Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

İşin  elmi  nəticəsi:  Xalq  yaradıcılığı  nümunələrindəki  buta  amilinə
xalq  sənətkarlarının,  şairlərin  bədii  təxəyyül  prizmasından  yanaşıb,  onu
ye nidən bədii biçimdə bədii dövriyyəyə gətirməyin üsul və priyomlarını
müəyyənləşdirmək.
İşin elmi yeniliyi: İlk dəfə olaraq buta mifologemi yazılı ədəbiyyatla
folklorun müştərək mövzu predmeti kimi elmi-nəzəri təhlil süzgəcindən
keçirilmişdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalədə söylənilmiş mülahizələri bu sahədə
gələcək  tədqiqatlarda  davam  və  inkişaf  etdirmək,  butanın  məna  rən-
garəngliklərini bir-birindən təcrid olunmuş şəkildə yox, kompleks şəkildə
araşdırmaqla obyektiv elmi dəyərləndirmələrə nail olmaq olar. 
ƏDƏBİYYAT
1. “Qərənfilsən, butasan”, “Elm və təhsil”, 2013 
2. Oruc İsaqoğlu. “Bu ürəyim”, “Araz”, 2011
3. Şükür Şənol. “Aranızdakı bir mələk”, “Yazıçı”, 2012 
4.Balayar Sadiq. “Allahın unutduğu adam”, “Yazıçı”, 2010
5. Ağayar Şükürov. “Mifologiya”, 6-cı kitab. Qədim türk mifologiyası. Bakı,
“Elm”, 1997
6. Seyfəddin Məmmədvəliyev. “Metafora”. Çoban bulağından başlanan yol.
“Şərq-Qərb”, 2011
7.  Bilal  Hüseynov.  “Azərbaycan  folklorunda  əmək  nəğmələri”  (2013)
namizədlik dissertasiyası
8.  Şirin  Bünyadova. “Azərbaycanın  təsərrüfatı  və  maddi-mədəniyyəti  (XII-
XVI əsrlər)” “Elm”, 2007 
9.  Азербайджан:  100  вопросов  и  100  ответов.  “Англо-азербайджанское
молодежное обшество”, Баку, 2008
10.  Əli  Rza Xələfli. “Bir bayatı  çağırdım...”  (bayatılar)  “Xəzər  Universiteti
nəşriyyatı”, 2013
11.  “İnternet  və  intellekt”  nəzəri-eksperimental  laboratoriyasının  bülleteni
struk tur-semiotik araşdırmalar, sayı-1. Bakı, “Səda”, 2001
12. Məhərrəm Cəfərli. “Azərbaycan məhəbbət dastanlarının poetikası”, Bakı,
“Elm”, 2000
Çapa tövsiyə edən: Fil.ü.e.d. Muxtar İmanov
2014/
I
50


AMEA Folklor İnstitutunun böyük elmi işçisi
e-mail: kerimova.xuraman@rambler.ru
M.QƏMƏRLİNİN “ATALAR SÖZÜ” KİTABININ TƏRTİBİ
PROBLEMLƏRİ  
Xülasə
Məqalədə M.Qəmərlinin “Atalar sözü” kitabı üzərində elmi araşdırma aparılır. 1899-
cu  ildə  İrəvan  mahalından  toplanan  materiallar  əsasında  nəşr  olunmuş  kitabın  hansı
problemlərlə tərtib edilməsi: mətnlərin seçilməsi, düzülüşü, dili üzərində apardığı işlər
təhlil və tədqiq olunur. 
Açar sözlər: folklor, atalar sözləri, toplama, tərtib, nəşr
ПРОБЛЕМЫ СОСТАВЛЕНИЯ КНИГИ “ПОСЛОВИЦ” М.ГАМАРЛИ
Резюме
В статье проводится научное исследование книги “Пословиц” М.Гамарли. Эта
книга составлялась на основе материалов собранных в Иреванской области в 1899
году. В данной статье анализируются выбор и расположение текстов, работы про-
водимые над языком этой книги.
Ключевые слова: фольклор, пословицы, собирание, составление, издание
THE PROBLEMS OF COMPILING OF M. GAMARLI'S BOOK 
NAMED ”PROVERBS”
Summary
M.Gamarli's book named ''Proverbs'' is under scientific investigation in the article.
The  book  was  published  on  the  basis  of  materials  which  were  obtained  from  Irevan
region  in  1899. The  problems  had  been  used  when  it  was  compiled,  processes  of  the
selection, arrangement and language of texts are analysed and investigated in the article.
Key words: folklore, proverbs, collection, compiling, publication
Məsələnin  qoyuluşu.  Toplama  materiallarının  tərtib  olunması  prob-
lemləri araşdırılmamış sahədir. Məqalədə aparılan təhlillər bu sahədə yeni
tədqiqat istiqamətlərini müəyyənləşdirə bilər. 
İşin məqsədi folklor materiallarını tərtib edərkən qarşıya çıxan prob -
lemləri araşdırmaqdır.
Mirzə Məmmədvəli Qəmərli Azərbaycan folklorşünaslığı tarixində xü -
su si rolu olmuş ziyalılarımızdandır. O, İrəvan ədəbi-mədəni mühitinin fə -
al nümayəndəsi olmuş, gimnaziya və seminariyada türk dili müəllimi iş -
lə  miş, “Ana dili”, “Vətən dili” dərsliklərinin müəlliflərindən olmuşdur.
M.Qəmərli Azərbaycan folklorşünaslığı tarixində “Atalar sözü” kitabı
2014/
I
51


ilə tanınır. Bu, müstəqil janr kimi nəşr olunan ilk orijinal atalar sözü kita -
bı dır. Kitabda İrəvan və onun ətrafında yaşayan Azərbaycan türklərin dən
toplanmış 750 atalar sözü yer almışdır. Tərtibçisi M.Qəmərli, naşirləri isə
R.K.Edelson və R.Xəlilov olan bu kitab 1899-cu ildə İrəvanda nəşr olun-
muşdur. Kitabda müəllif tərəfindən yazılmış ön söz və sonda elmin fay-
dası  haqqında  “Mənzumə”  –  nəsihətamiz  nəticə  verilmişdir.  Mətnlərin
hansı konkret ünvandan (kəndlərdən, şəhərdən və s.), kimlərdən toplan-
ması  haqqında  məlumatlar  verilməmiş,  pasportlaşdırma  işi  aparıl-
mamışdır.
AMEA  Folklor  İnstitutunun  “Azərbaycan  folklorunun  ilkin  nəşrləri”
seriyasından  nəşrə  hazırladığı  bu  ilk  kitabı  Rza  Xəlilov  transliterasiya
etmiş  və  kitaba  sözlük  hazırlamışdır.  Əsasən  ərəb-fars  və  bəzi  arxaik
sözlərinin  mənası  verilən  bu  sözlük  oxucunun  kitabla  ünsiyyətini  xeyli
asanlaşdırmışdır. Baxmayaraq ki, məhəlli xarakter daşıyan bir çox sözlər
burada öz əksini tapmamışdır, atalar sözlərində ifadə olunan fikrin qav -
ran masına  aydınlıq  gətirməkdə  lüğət  müstəsna  əhəmiyyətə  malikdir.
Trans li terasiya edilmiş 2003-cü il nəşrinə folklorşünas İsrafil Abbaslı ön
söz yazmışdır (2).
1899-cu ildə Həsən bəy Zərdabi kitaba resenziya yazmışdır və həmin
resenziya  “Kaspi”  qəzetində  (30  dekabr  1899-cu  il)  çap  olunmuşdur.
Transliterasiya müəllifi həmin yazını bu nəşrin sonuna əlavə etməklə oxu-
cuya M. Qəmərlinin gördüyü işin dövrünün ziyalıları tərəfindən necə qiy -
mət ləndirilməsi,  eləcə  də  Azərbaycan  folkloruna  ozamankı  münasıbət
haq qında əlavə məlumat əldə etməyə, həmin dövrün ədəbi-mədəni mən -
zə rəsini görməyə imkan yaratmışdır (2).
Dilimizdə işlənmə tezliyinə görə daha çevik janr olan atalar sözləri za -
manın  süzgəcindən  keçərək  cilalanmış,  yaşamaq  hüququ  qazanmış  hik-
mətlərdir. Onlar ətrafımızda baş verən hadisələr, situasiyalar haqqında, bir
növ, açar söz rolunu oynayır. Bir atalar sözünü söyləməklə böyük bir ha -
di sə, əhvalat haqqında lakonik məlumat vermək və ya münasibət bil dir -
mək olur. Bu sözlər nitqimizdə xəbərdarlıq, rəy vermə, ümumiləş dirmə,
yekunlaşdırma, fikrin dəqiqləşdirilməsi, aydınlaşdırılması işini görür.
Atalar  sözlərinin  toplanma  üsulu  digər  janrlardan  bir  qədər  fərqlidir.
Çünki  o,  canlı  danışıq  dilindən  kənarda  söylənmir,  nitqimizin  ayrılmaz
hissəsidir.  Ona  görə  də  bu  janrın  daha  münasib  toplanması  üsulu  canlı
danışıq prosesidir.
Bədii üslubda sözün daşıdığı məna yükü çoxvariantlıdır: o, həqiqi və
2014/
I
52


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə