Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   2   3   4   5   6   7   8   9   ...   59

öz  varlığına  məxsus  amil  kimi  səciyyələndirir.  “Qara  dağımın  yüksəyi”
ifadə forması da bu məxsusluqdan gəlir. Yəni o, öz oğlunu bütün qüdrət
və  əzəmət  doğuran  keyfiyyətlərin  başlıcası,  zirvəsi  kimi  qiymətləndirir.
Haqqında danışdığımız məfhum məhz bu qiymətdə ata məhəbbətinin bə -
dii-estetik ifadəsidir.
Digər bir məfhuma – şeirin dördüncü misrasına (“Qaranlıq gözlərimin
işığı oğul!”) diqqət yetirək:
İnsan  həyatında  gözün  əhəmiyyətli  mövqeyi  olduqca  geniş  sahələri
əha tə edir. Bu sahələrin hər birində göz mühüm varlıq forması kimi diqqət
önündədir. Bu sözləri, məsələn, bioloji-fizioloji, psixoloji-hissi emosion-
al və s. vəziyyətlər ilə yanaşı bədii-poetik situasiyalara da aid etmək ye ri -
nə düşər. Təsadüfi deyildir ki, bədii təsvirlərdə, xüsusilə lirik hisslərin ge -
niş ifadəçisi olan poetik lövhələrdə gözün öz yeri, həm də olduqca xüsusi
yeri vardır. Bu xüsusi bədii obyektdə göz yalnız zahiri gözəlliyin ifadə va -
sitəsi deyil, həm də daxili aləmin güzgüsü kimi məna gözəlliklərinə uyu -
şan və ya zərif mənəvi gözəlliklərə qovuşan tərənnüm obyektidir.
“Gözün” bədii tərənnümü bu “soylama”da daha dəqiq desək, haqqın-
da danışdığımız şeir misrasında daha orijinal səslənir. Bu orijinallıq fikrin
də rinliyini və poetik ifadə vasitəsini, yəni, forma ilə məzmunu bütövlükdə
əhatə edir. Belə ki, yalnız Dədə Qorqud poeziyasında “gözü” bu məzmun -
da, bu formada görmək mümkündür. Başqa, sözlə, heç bir sənət nümu nə -
sində “gözün” lirik-poetik məfhum kimi, bədii estetik hadisənin dialektik
mahiyyətini ülvilik,  faciəlik və  gözəllik hisslərinin vəhdəti şəklində  aça
bil məsinə biz şahid olmamışıq. Buna görə də “qaranlıq göz lərimin işığı
oğul” ifadəsinin orijinallığı bədiilikdən (formadan) daha çox fəlsəfi-este -
tik fikrin (məzmunun) üzərinə düşür. Fikrimizi təsdiq üçün bu vəhdətlik
prosesinə nəzər salaq:
“Qaranlıq gözlərdə işıq” əl çatmazlığın; unikallığın, qey ri-adiliyin ül -
vi lik hissi ilə qavranılan estetik ifadəsidir. Ata təfəkküründə “oğul” dün -
ya sı yalnız mürəkkəb keyfiyyətlərlə deyil, həm də mücərrəd təbiətliliyi ilə
də  zəngindir.  Başqa  sözlə,  “Oğul  əl  çatmaz”  gözəlliklər  sonsuzluğuna
mən  sub bir mövcudluq kimi və ya qeyri-adi məzmunun bir predmetdə  tə -
cəs sümü  kimi  (yəni  Uruz  kimi)  ata  düşüncəsində  fəlsəfi-estetik  mənalı
zən ginlik, ucalıq və böyüklük tapır. Bu estetik tapıntı məhz ülvi hisslərin
sayəsində baş verir.
Bu vəhdətlikdə faciəvi hisslərin iştirakına keçək: Uruz bəyin dustaq ol -
ması  Qazan  xanın  şan  və  şöhrətli  həyatına  dözülməz  bir  acılıq,  ağırlıq,
2014/
I
8


dar lıq  gətirmiş,  ağ  gününü  qara  etmişdir.  Bu  zülmün  dəhşəti  nahaqqın
haqq üzərində qənim kəsilməsi kimi ictimai məna əks etdirən yaramazlıq
anlayışında özünü daha aydın göstərir. Zülm və yaramazlıq şəklində mey-
dana çıxan ictimai-bədii zərurət faciəvi hisslərin vasitəsilə qavranılır.
Azadlığını  itirmiş  oğlunun  sıxıntılı  həyatı  atanın  dünyasını  qaranlığa
dön dərmişdir. Bu qaranlıq ilk olaraq atanın gözlərinə çökmüşdür. “Qa ran -
lıq gözlərimin” – ifadəsi də bir tərəfdən bununla bağlıdır. Bu ifadə gü nah -
sız,  məsum  oğlunun  əzablarını  çəkən  dərdli atanın  üzüntülü  vəziyyəti ni
tə cəs süm etdirir.
Eyni zamanda varlığı ilə oğul məhəbbəti daşıyan atanın üzüntülü və -
ziy  yəti onun faciə hisslərinin təlatümünü təzahür etdirir. Bu təlatüm daha
qaranlıq  şəkildə  atanın  gözlərində  çağlayır.  Lakin  gözlərinə  çökmüş
qaranlıq Qazan xanın ümidlərini üzə bilmə mişdir. O, qaranlıq içində işıq
görür: “Qaranlıq gözlərimin işığı oğul!” Faciəvi hisslərin estetik təbiəti də
məhz burada işıq tapır: Bu işıq Qazan xanın qaranlıq dünyasına nur saçan
Uruz bəydir. Bu işıq xanın pak ümidlərindən doğan mübarizə və qələbə
qətiyyətidir. Bu qətiyyət Uruz naminədir. Bu qətiyyət müqəddəs azadlığın
uca  tutulması,  ləyaqətsiz  köləliyin  rədd  edilməsi  deməkdir.  Bu  qətiyyət
xeyrin şərə qarşı barışmaz olması deməkdir. 
Bütün göstərilən mövcud vəziyyətin gələcək qətiyyəti faciəliliyin este -
tik təbiətinə məxsus qanunauyğunluqdur. 
Bu vəhdətlilik prosesində gö zəllik hissinin də özünəməxsus yeri var -
dır. “Qaranlıq gözlərimin işığı oğul” poetik məfhumu xeyir və şər an la yı -
şının  xüsusi  bir  tərəfinin  lirik  tərzdə  bədiiləşdirilməsidir.  Xeyir  və  şər
özü nü burada işıq və qaranlıq şəklində təcəssüm etdirir.
Fəlsəfi məzmunun bu şəkildə bədii təcəssümü bir çox keyfiyyətlərin, o
cümlədən, estetik keyfiyyətlərin yaranmasına səbəb olur. Bu zaman, este -
tik təcəssüm özünü gözəlliklə eybəcərliyin təzadında göstərir.
Qazan xanın  gözlərinə qaranlıq çökdürən həyat eybəcər həyatdır.  Bu
ey  bə cər həyat onun şərəfinin tapdalanmasına, zalımın azğınlığına, xəya -
nətin baş tutmasına, namərdin mərd qarşısında ötkəm çıxmasına, müqəd-
dəslik səviyyəsi qazanmış əzizlərinin: anasının, qadınının və oğlunun kö -
lə liyə məhkum edilməsinə, evinin talanmasına imkanlar açmışdır.
Lakin  bu  eybəcər  həyatın  açdığı  imkanlar  “qaranlığın  təsdiqi”  kimi
ger çəkləşə bilməmişdir. Çünki Qazan xanın qaranlıq gözlərində hələ işıq
var. Bu işıq xeyrin əlamətidir. Bu işıq  eybəcər həyata qarşı duran gözəl
hə yatın əlamətidir. Bu əlamət xeyrin şər üzərində qələbəsinə, işığın qaran-
2014/
I
9


lığa aydınlıq gətirməsinə, gözəl həyatın eybəcər həyatı rədd etməsinə im -
kan lar açır və son olaraq, məhz bu imkan gerçəkləşə bilir. Bu imkanları
ger çəkləşdirən qüvvə qaranlıq  gözlərdə  olan  işıqdır.  Bu  işıq  eybəcərliyi
inkar edən gözəllikdir. Bu gözəlliyi duyan, onun qavranılmasına yol açan
gözəllik hissi qaranlıq gözlərdə olan işığa bədii-estetik məna gətirir.
“Qaranlıq gözlərimin işığı oğul” ifadəsində ülvilik, faciəlilik və gözəl-
lik hissələrinin vəhdəti bədii situasiyasının estetik hadisəyə qovuşmasına
və təsir məqamlarının qavranılmasına aydınlıq gətirir. Ən geniş mənada
bu  proses  hadisənin  fəlsəfi-estetik  mənalı  qavranılmasında  fəal  amillər -
dən birinə çevrilir.
Nümunə  götürdüyümüz  sonrakı  misralarda  bədii  konkretliyə  imkan
ve rilmişdir. Belə ki, burada ata məhəbbəti təsvirin ən ümumi keyfiy yət -
lərindən fərqli olaraq, hadisələrin konkret ifadələrində açılır. Bu konkret-
likdə hətta məkan-zaman aydınlığı da özünü göstərir.
Qazan xanın düşməni Dərbənd sərhədlərində yaxalandığı artıq bəllidir:
“Kafirin izin izlədi. Dəmir qapılı qara Dərbənddə kafir dəxi qonmuş idi”.
Qa zan xan bu şeiri də həmin məkanda – Təkurun qalasında söyləmişdir.
Şe ir də dan sökülən zaman Qazan xanın düşmən üztünə gəldiyi təsvir olu -
nur. Bu zaman, məkan aydınlığına, konkret çətinliklərin müşayiəti ilə real
məq səd aydınlığı da əlavə olunmuşdur. Oğul məhəbbəti isə bu real aydın-
lığın önündə durur:
Alar tanla yerimdən turduğum səninçün.
Qonur atım yorultmışam sənin üçün.
Ağ tonuma kir əgləndi sənin üçün.
...Mənim başım qurban olsun,
Canım oğul, səninçün (1,75).
Şeirin yeni mövzu səpkisi lirik təəsürat doğuran qəmli nida ilə baş la -
nır:  “Sən gedəli”!  Bu lirik ifadə  bədii  estetik baxımdan maraq  doğurur.
Bir tərəfdən, təsvir formasının içindən yeni formanın doğuluşu kimi görü -
nən bu bədii fakt, diqqəti əvvəlki təsvir obyektindən ayıraraq yeni təsvir
mövzusuna yönəldir. Digər tərəfdən, yeni təsvir obyekti oğul mə həb bə ti -
nin yeni bədii-estetik çalarlarını üzə çıxarır.
Bu təsvirdə oğul məhəbbəti ictimai-siyasi və ailə həyatının sferasında
canlanır: 
“..Sən gedəli ağılmağım gögdə ikən yerə endi.
Gumbır-gumbır tavullar dögülmədi.
Ağır-ulu divanım sürülmədi (1, 75).
2014/
I
10


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə