Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

Masallı-Lənkəran bölgəsində halay zamanla yeni məzmun almış, sovet
dövründə  çəltik  əkinində,  alaq  otlarının  təmizlənməsində  qadınların  rit-
mik oxu tərzinə çevrilmişdir. Halayın məzmununa məhsul, zəhmət, sevgi,
toy kimi yeni ünsürlər daxil olmuşdur.
Son söz
Haqqında  bilinən  ilk  yazılı  məlumata  Göktürk  məzar  daşlarında  rast
gəldiyimiz halay uzun bir tarixi yol keçərək dəyişimə məruz qalmış, yeni
məzmun  və  forma  almışdır.  Buna  baxmayaraq  halayın  fəlsəfəsi  dəyiş -
məmiş, insanları birləşdirən, barışa səsləyən, əyləndirən, sevinci paylaş-
mağı öyrədən özəllikləri hər zaman öndə gəlmişdir.
Digər xalq oyunları və rəqsləri kimi kökü əskilərə gedən mənşəyi, ta-
rixi, spesifikası müxtəlif inanc və etiqadları özündə barındıran halay ritu-
allarla bağlı olub ilk zamanlarda formaca sadə, məzmunca əhatəli olmuş-
dur.  Sonradan  halaylar  cəmiyyətin  sürətlə  inkişaf  etməsinə  ayaq  uydur-
maq  üçün  yeni-yeni  dəyərləri  də  özündə  ehtiva  etmiş,  sadəcə  türklərin
deyil, onu icra edən digər xalqların da milli oyunu, rəqsi olmuşdur. Rəqs
isə oyunun ilk ifadə forması, ilk şəklidir.
O baxımdan halay kimi əvəzsiz mənəvi dəyəri qorumaq, gələcək nəsil-
lərə çatdırmaq çox böyük əhəmiyyət kəsb etməklə bərabər, həm də bizi
bizə tanıdan və sevdirən zənginliyimiz, kimliyimizdir.
Halay harda türk, harda insan varsa, orda oynanır və gələcəkdə də oy -
na nacaqdır.
İşin elmi nəticəsi. Halay oyununun  yaşam  enerjisini,  dünyanın hərə -
kə  tini  göstərməsi,  təbiətlə  cəmiyyət  arasındakı  harmoniyanı  qoruması,
Ya radanla  yaradılan arasındakı  vəhdəti simvolizə etməsi  məqalədə gəli -
nən başlıca elmi nəticədir. Bu yazıdan çıxarılan əsas elmi nəticə halayın
müx təlif bölgələrdə coğrafi, mədəni hadisələrlə şərtlənməklə yenidən for-
malaşmasıdır.
İşin  elmi  yeniliyi.  Halayın  türk  dünyasında  savaş  məşqi  olmasından
toy ların, xınayaxdıların, şənliklərin əsas elementinə çevrilməsinin araş dı -
rıl  ması məqalənin başlıca elmi yeniliyidir. Halayı geniş çoğrafiyada öy -
rən mədən onun indiki halda hər hansı bir etnik qrupa aid edilərək istis mar
edilməsinin yanlış olduğu da gəlinən yeniliklər arasındadır.
İşin tətbiqi əhəmiyyəti. Bu məqalədən halay kimi digər xalq oyunları -
mızı öyrənməkdə, onların köklərinin qədim türklərin həyatı, dünyagö rüşü
ilə  bağlılığını  açmaqda  yararlanmaq  olar.  Bundan  başqa  Homo  Lu dens
2014/
I
23


fəl səfəsinə dayanaraq gələcəkdə xalq oyunlarının tədqiq edil mə sin də də
bu yazıdan istifadə edilə bilər.
Bir  deyimdə  deyildiyi  kimi:  “İnsan  oyun  oynadığı  zaman  tam  insan
olur”.
ƏDƏBİYYAT
1. az.wikipedia.org/wiki/Yallı.
2. Басилов В.Н., Нийазклычев К. “Пережитки шаманства у туркмен-чов-
дуров”,  Домусулманскийе  верованийа  и  обряды  в  Средней  Азии.  Наука.
Москва, 1975.
3. Bayat F. Ana hatlarıyla türk şamanlığı. Ötüken, İstanbul, 2006.
4. Cavadov Q. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı, 2000. 
5. Hacıbəyov Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri II cild, Azərnəşr, Bakı,
1965.
6. Huizinga J. Homo Ludens. Oyunun toplumsal işlevi üzerine bir deneme.
Ayrıntı yayınları, 2.Basım, İstanbul, 2006.
7. Hüseynli B. Azərbaycan xalq rəqs melodiyaları. II Dəftər (ha laylar), Bakı,
1996.
8.  İsazadə  Ə.,  Məmmədov  N.  Xalq  mahnıları  və  oyun  havaları  (Astara-
Lənkəran zonası üzrə). Bakı, 1975. 
9. Малов С.Й. “Шаманство у сартов Восточного Туркес тана”. Сборник
музея антропологии и етнографии, Т. 5, вып. 1, Пет ро град, 1918.
10. Mansurzadə A. “Halay” qızlar   ansamblı. İşıq, Bakı, 1979.
11. Masallı folklor örnəkləri. 1-ci kitab, Elm və təhsil, Bakı, 2013.
12. news.milli.az/video/175002.html
13.  Сагалаев  А.М., Октябрская И.В. Традиционное миро воз рение  тюр-
ков Южной Сибири. Знак и ритуал, Наука, Ново сибирск, 1990.
14.  Снесарев  Г.П.  Реликты  до  мусульманских  верований  и  об рядов  у
узбеков Харезма. Наука, Москва, 1969.
15. Şahsoylu B. Toy və halay mahnıları. Bakı, 1980.
16. www.anl.az/down/meqale/azerbaycan/2012/dekabr/284920.html.
2014/
I
24


Vəfa İBRAHİMOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
e-mail: vefa_ibrahimova@mail.ru
AŞIQ QURBANİNİN ŞEİRLƏRİNDƏ MÜRACİƏT 
FORMALARI
Xülasə
Məqalədə Aşıq Qurbaninin şeirlərində gözələ müraciət formaları geniş formada şərh
edilmişdir.  Qurbani  sevgilinin  zahiri  gözəlliyini  təsvir  edərkən  özünün  estetik  idealını
açıq  la yır, gözəllik ölçülərini təqdim edir, oxucunun zövqünü, gözəllik təsəvvürünü for -
ma laşdırır.
Açar sözlər: Aşıq Qurbani, gözəl, müraciət, zahiri gözəllik, şeir   
THE APPEAL FORMS IN ASHUG GURBANI’S POEMS
Summary
In the article the appeal forms to the beauty in Ashug Gurbani’s poems are explained
in details. Describing the superficial beauty of the lover Gurbani elucidates his aesthet-
ic ideal, introduces the measures of the beauty and forms the reader’s artistic taste and
beauty imagination.
Key words: Ashug Gurbani, beauty, appeal, superficial beauty, poem   
ФОРМЫ ОБРАЩЕНИЯ В СТИХОТВОРЕНИЯХ 
АШУГА КУРБАНИ
Резюме
В статье широко прокомментированы формы обращения к красавице в стихо-
творениях  Ашуга  Курбани.  Описывая  внешнюю  красоту  своей  возлюбленной,
Курбани,  раскрывает свой  эстетический  идеал,  преподносит меры красоты,  фор-
мирует вкус, понятие красоты читателя.
Ключевые слова: Ашуг Курбани, красота, отношение, внешняя красота, сти-
хотворение
Məsələnin  qoyuluşu. Azərbaycan  aşıq  şeirinin  görkəmli  nümayəndəsi
Aşıq Qurbaninin şeirlərində müraciət formaları ayrıca olaraq tədqiq olunur.
İşin məqsədi. Məqalədə Aşıq Qurbaninin şeirlərində gözələ müraciət
formaları şərh edilmişdir.
Qurbani  ozan-qopuz  sənətinin  aşıq-saz  sənəti  ilə  əvəzləndiyi  dövrün
böyük  nəğməkarıdır.  Yüksək  poetik  dili,  sənətkarlığı  şairin  zəngin  və
uzun keçmişi olan bir ədəbiyyat zəminində yetişdiyini göstərir. Hələ tam
şəkildə  əldə  edilməmiş  və  əslində,  çox  az  toplanmış  yaradıcılıq  nü mu -
nələri  göstərir  ki,  böyük  və  qüdrətli  el  sənətkarı  misilsiz  təb  və  iste dad
2014/
I
25


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə