Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

lədə xəbərin yanında gəlir. Bu mətndə vurğulanan söz nərdivan deyil, ona
çıxmağın tərzidir: ayaq-ayaq. Əsas sözün xəbərdən uzaqlaşdırılması nit -
qin təbiiliyinə xələl gətirir. Bu cür mətnlərin yaddaqalma imkanları heçə
enir. Odur ki, bu atalar sözünün göstərilən formada söylənməsi inandırıcı
görünmür.
Bir  çox  hallarda  durğu  işarələrinin  (əsasən  vergülün)  verilməməsi,
müasir yazı qaydalarının tələb etdiyi məqamlarda defis işarəsinin qoyul-
maması,  bəzi  mürəkkəb  sözlərin  bitişik  əvəzinə  ayrı  yazılması  oxucu
üçün çətinlik yaradır, mətndə ifadə olunan fikrin başa düşülməsinə mane
olur:
Dama dama göl olar, dada dada heç olar.
Dost ilə ye, iç, alış veriş eyləmə.
Çölməgə verə verə çıxar qazan bahası.
Bu günkü öpgə sabahkı quyruqdan yeydir.
Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı.
Mətnlərin sonunda durğu işalərinin verilməsində də müəyyən uyğun-
suzluqlar özünü göstərir (nöqtə əvəzinə nida qoyulmuşdur):
Ağacı içindən qurd yeyər!
Ucuzdur, var illəti, bahadır, var hikməti!
Yaz qışından bəlli edər, qız qardaşından!
Göstərdiyimiz  nümunələr  əslində  adi  intonasiya  ilə  söylənilir  və  bu
tələbə uyğun olaraq sonda nöqtə qoyulmalı idi.
Sual işarəsi əvəzinə nöqtə qoyulmuşdur:
İt hürər, karvan keçər, yel qayadan nə aparır.
Mollaya pilav de, Marağa nə qədər yoldur.
Bu gün də dilimizdə çox işlək olan “yalançını mənzilinəcən qovallar”
atalar sözünün kitabda sonuncu sözü verilməmiş, yerinə üç nöqtə qoyul-
muşdur:
Yalançını mənzilinə kimi...
Bu üç nöqtənin hansı məqsədlə qoyulduğunu müəyyən etmək çətindir:
vulqar söz buraxılmışdırmı, yaxud transliterasiya zamanı sözün oxunması
mümkün olmamışdır, ya da elə əvvəldən mətn bu cür toplanmışdır?
Kitabda müxtəlif yerlərdə – cümlənin  ortasında, bitmiş cümlənin  so -
nunda, yarımçıq cümlənin sonunda və s. məqamlarda üç nöqtədən istifadə
olunmuşdur. Hər halda, bu müxtəlifliyin bəzinin izahına ehtiyac du yulur.
Müxtəlif səhifələrdə verilmiş, biri digəri ilə variant təşkil edən atalar
sözlərinə də rast gəlirik:
2014/
I
56


Atası düz yerdə gəzə bilmir, balası şumda şıllaq atır (2, 25).
Düz yerdə gəzə bilmir, şumda şıllaq atır (2, 38).
Bu  nümunələrin  ikisi  də  iki  hissədən  ibarətdir  və  ikisində  də  birinci
tərəflə  ikinci  tərəf  qarşılaşdırılır.  Amma  birinci  mətndə  ata  ilə  övladın
fərqli  xüsusiyyətləri  müqayisə  edilir.  İkincidə  isə  bir  insanın  ikili
xüsusiyyəti  əks  qütblərdə  göstərilir.  Bu  variantlar  sübut  edir  ki,  müəllif
(özü  qeyd  etməsə  də)  müxtəlif  ərazilərdə  toplama  işi  aparmış  və  bu
paremik vahidlər müxtəlif yerlərdə belə fərqliliklə söylənilmişdir.
Bir tərkib hissədən ibarət bir sıra atalar sözləri var ki, kitabda onların
daha mükəmməl və geniş formaları ilə rastlaşırıq:
Kül təpəciy olmaz – Gədadan ağa, küllükdən təpə olmaz.
Varın verən utammaz – Varın verən utanmaz, yoxdan verən axmaq dır.
Qaçanı qovmazdar – Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
Bunun əksi olan mənzərə ilə də rastlaşırıq. Daha geniş formada olan
məsəlin  mətninin  bir  hissəsi  verilmişdir.  Lətifəsini  bilmədən  məsəldəki
fikri başa düşmək çətinlik yaradır. Məsələn:
Mənzil yaxın, kira çox, bunda bir əlamət var.
Tərəfimizdən toplanan mətnlər içərisində həmin məsəlin geniş – tam
forması belədir:
Siçana  deellər,  bı  deşihədən  çıx,  gir  o  deşiyə,  min  tümən  verəcəm.
Deer, mənzil yaxın, qiymət baha, bırda nəsə bir hikmət var.
Bu gün işlək olan bir çox atalar sözlərinin orijinal variantlarını da gö -
rürük:
Suda boğulan saman çöpünnən yapışar – Suda boğulan ilana sarılır.
Ağıllı  fikirrəşincən  dəli  vurdu  çayı  keşdi  –  Ağıllı  fikirləşincə  dəli
oğlunu  evləndirər.
Məsləhətdi don gen olar – Məsləhətli aş dadlı olar.
Qarın qardaşdan irəlidi – Qarın dağı qardaş dağından yamandır.
Kitabda təqdim olunan materialların içərisində mənası başa düşül mə -
yən, şərhinə ehtiyac duyulan atalar sözləri də var:
Nəxunkçı sahibi-səliqə olar.
Çomaq çürlənindir, qada birlənin!
Döyülməmiş soyulmaq bir sulu namazdır.
Ağrımayan başına saqqız yapışdırma.
Aşağıdakı nümunələrdə məsəllərin hansı məqamda, nə məqsədlə iş lə -
dilməsi aydın deyil:
2014/
I
57


Nainsafın gülü qaçar.
Yoldan çıxanı yol vurar.
Eşşəyin böyüyü tövlədədir.
Ələyəndə doyarsan.
Ələk var, ələk var və s.
Göstərilən  paremilərin  aydın  olmamasına  səbəb  mətndə  mənası  an -
laşılmayan  sözlərin  işlənməsi,  ya  da  əslində  məsəl  olan  ifadənin  ləti fə -
sinin bilinməməsidir. Bu cür mətnlərin başa düşülməsi üçün izahlar, şərh -
lər oxucu fikrinin istiqamətlənməsinə yardımçı ola bilərdi. Lakin mü əllif
tərəfindən bu lazımi aydınlaşdırmalara cəhd edilməmişdir.
Bəzi atalar sözlərinin təhrif olunduğu məqamlarla da rastlaşırıq. Görü -
nür,  tərtibçi  bir  sıra  mətnləri  dərindən  saf-çürük  etməmişdir.  Bu  nümu -
nələrdə bir-birinə qarşı olan sözlərin yerində işlədilməməsi, məntiqi ardı -
cıllığın pozulması qeyri-həqiqi mənzərə yaratmışdır:
Yaşın oduna quru da yanar.
Namərdi qova-qova mərd eylərsən.
Atalar  sözlərinin  sırasında  digər  kiçik  janrlara  aid  nümunələr  də  ve-
rilmişdir  ki,  bu  da seçim  zamanı  janr  baxımından  dəqiqləşdirmə  aparıl-
madığını göstərir. Məsələn:
Allah sağ gözü sol gözə möhtac eyləməsin – alqış;
Heç kimin yarası göz qabağında olmasın – alqış;
Xeyirini görmədiyim oğulun vayını eyləyim – qarğış;
Yoxsulluğu yox olsun – qarğış;
Adın nədir, Rəşid, bir de, bir eşit – cırnatma;
Əsil al çirkin olsun, bədəsil gözəl alma – bayatı;
Mən aşiq, gözəl alma,
Yeməyə gözəl alma.
Əsil al, çirkin olsun, 
Bədəsil gözəl alma (8, 9).
Söz bir olsa, zərbi kərən sındırar – qoşma;
Abbas deyər bu sözləri sərinnən,
Arxı vurun, suyu gəlsin dərinnən.
El bir olsa, dağ oynadar yerinnən, 
Söz bir olsa, zərbi kərən sındırar (3, 155).
2014/
I
58


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə