aktyoru  Hüseynqulu  Sarabskinin
«Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti»nin xəttilə topladığı bu nü -
munəni Əlyazmalar İnstitutunun qərarı ilə nəşr olunan “Qərənfilsən, bu -
tasan” (“Elm və təhsil”, 2013) kitabından götürdük.
Kitabı nəşrə hazırlayan Qətibə Vaqifqızı ön sözdə Hüseynqulu Sarab -
skinin  folklorşünaslıq  fəaliyyəti  barədə  informativ  məlumatlar  verir  və
yazır:  “Azərbaycan  türkləri  öz  həyat  tərzini,  dünyəvi  təsəvvürlərini,  se -
vincini, qəmini, göz yaşını, gülüşünü, gülüşünün və göz yaşının səbəbini,
yaşam istəklərini və hədəfini, qəlbinin sarı siminə toxunan hadisələri ipə
düzərək söz-söz toxumuş, rəngarəng, naxış-naxış bayatılar, nağıllar, hik-
mətamiz sözlər, lətifələr və digər müxtəlif janrlı xalq yaradıcılığı nü mu -
nələri meydana gətirmişlər” (1,3).
Bəli, xalqın  naxış-naxış  bayatısından  biri də məhz yuxarıdakı  nümu -
nədir. Kitaba da yəqin ki, həmin bayatının  ilk misrası  təsadüfi ad  seçil -
məyib:  “Qərənfilsən,  butasan..."  Xalq  bu  müqəddimə  xarakterli  bi-rinci
mis rada  nələrə  işarə  etməyib:  Qərənfili  buta  kimi  səciyyələndirir.  Tə -
sadüfənmi? Əsla! Birincisi, buta özü özlüyündə bir saflıq-gül ətirli saf lığı
işarələyir;  burada  isə  o  gülün  timsalında  qərənfil  gülü  obraz  olaraq  se -
çilmişdir. Bəs niyə məhz qərənfil  gülü? Öncə qərənfil gülünün forması-
na – təbii quruluşuna diqqətimizi yönəltsək, məsələ aydınlaşar. Mə lumdur
ki,  qərənfil gülü ayrı-ayrı  naxışvari ləçəklərin təbii toplusudur. Elə buta
özü də naxış-bəzək simvolu deyilmi? Deməli, qərənfil çiçəyi başdan-başa
2014/
I
33


butalı qönçələrdən ibarətdir və bu mənada butanı (Tanrının bir möcüzəli
təbii buta çələngidir qərənfil gülü!) bir gül-çiçək kimi nə zə rimizdə can-
landırmaq  istəsək,  təbii  qərənfilin  forma  düzümü  bunu  özündə  gerçək-
ləşdirir. Belədə, xalq bayatısının ilk misrasında ifadə olunan fikir öz bədii
həllini tapır. Qərənfilsən-butasan... Bəlkə də elə  bu amilə nəzə rən Cəbra -
yıl rayonunun Daş Veysəlli kəndindən olan istedadlı şair Hi dayət Səfərli
intuitiv bir duyğu ilə yazır:
Şəhid olmaq ər oğulun butası!
Şair, pedaqoji elmlər namizədi Oruc İsaqoğlu isə bir qədər fərqli tonda
yazır ki:
Dərddi, çəkib gedəsiyik,
Vaxtdı, içib gedəsiyik.
Biz ölümün butasıyıq,
Canım, ağlama, ağlama (2,31).
Yaxud başqa bir şeirində yazır:
Yerin yer yaddaşı, göyün göy sirri,
Açmağa çalışdı insan hey sirri.
Sonuncu payımız – bir qəbir yeri,
Alın yazısıdır, buta ha deyil! (2,11).
Göründüyü kimi, H.Səfərli şəhidliyi məhz ər oğulun-igid oğulların bu -
tası adlandırır. Oruc İsaqoğlu da son məqamda – dünyadan köçəndə “ölü -
mün butası” olacağımızı dilə gətirir və burada bir zərif məqamı diqqətdən
yayındırmaq  olmaz:  xalqımızın  adət-ənənəsində  şəhidlərimizi,  eləcə  də
dünyadan  köçənlərimizi  məhz  qərənfil  dəstələri  ilə  anıb  yad  edirik.
Demək, qərənfil ölümə buta verilənlər – Şəhidlərimizin və dün ya dan kö -
çənlərimizin əziz xatirəsi üçün bir sevgi nişanəsi, bir buta əlamətidir. Axı
buta  özlüyündə  sevgi-məhəbbət  daşıyıcısıdır.  Dünyadan  köçənlərimizə
isə ölüm bir buta kimi qonaq gəlir və xalqımız da sövq-təbii bir duyğu ilə
bu xatirəyə dönməni əllərində qərənfil dəstəsi aparmaqla rəz ləş dirirlər.
Şair O. İsaqoğlu ikinci nümunədə “sonuncu payımız bir qəbir yeridir,
o da son aqibətimizdir, alın yazımızdır”, - deyərək, dərin bir kədər, iztirab,
üzüntülü yanğı içində sonda qayıdıb “buta ha deyil!” söyləyir. Doğrudan
2014/
I
34


da, “səksən, doxsan, bir gün yoxsan”, - deyən xalqımız son mənzilimizin,
son ünvanımızın məhz ölüm adlı buta qismətimiz olacağını söyləmişdir.
Şair  H.Səfərli  isə  ölümdən  fərqli  olan  ölməzlik-şəhidlik  qismətinin  isə
məhz ər oğulun butası olduğunu ifadə etmişdir. Bəs Hüseynqulu Sarab -
skinin el ədəbiyyatı nümunəsi kimi qələmə aldığı bayatının ikinci misrası
da elə bu mənaya dəlalət etmirmi?
Qərənfilsən –butasan,
Düşüb oda yanasan...
Niyə bəs “düşüb oda yanasan” deyir xalqımız? Bu məqamda şair Şü -
kür Şənolun “Aranızdakı bir mələk” (“Yazıçı”, 2012) kitabından bir nü -
munəyə diqqət verək:
Obamızın göyçək-göyçək çiçəyi,
Sizsiz yaman darıxıbdı ürəyim.
Obamızın çiçək-çiçək göyçəyi,
Sizi görüb karıxıbdı ürəyim.
Önüm, yanım buta-buta güllər siz,
Anam kimi ağlayarsız, gülərsiz.
Necə deyim bu güllərə güllərsiz
Zəif düşüb sınıxıbdı ürəyim.
Öl, qal bu yerlərdə, öl, qal, ürəyim,
Öl, qal bu yerlərdə, dəli ürəyim... (3,119).
Xalq  deyimində  işlənən  “düşüb  oda  yanmaq”  ifadəsinin  mahiyyəti  -
bədii  açımı  Ş.Şənolun  şeirində  birbaşa  ifadə  olunub:  el-obanın  gözəl-
göyçək  canalıcı  – işvəli-nazlı gözəllərini  çiçəyə  bənzədir,  “çiçək-çiçək”
deyə  hər  gözəli  beləcə  öyür,  vəsf  edir,  ikinci  bənddə  isə  bilavasitə  bu
gözəlləri  “buta-buta  güllər”  adlandırır,  gülün  butası  kimi  açılmış  gözəl-
lərdən ötrü şairin ürəyi-  özü də “dəli ürəyi” sınıxıb, karıxıb; sevgi dərdi-
əzabı  yaşayan  aşiq  özünə  bu  dərd-əndişənin  sarsıdıcı  təsirindən  ölüm
arzulayır:  “öl,  qal  bu  yerlərdə,  dəli-ürəyim”  –  deyir.  Niyə?  Kefindənmi
özünə belə qarğıyır şair-aşiq obrazı?! Yox! Çünki sevgi əzabı-buta  özü də
aşiqdən “düşüb oda  yanmaq” fədakarlığı istəyir. Ona görə xalq  ba-ya tı -
sının 2-ci misrasında “düşüb oda yanasan” fikri işlədilir ki, butaalan aşiq
qara qızdırmaya düşüb 3 gün 3 gecə, ya bir həftə, ya qırx gün - hər han-
2014/
I
35


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə