Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   2   3   4   5   6   7   8   9   10   ...   59

11. Xonçaya düzdüm noğulu, badamı
12. Ay çini boşqab çini heylər mənə
13. Nanay, nanay, ay nanay
14. Ağlama ceyran balası, ağlama
15. Ha yordu, yordu, yordu və s.
Bunların  hər  biri  əslində  xorla  qarşılıqlı  oxunan  və  sözlərin  ritminə
uyğun ayaq və əl hərəkətləri ilə müşayiət edilən mahnılardır. Halay mah-
nılarını, əsasən üç yerə ayırmaq olar: giriş xarakterli mahnılar, əsas mah-
nılar və son, bağlama xarakterli mahnılar. Halay mahnı-oyunu yarış xa -
rak  terli olduğundan son hissə çox vaxt:
A yordu, yordu, yordu,
Görək kim kimi yordu 
ilə tamamlanır. Bəzən də məğlub olan tərəfə “A yordu, yordu” his sə sində:
Ağac başı şingilə,
Şingiləni kim bilə?
Gündə min söz qoşaram,
Sənin kimi yüngülə.
– deyimi ilə tamamlayırlar.
Bununla bərabər halay qrupu başqa mahnılar da oxumaqla repertuar-
larını daha da zənginləşdirirlər. Mahnı kimi oxunan şeirlər 7-lik, 8-lik, 9-
luq, 10-luq və s. hecalardan ibarət olub qafiyə quruluşu da müxtəlifdir.
Halayı oynayanlar da bunlardan “hər birinin yarım saat davam etdiyi-
ni deyirlər. İki-iki qruplarda mahnılar olardı. Halay gedə-gedə fırranardıq.
Halayın kökü var, halayın mənası var. Uşağ olanda deyərdim niyə halay
lo luynan başlıyır.
“Ay lolo”
Lolu  nə  deməkdi,  uşağı  nəyə  mindirərdik?  Loluya.  Lolu  yüyrük,
beşikdir, uşağın yırğalandığı yerdir. Halay heç olmasa altı nəfərdən ibarət
olmalıdır.  Azı  üç,  dəstə  üçdən  başlıyır.  Filankəsin  bir  halay  qızı  var,
filankəs  bir  yerə  bir  halay  qız  apardı.  Halay  yığıncağ  deməkdi.  Halay
nədi? Çoxluğ deməkdi. Filankəsin bir halay qızı var. Filankəs bir yerə bir
halay getmişdi. Halay çoxluğdu. Öz-özümə fikirləşərdim ki, lo, lo, lo, lo
nədi lolo uşağ asdıyırsan e, yellədirsən a, keçmişdəkilər ona lolo deyib.
Halay ki, başladı elə bil ki, yellənirsən, ona görə də lolu ilə başdayır:
Ay lolo, lolo, əl-ələ
Hay çəkün, halay düzülsün.
Ay çəkün halay düzülsün, hay
2014/
I
20


Kim halaya girməsə, hay
Ay əli yardan üzülsün, hay.
Uca dağlardan səslərəm, neylim,
Yarı qoynumda bəslərəm, neylim.
On iki imamdan istərəm, neylim,
Yar əlindən, dad əlindən, hay.
Bizim xoruz uca bannar, neynim, 
Onun dilin kimlər annar, neynim,
Qonşular üzümü dannar, neynim,
Yar əlindən, dad əlindən, hay.
Evlərin dalın keçdim, neynim,
Əyildim suların içdim, neynim,
Mən bu yerə qərib düşdüm, neynim,
Yar əlindən, dad əlindən, hay” (11, 360-361).
Zəngin repertura sahib halay kollektivi rəsmi olaraq Cənub bölgəsində
ilk olaraq Masallı rayonunun Mahmudavar kəndində 1957-ci ildə Ümbül-
banu  Cəbiyeva  tərəfindən  qurulmuş,  1959-cu  ildən  fəaliyyətə  başlamış,
zamanla  respublikanın  səhnələri  ilə  yanaşı,  Macarıstan,  İraq,  Türkiyə,
Rusiya – ümumilikdə 30-a yaxın ölkədə konsert və  rəqs yarışmalarında
iştirak  etmiş,  mükafatlar  almışdır  (16).  Ancaq  halay  Masallının  bütün
kənd lərində daha əski zamanlardan 50-ci illərə qədər dəbdə olmuş, çəltik
əkinlərinin, xınayaxdıların, paltar biçdilərin, toyların əsas elementi sayıl -
mışdır. Bu gün əsasən Mahmudavarda, Şərəfədə halay qrupları fəaliyyət
göstərir ki, onun da biliciləri arasında Natavan Əliyeva, Heyran Sadıqova,
Minarə Hüseynova, Həlimə İbadova, Lətifə Abdullayeva, Məhbubə Hü -
seynova,  Gülzar  Nağıyeva,  Mehparə  Qulamova,  Pərvanə  Məmmə dova,
Ayabəyim  Hacıyeva,  Həcər  Həsənova,  Dürdanə  Hüseynova,  Mənsurə
Məm mədova,  Məhəbbət  Məmmədova,  Gülzar  İsgəndərova,  Xanımqız
Piriyeva, Təzəgül Kərimovanı göstərmək olar.
Halayda əsas olan nəqarətdır. Birinci dəstə öncə nəqarəti söyləyir. Bu
aşıq deyişmələrində olduğu kimi ayaq vermədir. Bu deyişmə üsulundan
meyxanaçılar  da  istifadə  edirlər.  İkinci  dəstə  birincinin  dediyi  nəqəratı
təkrarlayır. Sonra birinci dəstə mahnının ilk iki misrasını, ikinci dəstə ye -
2014/
I
21


nə də nəqarəti söyləmiş olur. Birinci dəstə mahnının qalan iki misrasını,
ikin ci dəstə isə nəqarəti oxuyur. Iki və ya üç bayatıdan, yaxud gəraylıdan,
yaxud  da  9-luq,  10-luq  hecalı  şeirdən  sonra  sıra  ikinci  dəstəyə  gəlir  və
nəqarət-şeir  əvəzlənməsi  yuxarıda  göstərdiyimiz  şəkildə  davam  edir.
Bayatı söyləyənlər bəzən eyni bayatını müxtəlif nəqarətlərlə oxuyub yallı
gedirlər:
Oğlan adun Yağubdu.
Gün dağlara doğubdu.
Sən aldığın üzüklər.
Barmağımı boğubdu.
Basma, basma tağları,
Saraldı yarpağları.
Bu axırıncı iki misra dəyişə bilir, məsələn, “Aman mələk, mələk, Can
mələk, mələk”.
Qadınların  çəkdiyi  halay  özəl  ayaq  hərəkətləri  ilə  fərqlənir.  Ancaq
indiki halda təəssüflə demək lazımdır ki, klassik halayın ayaq ritmlərini
bilən  demək  olar  ki,  çox  az  adam  qalmışdır. Xüsusən  folklor  toplaması
zamanı Masallı rayonunun Şərəfə, Xırmandalı kəndlərindən olan söyləyi-
cilər bu ayaq  hərəkətlərindən  bəzilərini göstərsələr də, qalanlarını xatır-
laya bilmədilər.
Bəzi mahnıları, hərəkətləri müştərək olan Lənkəran halayı da özünə -
məxsusluğu  ilə  seçilir.  Bu  gün  Lənkəran  nənələri  adı  ilə  də  tanınan  bu
halay qrupu Lənkəran rayonunun Separadi kəndindən olan folklor və rəqs
ansamblının  yeni  adıdır.  Hal-hazırda  altı  üzvdən  ibarət  olan  ansamblın
əsası  1970-ci  ildə  qoyulub. Qrupun  ifasında Azərbaycan  türkcəsində  və
qismən  də  talış  dilində  100-ə qədər  bayatı  və  mahnı var.  Bunlara  misal
olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı al -
ma, gəlin”, “Yar  bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, “Kinəlim-ki nə -
lim”, “Maralı göndər bizə”, “Verin bizim gəlini”, “Əllərə xına çəkərlər”,
“Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” və s. mahnıların adını çək-
mək olar (12) Öncə dörd bacı tərəfindən qurulan və xınayaxdılarda, pal-
tar kəsdilərdə oynanılan bu oyuna Bacılar adı verilmişdir. Sonradan “Ba -
cılar” adı Nənələr adı ilə əvəz edilmişdir. “Nənələr” halay qrupunun bu
gün  altı üzvü  vardır:  Xanımbacı  Quliyeva,  Xanbibi  Əzimova,  Gül çöh rə
Məmmədova, Gülbəzək Kərimova, Şərəf Məmmədova və Qızbəs Əhə do -
va. Halay qrupunun ən yaşlısının 76, ən cavanının 52 yaşı var. Bu ansam-
blın başçısı onun ilk qurucularından biri olan Qızbəs Əhədovadır.
2014/
I
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə