Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

Demək  çətindir  ki,  lirik  növün  janrlarına  (bayatı  və  ustadnaməyə)  aid
olan sonuncu iki nümunə əvvəl atalar sözü olub, sonra bayatı, ustadna mədə
istifadə olunub və ya əksinə. Lakin bu dəqiqdir ki, M.Qəmərlinin tərtib et -
diyi kitaba qədər  heç bir mənbədə (“Oğuznamə”, “Əmsali-tür ka nə”, “Dədə
Qorqud kitabı” kimi abidələrdə) bu atalar sözlərinə rast gəl mirik.
H.Zərdabi toplama materialının məhdud əraziyə aid olduğunu və əha -
təli  olmadığını  vurğulayaraq  yazır:  “Məcmuəyə  çox  da  böyük  ol ma yan
bir bölgənin atalar sözləri daxil edilmişdir ki, bu da buranın özgə rayon-
larında mövcud olan atalar sözlərinin çoxunun verilməməsini göstərmək -
dədir” (2, 53). Say etibarilə az olmasına baxmayaraq, M.Qəmərlinin top -
la dığı  atalar  sözləri  mövzu  baxımından  kifayət  qədər  əhatəlidir.  Milli
adət-ənənələrimiz, davranış  qaydaları, ailə-məişət mövzusu, kökə bağlı -
lıq,  əməksevərlik,  sözün kəsəri haqqında –  ümumiyyətlə, həyatın  bütün
sahələrinə aid atalar sözləri kitabda yer almışdır.
Rus  folklorşünasları  XVIII-XIX  əsrlərdə  toplanmış  atalar  sözlərinin
əl yazmalarını nəşrə hazırlayarkən bir sıra prinsiplərə əsaslanmışlar: mətn -
lə rin fonetik və morfoloji əlamətləri saxlanılır; durğu işarələri müasir qay-
dalara uyğunlaşdırılır, oxunması mümkün olmayan sözlər mətndə mötə -
rizə içərisində qeyd olunur; nəşrə uyğun olmayan sözlər nöqtələrlə əvəz
olunur;  köhnə  orfoqrafiya,  durğu  işarələri  düzəliş  edilərək  müasir  yazı
qay dalarına uyğunlaşdırılır (9, 20). Transliterasiya zamanı bu təcrü bə dən
yararlanmaq, zamanında görülməyən işləri nizama salmaq olardı.
M.Qəmərli kitabına yazdığı ön sözdə xalq yaradıcılığının mükəmməl
nümunələri olan bu hikmətlərə “söz” deyərək belə qiymətləndirir: “Dün -
yada  hər  bir  kəs  üçün  sözdən  böyük  yadigar  və  ya  vərəsə  yoxdur.  Zira
mal, mülk tələf olub gedər, amma söz qalar. Belə ki, keçmiş hükəmanın,
şüəranın sözləri hala baqidir və insan üçün sözdən xeyirli, mənfəətli heç
bir dövlət yoxdur” (2, 24).
Nəticə. Türk və Azərbaycan atalar sözü və məsəllərinin təməli sayılan
“Oğuznamə”, “Dədə Qorqud kitabı”, “Əmsali-türkanə” kimi qaynaqların
davamı  olan  “Atalar  sözü”  kitabı  ilə  M.Qəmərli Azərbaycan  folklorşü-
naslığı tarixində özündən sonrakı nəsillərə böyük yadigar və vərəsə qoy-
muşdur. Hikmət dolu bu xəzinə bu gün də xalqımızın mənəviyyatına xid-
mət etməkdədir. Nəzərə alsaq ki, hər atalar sözü müstəqil bir əsərdir, onda
deyə bilərik ki, bu kitabda 750 əsər nəşr olunmuşdur. Toplama, tərtib və
nəşr təcrübəsinin olmadığı bir zamanda M.Qəmərli bu işin vacib oldu ğu -
nu, məsuliyyətini, çətinliyini bir ziyalı kimi dərk etmiş, öz açdığı cığırla
gedərək başladığı işin öhdəsindən gələ bilmişdir.                                     
2014/
I
59


ƏDƏBİYYAT
1. Atalar sözləri. Tərtibçi: M.Yaqubqızı. Bakı, “Nurlan”, 2013
2. Atalar sözü. M.Qəmərli. Bakı, “Səda”, 2003
3.  Azərbaycan  dastanları,  “Abbas  və  Gülgəz”,  Tərtib  edənlər:  Ə.Axundov,
M.H.Təhmasib. II c. Bakı, “Çıraq”, 2005
4.  Azərbaycan  folklorşünaslığı.  P.Əfəndiyev.  Bakı,  ADPU-nun  mətbəəsi,
1994
5. Bayatılar və manilər. Ə.Nazim. Bakı, “Səda”, 2005
6. Kıbrıs Türk Atasözleri ve deyimler sözlüğü. M.Gökçeoğlu, Galeri Kültür
Yayınları, İstanbul, 1997
7. Oğuznamə. Bakı, Yazıçı, 1987
8. Sarı Aşıq və bayatıları. Tərtibçi: S.Mümtaz. Bakı, 1935
9.  Пословицы,  поговорки,  загадки  в  рукописных  сборниках  ХVIII-XX
веков. Издательство Академии Наук СССР, Москва-Ленинград, 1961
Çapa tövsiyə edən: Fil.ü.f.d. Elxan Məmmədli
2014/
I
60


AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi
e-mail: gulsumxanim@rambler.ru
ƏZİZƏ CƏFƏRZADƏ VƏ AZƏRBAYCAN QADIN AŞIQLARI
Xülasə
Ə.Cəfərzadə “Azərbaycan aşıq və şair qadınları” adlı iki cildlik kitab tərtib etmişdir.
Nigar Rəfibəyli həmin kitaba dəyərli bir ön söz yazmışdır. Bu və digər əsərlərində Ə.Cə -
fər zadə  hər  zaman  Azərbaycan  aşıq  və  şair  qadınlarının  yaradıcılıqlarını  yüksək  qiy -
mətləndir mişdir. Mə qa lədə həmçinin Aşıq Pəri, Aşıq Sənəm, Aşıq Bəsti, Aşıq Nabat haq -
qında məlumat ve ril mişdir. 
Açar sözlər: Əzizə Cəfərzadə, şair, aşıq, qadınlar, yazıçı, yaradıcılıq 
AZIZA JAFARZADEH AND AZERBAIJANI ASHUG WOMEN
Summary
Aziza Jafarzadeh  compiled a book with two volumes under the name  “Azerbaijani
ashug and poet women” and Nigar Rafibeyli wrote a foreword  for it. Aziza Jafarzadeh
gave a special place to the ashug art in her researches. She mentioned the role of women
in the ashug art. The article deals about the women ashugs such as: Ashug Peri, Ashug
Senem, Ashug Besti, Ashug Nabat and others. 
Key words: Aziza Jafarzadeh,  poet, ashug, women, writer, creativity
АЗИЗА ДЖАФАРЗАДЕ И ЖЕНЩИНЫ АШУГИ АЗЕРБАЙДЖАНА
Резюме
Азиза  Джафарзаде  составила  книгу,  в  двух  томах,  под  названием  «Женщины
ашуги и поэтессы  Азербайджана» и Нигяр  Рафибейли, также,   написала для  нее
краткое  предисловие.  В  этой  книге  а  также,  во  многих  других  произведениях
Азизы  Джафарзаде  высоко  анализируется  творчество  женщин  ашугов.  В  статье
речь идет о таких женщинах ашугах как: Ашуг Пери, Ашуг Сенем, Ашуг Бести,
Ашуг Набат и др.
Ключевые слова: Азиза Джафарзаде, писатель, ашуг, женщины, поэт, творче-
ство
Məsələnin  qoyuluşu.  Azərbaycan  aşıq  şairləri,  bütövlükdə  saz,  söz
ustalarının yaradıcılığı milli mədəniyyətimiz-ədəbiyyatımızda ayrıca yer
tu tur. Azərbaycan  qadın sənətkarlarının həm aşıq sənəti, həm  də folklor
yaradıcılığı sahəsindəki fəaliyyətlərinin sistemli şəkildə öyrənilməsi mə -
qalədə problemin qoyuluşuna bağlıdır. Əzizə Cəfərzadə qadın aşıqları və
xalq  ədəbiyyatı  örnəklərini  yaradan  qadın  aşıq  və  yaradıcılarının  bədii
irsini toplu şəklinə salmaqla, eləcə də onların obrazlarına öz əsərlərində
geniş yer vermişdir.
2014/
I
61


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə