Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

sahibi olmuşdur. Poeziyasının geniş vüsət qazanmasında Şah İsmayıl hə -
rəkatının, Şah İsmayılın fəaliyyəti ilə ölkədə yaranmış dirçəliş və canlan-
manın böyük təsiri olmuşdur.
Qurbani  şeirinin  poetik  qəlibindəki  “qadasın  aldığım”,  “qurban  ol du -
ğum”,  “durum  dolanım  başına”  kimi  ifadələr,  müraciətlər,  “şahlar  şa hı”,
“gözəllər  gözəli”,  “xublar  xubu”  kimi  milli  səmimi  poetik  birləş mələr,
“pəri”,  “xuda”,  “şahi-mərdan”,  “sər”,  “payəndaz”,  “axırzaman”  ki mi  sə -
ciyyəvi rəmzi leksika sonralar Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh,
Aşıq Ələsgər  kimi  ustad aşıqların, Vaqif  və  Zakir kimi  şairlərin  po e ziya
dilində bol-bol işlənməyə başlamış, özünə daha geniş yol açmışdır (1, 31).
Qurbani sevdiyi gözələ müraciət edərkən bir-birindən fərqli formalar-
dan istifadə etmişdir. Bu xitabların bir sıra özəllikləri var: onlar fərqlidir,
çoxdur,  təsirlidir,  aşiqin  ovqatına  uyğundur,  eyni  söz  aşiqin  halına,
gözəlin davranışına uyğun olaraq fərqli mənalar qazanır, müraciət yolu ilə
sevgilinin zahiri gözəlliyi, mənəvi-əxlaqi keyfiyyətləri ifadə olunur, mü -
raciət zamanı bədən üzvlərinin, heyvan və quşların adlarından, bəzək əş -
yalarından,  çiçəklərdən,  psixoloji  ovqatı,  mənəvi  keyfiyyətləri  gös tərən
sözlərdən,  sevgilinin  qəlbinə  təsir  edən,  onda  aşiqə  qarşı  xoş  duyğular
yaradan,  onun  sevildiyini,  ona  dəyər  verildiyini  ifadə  edən  “məhəbbət
sözləri”ndən istifadə olunur.
Biz  bu  müraciət  biçimlərini  oxuyanda  gözlərimiz  önündə  öz  eşqini,
ürək  sözlərini  sevgilisinə  çatdırmaq  istəyən,  onun  sevgisini  qazanmağa
çalışan, onu incitməyən, ona dəyər verən, buna görə də sözlərin ən gözəli-
ni, ən təsirlisini seçən aşiqi görürük. Aşiq bilir ki, hər insanın qəlbi var,
ancaq  hamının  qəlbinin  qapısı  eyni  yerdən  deyil,  qəlblərin  giriş  qapısı
fərqlidir. Bir insanın qəlbinə yol tapmaq üçün öncə onun könül qapısının
zəngini  çalmaq  lazımdır.  Bir  insana  müraciət  onun  könül  qapısının
zənginin çalınmasıdır. Ona görə də, müsbət müraciət biçimləri insanlara
təsir edir, onları duyğulandırır, bir gözəl söz min dərdə əlac olur.
Qurbaninin təsvir etdiyi aşiq öz sevgilisinin könlünü qazanmaq üçün
seçdiyi müraciət  biçimləri sırasında  xitablar ayrıca  yer  tutur.  Bunlardan
biri “Pərim”dir. O, hər zaman bu müraciət biçiminin mənsubiyyət şəkilçili
formasını seçir. Bu forma həm aşiqin sevgisini, həm sədaqətini, həm də
fədakarlığını göstərir. Mənsubluq duyğusu həm də bir şeyə hakim olmaq
istək və iradəsini ifadə edir. Yəni sən mənimsən, səni bir başqasına ver-
mərəm. Bu müraciət biçimi sevgiliyə başqa seçim haqqı tanımır.
Qurbani bir qoşmasına rədif olaraq “Pərim” xitabını seçmişdir:
2014/
I
26


Bu gün bir gözəlin seyrinə vardım,
Tutubdu dəstində ağ lamə, Pərim!
Bu gözəllik sana kimdən verildi?
Ver əlinlə bir dəm ağ lamə, Pərim!
Doldurginən nargiləni, təzələ,
Gül irəngim solub döndü xəzələ,
Ağ nazik əlinlə qoysan məzarə,
Onda da üstümdə ağlama, Pərim!
Qurbani yar deyər oda, atəşə,
Oxu vacibəti oda, atəşə,
Cəbrayıl qərq oldu oda, atəşə,
Dərs alıb olardan, ağlama, Pərim! (1, 101)
Qurbani bir qoşmasında da sevgilisinə belə deyir: “Dedim, Pərim, yan -
dım eşqin oduna, Demədim, atəşdən yar ala məni...” (1, 97)
Şair qoşmalarında “Pəri” xitabından sevgilisinin gözəlliyini təsvir et -
mək üçün də istifadə etmişdir:
Bilmirəm, mələksən, mələkzadəsən,
Yoxsa ki bəşərsən, bəşərzadəsən,
Ver içəyim, yar, əlindən badə sən,
Ərəstun içirdi loğmana, Pəri... (1, 63)
Qurbani qoşmalarında sevgilisinə “pəri”, bəzən isə  “ay qəşəng pəri”
deyərək də müraciət etmişdir:
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdi, dərəllər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni (1, 47).
Qurbani  şeirlərində  “ey  sevdiyim”  müraciət  etiketindən  də  istifadə
etmişdir. Göründüyü kimi, o, bu sözü də mənsubiyyət şəkilçisi ilə işlət-
mişdir.  Bu  da  sözün  sevgi  gücünü  artırmışdır.  Yəni  mən  səni  sevirəm,
başqa  birisində  gözüm  yoxdur,  sənin  yolunda  fədakarlığa  hazıram.
Qurbani bu müraciəti seçərkən həm də sevgilisinin ona inanmasını arzu-
layır, onu pis gözlərdən qorumaq istəyir, onun gözəlliyini dilə gətirir:
2014/
I
27


Ey sevdiyim, gəl kəs bu qalmağalı,
Zail oldu aşiqinin kamalı,
Var-gəl ilə düzəltginən sən halı,
Qurbani der: Şux nigarı istərəm! (1, 50)
Aşiq “sevdiyim” deyərkən, sevgilisinin hamıdan seçildiyini, ona dəyər
verdiyini, onu sevdiyini də ifadə etmiş olur. Şair bəzən “sevdiyim” yerinə
“sevgilim” müraciətini də seçir, sonra nazlı yarın gözəlliklərini təsvir edir
(1, 68).
Qurbani  “gözəl”  müraciət  etiketindən  istifadə  edərkən  sevgilisinin
gözəlliklərini təsvir edir:
Ey gözəl, ləblərin yıxdı evimi
Bürünmüşdür al duvağa ləblərin.
Rahat qoymur bir dəm xumar gözlərin,
Salmış məni daşa, dağa ləblərin (1, 53).
Bilindiyi kimi, “dilbər” sözü farscadır, iki sözün birləşməsindən əmələ
gəlmişdir: “del” ürək, “bər” (bəridən) çəkən deməkdir. Yəni elə gözəldir
ki, insanın ürəyini çəkir, ürək hakimiyyətini əlindən alır. Qurbani dilbər
müraciət  etiketini gözəllik  məqamında  işlətmişdir.  Onun  “ala  gözlü  dil-
bər” (1, 241) dediyi sevgili “aşiqin ağlını alır” (1, 241), o, sevgilisinin ağ
gərdanında, zülfünün bulunduğu yerdə bir xalının olmasını da istəyir:
Qurbani bir qoşmasına rədif olaraq “dilbər” xitabını seçmişdir: 
Durum dolanım başına,
Aşiqindən küsən dilbər!
Gözlərini dik gözümə,
Nə mən dinim, nə sən dilbər!
İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Gündüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər! (1, 40)
Aşiqin  dilbərinin  sinəsi  bəyaz, camalı ay,  qaşları qara, kirpiyi oxdur,
onu görən kafir dinə gələr:
2014/
I
28


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə